Dövlətin təməl daşı!
28.11.2024 [09:24]
İctimai və dövlət maraqlarımızın uğurlu vəhdəti var...
İctimai və dövlət maraqlarının müdafiəsi ölkəmizin inkişafında əsas meyarlardan biridir. Xüsusilə qeyd etmək lazımdır ki, həmin maraqların qorunması məsələsində inkişafa, irəliləyişə nail olmaq üçün ilk növbədə hər bir tərəf öz üzərinə düşən məsuliyyəti nəzərə almalı və üzərinə düşəni yerinə yetirməlidir. Hər birimiz şahidiyik ki, dövlətimiz bu istiqamətdə öz üzərinə düşəni edir. Amma bununla yanaşı, vətəndaşlarımızın da öz üzərinə düşəni etməsi vacibdir.
Bu gün dünyada baş verən siyasi-iqtisadi proseslər, geosiyasi dəyişikliklər, qloballaşma kimi amillər dövlət və ictimai maraqların mahiyyəti və təmin olunması ilə bağlı ortaya real çağırışlar qoyur. Dövlət və ictimai maraqlar arasında qarşılıqlı münasibət və ya bunların hansının daha üstün olması ilə bağlı fərqli siyasi düşüncələr, yanaşmalar var.
İctimai və dövlət maraqlarımız üst-üstə düşür
Mövzunu “Yeni Azərbaycan”a dəyərləndirən “Bakı Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi” İctimai Birliyinin sədri Rauf Zeyni bildirib ki, dövlətin inkişafı, təşəkkül prosesi onun hansı məfkurə və hansı ideyalara xidmət etməsindən çox asılıdır. R.Zeyninin sözlərinə görə, dövlət o vaxt dərin və sürətli inkişafla irəliləyir ki, burada xalqın dövlət maraqları ilə ictimai maraqları üst - üstə düşür: “Bu, o deməkdir ki, dövlət iradəsini xalqdan alır. Əgər bir az da açsaq, dövlət xalq deməkdir, xalq isə dövlət deməkdir. Bir dövlətin hərtərəfli inkişafında təbii olaraq əsas inkişaf yollarındakı məqamlar dövlətin maraqlarının xalq tərəfindən müdafiə olunmasıdır. Çünki hər bir dövlət xalqın iradəsinə söykənərək onun milli maraqları üçün çalışır, ona söykənən siyasət həyata keçirir. Bu gün Azərbaycan bu sahədə çox böyük uğurlu addımlar həyata keçirir. Birinci məsələ odur ki, ictimai maraqların dövlət maraqları ilə üst-üstə düşməsini biz Vətən müharibəsində qazandığımız qələbədə gördük. Bütün cəmiyyət Ali Baş Komandanla birgə “dəmir yumruq” altında düşmənin başını əzdi. Siyasi, ictimai və digər maraqlarından asılı olmayaraq hər bir azərbaycanlı yumruq halında birləşərək, əzmlə mübarizə apardı. Bununla da biz böyük, şanlı qələbəmizi qazandıq”.
Köklü modernləşməyə xüsusi diqqət edilməlidir
R.Zeyni qeyd edib ki, ölkəmizdə ictimai və dövlət maraqlarının müdafiəsindən danışarkən, köklü modernləşməyə xüsusi diqqət edilməlidir: “Eyni zamanda bu barədə danışarkən demokratikləşmə sahəsində əldə olunan nailiyyətləri qeyd etməmək olmaz. Bu gün islahatların gedişi barədə əhalinin və dünya ictimaiyyətinin geniş şəkildə məlumatlandırılması və onların həyata keçirilməsinə ictimai nəzarətin həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Transformasiyaların səmərəliliyinin açarı vətəndaşların dövlətin və cəmiyyətin inkişaf proseslərində fəal iştirakıdır. Son illər bu unikal mexanizm vasitəsilə müxtəlif istiqamətlər üzrə vətəndaşlardan çoxsaylı müraciət daxil olub və onlar müvafiq qaydada hökumət tərəfindən cavablandırılıb. Bunlar insan hüquq və azadlıqlarına riayət və hörmətə, ümumi təhlükəsizlik təhdidlərinə yeni yanaşmalara, milli qanunvericiliyə beynəlxalq standartların tətbiqinə gətirib çıxarıb. Eyni zamanda o da mühümdür ki, ölkənin siyasi müstəqilliyinin formalaşması və inkişafı şəraitində obyektiv olaraq milli kimliyin formalaşması da uğurla həyata keçib. Bu zaman milli maraqlar məsələsi də uğurla təmin edilib”.
Milli maraqlar hər bir dövlətin siyasətini müəyyən edir
Birlik sədrinin sözlərinə görə, milli maraqlar hər bir dövlətin fəaliyyətinin təməl daşı hesab olunur: “İstənilən dövlətin siyasətini müəyyən edən milli maraqlardır. İnsanın etdiyi hər şey onun şüurundan keçir. Onun fəaliyyətinin daxili mənbələri ehtiyac və maraqlardır, onları nəzərə almadan dövlətlərin, partiyaların, sosial qrupların və konkret şəxslərin siyasətində əsl məna, niyyət və konkret addımları anlamaq mümkün deyil. Tarixə nəzər salmaq bizi inandırır ki, insanların hərəkətləri öz maraqlarından irəli gəlir və yalnız onlar əsas rol oynayırlar. Bu baxımdan siyasi maraqlar məsələsinə xüsusi diqqət olunmalıdır. Siyasi həyat bir-biri ilə əlaqəli maddi formasiyaların, ideoloji və digər siyasi-ictimai institutların, o cümlədən dövlət qurumlarının məcmusunda çoxşaxəli olduğu kimi, siyasi maraqlar da müxtəlifdir. Müstəqil olmaq və xalqın dövlət kimi formalaşması şəraitində maraqların tabeliyində milli maraqlar üstünlük təşkil edir. Nəticə daha yaxından araşdırıldıqda cəmiyyətin bir sivilizasiyadan digər sivilizasiyaya çevrilməsində maraqların rolunun böyük olduğunu deməyə əsas verir. Dövlətçiliyin və dövlətlərarası münasibətlərin inkişafında milli maraqlar həmişə əsas olub. Siyasi prosesdə, bir qayda olaraq, milli maraqlar probleminin aktuallaşması özünü göstərir. Müasir tarixi inkişaf dövrünün xüsusiyyəti ondan ibarətdir ki, indi milli maraqlar problemi digər elm sahələrinə nisbətən daha çox siyasətdə öyrənilir və bu, tamamilə düzgündür, formalaşmış təcrübəyə əsaslanaraq cəmiyyətdən problemlərin həllini tələb edir. Azərbaycan bu məsələnin öhdəsindən uğurla gəlib və bu da ölkəyə ictimai maraqları da uğurla təmin etməyə imkan verir”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti üzrə hazırlanmışdır.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 17:25
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35

