Aqrar sahədə harmoniyaya aparan yol
03.05.2025 [12:11]
IV Aqrobiznesin İnkişafı Forumunda innovativ maliyyələşmə mexanizmləri müzakirə olunub
Ölkəmizdə aqrar sahənin inkişafında və kənd təsərrüfatı istehsalçılarının xarici bazarlara çıxışında müxtəlif təşviqedici tədbirlərin, o cümlədən aqrar biznes forumları və festivalların mühüm əhəmiyyəti vardır. Ötən gün Bakıda keçirilən “IV Aqrobiznesin İnkişafı Forumu: Harmoniyaya gedən yol” adlı tədbirdə Azərbaycanın aqrobiznes sektorunda əsas tendensiyalar, çağırış və imkanlar, “Maliyyə təşviqləri və aqro-maliyyələşmə həlləri”, “Aqrobiznesin inkişafı üçün subsidiya mexanizmlərinin təkmilləşdirilməsi” mövzularında səmərəli müzakirələr aparılıb.
Forumun əsas məqəsdi Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) təşkilatçılığı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) maliyyə dəstəyi ilə baş tutub. Forumun əsas məqsədi aqrobiznesin davamlı inkişafı üçün innovativ maliyyələşmə mexanizmlərinin tətbiqi, “yaşıl subsidiyalar”ın təşviqi və ictimai-özəl dialoqun gücləndirilməsindən ibarətdir.
Fermerlərə 362,5 milyon manat subsidiya ödənilib
Tədbirdə çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, 2024-cü ildə Azərbaycanda 380,704 fermerə 362,5 milyon manat məbləğində subsidiya ödənilib. Qeyd edib ki, fermerlərin texnika və damazlıq heyvanlarla təminatı sahəsində də dövlət onların yanındadır: “2023-cü il ərzində 6,477 texnika üçün 83,9 milyon manat, ötən il isə 9,107 texnika üçün 80,8 milyon manat güzəşt ayrılıb. Həmçinin, 2024-cü ildə 5,830 baş damazlıq heyvan üzrə 17,4 milyon manat güzəşt təqdim olunub. Bu maliyyə təşviqləri həm yerli istehsalın stimullaşdırılmasına, həm də iqlim risklərinə dayanıqlı təsərrüfatların qurulmasına xidmət edir”.
Aqrar sektorun hərəkətverici qüvvələri...
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti (ASK) Məmməd Musayevin sözlərinə görə, 2020-2024-cü illər ərzində kənd təsərrüfatı məhsullarının ixracı 25 faizdən çox artıb ki, bu da sektorun iqtisadiyyata töhfəsinin bariz nümunəsidir: “Təkcə 2025-ci ilin yanvar-mart ayları ərzində Azərbaycan sahibkarları xaricə 153,3 milyon dollar dəyərində meyvə-tərəvəz, 14 milyon manat içki məhsulları, 40 milyon manat pambıq lifi ixrac ediblər”. Onun sözlərinə görə, sahibkarlar aqrar sektorun inkişafında əsas hərəkətverici qüvvədir: “Ölkədə kənd təsərrüfatı məhsullarının istehsalının 99 faizdən çoxu məhz özəl sektorun, xüsusilə kiçik və orta sahibkarların payına düşür. Müqayisə üçün qeyd edək ki, 2010-cu ildə bu göstərici 70 faiz səviyyəsində idi. Sahibkarlar təkcə istehsalda deyil, həm də məhsulların emalı, qablaşdırılması və bazara çıxarılmasında mühüm rol oynayır. Onların fəaliyyəti sayəsində yerli məhsulların rəqabət qabiliyyətliliyi artıb. Statistik məlumatlara əsasən, hazırda Azərbaycanda hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların sayı 1,4 milyondan çoxdur ki, onların da 37 faizdən və ya 520 mindən çoxu kənd təsərrüfatı sahələrində fəaliyyət göstərirlər. Həmçinin ölkədə kənd təsərrüfatında 12 mindən artıq müəssisə fəaliyyət göstərir”.
M.Musayev vurğulayıb ki, bu sahədə çox iş görülsə də kreditləşmə səviyyəsi hələ də kifayət qədər deyil: “Aqrar sektorun ÜDM-də payı 5,7 faiz olduğu halda, bu sahəyə yönələn kreditlərin payı təxminən 2 faizdir. Hazırda ölkə üzrə real sektora 29,7 milyard manatlıq kredit qoyuluşunun cəmi 584 milyon manatı kənd təsərrüfatına yönəlib”.
“Bu, sahibkarlığı inkişaf etdirməyə şərait yaradır”
Milli Məclisin Aqrar Siyasət komitəsinin sədri Tahir Rzayev bildirib ki, son 30 ildə Parlamentdə aqrar sektorla bağlı 350-dən çox qanunvericilik aktı qəbul olunub: “Kənd təsərrüfatının hüquqi bazasının möhkəm olması bizə sahibkarlığı inkişaf etdirməyə və müəyyən nəticələr əldə etməyə imkan verir. Ölkədə son illər kənd təsərrüfatının inkişafında əsaslı dönüşün olub. Aqrar sektor ölkən iqtisadiyyatının aparıcı sahələrindən biridir. Son illərdə bu sahədə inkişaf göz önündədir. Ölkə başçısının rəhbərliyi ilə aqrar sektorun inkişafı üçün müxtəlif tədbirlər həyata keçirilir. Bu sahəyə maliyyə dəstəyinin verilməsi, innovativ tədbirlərin həyata keçirilməsi diqqət mərkəzindədir. Milli Məclis də bu istiqamətdə öz işini səmərəli qurmağa çalışır. Tədbirdə vurğulanıb ki, aqrar sahənin inkişafı yeni iş yerlərinin açılması, ərzaq təhlükəsizliyinin təmin olunması, vətəndaşların rifahının yaxşılaşdırılması və insanların kənddə torpağa bağlılığının təmin olunmasıdır. İşğaldan azad edilmiş ərazilərdə sahibkarlığın inkişafına başlanılıb. Zəngilanın Ağalı kəndində müəyyən sakinlərə torpaq sahəsi icarəyə verilir. Həmin torpaq sahələrinin icraya verilməsi onu göstərir ki, azad edilmiş ərazilərdə kənd təsərrüfatını dirçəltməyə başlamışıq. Sevindiricidir ki, son illərdə həmin ərazilərdə 100 min hektardan artıq sahədə kənd təsərrüfatı məhsulları yetişdirilir, 100 min hektarlarla sahə isə əkin dövriyyəsinə qaytarılmağa hazırdır”.
Sahib
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxGündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48
Hərbi
07 Noyabr 16:23
Hərbi
07 Noyabr 16:23

