34 yaşlı “Səs”!
11.01.2025 [10:38]
Dəfələrlə hücumlara, təzyiqlərə məruz qalan qəzet...
Bu gün respublikanın çoxsaylı mətbu orqanları arasında özünəməxsus dəst-xətti ilə seçilən “Səs” qəzetinin 34 yaşı tamam olur. Qəzet Azərbaycan mətbuatının inkişafında, söz və fikir azadlığının müdafiəsində, vətəndaşların hüquq və azadlıqlarının qorunmasında öz sözünü deyə bilib.
Müstəqilliyimizin bərpasından 9 ay öncə fəaliyyətə başlayan “Səs” qəzetinin yaranması, keçdiyi yolu xarakterizə etmək və digər sualları cavablandırmaq məqsədi ilə qəzetin baş redaktoru Bəhruz Quliyevlə söhbətləşdik.
-“Səs” qəzetinin yaranması hansı zərurətlə bağlı olub?
- “Səs” qəzeti müstəqil Azərbaycan mətbuatının ilk mətbu orqanlarından biridir. “Səs” ictimai-siyasi qəzet kimi 1990-cı ilin noyabrında “Əlincə” Xeyriyyə Cəmiyyətinin orqanı olaraq qeydiyyatdan keçib, 1991-ci il yanvarın 11-dən dərcinə başlanıb. Yəni qəzetin tarixi Azərbaycanın müstəqillik tarixindən bir neçə ay əvvələ təsadüf edir. Qəzet Heydər Əliyevin ideyalarının cəmiyyətə çatdırılması kimi müqəddəs missiyanı yerinə yetirib, bu qəzetin ətrafında Ulu Öndəri sevənlər cəmləşib. Bütün zamanlardakı fəaliyyəti dövründə qəzetimiz sağlam ideyanın cəmiyyətə çatdırılması missiyasını şərəflə yerinə yetirib. O dövrdə Heydər Əliyevin hakimiyyətə gəlməsi, onun ideyalarının cəmiyyətə çatdırılması istiqamətində böyük, hətta deyərdim ki, əvəzolunmaz işlər görüb. Həmin dövrlərdə ziyalıların Ümummilli Liderə müraciəti, onun ziyalılara cavabı məhz “Səs” qəzetində dərc olunurdu. Bu xidmətin nəticəsidir ki, Heydər Əliyev öz çıxışlarında hər zaman vurğulayardı ki, “Səs” qəzeti onun üçün çox əziz qəzetdir. O, qəzetin xidmətlərini xüsusi qiymətləndirir, əmin olduğunu bildirirdi ki, qəzet daim inkişaf edəcək, modernləşəcək.
Yarandığı dövrdə qəzetimiz dəfələrlə hücumlara, təzyiqlərə məruz qalıb. Amma qəzet öz yolundan, öz mövqeyindən dönməyib. “Səs” çoxsaylı layihələr həyata keçirib. Sonrakı dövrlərdə qəzet modernləşərək öz bazasında “Səs” İnformasiya Agentliyini (SİA) və SƏS TV internet televiziyasını yaradıb.
-Hazırda kollektiviniz neçə nəfərdən ibarətdir?
-Regionlardakı müxbirlərimizlə birlikdə hazırda 50-yə yaxın işçimiz var. Amma “Səs” qocaman qəzet kimi gəncləri də yetişdirir. Bir sözlə, qəzetimizdəki kollektivin sayı mütəmadi olaraq yenilənir.
-34 yaşınızı xüsusi qeyd edəcəksiz?
-”Səs”qəzeti olaraq hər il yaşımızı redaksiya daxilində qeyd edirik. Amma yubiley yaşlarımızı əhəmiyyətli tədbir formasında qeyd etmişik. “Səs” böyük məktəb yaradıb, bu məktəbdən çıxmış tələbələr müxtəlif yerlərlə çalışır. Onlar Azərbaycan mediasında, mərkəzi və yerli icra hakimiyyətləri orqanlarında, QHT-lərdə çalışırlar və yubileylərimizi qeyd edərkən onları da restorana dəvət edib yenidən ailə olaraq bir araya gəlirik. “Səs” mənəvi dəyərləri özündə yaşadan və qlobal dünyaya, gələcəyə qovuşan resursdur. Qəzetimiz keçmişə hörmət, gələcəyə rəğbət tezisi ilə inkişaf edən ocaqdır.
-Bu gün mətbuatımızın ümumi durumunu necə dəyərləndirirsiniz?
- Bu gün Azərbaycanda söz azadlığının təmin olunması, plüralizmin inkişafı istiqamətində dövlət öz üzərinə düşən vəzifəni yerinə yetirir. Bu sahədə qanun qəbul olunub, müasir dövrün tələblərinə uyğun olaraq təkmilləşdirilib. Söz və mətbuat azadlığının təmin edilməsi dövlət siyasətində prioritet istiqamətlərdən biridir.
Qəzet bir nümunədir, tarixi yaşadan arxivdir. Qəzet təcrübə yaradan, nümunə göstərən, jurnalistləri ideya ətrafında birləşdirən bir vasitədir. Bu gün qəzetə müasir media ilə ayaqlaşa bilməyən resurs kimi baxırlarsa, bu, tamamilə yanlış bir fikirdir. Jurnalist camiəsi bilməlidir ki, aylıq, həftəlik, gündəlik çıxmasından asılı olmayaraq, onların söykəndiyi, istinad etdiyi və daim öyrənəcəyi ocaq qəzetçilikdir.
-“Səs”in gələcək planlarından danışardız...
-Əvvəllər “Səs” qəzeti regionların sosial-iqtisadi inkişafı, problemlər, əldə olunan uğurlarla bağlı dəyirmi masalar təşkil edirdi. Qəzet ümumiyyətlə, ən aktual məsələlərlə bağlı dəyirmi masalar təşkil edib, bu dəyirmi masalarda görkəmli ictimai-siyasi xadimlər, deputatlar, dövlət məmurları iştirak edirdi. Eyni zamanda müxtəlif universitetlər, QHT-lərlə birgə layihələr keçirilib. Bu dəyirmi masaları yenidən təşkil etməyi planlayırıq.
Bundan başqa, qəzetin bazasında yaranmış subyektlərimizi-agentlik və televiziyamızı daha da inkişaf etdirməyi nəzərdə tuturuq. “Səs”in xarici qəzetlərlə əməkdaşlıqları var. Gələcəkdə bu əməkdaşlıqları genişləndirmək istəyirik.
“Səs” ictimai-siyasi qəzet kimi üzərinə düşən missiyanı həmişə yerinə yetirməyə çalışıb. Bundan sonra da “Səs” qəzeti öz ənənəsinə sadiq qalacaq, özünəməxsusluğunu qoruyub-saxlamaqla, müasir zamanın yeniliklərində öz sözünü deməyi, dövlətçilik uğrunda mübarizəsini, fəaliyyətini davam etdirəcək.
P.S. “Yeni Azərbaycan” qəzeti olaraq “Səs”in bütün kollektivini təbrik edir, qəzetin yeni uğurlara imza atmasını arzulayırıq!
Söhbətləşdi: Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59

