Regionlarımızın inkişafı diqqət mərkəzindədir...
08.01.2025 [10:37]
3 il ərzində 13 milyarddan çox vəsait yönəldilib
Dövlətimizin inkişafını regional komponentsiz təsəvvür etmək mümkün deyil. Çünki regionların inkişafı ölkənin sosial-iqtisadi tərəqqisinin təmin edilməsi, bütün vətəndaşlarının həyat keyfiyyətinin yaxşılaşdırılması və qlobal səviyyədə rəqabət qabiliyyətinin artırılması üçün əsas şərtlərdən biri hesab edilir. Regionların inkişafı həm də ona görə vacibdir ki, onların resurs, sənaye və kadr potensialı bütün ölkənin sosial-iqtisadi yüksəlişi üçün böyük imkanlar yaradır.
Məhz bu amilləri diqqət mərkəzində saxlayan ölkə başçısı fəaliyyətində regionların dinamik inkişafına balanslı yanaşma nümayiş etdirir. Ərazi bütövlüyünün bərpasından sonra dövlət başçısının regionlara səfərləri bu prosesə mahiyyətcə yeni impuls verir.
90 milyard manatdan artıq vəsait yönəldilib
Milli Məclisin iclasında iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova bildirib ki, regionlarda infrastrukturlarla bağlı təkliflər növbəti dövlət investisiya proqramının tərtibi zamanı nəzərə alınacaq. Nazir müavini bildirib ki, bu proqramın tərtibi zamanı ölkənin sosial-iqtisadi inkişaf predmetləri nəzərə alınır: “Regionların inkişafı proqramına indiyədək bütün mənbələr hesabına 90 milyard manatdan artıq vəsait yönəldilib. 2021-2023-cü illər üzrə isə regionların inkişafına 13 milyarddan çox vəsait yönəldilib. Bu məsələ nazirliyin diqqət mərkəzindədir. Bu proqram vasitəsilə regionların inkişaf məsələlərinin həllinə çalışırıq. Bütün təkliflər yerlərdən yığılır. Təkliflər əsasında proqramlar tərtib olunur və məqsədyönlü şəkildə həyata keçirilir”.
Regionlarda turizm potensialı sürətlə inkişaf edir
Mövuzunu “Yeni Azərbaycan”a dəyərləndirən iqtisadçı Fuad İbrahimov bildirib ki, bu gün ölkəmizin sürətli inkişafında, tərəqqisində paytaxtla yanaşı, regionlar da önəmli rol oynayır. Onun sözlərinə görə, bölgələrin sosial-iqtisadi mənzərəsi 20 il əvvəllə müqayisədə tamamilə dəyişib: “Görülən işlərin nəticəsidir ki, artıq ölkənin bir sıra şəhər və rayonları büdcədən maliyyələşmir. Bu sırada paytaxt Bakı ilə yanaşı, Gəncə, Sumqayıt, Lənkəran, Şəki, Yevlax, Naftalan, Mingəçevir və Şirvan şəhərləri, Ağcabədi, Ağsu, Astara, Beyləqan, Cəlilabad, Daşkəsən, Göyçay, Göygöl, Hacıqabul, Xaçmaz, İsmayıllı, Kürdəmir, Qazax, Qəbələ, Şəmkir və digər rayonların adları var. Növbəti illərdə bu sayın daha da artacağı gözlənilir.
Regionların inkişafı naminə uğurla reallaşdırılan Dövlət proqramları qeyri-neft sektorunun, sosial infrastrukturun yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, iş yerlərinin açılmasına, əhalinin məşğulluğunun artırılmasına və nəticədə rifah halının yaxşılaşmasına güclü stimul yaradıb. Regionlarda turizm potensialı sürətlə inkişaf edir. Kənd təsərrüfatı sahəsində irəliləyişlər göz önündədir. Yaradılmış münbit şərait, əlverişli imkanlar nəticəsində yerli və xarici investorlar bölgələrimizə sərmayə qoyur, yerli istehsalın artmasına layiqli töhfələr verirlər”.
F.İbrahimov qeyd edib ki, ölkə başçısının müəllifi olduğu regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası bölgələrdə iqtisadiyyatın, kiçik və orta sahibkarlığın inkişafını sürətləndirir, biznes mühitinin yaxşılaşdırılması üçün geniş imkanlar açır: “Həyata keçirilən tədbirlər regionların iqtisadi inkişafında mövcud olan fərqin aradan qaldırılmasını və regional tarazlığın əldə olunmasını təmin etməklə yanaşı, ölkəmizin iqtisadi gücünü, qüdrətini daha da artırır. Dövlət başçımızın qeyd etdiyi kimi, “Aparılan siyasət xalq tərəfindən dəstəklənir. Siyasət konkret işlərlə ölçülür. Bizim siyasətimizin təməlində konkret işlər, real inkişaf, söz yox, əməl dayanır və verilən hər bir söz həyatda öz əksini tapır”. Bu gün Azərbaycan “aşağı gəlirli ölkələr” sırasından “yuxarı-orta gəlirli ölkələr” sırasına yüksəlib. Ölkəmizin uzunmüddətli dayanıqlı inkişafı baxımından mühüm əhəmiyyət kəsb edən iqtisadiyyatın infrastrukturu tamamilə yenidən qurulub və modernləşdirilib”.
Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik!
İqtisadçının sözlərinə görə, Azərbaycanda bundan sonra da həyata keçiriləcək iqtisadi islahatların məqsədi yüksək insan kapitalına, regionların sosial-iqtisadi inkişafına əsaslanan ölkə iqtisadiyyatının formalaşdırılmasıdır: “İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkənin inkişafı və güclənməsi istiqamətində gördüyü işlərin ən böyük nəticəsi isə şübhəsiz ki, Qarabağın işğaldan azad edilməsi və bu torpaqlarda yenidənqurma və bərpa işlərinə sürətlə start verilməsidir. Qarabağ Zəfəri eyni zamanda regionlarımızın sosial-iqtisadi inkişafı, dövlət və ordu quruculuğu sahəsində apardığı siyasətin uğurunu ortaya qoydu. Prezident İlham Əliyev çıxışlarında dəfələrlə qeyd etmişdi ki, biz Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Bu gün həmin bölgələrimizdə nəzərdə tutulan bərpa və yenidənqurma işləri həqiqətən də həmin ərazilərin cənnətə çevriləcəyini deməyə tam əsas verir”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02

