Qarabağda sahibkarlıq mühiti...
15.11.2024 [09:51]
Bütün imkanlar yaradılıb!
44 günlük Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işləri, yeni infrastrukturun yaradılması istiqamətində görülən işlər burada sahibkarlıq fəaliyyəti üçün əlverişli imkanlar yaradıb. Düşmənin 30 il ərzində xarabalığa çevirdiyi, daşı daş üstdə qoymadığı torpaqlarımızda həyat yenidən canlanır, insanların, xüsusilə sahibkarların qurub-yaratmaq həvəsi artır. Qarabağ və Şərqi Zəngəzurun bərpasında, sosial-iqtisadi həyatın canlanmasında sahibkarlar mühüm rol oynayırlar. Bu da təsadüfi deyil. Çünki dövlətimiz burada iş görmək istəyən bütün yerli və xarici biznes nümayəndələri üçün hərtərəfli şərait yaradıb.
Ötən il 3 milyard manat ayrılıb
İşğaldan azad olunmuş ərazilərin bərpası, bu torpaqlarda həyatın əvvəlki məcrasına qaytarılması Azərbaycan dövlətinin qarşısında duran prioritet məsələdir. Prezident İlham Əliyev azadolunmuş ərazilərin iqtisadi reinteqrasiyasına böyük diqqət yetirir. Azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri iqtisadi və social inkişaf üçün yeni imkanlar açıb. Regionda biznesin inkişafı üçün yaradılan şərait, dövlət-sahibkar işbirliyi müstəvisində yeni layihələr reallığa çevrilib.
Təsadüfi deyil ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda əsas investor Azərbaycan dövlətidir. Ötən müddətdə bütün mənbələr hesabına Qarabağda bərpa işlərinə 6,4 milyard manat vəsait xərclənib. 2023-cü ilin dövlət büdcəsindən isə daha 3 milyard manat ayrılıb. Bununla belə, dövlətin yaratdığı əlverişli biznes mühiti, bir sıra vergi güzəştləri, eləcə də infrastrukturun bərpası istiqamətində görülən işlər özəl sektoru da bu ərazilərdə iş görməyə sövq edir.
Statistik rəqəmlər...
Bu ilin 1 oktyabr tarixinə olan məlumata əsasən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 5005 mikro, kiçik, orta və iri sahibkarlıq subyekti, 93 min 386 fərdi sahibkar fəaliyyət göstərib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, mikro sahibkarlıq subyektlərinin sayı Qarabağ iqtisadi rayonu üzrə 3 min 875, Şərqi Zəngəzur iqtisadi rayonu üzrə 851 olub. Bu da ölkə üzrə ümumi sahibkarlıq subyektlərinin müvafiq olaraq 2,2 faizi və 0,5 faizi deməkdir.
İndiyədək Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə 240 kiçik, 28 orta və 11 iri sahibkarlıq subyekti qeydə alınıb. Ötən ayın əvvəlinə Qarabağ iqtisadi rayonunda 87 min 510, Şərqi Zəngəzur iqtisadi rayonunda isə 5 min 876 fərdi sahibkar fəaliyyət göstərib.
Torpaqlar müsabiqə vasitəsilə icarəyə veriləcək
İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqlar sahibkarlıq subyektlərinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun müəyyənləşdirdiyi qaydada investisiya müsabiqələri vasitəsilə icarəyə veriləcək. Bu məsələ parlamentin noyabrın 7-də keçirilən plenar iclasının gündəliyinə üçüncü oxunuşda daxil edilmiş “Torpaq icarəsi haqqında” qanun layihəsinə təklif edilən dəyişikliklərdə öz əksini tapıb.
Layihəyə əsasən, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində əhalinin məskunlaşdığı kənd və qəsəbə ərazi vahidlərinin sərhədləri daxilində yaşayış məntəqələrinə yaxın kənd təsərrüfatı təyinatlı torpaqlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun müəyyənləşdirdiyi qaydada kənd və qəsəbə sakinlərinə (birillik və çoxillik əkinlərin aparılması üçün) güzəştli şərtlərlə icarəyə veriləcək. Qanun layihəsi səsverməyə qoyularaq təsdiqlənib.
150 min iş yeri açılacaq
Qarabağ iqtisadi rayonunda 2030-cu ilədək təqribən 150 min iş yerinin açılacağı gözlənilir. Belə ki, Ağdam Sənaye Parkında iş yerlərinin gözlənilən sayı 5 min, kənd təsərrüfatı sektorunda 15-17 min, dağ-mədən sənayesində 1,5-2 min, turizm sahəsində 1,5-2 min, KOS sektorunda isə 10-11,5 mindir.
Beləliklə, hər bir sahə üzrə fasiləsiz iş gedir, yeni sənaye müəssisələri yaradılır, kənd təsərrüfatına geniş torpaq sahələri cəlb edilir, infrastruktur qurulur, sosial obyektlər tikilir. Eyni zamanda sahibkarlıq fəaliyyəti dəstəklənir. Bununla yanaşı məcburi köçkünlərin öz doğma torpaqlarına köçü təmin edilir. Görülən işlər Qarabağın tezliklə Azərbaycanın ən inkişaf etmiş regionlarından birinə çevriləcəyindən xəbər verir.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19
Siyasət
11 İyun 23:51
Dünya
11 İyun 23:49
İdman
11 İyun 23:21
Sosial
11 İyun 23:21
Dünya
11 İyun 22:46
Dünya
11 İyun 22:34
Sosial
11 İyun 22:19
Sosial
11 İyun 21:55
Dünya
11 İyun 21:52
Siyasət
11 İyun 21:48

