Azərbaycan beynəlxalq miqyasda...
28.12.2024 [09:59]
Ölkəmiz etibarlı və güclü tərəfdaşdır!
Ölkəmizin siyasi, iqtisadi, hərbi və digər sahələrdə uğurlara imza ataraq qlobal miqyasda nüfuzlu bir dövlətə çevrilməsinin şahidi oluruq. Ölkə başçısı tərəfindən mükəmməl şəkildə davam etdirilən daxili və xarici siyasət kursu dövlətimizin dinamik və hərtərəfli inkişaf yolunda inamla irəliləməsinə zəmin yaradıb. Azərbaycanı nəhəng qələbəyə aparan güclü və sarsılmaz dövlətçilik konsepsiyası dövlət-xalq birliyi nəticəsində dayanıqlı inkişaf modelinin təşəkkül tapmasına imkan yaradıb. Məhz Prezidentin mükəmməl dövlət idarəçiliyi dövlətimizin beynəlxalq miqyasda etibarlı və güclü tərəfdaş kimi qəbul olunmasına şahidlik edirik.
Qlobal miqyasda nüfuzlu və praqmatik siyasətçi olan dövlət başçımız regionda və dünyada baş verən prosesləri düzgün və uzaqgörənliklə qiymətləndirərək bölgədə yeni reallıqlar yaratmağa nail olub. Prezident müasir dövrün yeni lideri, müdrik dövlət xadimi, mahir diplomat, qətiyyətli siyasətçi kimi qloballaşan dünyamızda mürəkkəb geosiyasi mübarizə şəraitində ölkəmizin qarşısında duran strateji hədəflərə çatmaq üçün heyrətamiz əzmkarlıq, sarsılmaz iradə nümayiş etdirir.
Milli maraqlara əsaslanan səmərəli əməkdaşlıq
Mövzunu “Yeni Azərbaycan”a dəyərləndirən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Pərvanə Vəliyeva bildirib ki, Azərbaycan reallaşdırdığı sistemli islahatlar nəticəsində hazırda regional və qlobal layihələrdə aparıcı rol oynayır: “Prezident İlham Əliyevin rəhbərliyi ilə, nüfuzlu beynəlxalq təşkilatlarla və dövlətlərlə milli maraqlara əsaslanan səmərəli əməkdaşlıq quran ölkəmiz BMT-dən sonra dünyada ikinci beynəlxalq platforma olan Qoşulmama Hərəkatına sədrliyi dövründə qlobal Cənubla qlobal Şimal arasında etibarlı körpü rolunda çıxış edərək, inkişaf etməkdə olan və zəif inkişaf edən dövlətlərin dünya miqyasında səsinin eşidilməsində əhəmiyyətli rol oynayıb. COVID-19 pandemiyası dövründə dövlətimiz Qoşulmama Hərəkatının sədri qismində pandemiyanın təsirinin azaldılması üçün həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə bir sıra vacib təşəbbüslərlə çıxış etdi. İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatı çərçivəsində pandemiyaya qarşı birgə mübarizə təşviq edildi və 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının xüsusi sessiyasında dünya liderləri bir araya gətirildi. Nəticədə pandemiyaya qarşı qlobal həmrəylik gücləndi”.
Ölkəmiz mədəniyyətlərarası dialoqda fəal rol oynayır
Deputat vurğulayıb ki, Azərbaycan hazırda türk dövlətləri ilə uğurlu əməkdaşlığı davam etdirir: “Azərbaycan, həmçinin təxminən 60 ölkəni birləşdirən İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüdür. Avropa İttifaqının 10 üzvü ilə Azərbaycan sazişlər imzalayıb və Strateji tərəfdaşlıq haqqında bəyannamələr qəbul edib. Ölkəmiz çoxtərəfliliyin tərəfdarı olmaqla, eyni zamanda, mədəniyyətlərarası dialoqda fəal rol oynamaqdadır. BMT-nin Sivilizasiyalar Alyansı ilə birlikdə iki ildən bir Bakıda Mədəniyyətlərarası Forum təşkil edilir və multikulturalizm dövlət siyasətimizə, həyat tərzimizə çevrilib.
P.Vəliyeva xatırladıb ki, yer kürəsində iqlim dəyişikliyinin əsas çağırışlardan birinə çevrildiyi bir dönəmdə ölkəmizin milli prioritetləri sırasında yaşıl gündəliyin yer alması və Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına uğurlu ev sahibliyi etməsi dövlətimizin qlobal problemlərin həllində mühüm aktorlardan birinə çevrildiyini bir daha nümayiş etdirdi: “Beynəlxalq miqyasda ən mötəbər tədbirlərdən biri olan COP29-un Azərbaycanda keçirilməsi, eyni zamanda, tədbirdə 196 ölkəni təmsil edən 72 mindən çox iştirakçının qeydiyyatdan keçməsi, 80 prezident, vitse-prezident və Baş nazirlərin sammitdə iştirak etməsi müdrik Liderimizin rəhbərliyi ilə ölkəmizin beynəlxalq müstəvidəki növbəti böyük siyasi qələbəsi, nəhəng diplomatik uğuru oldu. Sessiyanın yekununda qəbul edilən qərarlar - Bakı Maliyyə Məqsədi, Paris Sazişinin 6-cı maddəsinin tam şəkildə işlək vəziyyətə gətirilməsi, İtki və Zərər Fondunun institutlaşdırılmasının yekunlaşması, Bakı Adaptasiya Yol Xəritəsinin yaradılması mühüm amil idi. Digər vacib nəticələr bəşəriyyətin gələcəyi üçün müstəsna əhəmiyyət daşımaqla bərabər, Azərbaycanın liderlik qabiliyyətini və beynəlxalq nüfuzunu, bu kimi nəhəng tədbirlərin keçirilməsində yüksək təşkilatçılıq qabiliyyətini bir daha nümayiş etdirdi”.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59

