Siyasi mədəniyyət
25.12.2024 [09:54]
30 il əvvəl və indi...
Vətəndaş cəmiyyətində bütün insanların siyasi mövqe tutmaq hüququ var. Belə ki, hər bir vətəndaşın müəyyən siyasi proseslərdə iştirakı demokratiyanın əsas elementi sayılır. Xüsusilə qeyd etməliyik ki, 1995-ci ildə Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi ilə vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti üçün lazımi hüquqi baza yaradılmış oldu. Konstitusiyanın 12-ci maddəsində göstərilir: “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir”.
Məlum olduğu kimi, vətəndaş cəmiyyətinin formalaşması və inkişafı üçün xüsusi mülkiyyətinin zəruri şərt olduğu 30 il əvvəlki dövrün mütəfəkkirləri tərəfindən xüsusi olaraq qeyd edilirdi. Vətəndaş cəmiyyətinin mövcud olmasının zəruri şərti kimi bəzi məqamları xüsusilə qeyd etmək olar. Bu məqamlar istər 20-30 il əvvəl, istərsə indiki dövr üçün aktualdır: birincisi, əhalinin siyasi mədəniyyəti səviyyəsinin inkişaf etməsi, öz hüquq və azadlıqlarını dərk etməsi. İkincisi, siyasi qərarların hazırlanması və qəbul edilməsinə vətəndaşların təsir göstərməsinə imkan verən açıq xarakterli siyasi sistemin mövcud olması. Üçüncüsü, ictimai aktorların dövlət hakimiyyətindən asılı olmaması və iqtisadi bazis kimi xüsusi mülkiyyətin təsbit olunması.
Vətəndaş cəmiyyəti institutlarının təşəkkülü
Mövzunu “Yeni Azərbaycan”a dəyərləndirən “Bakı Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi” İctimai Birliyinin sədri Rauf Zeyni bildirib ki, ölkəmizdəki vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi üçün Sovet imperiyasının süqutundan sonra da mühüm işlər görülüb. Onun sözlərinə görə, Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının təşəkkülü müstəqillik uğrunda mübarizə və Qarabağ münaqişəsinin başlandığı dövrə təsadüf edir: “Müstəqilliyin ilk illərindən dövlət vətəndaşların ictimai birliklərdə iştirakını və özünütəşkil formalarını dəstəkləmək üçün təşkilati və infrastruktur şəraitini təmin etməyə çalışır, bu sahədə qanunvericilik bazasını formalaşdırır və təkmilləşdirirdi. Azərbaycan Respublikası Konstitusiyasında və bir sıra hüquqi-normativ sənədlərdə vətəndaşların ictimai-siyasi həyatda fəal mövqeyinin, siyasi iştirakçılıq və sosiallaşmanın inkişafına kömək edən müddəaların əks olunması ölkədə vətəndaş cəmiyyətinin inkişafı və demokratik azadlıqların təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır”.
Qanunilik, əməkdaşlıq, şəffaflıq prinsipləri
R.Zeyni qeyd edib ki, müasir Azərbaycanda vətəndaş cəmiyyəti strukturlarının dövlət tərəfindən dəstəklənməsi onların cəmiyyətə daha da inteqrasiya olunması, hüquqi və sosial dövlətin qurulmasında yaxından iştirak etmələrinin təmin olunması baxımından əhəmiyyətlidir: “Dövlət tərəfindən vətəndaş cəmiyyəti institutlarının himayə olunması bir qayda olaraq qanunilik, əməkdaşlıq, şəffaflıq, qarşılıqlı razılıq və cavabdehlik prinsiplərinə əsaslanır. Ölkədə artıq inkişaf etməkdə olan vətəndaş cəmiyyəti institutları siyasi- hüquqi və vətəndaş mədəniyyətinin formalaşması, insan hüquq və azadlıqlarının təmin oluması, söz, fikir və ifadə azadlığının genişlənməsində müstəsna rola və yerə malikdir”.
30 il öncəki və bu günkü Azərbaycan vətəndaşı...
