Həsənrizə 6-cı köç...
25.07.2025 [10:14]
44 günlük Vətən müharibəsində şanlı qələbə Azərbaycanın qarşısında post-müharibə dövründə yeni çağırışlar, yeni vəzifələr formalaşdırıb. Ən mühüm prioritetimiz isə işğaldan azad edilmiş ərazilərin bərpasının həyata keçirilməsi, həmin regionlarda yaşayışın mümkünlüyü üçün zəruri addımların atılması və Böyük Qayıdışın təmin edilməsi ilə bağlıdır. Güclü dövlət olan Azərbaycan işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışı qısa müddətdə və yüksək səviyyədə təmin etmək əzmindədir. Azərbaycan dövləti işğaldan azad olunmuş torpaqlarında həyatın yenidən canlanması, oraya qayıdacaq vətəndaşların rifahının yüksəldilməsi və işlə təmini istiqamətində mühüm tədbirlər görür. Həmin bölgələrə köçəcək insanlarımızın yüksək səviyyəli, rahat və təminatlı həyat şəraiti üçün bütün infrastrukturlar yaradılır.
Artıq demək olar ki, hər həftə Qarabağ torpaqlarına köç karvanı yola salınır. 1993-cü ildə ermənilərin işğal etdiyi, xarabalığa çevirdiyi Ağdərə də bu gün yenidən qurulur, ağdərəlilər doğma yurdlarına geri qayıdırlar.
Ağdərənin azad olunması
Azərbaycan Ordusunun şanlı qələbələrindən olan 2016-cı ilin Aprel döyüşləri nəticəsində Füzuli və Cəbrayıl rayonları ilə yanaşı, Ağdərə rayonunun da ərazisinin bir hissəsi işğaldan azad edilmişdi. Rəşadətli Ordumuzun sarsıdıcı zərbəsi ilə Ağdərə rayonunun Talış və Seysulan kəndləri düşməndən təmizləndi. Bu şanlı qələbə bütün qaçqın və məcburi köçkünlərimiz kimi, ağdərəlilərdə də doğma yurdlarına qayıdacaqları günün uzaqda olmadığına qəti inam yaratmışdı.
Nəhayət, 2023-cü il sentyabrın 20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Ağdərə şəhəri separatçılardan təmizləndi. Prezident İlham Əliyev oktyabrın 15-də Ağdərə şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı.
Həsənrizə köç...
Xatırladaq ki, rayonun Həsənriz kəndinə ilk köç 3 mart 2025-ci il (25 ailə, 91 nəfər), 2-ci köç 6 mart 2025-ci il (25 ailə, 75 nəfər), 3-cü köç 11 aprel 2025-ci il (20 ailə, 72 nəfər), 4-cü köç 22 aprel (20 ailə, 68 nəfər), 5-ci köç isə 24 iyun 2025-ci il (40 ailə 146 nəfər) tarixlərində baş tutub.
Dünən Ağdərə rayonunun Həsənriz kəndinə növbəti - 6-cı köç karvanı yola salınıb. Həsənriz kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə kəndə 29 ailə - 114 nəfər köçürülüb. Bununla da indiyədək Həsənriz kəndinə 159 ailə (566 nəfər) köçürülüb.
Həyatımın ən əlamətdar gününü yaşayıram...
Ağdərənin Həsənriz kəndinə köçən 44 günlük Vətən müharibəsinin qazisi Xəyyam Fətəliyev bildirib ki, doğma yurduna dönmək həyatının ən əlamətdar günüdür: “Bir neçə dəfə yaralanmışam. Həmişə bu günün gələcəyinə inanırdım. İndi kəndə övladlarımla gedirəm. İnşallah, doğma yurdun çiçəklənməsi üçün əlimdən gələni əsirgəməyəcəm.
Doğma yurda qovuşmağa görə çox qürurluyam. Həsənrizdən məcburi köçkün düşəndə 6 yaşım vardı. Ali Baş Komandanın əmri ilə həm ərazi bütövlüyümüzün bərpasını təmin etdik, həm də qisasımızı aldıq”.
Ailələr mina təhlükəsi ilə bağlı maarifləndirildi
Bundan başqa, ötən günü Həsənriz kəndinə köçürülən ailələr mina təhlükəsi ilə bağlı maarifləndirilib. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirib ki, məcburi köçkünlərlə iş sahəsində dövlət siyasətinin ən mühüm istiqamətlərindən biri onların sosial müdafiəsinin səmərəli təşkilidir. Tədbirdə məcburi köçkünlərin sosial müdafiəsi məsələləri və mina təhlükəsi haqqında hazırlanmış videoçarxlar məcburi köçkünlər üçün nümayiş etdirilib.
Komitədən bildirib ki, doğma yurduna qayıtmağa hazırlaşan və işğaldan azad edilmiş ərazilərə yeni salınmış yaşayış məntəqələrində məskunlaşan əhali arasında aparılan məlumatlandırma, təbliğat-izahat və maarifləndirmə işləri çərçivəsində onlara sosial müdafiə tədbirləri, habelə bunun qanuniliyi və zəruriliyi məsələləri ətraflı izah edilir. Xatırladaq ki, Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Dövlət Komitəsi tədbirlər planına uyğun olaraq aidiyyəti şöbə, yerli nümayəndəliklər və Mənzil-Kommunal İstismar Sahələri tərəfindən məcburi köçkünlərlə mütəmadi olaraq qanunvericiliyin tələbləri barədə maarifləndirici görüşlər keçirilir.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 50 mindən çox insan yaşayır.
Yeganə
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50

