Vətənpərvərlik tərbiyəsi ümummilli xilas yolumuzdur...
10.04.2025 [08:10]
Təhsil müəssisələrində hansı işlər görülməlidir?
Vətənpərvərlik ən ülvi hisslərdən biridir. Bu gözəl və nəcib əxlaqi keyfiyyətin gənclərə aşılanmasında ailənin, təhsil ocaqlarının üzərinə böyük məsuliyyət düşür. Məlumdur ki, zəngin tarixi keçmişimizdən tutmuş bugünkü tariximizə qədər gənc nəslə örnək olası kifayət qədər qəhrəmanlıq səhifələrimiz var. Bu baxımdan gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması, milli soykökümüzə, tariximizə yiyələnməsi üçün dövlətin gənclər siyasətini xüsusilə vurğulamaq yerinə düşər.
Bu gün dövlətin gənclər siyasəti ölkə başçısı tərəfindən uğurla həyata keçirilir. Bu sahədə qazanılan uğurların nəticəsidir ki, Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar. Gənclərimizin milli mənlik şüurunun inkişaf etdirilməsinə, onların vətənpərvərlik ruhunun artırılmasına çox əmək sərf etməliyik.
Ailə və təhsil müəssisəsi arasında birgə koordinasiya
Mövzuya dair “Yeni Azərbaycan”a açıqlama verən təhsil üzrə ekspert Elçin Əfəndinin sözlərinə görə, vətənpərvərlik anlayışı elədir ki, bu istiqamətdə təbliğatları lap uşaq yaşlarından başlayıb, daha sonra yeniyetməlik yaşlarında və gənclik illərində daha da güclü bir şəkildə davam etdirmək lazımdır. Bu baxımdan işə bağçadan başlamaq lazımdır: “Daha sonra bu prosesi orta məktəbdə və ali məktəbdə gücləndirmək lazımdır. Bu fəaliyyət zamanı ailədəki tərbiyənin də mühüm rolu var. Bağçadakı, orta məktəbdəki və ali məktəbdəki fəaliyyətlər ailənin vasitəsilə daha da gücləndirilməlidir. Ailə və təhsil müəssisəsi arasında qarşılıqlı fəaliyyət, birgə koordinasiya olmalıdır. Belə bir məqamda göründüyü kimi iş təhsilə gəlib çıxır. Buna görə də orta məktəb dərsliklərimizdə vətənpərvərlik, milli mənlik şüurunu inkişaf etdirib gücləndirə biləcək məqamlara qarşı daha diqqətli olmalıyıq. Dərsliklərimizin hazırlanması, orada əks olunacaq faktlar və digər məqamlara çox ciddi yanaşılmalı, bununla bağlı kompleks tədbirlər həyata keçirilməlidir. Gənclərimizin beynini formalaşdıracaq dərsliklər son dərəcədə mükəmməl bir şəkildə hazırlanmalı, keçirilən tədbirlərin effektivliyini daha da artırmalıyıq. Təlim-tərbiyə insan psixologiyasını formalaşdıran amillər sırasında öndə gedən elementdir. Uşaqların həyata fərqli baxışları, nitqi məktəbdə təşkil olunan tərbiyəyə əsasən formalaşır. Ümumiyyətlə, məktəblərdə həyata keçirilən tərbiyə işi hər bir müəllimdən pedaqoji ustalıq tələb edir. Onlar uşaq psixologiyasını hamıdan yaxşı başa düşürlər. Məhz buna görə də sağlam, vətənpərvər bir gəncliyin formalaşmasında müəllimlərin üzərinə ciddi məsuliyyət düşür”.
Vətənpərvərlik hisslərinin tərbiyəsi ona görə zəruridir ki...
Ekspert qeyd edib ki, güclü, humanist və ədalətli dövlətçilik ənənələri cəmiyyətdə vətənpərvər və hərtərəfli inkişaf etmiş gənclərin yetişməsi üçün stimuldur: “Gənclərimizin vətənpərvər olmasını istəyiriksə, onda ilk növbədə ədalətli və qayğıkeş, yalnız qanunlarla və humanist düşüncələrlə tənzimlənən cəmiyyət formalaşdırmalıyıq. Bunun üçün hamı çalışmalıdır. İnsanlar bir-birinə qayğıkeş, mehriban və diqqətli olmalı, bir-birinə sivil davranış nümayiş etdirməli, tarixən formalaşmış adət-ənənələrimizə, əxlaqi-mənəvi dəyərlərimizə hörmət və qayğı ilə yanaşmalı, cəmiyyət üçün zərərli olan əməllərdən uzaq olmalı, onların yayılmasına müqavimət göstərməlidirlər. Gənclər dərk edirlər ki, dünyada Azərbaycan xalqı var, yaşayır və özünün hiyləgər düşməninə qarşı mübarizə aparır. Azərbaycan gənclərində milli psixologiyanın, mənəviyyatın, milli qürur və iftixar hissinin, milli özünəməxsusluğun formalaşması və tərbiyə edilməsi ona görə zəruridir ki, onlar milli-etnik məhdudluğa qarşı mübarizə apara bilir, bəsit hisslərdən uzaq olurlar. Bu baxımdan, sevindirici haldır ki, gənclərlə aparılan vətənpərvərlik tərbiyəsi işinin mühüm istiqamətlərindən birini təlim-tədris prosesindəki iş təşkil edir. Təhsilin bütün pillələrində, xüsusən də ümumtəhsil məktəblərində bunun üçün geniş imkanlar mövcuddur. Bu baxımdan orta məktəblərdə, eləcə də təhsilin digər pillələrində tədris olunan humanitar fənlər, xüsusən də ədəbiyyatın, tarixin potensialı daha böyükdür”.
Səlim
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxElm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09

