Bizi birləşdirən ideologiya...
30.12.2024 [10:41]
Azərbaycançılıq dilimizi, mədəniyyətimizi, milli-mənəvi dəyərlərimizi yaşatmağı təşviq edir
Hər bir xalqın milli ideologiyası həmin xalqın adət-ənənəsini, həyat tərzini və fəaliyyət istiqamətlərini özündə ehtiva edən baxışlar sistemidir. Vətəni, torpağı sevmək, onu qorumaq hər zaman xalqımızın müqəddəs amallarından olub. Təsadüfi deyil ki, bu amallar xalqımızın birliyini, vətənpərvərliyini daim gücləndirib. Bu isə məhz azərbaycançılıq ideologiyasına əsaslanır. Şüurlarımızda dərindən kök salan, əbədi olaraq qəlbimizə, ruhumuza yazılan azərbaycançılıq məfkurəsinin özülü neçə-neçə əsrlər əvvəl qoyulub. Bu ideologiya hər zaman xalqımızın ruhunu ölməz edib, onu ayaqda, daim mübarizə ovqatında saxlayıb.
Bu ideyanın məqsədi çoxmillətli Azərbaycan xalqının birləşməsi və demokratik yolla inkişaf etməsinə zəmin yaradan dəyərlər sistemini formalaşdırmaqdır. Çoxmillətli Azərbaycan xalqını birləşdirən azərbaycançılıq ideyası müstəqilliyin qorunmasına, demokratik inkişafa və hüquqi, sosial dövlətin qurulmasına xidmət edir.
Tarixi təcrübə də göstərir ki, cəmiyyətdə müəyyən inkişaf vektorlarını müəyyənləşdirən ideologiya olmadıqda dövlətin siyasi, iqtisadi və sosial siyasətində boşluqlar yaranır. Bu isə öz növbəsində cəmiyyət daxilində bir-birinə zidd, ənənəvi sosial-mənəvi dəyərlərlə vəhdət təşkil etməyən yad ideyaların yaranmasına gətirib çıxarır.
Mövzu barədə “Yeni Azərbaycan”a açıqlama verən BDU-nun tarix fakültəsinin müəllimi, tarix elmləri doktoru Nuru Məmmədov bildirib ki, azərbaycançılığın dərin kökləri və təməlləri millətimizin tarixi keçmişi və bugünü ilə sıx bağlıdır. Onun sözlərinə görə, xalqımız milli kimliyini dərk etdiyi zamandan bəri azərbaycançılıq ideologiyası müxtəlif enişli-yoxuşlu yollardan, tarixi dövrlərdən keçərək inkişaf edib, zənginləşib: “Azərbaycanda etnik kimliyindən asılı olmayaraq, bütün vətəndaşlar Azərbaycan millətidir. Ona görə də azərbaycançılıq ilk növbədə ailədən, bağçadan, məktəbdən və cəmiyyətdən gəlməlidir. Cəlil Məmmədquluzadə yazırdı ki, millətin gələcəyi anaların əlindədir. Azərbaycançılıq təkcə şüar olaraq deyil, məzmun və mahiyyətinə görə dərsliklərimizdə hakim olmalıdır. Azərbaycançılıq bu və ya başqa səviyyədə təhsil müəssisələrində, KİV-də təbliğ edilir. Eyni zamanda, bu ideologiyanın təkmilləşdirilməsinə ehtiyac olduğu qənaətindəyəm. Azərbaycançılığın daha geniş təbliğ edilməsinin hər bir Azərbaycan vətəndaşı üçün əhəmiyyəti böyükdür. Hesab edirəm ki, azərbaycançılıq təkcə Vətəni, dövləti sevmək deyil, hər bir şəxsin olduğu yerdə onun sabit və davamlı inkişafı, dəyişən dünya reallıqlarına uyğun olaraq tərəqqisi və təhlükəsizliyi üçün çalışması deməkdir. Vətəndaşlarımızı birləşdirən bu ideologiyanın inkişafı yolunda əngəl olan, xüsusən, millətimizin birliyi və ölkəmizin bütövlüyünə qarşı yönəldimiş bütün, ən xırda cəhdlərin qarşısı amansızlıqla alınmalıdır”.
Tarixçi qeyd edib ki, azərbaycançılıq ideologiyası hər şeydən öncə, Azərbaycan xalqının bu günə qədər əldə etdiyi milli-mənəvi dəyərlərə sahib çıxmaq, Azərbaycan dilini, tarixini, mədəniyyətini bilmək, tarixən əldə etdiyimiz dəyərləri mühafizə etməklə, qloballaşan dünyada mövcud olan, yeni universal dəyərləri mənimsəməklə, bunları ümummilli mənafelərimizin qorunması istiqamətində səfərbər etmək deməkdir: “Azərbaycançılıq ideyası milli kimliyimiz, milli birliyimizdir. Bu ideya tarix boyu xalqımızın əzab-əziyyəti, canı, qəhrəmanlığı bahasına nail olduğu ən böyük mənəvi sərvətidir. Azərbaycançılıq ideyasının təbliği dünya azərbaycanlıların ümumi maraqları və ölkənin ərazi bütövlüyünün qorunmasına xidmət edir. Bu ideya gələcək nəsillərə də Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini sonsuz sevməyi və yaşatmağı, azərbaycanlı olduğuna görə daim qürur hissi keçirməyi aşılayır”.
N.Məmmədovun sözlərinə görə, dövlətimiz tərəfindən azərbaycançılıq ideyasının təbliği sahəsində böyük işlər həyata keçirilib: “Dövlətimiz xalqı birləşdirən bir amal, ideoloji ruh kimi azərbaycançılığı daim təşviq edib. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan azərbaycançılıq ideologiyası vətənpərvərliklə həmahəng formada inkişaf edib. Bu ideologiyanın təsiri nəticəsində bu gün ölkədə kifayət qədər yüksək səviyyəyə çatmış xalq-iqtidar birliyi, vətəndaş-dövlət əlaqələri mövcuddur. Hesab edirəm ki, azərbaycançılıq ideologiyasının dövlət tərəfindən daim gündəmdə tutulması və ön sıralarda olması nəticəsində xalqımız 44 günlük Vətən müharibəsində ölkə başçımızın ətrafında sıx birləşdi.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycançılıq ideyasının təbliği” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10

