117 ailənin yurd həsrəti bitdi!
08.10.2024 [08:57]
Cəbrayıl sakinlərinə qucaq açdı...
30 ildən çox Vətən həsrəti ilə yaşamış keçmiş məcburi köçkünlərimizin köç karvanları bir-birinin ardınca əzəli və əbədi torpaqlarımıza istiqamət götürür. Sentyabrın 26-da 44 günlük Vətən müharibəsinin 4-cü ildönümü ərəfəsində həsrətin bitdiyi ünvanlar sırasına Cəbrayıl da qoşuldu. Beləliklə, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində yenidən qurulan Cəbrayıl ilk sakinlərini qarşıladı.
İlkin olaraq 36 ailədən ibarət 117 nəfərin ən ülvi arzuları reallığa çevrildi. Xalqımız bayram əhval-ruhiyyəsi yaradan yeni qayıdış müjdəsinə sevindi. Sentyabrın 28-də daha bir köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan Cəbrayıla yola düşüb. Bu dəfə 41 ailə (124 nəfər) köçürülüb. Sentyabrın 30-da isə növbəti köç karvanı ilə 40 ailə (123 nəfər) Cəbrayıl şəhərinə yola salınıb.
Cəbrayıl sakinlərinin hazırkı sayı 364-dür...
Beləliklə, indiyədək Cəbrayıl şəhərində 117 ailənin (364 nəfər) daimi məskunlaşması təmin edilib. Sakinlər şəhərdə yeni inşa olunan yaşayış kompleksində yerləşiblər. Qeyd edək ki, 2021-ci il oktyabrın 4-də Prezident İlham Əliyev Cəbrayıl şəhərinin bərpasının təməl daşını qoyub.
Doğma yurda qayıdan Cəbrayıl sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.
1993-cü ildə işğal olunan Cəbrayılın Zəfər tariximizdə xüsusi yeri var. Böyük qayıdışımız 2016-cı ilin Aprel döyüşlərində Cəbrayılın Cocuq Mərcanlı kəndinin azad olunması ilə başlayıb. İkinci Qarabağ müharibəsindəki ilk uğurlarımızdan biri məhz Cəbrayıl ilə bağlıdır. Döyüşlərin birinci həftəsində şəhərin azad olunması Vətən müharibəsinin mühüm hadisəsinə çevrildi. Cəbrayıl şəhəri azadlığına qovuşduqdan sonra məlum oldu ki, şəhərdən əsər-əlamət qalmayıb, bütün binalar yerlə yeksan edilib.
Cəbrayıl yeni dövrə qədəm qoyur
Mövzu barədə fikirlərini “Yeni Azərbaycan”a bölüşən Milli Məclisin Cəbrayıl-Qubadlı seçki dairəsi üzrə deputatı Ceyhun Məmmədov bildirib ki, artıq Cəbrayıl sakinlərinin də sevinclərinin həddi-hüdudu yoxdur. Millət vəkili qeyd edib ki, Cəbrayıl yeni bir dövrə, yeni mərhələyə qədəm qoyur: “Cəbrayılda uzun müddətdir bərpa-quruculuq işləri həyata keçirilirdi. Artıq binaların bir hissəsi hazırdır. Bir sıra binada hələ də işlər gedir. Məlumdur ki, sentyabrın 26-da Cəbrayıla birinci köç baş tutdu. Çox sevindiricidir ki, bu gün Cəbrayıllılar öz yurdlarında yaşayırlar. Biz bunu səbirsizliklə gözləyirdik. İlkin mərhələdə sakinlərin bir hissəsinin köçürülməsi qeydə alınıb, 117 nəfər doğma torpağına qovuşdu. Cəbrayıla üçüncü köçən sonra isə sakinlərin sayı 364 nəfər oldu. Bu, yalnız cəbrayıllıların deyil, bütün Azərbaycan xalqının sevincinə və qürur hissi yaşamasına səbəbdir”.
Hər bir şərait yaradılıb
Deputatın sözlərinə görə, bu gün Cəbrayılda bir sıra müəssisələr var: “Araz Vadisi İqtisadi Zonası” bir müddətdir ki, qurulur. Orada xeyli işlər görülüb. Həmçinin Cəbrayılda xəstəxana da tikilir. Bu gün həmin stukturlar öz fəaliyyətini uğurla davam etdirirlər. Dövlət qurumlarının fəaliyyəti üçün şərait yaradılıb. Hesab edirəm ki, Cəbrayılda əhalinin məskunlaşması üçün şərait və imkan var. Ən qısa vaxtda bütün Cəbrayıl sakinləri orada yaşayıb, məskunlaşacaqlar. Biz də bunun şahidi olacağıq”.
Cəbrayılın kəndlərinə də köç olacaq!
C.Məmmədov qeyd edib ki, bu gün təkcə Cəbrayıl yox, ümumiyyətlə işğaldan azad olunmuş bütün torpaqlarımıza qayıdış bizim üçün çox sevindiricidir: “Sözün həqiqi mənasında bu günü çox gözləmişik. Bunun davamı gələcək, təkcə Cəbrayılın özünə yox, kəndlərə də köç olacaq”.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46

