Gəncləşən sahibkarlıq!
12.04.2025 [08:32]
Dövlətin dəstəyi və stimullaşdırıcı tədbirlər gənclərin biznes sektorunda payını artırır
Ölkəmizdə gənclərin ən çox təmsil olunduğu sahələrdən biri də sahibkarlıqdır. böyük Dövlət dəstəyi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən və ya biznesini quran gənclərin bu sahəyə axınında mühüm stimullaşdırıcı rol oynamaqdadır. Xüsusilə də bacarıqlı və innovativ ideyalı gənclərə dövlətin əhatəli dəstək tədbirləri onlarda işgzüzarlığı yüksəkldir. Dövlət başçısının tapşırığına əsasən, paytaxt Bakı və bölgələrdə fəaliyyət göstərən gənclərin sahibkarlıq təşəbbüsünün dəstəklənməsi, yeni biznes və məşğulluq imkanlarının yaradılması istiqamətində davamlı layihələr həyata keçirilir.
Sahibkarlıq ekosisteminin inkişafında gənclərin rolunun, sahibkarlığa marağı olan gənclərin bilik və bacarıqlarının artırılması, onların potensialının üzə çıxarılması və təşəbbüslərinin dəstəklənməsi istiqamətində atılan addımlar öz müsbət bəhrəsini verməkdədir. Ənənə halını alan Gənc Sahibkarlar Forumunun keçirilməsi isə gənclərin sahibkarlığa meylinin daha da artmasında byük stimullar yaradır. Bu Forumların başlıca məqsədi gənclər arasında sahibkarlıq fəaliyyətinin təşviqi, biznes layihələrinin reallaşdırılması istiqamətində mövcud imkanlar və dövlət dəstəyi mexanizmləri haqqında onların məlumatlandırılması, öz bizneslərini qurmaları üçün ilkin biliklərə yiyələnmələrinə dəstək olmaq, sahibkarlıq subyektlərinin şəbəkələşməsidir.
“Startap” şəhadətnaməsi almış KOB-ların 30 faizdən çoxu gənclərdir
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) verilən məlumata görə, 2024-cü ildə qurumun təşkil etdiyi biznes üzrə bilik və bacarıqların artırılmasına dair təlim, məsləhət və biznes planın hazırlanması xidmətlərindən faydalananların 40 faizini gənclər təşkil edib. Biznes subyektini vergidən azad edən “Startap” şəhadətnaməsi almış KOB-ların 30 faizdən çoxu, qrant dəstəyindən yararlanmış sahibkarların isə 30 faizi gənc sahibkarlar və startaplardır. KOBİA-nın dəstəyindən yararlanmış sahibkarların və biznesə başlamaq istəyən şəxslərin payı isə daha da artmqadadır.
Azad ərazilərdə 2575 yeni iş yeri yaradılıb
Gənc biznes ordusunun fəallığı işğaldan azad edilmiş ərazilərdə də müxtəlif layihələrin icrasında, habelə məşğulluq imkanlarının təmin edilməsində əhəmiyyətli rol oynamaqdadır. Dövlət Statistika Komitəsinin apardığı hesablamalara görə, gənclərin aktivliyi sayəsində hər il azad ərazilərdə iş yerləri göstəricinin sayı yüksəlir. 2024-cü il ərzində işğaldan azad edilmiş rayonlarda 2575 yeni iş yeri yaradılıb ki, bu, əvvəlki illə müqayisədə 2.1 dəfə artım deməkdir.
Ötən il ərzində ən çox yeni iş yeri Xankəndi və Laçında yaradılıb. Belə ki, hesabat dövründə Xankəndidə 702, Laçında isə 471 yeni iş yerləri yaradılıb. Həmin dövrdə azad edilmiş rayonlarda 380 yeni müəssisə və təşkilat, 3815 yeni fərdi sahibkarlıq subyekti dövlət qeydiyyatından keçib. Əvvəlki illə müqayisədə yeni yaradılmış müəssisə və təşkilatların sayı 2.6 dəfə, fərdi sahibkarların sayı isə 43.3 faiz artıb.
“Gənclərin biznes emalatxanası”
KOBİA gənclərin sahibkarlıq fəaliyyətinə təşviqi və bu sahədə onların təşəbbüslərinin dəstəklənməsi üçün peşə və ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində agentliyin biznes üzrə mütəxəssisləri müxtəlif peşə və ali təhsil müəssisələrinin tələbələri ilə görüşərək sahibkarlıq fəaliyyəti, bu sahədə dəstək alətləri üzrə ilkin məlumat verir, gənclərin suallarını cavablandırırlar. Həmçinin biznes fəaliyyətinə marağı olan tələbələr üçün təlimlər təşkil edilir.
Eyni zamanda, KOBİA və tərəfdaş qurumların birgə təşkilatçılığı ilə gənclərin biznes təşəbbüslərinə dəstək məqsədilə müxtəlif layihə və proqramlar həyata keçirilir. Gənclərin biznesə başlaması üçün ilkin dəstəyi təmin edən “Gənclərin biznes emalatxanası” və biznes ideyalarının maliyyələşdirilməsinə töhfə verən “Bizdən biznesə” layihələrindən 60 gənc faydalanıb.
Agentliyin “KOB könüllüləri” proqramı da idarəetmə, biznes və menecment ixtisasları üzrə təhsil alan tələbə və magistrlərin sahibkarlıq sahəsində ilkin biliklərə yiyələnmələri üçün faydalıdır. Bu günədək 700-dən çox gənc proqramı uğurla başa vurub. Onlar arasında özəl sektorda çalışan gənclər xüsusilə seçilir.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10