Birlik sədrinin sözlərinə görə, demokratiya siyasi idarəetmə forması kimi müasir dövrdə bir neçə mənada işlədilir: “Əsas mənada xalq hakimiyyətinə əsaslanan idarəetmə forması kimi siyasi anlamda başa düşülür. Müasir dünyada isə daha geniş formada demokratiyaya yanaşsaq görərik ki, bu termin təkcə dövlət səviyyəsində deyil, bütünlükdə cəmiyyətlə vətəndaşların müəyyən dəyərlər sisteminə və dünyagörüşünə əsaslanan ictimai quruluşu, habelə insanların iyerarxik şəxsiyyətlərarası münasibətlərini tənzimləyən norma və prinsiplərin məcmusu kimi başa düşülür. Təbii ki, 30 il öncəki Azərbaycan vətəndaşı ilə bu günkü Azərbaycan vətəndaşının siyasi savadı və fəallığı arasında fərqlər var. Düzdür, vətəndaşlarımız uzun illər öncə də siyasi proseslərlə yaxından maraqlanıb, dövlətimizin bütövlüyü kimi mühüm bir amal uğrunda mübarizə aparıb, müəyyən proseslərə öz töhfələrini veriblər. Lakin indiki dövrün vətəndaşları sosial və siyasi fəallığı ilə xüsusi olaraq seçilir. Bu isə dövrün tələbidir. Bu gün vətəndaşlarımızın insan hüquq və azadlıqlarının müdafiəsi uğrunda fərqli formada iştirak edirlər. Sevindirici hallardan biri isə budur ki, bu gün demokratiyanın mühüm tərkib hissələrindən sayılan vətəndaşların siyasi savadı, onların hüquqi və siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi üçün bütün şəraitlər yaradılıb”.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxYeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19
Siyasət
11 İyun 23:51
Dünya
11 İyun 23:49
İdman
11 İyun 23:21
Sosial
11 İyun 23:21
Dünya
11 İyun 22:46
Dünya
11 İyun 22:34
Sosial
11 İyun 22:19
Sosial
11 İyun 21:55
Dünya
11 İyun 21:52
Siyasət
11 İyun 21:48
Dünya
11 İyun 21:28
Dünya
11 İyun 21:10
Dünya
11 İyun 20:41
Dünya
11 İyun 20:16
Sosial
11 İyun 19:52
Dünya
11 İyun 19:20
Xəbər lenti
11 İyun 19:04
Dünya
11 İyun 18:26
YAP xəbərləri
11 İyun 18:08
YAP xəbərləri
11 İyun 18:08
11 İyun 18:07
YAP xəbərləri
11 İyun 18:06
İqtisadiyyat
11 İyun 18:00
İqtisadiyyat
11 İyun 17:17
Xəbər lenti
11 İyun 16:52
YAP xəbərləri
11 İyun 16:39
Dünya
11 İyun 16:39
Elm
11 İyun 16:29
İqtisadiyyat
11 İyun 16:28
Sosial
11 İyun 16:26
Siyasət
11 İyun 16:03
YAP xəbərləri
11 İyun 15:55
Dünya
11 İyun 15:54
Sosial
11 İyun 15:42
Xəbər lenti
11 İyun 15:30
YAP xəbərləri
11 İyun 15:27
Sosial
11 İyun 15:05
YAP xəbərləri
11 İyun 15:04
YAP xəbərləri
11 İyun 15:03
YAP xəbərləri
11 İyun 14:59
YAP xəbərləri
11 İyun 14:57
YAP xəbərləri
11 İyun 14:36
Sosial
11 İyun 14:00
Siyasət
11 İyun 13:56
YAP xəbərləri
11 İyun 13:55
İqtisadiyyat
11 İyun 13:46
Hadisə
11 İyun 13:44
YAP xəbərləri
11 İyun 13:34
İqtisadiyyat
11 İyun 13:14
İqtisadiyyat
11 İyun 13:12
Sosial
11 İyun 12:58
YAP xəbərləri
11 İyun 12:53
YAP xəbərləri
11 İyun 12:50
İqtisadiyyat
11 İyun 12:46
Sosial
11 İyun 12:45
Sosial
11 İyun 12:28
İdman
11 İyun 12:16
YAP xəbərləri
11 İyun 12:02
YAP xəbərləri
11 İyun 12:01
YAP xəbərləri
11 İyun 12:00
YAP xəbərləri
11 İyun 11:53
YAP xəbərləri
11 İyun 11:52
Gündəm
11 İyun 11:49
YAP xəbərləri
11 İyun 11:41

