Sahibkarlar üçün sağlam mühit
10.12.2024 [09:12]
Ciddi islahatlar aparılır...
Regionlarımızın inkişafı üçün ciddi islahatlar həyata keçirilir. Bu, milli iqtisadiyyatın sürətli inkişafı və yüksək artım templərinin təmin edilməsinə xidmət edir. Qeyd olunan fonda sənaye və kənd təsərrüfatının inkişafı, investisiya mühitinin və ixrac potensialının yaxşılaşdırılmasına xüsusi diqqət olunur. Xüsusilə Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işləri, yeni infrastrukturun yaradılması istiqamətində görülən işlər burada sahibkarlıq fəaliyyəti üçün əlverişli imkanlar yaradıb.
Dövlət-sahibkar birliyi...
Düşmənin 30 il ərzində xarabalığa çevirdiyi, daşı daş üstdə qoymadığı torpaqlarımızda həyat yenidən canlanır, insanların, xüsusilə sahibkarların qurub-yaratmaq həvəsi artır. Qarabağ və Şərqi Zəngəzurun bərpasında, sosial-iqtisadi həyatın canlanmasında sahibkarlar mühüm rol oynayırlar. Bu da təsadüfi deyil. Çünki dövlətimiz burada iş görmək istəyən bütün yerli və xarici biznes nümayəndələri üçün hərtərəfli şərait yaradıb.
İşğaldan azad olunmuş ərazilərin bərpası, bu torpaqlarda həyatın əvvəlki məcrasına qaytarılması Azərbaycan dövlətinin qarşısında duran prioritet məsələdir. Prezident İlham Əliyev azad olunmuş ərazilərin iqtisadi reinteqrasiyasına böyük diqqət yetirir. Azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri iqtisadi və sosial inkişaf üçün yeni imkanlar açıb. Regionda biznesin inkişafı üçün yaradılan şərait, dövlət-sahibkar işbirliyi müstəvisində yeni layihələr reallığa çevrilib.
Ötən il 3 milyard manat ayrılıb
Təsadüfi deyil ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda əsas investor Azərbaycan dövlətidir. Ötən müddətdə bütün mənbələr hesabına Qarabağda bərpa işlərinə 19,4 milyard manat vəsait xərclənib. 2025-ci ilin dövlət büdcəsindən isə 4 milyard manat ayrılıb. Bununla belə, dövlətin yaratdığı əlverişli biznes mühiti, bir sıra vergi güzəştləri, eləcə də infrastrukturun bərpası istiqamətində görülən işlər özəl sektoru da bu ərazilərdə iş görməyə sövq edir.
Statistik göstəricilər...
Dövlət Statistika Komitəsinin məlumatına görə, mikrosahibkarlıq subyektlərinin sayı Qarabağ iqtisadi rayonu üzrə 3 min 875, Şərqi Zəngəzur iqtisadi rayonu üzrə 851 olub. Bu da ölkə üzrə ümumi sahibkarlıq subyektlərinin müvafiq olaraq 2,2 faizi və 0,5 faizi deməkdir.
İndiyədək Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə 240 kiçik, 28 orta və 11 iri sahibkarlıq subyekti qeydə alınıb. Ötən ayın əvvəlinə Qarabağ iqtisadi rayonunda 87 min 510, Şərqi Zəngəzur iqtisadi rayonunda isə 5 min 876 fərdi sahibkar fəaliyyət göstərib.
150 min iş yeri açılacaq
Qarabağ iqtisadi rayonunda 2030-cu ilədək təqribən 150 min iş yerinin açılacağı gözlənilir. Belə ki, Ağdam Sənaye Parkında iş yerlərinin gözlənilən sayı 5 min, kənd təsərrüfatı sektorunda 15-17 min, dağ-mədən sənayesində 1,5- 2 min, turizm sahəsində 1,5- 2 min, KOS sektorunda isə 10-11,5 mindir.
Dövlət proqramlarının icrası nəticəsində azad edilmiş bölgələrimizin siması bütünlükdə dəyişib. Bu gün sahibkarlığın inkişafına dövlət dəstəyi göstərilməsi sayəsində Sahibkarlığın İnkişafı Fondu tərəfindən güzəştli kreditlərin verilməsi prosesi dövlət büdcəsinə əlavə yük yaratmadan həyata keçirilməsi üçün kreditləşdirmədən geri qaytarılan vəsaitlər hesabına təmin edilir. Davamlı olaraq həyata keçirilən kompleks islahatlar?n tətbiqi sahibkarlığın inkişafını daha da sürətləndirib. Həyata keçirilən genişmiqyaslı dəstək tədbirlərinin nəticəsidir ki, ölkəmizdə sahibkarlıq fəaliyyəti genişlənir, bütün regionları əhatə etməklə yeni istehsal və xidmət sahələri yaradılır, ölkəmizin rəqabətqabiliyyətli məhsul istehsalı imkanları genişlənir, özəl bölmənin ümumi daxili məhsulda və məşğulluqda xüsusi çəkisi artır.
Beləliklə, hər bir sahə üzrə fasiləsiz iş gedir, yeni sənaye müəssisələri yaradılır, kənd təsərrüfatına geniş torpaq sahələri cəlb edilir, infrastruktur qurulur, sosial obyektlər tikilir. Eyni zamanda sahibkarlıq fəaliyyəti dəstəklənir. Bununla yanaşı məcburi köçkünlərin öz doğma torpaqlarına köçü təmin edilir. Görülən işlər Qarabağın tezliklə Azərbaycanın ən inkişaf etmiş regionlarından birinə çevriləcəyindən xəbər verir.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35

