Bir yumruq kimi...
16.04.2025 [09:45]
Mina terroruna qarşı diaspor siyasətimiz davam etdirilməlidir!
Dünya azərbaycanlılarının həmrəyliyi vacib amildir. Milli birliyimiz milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə məhəbbət və bağlılıq hisslərini özündə təcəssüm etdirir. Ötən əsrin son onilliyində aktiv fazaya keçən erməni terrorizmi, işğalçılıq siyasəti ölkəmiz üçün ciddi problemlər yaradırdı. Ən təhlükəli məqamlardan biri isə erməni lobbisinin əli ilə aparılan yalan, böhtan təbliğatı idi. Azərbaycan əleyhinə iş aparan erməni lobbisinin təbliğat maşını bəzi hallarda bir sıra dövlətlərdə baş verənlərlə bağlı fərqli, əks və yalan təəssürat yaradır.
Ona görə də diaspor və lobbiçilik fəaliyyəti xüsusilə hazırki-dünyada yeni nizam qaydalarının formalaşdığı dövrdə böyük aktuallıq kəsb etməkdədir. Bu siyasi istiqamət bir çox ölkələrin siyasi gündəmində ən prioritet məsələlərdən birinə çevrilib. Xüsusilə, milli maraqların, dəyərlərin qorunması baxımından diaspor və lobbiçilik çox vacib fəaliyyət sahəsi sayılır ki, bu da həmin fəaliyyət sahəsinə dövlətin diqqət və qayğısının günü-gündən artmasını şərtləndirir.
Müharibə bitsə də...
Çalışmalıyıq ki, xaricdə yaşayan soydaşlarımız daha mütəşəkkil formada fəaliyyət göstərərək yaşadıqları ölkələrin, şəhərlərin siyasi həyatında yer alsınlar. Dünyada 50 milyon soydaşımız yaşayır, elə aktiv və strateji fəaliyyət qurmalıyıq ki, səsimiz daha da yüksəklərdən eşidilsin. Xalqımız 30 il ərzində Qarabağın işğaldan qurtarılacağı, doğma torpaqlarımıza qayıdacağımız günün həsrəti ilə yaşayıb.
Artıq bu həsrətə son qoyuldu, Qarabağı azad, vətəni bütöv görmək arzusumuz reallaşdı. Lakin Qarabağ müharibəsi bitsə də, xalqımız ermənilərin bir zamanlar basdırdığı minaların qurbanı olur. Məlumdur ki, işğaldan azad edilmiş ərazilərimiz dünyanın ən çox minalarla çirkəndirilmiş ərazilərindən biridir. İşğal dövründə Ermənistan ərazilərimizdə bir milyondan artıq mina basdırıb. Təəssüf ki, çirkin əməllərindən əl çəkməyən Ermənistanın mina terrorundan əziyyət çəkən vətəndaşlarımız bu gün də var.
Avropadakı Azərbaycan diasporundan etiraz məktubu
Aprelin 6-7-də Ağdam, Cəbrayıl rayonlarında mina partlayışlarının baş verməsindən sonra Avropadakı Azərbaycan diasporu ermənilərin mina terroruna etiraz edib. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Avropadakı Azərbaycan diasporu BMT-nin Mina Əleyhinə Xidmətinə (UNMAS) və İnsan Hüquqları üzrə Ali Komissarlığına (OHCHR), Avropa İttifaqının Xarici Fəaliyyət Xidmətinə (EEAS) və ABŞ-dəki nümayəndəliyinə (EEAS Delegation to USA), ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosuna (ODIHR), Beynəlxalq Mina Əleyhinə Kampaniyaya (ICBL), “Human Rights Watch”un Avropa üzrə təmsilçisinə, “Amnesty International”ın Almaniya bölməsinə, “BBC News” (Böyük Britaniya), “Deutsche Welle” (Almaniya), “France 24” (Fransa), “Al Jazeera English” (Qətər), “The Guardian” (Böyük Britaniya) kimi media subyektlərinə etiraz məktubları ünvanlayıb.
Etiraz məktublarında Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mina təhlükəsinin hələ də aradan qalxmadığı və günahsız insanların həyatının hər an təhdid altında olduğu xüsusilə vurğulanıb. Ermənistan tərəfindən basdırılan və bu gün də faciəyə səbəb olan minaların xəritələrinin verilməməsi pislənib.
Beynəlxalq qurumlar qarşısında mühüm öhdəlik
Bununla yanaşı, 2020-ci ilin noyabrında İkinci Qarabağ müharibəsinin başa çatmasından bəri mina partlayışları nəticəsində 393 nəfərin həlak olduğu və ya xəsarət aldığı bildirilib. Ermənistanın minalarla çirkləndirdiyi ərazilərdəki humanitar vəziyyətin ciddi şəkildə nəzərə alınmasının və Ermənistanın beynəlxalq hüquq çərçivəsində məsuliyyətə cəlb edilməsinin aidiyyəti beynəlxalq qurumlar qarşısında mühüm bir öhdəlik olaraq qaldığı xatırladılıb.
