300 uşağın iştirakı ilə...
06.12.2024 [10:26]
Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumu keçirildi
Ötən gün Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumu işə başlayıb. Forum Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutub.
Türkiyəli uşaqlar da iştirak ediblər
“Uşaqlar və ekologiya” mövzusuna həsr olunmuş forumda əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbir zamanı “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş və “Azərbaycan uşaqları” mövzusunda videoçarxlar nümayiş etdirilib. Daha sonra Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Prezident İlham Əliyevin forum iştirakçılarına müraciətini oxuyub.
Aidiyyəti dövlət qurumları və beynəlxalq təşkilatların nümayəndələrinin qatıldığı tədbirdə Azərbaycanın bütün şəhər və rayonlarından olan 300 uşaq, eləcə də Türkiyəni təmsil edən uşaqlar iştirak ediblər.
Uşaqların təhsili ilə dayanıqlı mühit formalaşdıra bilərik
Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, forumda bugünümüzün və gələcəyimizin ən vacib mövzuları ətrafında müzakirə aparmaq, fikir və təşəbbüslərimizi bölüşmək, daha yaxşı, təhlükəsiz cəmiyyət qurmaq üçün səyləri birləşdirmək qürurvericidir və həm də gözəl imkandır. Hazırda Qarabağın işğaldan azad olunmuş torpaqlarının dirçəldilməsi, minalardan təmizlənməsi, yeni infrastrukturun yaradılması, yeni yaşayış məntəqələrinin salınması geniş vüsət alıb.
O, qeyd edib ki, 30 illik həsrətdən sonra keçmiş məcburi köçkün ailələri, onların uşaqları öz yurdlarına qayıdırlar. Aktiv məskunlaşma tədbirləri həyata keçirilir. Eyni zamanda, yeni iqtisadi, sosial layihələr reallaşdırılır və böyük yüksəliş müşahidə olunmaqdadır. Əlbəttə ki, bütün bu işlər bizi daha konkret hədəflər, daha irəliyə aparan məqsədlər uğrunda birləşməyə, sürətlə dəyişən reallıqları nəzərə alan siyasətlər müəyyənləşdirməyə çağırır. Yeni həyat yeni fürsətlər açdığı kimi, daha yeni, daha çevik və daha dinamik yeni əməkdaşlıq platformalarının yaranmasını tələb edir.
“Azərbaycanın bütün sosial, iqtisadi və mədəni nailiyyətlərini, bütün zənginliklərini, təbii zənginliklərini, sərvətlərini qorumaq, gələcək nəsillərə çatdırmaq bizim borcumuzdur. Ərazilərimiz üzərində suveren hüquqların təmin olunmasından sonra bu vəzifələri yerinə yetirmək üçün qarşımızda daha geniş imkanlar açılıb. Azad edilmiş torpaqlarımız daxil olmaqla, hazırda bütün ölkədə yaşıl enerji zonalarının salınması, ətraf mühitin bərpası və iqlim dəyişikliklərinə davamlı mexanizmlərin yaradılması prioritetlər sırasındadır. Çünki hazırkı dövrdə dünya üzrə iqlim dəyişiklikləri, təbii resursların tükənməsi və ətraf mühitin çirklənməsi böyük problemlərdir. Lakin inanırıq ki, ekoloji maarifləndirmə, uşaqların təhsili və onların ölkə həyatında, eləcə də beynəlxalq arenada bütün proseslərdə fəal iştirakının təmin edilməsi sayəsində daha faydalı və dayanıqlı bir mühit formalaşdıraraq, bunu gələcəyə daşıya bilərik. Bu səbəbdən də bugünkü forumun mövzusu uşaqlar və ekologiya kimi müəyyənləşib”.
Milli dəyərlərimizi yaşatmaq ən vacib çağırışlardandır
Forumda çıxış edən elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, Azərbaycan xalqının qarşısında duran əsas məqsədlərdən biri də kimliyini qorumaq, mədəniyyətinə sahib çıxmaq və milli dəyərlərimizi yaşatmaqdır. “Biz həm də əmin olmalıyıq ki, onlar doğru-dürüst azərbaycanlılar olacaqlar. Yəni Azərbaycanın ailə dəyərlərinə hakim olacaqlar, öz həyat tərzlərini bu torpaqlarda yaşamış əvvəlki nəslin adət-ənənələrini həmin zəmanənin tələblərinə uyğunlaşmış formada davam etdirəcəklər. Bir sözlə, azərbaycanlı olmağa davam edəcəklər. Çünki bu, çox vacibdir. Düşünürəm ki, bu, hazırda xüsusilə azyaşlı uşaqlarımızın təlim-tərbiyəsi işlərində qarşıda duran ən vacib çağırışlardan biridir”.
Qız uşaqlarının təhsilinin əhəmiyyətindən danışan nazir həmçinin qeyd edib: “Biz unutmamalıyıq ki, qız uşaqlarının, yəni gələcək anaların təhsili daha savadlı, bacarıqlı və güclü millət kimi formalaşmanın əsas amillərindən biridir”.
Gənclərin ekoloji problemlərin həllində rolu...
Ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev bildirib ki, gənc nəslin ekoloji problemlərə olan münasibəti təqdirəlayiqdir: “Gələcəkdə gənclərimiz bu sahədə daha fəal rol oynayaraq ekoloji hüquqları və təbiətin qorunmasını prioritet məsələ kimi qəbul edəcəklər. Onların iqlim dəyişikliyi ilə mübarizə prosesində aktiv iştirakı dünya miqyasında ətraf mühitin müdafiəsinə yönəlmiş addımların effektivliyini artıracaq”.
İqlim dəyişiklikləri uşaqlara birbaşa təsir göstərir
UNICEF-in Azərbaycandakı nümayəndəsi Saca Faruq Abdullah isə bildirib ki, iqlim böhranı həm də uşaqların böhranı deməkdir. Çünki iqlim dəyişiklikləri uşaqlara birbaşa təsir göstərən amillərdən biridir.
İnsan kapitalının inkişafına yatırılan sərmayənin gələcəyə yönəlmiş sərmayə olduğunu vurğulayan S.F Abdullah bildirib ki, iqlim dəyişiklikləri ilə bağlı qlobal səviyyədə xəstəliklərin 88 faizi 5 yaşından aşağı uşaqların payına düşür: “İqlim dəyişikliklərinin ən çox diqqətdən kənarda qalan fəsadlarından biri onun təhsilə olan təsiridir. Daşqınlar və kəskin hava şəraiti uşaqların təhsilə çıxışını məhdudlaşdırır, onların məktəbə getmələrinə maneələr yaradır. Bunu nəzərə almaq olduqca vacibdir. Gənc qızların təhsillə təmin edilməsi və erkən yaşlardan bu sahəyə sərmayə qoyulması böyük əhəmiyyət daşıyır. Uşaqlar bu planetin varisləridir. Planetimizdə baş verən hadisələr onların gələcəyinə birbaşa təsir göstərir”.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20

