Qış turizmi: Soyuq qarın “qaynar” qiymətləri...
07.12.2024 [09:51]
Otellərin qiyməti niyə bahadır?
Azərbaycanda turizm sahəsində aktivlik əsasən yay aylarında müşahidə olunsa da, qış turizmini sevən insanların da sayı az deyil. Əsasən Yeni il ərəfəsində tətilə çıxanlar qış turizm komplekslərinə üz tuturlar. Təbii ki, fəslin iqlim normasına uyğun keçməsi də burada əsas faktorlardan biridir. Məsələn, havanın qarlı olacağı ilə bağlı proqnoz turistləri həftəsonu üçün bölgələrə üz tutmağa həvəsləndirir. Elə qiymətlərin də xüsusən bayram ərəfəsində və qarlı havalarda artdığının şahidi oluruq.
Yeni il bayramını Azərbayanda keçirmək istəyən vətəndaşlarımız daha çox müxtəlif bölgələrdəki otellərə üz tuturlar. Xüsusilə, istirahət mərkəzlərində Yeni il şənliklərinin keçirilməsi sadə vətəndaşın marağını cəlb edir. Çünki burada həm şou, həm dadlı təamlar var.
Qiymətlər ən azı 150 manatdan başlayır...
Qeyd edək ki, ölkəmizdə qış turizmi üçün turistlər əsasən, Quba, Qusar, Qəbələ, Şamaxı, İsmayıllı, Şəki, Lerik, Lənkəran rayonlarına üz tuturlar. Bu rayonlarda yerləşən 3, 4 ulduzlu, həmçinin ulduz kateqoriyası olmayan kottec tipli hotellərdə qiymətlərin münasib olduğunu deyə bilmərik. Məsələn, iki nəfərlik standart otaqlar 150 manatdan başlayır, “Deluxe” otaq 200 manat, 4 nəfərlik VIP otaq isə 250 manat məbləğində təklif olunur. Uşaqlar üçün otağa əlavə çarpayı verilməsi isə 6 yaşa qədər pulsuz, 6 yaşdan yuxarılara 30-40 manatdır. Mehmanxananın birgünlük qiymətinə isə yalnız səhər yeməyi, qapalı hovuz (olduğu təqdirdə), sauna, SPA, bilyard, kinoteatr, fitnes zal kimi müxtəlif xidmətlər daxildir.
Yeni il qabağı regionlardakı otellərin qiyməti
Yeni il qabağı regionlarımızda yerləşən otellərin qiymətləri ilə bağlı kiçik bir araşdırma apardıq. Ortaya maraqlı, bir o qədər də fantastik rəqəmlər çıxdı. Belə ki, 31 dekabr - 2 yanvar tarixlərində - 2 gecə, 3 gün ərzində 2 nəfərlik turların qiymətləri aşağıdakı kimidir:
“Shamakhi Palace”-1650 azn (gündə 3 dəfə qidalanma+Qala gecəsi)
“Qalaaltı Hotel spa”-1350 azn (gündə 3 dəfə qidalanma+Qala gecəsi)
“Qabala Riverside Hotel”-1556 azn (səhər yeməkləri +Qala gecəsi, Qala şam yeməyi)
“Qabala Tufandag Hotel”-1599 azn (səhər yeməkləri +Qala gecəsi, Qala şam yeməyi)
“Lankaran Springs Wellbeing Resort”-1379 azn (gündə 3 dəfə qidalanma+Qala gecəsi)
“Marxal Resort&Spa”-1240 azn (səhər yeməkləri + Qala gecəsi,Qala şam yeməyi)
“Shabran Wellbeing Resort”-1540 azn (səhər yeməkləri +Qala gecəsi, Qala şam yeməyi)
“Basqal Resort&Spa”-1520 azn (səhər yeməkləri +Qala gecəsi, Qala şam yeməyi)
“Quba Palace” -2600 azn (Səhər+ şam yeməkləri, Qala Gecəsi)
“Shahdag Pik Palace” - 4300 azn (30 dekabr-02 yanvar 3 gecə-4 gün) (səhər yeməkləri və Qala gecəsi daxil)
İki günə bir aylıq qazancı götürürlər!
Bu günlərdə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü, millət vəkili Musa Quliyev də bildirib ki, günü 60-70 manata olan otelləri 700-800 manata təklif edirlər: “Bu gün ölkəmizdə turizmin inkişafına çox böyük ehtiyac var. Qarşıdan Yeni ilə gəlir, maraqlanıram, günü 60-70 manata olan otelləri 700-800 manata təklif edirlər. Nəyə görə? İki günə bir aylıq qazancını götürəcək. Bu, bir tərəfdən möhtəkirlik kimi qiymətləndirilə bilər. Digər tərəfdən, o sahibkar bilir ki, tələbat var. Amma o oteldən on dənə olsa, ömründə onu edə bilməyəcək. Biz bu işi elə qurmalıyıq ki, get, bir bölgədə “beş ulduz” otel tik, amma orada “üç ulduz” da, “dörd ulduz” da olmalıdır, ulduzsuz da.
Həmçinin aqroturizmi, kənd turizmini inkişaf etdirməliyik. Yay vaxtı müşahidə edirik, kənd evlərini hazırlayıb, bir-iki otağını turistə verir, oradan həm qazanc götürür, həm də yeni iş yeri əldə edirlər. Toyuq-cücəsi, yumurtası, mal-heyvanı var, məhsulunu, isti çörəyini təklif edir. Həm ailə üzvlərinin iş yeri olur, həm biznesini yaradır, həm də rəqabətli şəkildə turistin istirahətini təmin edir. Bu mənada, məşğulluq və turizm çox vacib sahələrdir və digər sektorlarla mütləq əlaqəli olmalıdır”.
Regionlarda hotellərin sayı hələ də azdır
Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov “Yeni Azərbaycan”a açıqlamasında regionlarımızda otellərin sayının hələ də az olduğunu vurğulayıb. O, qeyd edib ki, hazırda tələb çox olsa da, təklif o qədər deyil. “Daha çox 4-5 ulduzlu otellər olduğu üçün bəzi vətəndaşlar büdcəsinə görə qiymətlərdən narazılıq edirlər. Buna görə də otellərin baha olması ilə bağlı şikayətlər gəlir. Səbəbi otellərin sayının az olması ilə bağlı rəqabət mühitinin formalaşmamasıdır. Elə regionlar var ki, orada cəmi bir otel var. Bu mehmanxananın da qiyməti hər büdcəyə uyğun olmur”.
Qiymətlər o qədər də baha deyil...
G.Qəhrəmanovun sözlərinə görə, regionlarda 5 ulduzlu otellərin təklif etdiyi qiymət xarici ölkələrdəki eyni tipli otellərlə uyğundur, yəni o qədər də baha deyil: “Mehmanxanaların az olması bu problemləri ortaya qoyur. Arzu edirik ki, iş adamları yaxın gələcəkdə regionlarda otellərin tikilməsinə dəstək olsunlar. Rəqabət olanda qiymətlər tənzimlənir, təqdim olunan xidmətlərin də keyfiyyəti yüksək olur. Otellərin sayı mütləq şəkildə çoxalmalıdır. Bu, həmçinin regionlarımızın sosial-iqtisadi inkişafına mühüm töhfə olacaq”.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxDünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09