Diaspor nümayəndələri beynəlxalq ictimaiyyəti Ermənistanın davam edən hərbi təxribatlarına və mina terroruna göz yummamağa, bölgədə dayanıqlı sülhün və sabitliyin əldə olunması naminə qətiyyətli addımlar atmağa çağırıb.
Mina terroruna etirazlarda “Praqa Azərbaycan Mədəniyyət Evi”, “Macarıstan Azərbaycan Evi”, “Barselonadakı Azərbaycanlılar Cəmiyyəti”, “Bremen Azərbaycan Mədəniyyət Evi, “Avropa Azərbaycan Mərkəzi”, “Azərbaycan-Bolqarıstan Dostluğunun İnkişafına Yardım” İctimai Birliyi, “Azərbaycan Türk Mədəniyyəti Assosiasiyası”, “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyi, Niderland - Belçika Azərbaycanlıları Koordinasiya Şurası, Fransa Azərbaycanlılarının Koordinasiya Şurası, “MADANİ-Azərbaycanlıların Mədəniyyət, İdman, Düşüncə, Həmrəylik və Gələcək İmkanlar Məkanı” platforması, İsveç-Azərbaycan Mədəniyyət Assosiasiyası, “Xarı-Bülbül” Dünya Azərbaycanlıları Mədəni Dərnəyi, “Qala” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti xüsusi aktiv fəaliyyət nümayiş etdirib.
Səlim
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxDünya
04 Oktyabr 13:32
Dünya
04 Oktyabr 12:20
Dünya
04 Oktyabr 11:19
Dünya
04 Oktyabr 10:23
Analitik
04 Oktyabr 09:43
Sosial
04 Oktyabr 09:05
İdman
04 Oktyabr 08:45
Sosial
03 Oktyabr 22:24
Hadisə
03 Oktyabr 21:18
Sosial
03 Oktyabr 20:31
Dünya
03 Oktyabr 19:17
Dünya
03 Oktyabr 18:23
Dünya
03 Oktyabr 17:40
Siyasət
03 Oktyabr 16:56
Dünya
03 Oktyabr 16:26
Dünya
03 Oktyabr 15:32
Hadisə
03 Oktyabr 14:58
Dünya
03 Oktyabr 14:19
Dünya
03 Oktyabr 13:25
Siyasət
03 Oktyabr 13:05
Sosial
03 Oktyabr 13:02
Siyasət
03 Oktyabr 12:18
Siyasət
03 Oktyabr 11:37
Siyasət
03 Oktyabr 11:25
Gündəm
03 Oktyabr 11:03
Siyasət
03 Oktyabr 10:54
Gündəm
03 Oktyabr 10:39
Gündəm
03 Oktyabr 09:22
Siyasət
03 Oktyabr 08:57
İdman
02 Oktyabr 23:56
İdman
02 Oktyabr 23:05
Elm
02 Oktyabr 22:39
İqtisadiyyat
02 Oktyabr 22:22
Sosial
02 Oktyabr 22:04
İqtisadiyyat
02 Oktyabr 21:43
Elm
02 Oktyabr 21:29
İqtisadiyyat
02 Oktyabr 21:27
Elm
02 Oktyabr 20:52
Sosial
02 Oktyabr 20:31
Siyasət
02 Oktyabr 20:19
Siyasət
02 Oktyabr 20:17
Elm
02 Oktyabr 19:06
Elm
02 Oktyabr 18:45
Dünya
02 Oktyabr 18:34
Mədəniyyət
02 Oktyabr 18:17
Siyasət
02 Oktyabr 18:13
Siyasət
02 Oktyabr 18:11
Siyasət
02 Oktyabr 18:04
Siyasət
02 Oktyabr 18:04
Siyasət
02 Oktyabr 18:03
Siyasət
02 Oktyabr 18:01
Siyasət
02 Oktyabr 18:01
Siyasət
02 Oktyabr 18:00
Sosial
02 Oktyabr 17:56
Dünya
02 Oktyabr 17:51
Sosial
02 Oktyabr 17:44
Sosial
02 Oktyabr 17:21
Gündəm
02 Oktyabr 16:14
Dünya
02 Oktyabr 16:12
Siyasət
02 Oktyabr 15:50
Sosial
02 Oktyabr 14:53
Siyasət
02 Oktyabr 14:32
Sosial
02 Oktyabr 14:32
Siyasət
02 Oktyabr 14:26
Mədəniyyət
02 Oktyabr 14:10
Siyasət
02 Oktyabr 13:49
İqtisadiyyat
02 Oktyabr 13:48
İqtisadiyyat
02 Oktyabr 13:27
Dünya
02 Oktyabr 12:53
Gündəm
02 Oktyabr 12:38

