Diasporumuzun gücü!
11.02.2025 [08:28]
Uğurlu fəaliyyət davam edir...
Qloballaşan dünyada xalqlar arasında gedən sürətli inteqrasiya prosesləri diaspor və lobbi təşkilatlarının rolunu artırmaqdadır. Hər bir dövlətin gücü, qüdrəti onun xaricdə formalaşdırdığı diaspor və lobbiçilik fəaliyyəti, həmçinin, millətinin həmrəyliyi ilə müəyyən edilir. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın vətənlə əlaqələrinin daha da möhkəmləndirilməsi, icmalar, cəmiyyət və birliklərarası fəaliyyətin genişləndirilməsi, müntəzəmliyin təmin olunması vacib və təxirəsalınmaz məsələlər kimi diskusiya predmetidir.
Ümummilli lider Heydər Əliyevin 23 may 2001-ci il tarixində “Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında” imzaladığı sərəncamlar Azərbaycanda disapor quruculuğunda mühüm rol oynayıb. Bu sərəncamdan bir müddət sonra - noyabr ayının 9-u və 10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi. Tariximizə böyük bir prosesin başlanğıcı kimi daxil olmuş ilk qurultayda 36 ölkədən 200-dən çox müxtəlif təşkilatı təmsil edən 406 nümayəndə və 63 qonaq iştirak etdi.
Ulu öndər Heydər Əliyevin 2002-ci il iyulun 5-də imzaladığı “Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında”kı fərmanı ilə lobbiçiliyin mütəşəkkilləşmə dövrü başlandı. Komitənin yaradılmasında əsas məqsəd xaricdə yaşayan həmvətənlərlə əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi idi. İndi diaspor anlayışı beynəlxalq münasibətlərin vacib elementinə çevrilməkdədir. Qloballaşan dünyamızın reallıqları diaspor quruculuğu sahəsində qarşıya yeni vəzifələr qoymaqdadır. Xalqlar arasında gedən sürətli inteqrasiya prosesləri, diaspor təşkilatlarının beynəlxalq siyasətdə artan rolu bu sahədə daha genişmiqyaslı fəaliyyət göstərilməsini tarixi zərurətə çevirir.
İstər lobbiçilik, istərsə də onun hərəkətverici qüvvəsi olan diasporun əsasını üzvlərin, yəni bütün dünyada yaşayan azərbaycanlıların milli birliyi təşkil edir. Azərbaycan hökuməti buna daim böyük önəm verir. Hələ 1991-ci il dekabrın 16-da Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olarkən, məsələnin əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi. Bundan sonra hər il 31 dekabr həmrəylik günü kimi bütün dünya azərbaycanlıları tərəfindən böyük coşqu ilə qeyd olunmağa başlandı.
Güclü diasporumuz formalaşıb
Mövzu barədə “Yeni Azərbaycan”a danışan “Diaspor Press” informasiya mərkəzinin rəhbəri Toğrul Allahverdili bildirib ki, hazırda Azərbaycan diasporu xaricdə istər keçmiş postsovet məkanında, istər Avropada, istərsə də okeanın o tayında yetərincə formalaşa bilib. T.Allahverdili qeyd edib ki, Diaspor Komitəsinin işini necə qurmağından asılı olmayaraq, xaricdəki soydaşlarımız öz içlərindəki vətən sevgisi ilə fəaliyyət göstərməsələr nə olur olsun güclü diaspora yaradıla bilməz: “Diasporla İş üzrə Dövlət Komitəsi xaricdə 90-cı illərin sonunda Heydər Əliyevin xüsusi tapşırığı ilə yaradılan “Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi” olaraq fəaliyyətə başladı. Hətta son illər Ərəb ölkələrində də Azərbaycan Diasporasının daha güclü, daha effektli çalışdığının şahidi olmuşuq. Şükürlər olsun ki, həm Diaspora üzrə Dövlət Komitəsinin fəaliyyəti, həm xaricdə yaşayan soydaşlarımızın illərdir çəkdiyi əziyyətlər öz bəhrəsini verib. Azərbaycan güclü diaspor formalaşdırıb. Diaspor üzrə Dövlət Komitəsi bir neçə il bundan öncə olan dəyişikliklər nəticəsində Diaspor Komitəsinə bir yeni imic və nəfəs gətirdi”.
Azərbaycan diasporu vəhdət halında birləşə bilib
T.Allahverdilinin sözlərinə görə, Azərbaycan diasporu illər ərzində xaricdə yetərincə formalaşıb və aktivləşə bilib: “Amma təbii ki, çatışmazlıqlar var. Çünki bəziləri bizim mədəniyyətimizi başqa cür anlayırlar. Elə bilirlər Azərbaycan mədəniyyətinin təbliği Azərbaycandan müğənni aparıb konsert keçirtmək və ya bayramdan-bayrama masa ətrafına yığılıb bayram şənliyi keçirtməkdir. Amma bizim Azərbaycan xalqının milli-mənəvi dəyərlərini xaricdə yetərincə, akademik səviyyədə təbliğ edən həqiqətən, güclü diaspor təşkilatlarımız var. Onlar universitetlərdə, beyin mərkəzlərində akademik səviyyədə tədbirlər təşkil edirlər. Hətta, Azərbaycanda elə qeyri-hökumət təşkilatları var ki, Azərbaycan mədəniyyəti ilə bağlı xaricdə keçirdikləri tədbirlər bəzi diaspor təşkilatlarının keçirdikləri tədbirlərdən daha perspektivlidir. Diaspor birliyi ilə bağlı xaricdə yaşayan azərbaycanlıların fəaliyyətinə gəldikdə isə biz bunun ən böyük nəticəsini postpandemiya dövründə və ən əsası Vətən müharibəsi zamanı şahidi olduq. Xaricdə yaşayan azərbaycanlıların, özünə diaspor nümayəndəsi deyən hər bir fərdin ürəyi Azərbaycanla döyünürdü. Xaricdə yaşayan azərbaycanlıların Vətən müharibəsi savaşında xalqımıza dəstək nümayiş etdirməsi, Ali Baş Komandana məktublar, videomüraciətlər ünvanlanması, Vətən savaşında iştiraklarını xahiş etmələri bunu deməyə əsas verir ki, Azərbaycan diasporu bir vəhdət halında birləşə bilib”.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12

