Tarixdə əbədi qalacaq zəfərlərimiz
20.08.2025 [09:46]
Son iki yüz illik tariximizdə çoxlu faciələrlə üzləşmişik. Ən böyük faciəmiz isə amansız istilalar nəticəsində tarixi ərazilərimizin itirilməsi olub. 2020-ci ildə baş verən 44 günlük müharibədə və 2023-cü ilin sentyabr ayında keçirilən 23 saatlıq lokal xarakterli antiterror tədbirlərində qazanılan şanlı zəfərlər isə tariximizin dönüş nöqtələridir. Prezident, Ali Baş Komandan İlham Əliyevin memarı olduğu bu qələbələr sayəsində xalqımız son 200 ildə ilk dəfə olaraq torpaq itkilərinə məruz qamadı, əksinə, ölkəmizin ərazi bütövlüyü və suverenliyi hərbi-siyasi yolla təmin edildi. İllər ötəcək, bu qələbələr isə həmişə xalqımızın sonsuz qürur mənbəyi olaraq tariximizdə əbədi qalacaq.
Qələbəyə aparan yol
Ötən əsrin əvvəllərində Ermənistanın havadarlarının dəstəyi ilə başladığı işğalçılıq siyasətinin nəticəsi olaraq Azərbaycan ərazilərinin 20 faizini itirmiş, bir milyondan artıq soydaşımız doğma yurd-yuvalarını tərk etmək məcburiyyətində qalmışdı. Mənfur düşmən hələ bununla da kifayətlənmirdi. 2019-cu ildən etibarən Ermənistanın hərbi-siyasi rəhbərliyinin bir-birinin ardınca verdiyi təxribatçı bəyanatlar və atdığı addımlar danışıqlar prosesini məqsədyönlü şəkildə tamamilə pozmuşdu.
Ermənistanın qəbul etdiyi təcavüzkar və hücum xarakterli milli təhlükəsizlik strategiyası və hərbi doktrina, işğal edilmiş ərazilərdə qeyri-qanuni məskunlaşdırma siyasətini genişləndirməsi, “yeni ərazilər uğrunda yeni müharibə” çağırışı, mülki şəxslərdən ibarət “könüllü dəstələri” yaratmaq qərarı, 2020-ci il iyulun 12-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində təxribat törətməsi, eyni zamanda, bütövlükdə, qoşunların təmas xəttində gərginliyi artırması, cəbhə xəttinə yaxın ərazilərdə qoşunlarını cəmləşdirməsi, böyük həcmdə silah-sursat toplaması Ermənistanın genişmiqyaslı hücuma hazırlaşdığını göstərirdi.
Belə bir kədərli reallıq fonunda ölkəmizin Zəfərə gedən yolu heç də asan olmayıb. Azərbaycan xalqı və dövləti İkinci Qarabağ müharibəsindən əvvəlki mərhələdə heç vaxt ölkənin ərazi bütövlüyünün və suverenliyinin pozulması faktı ilə barışmayıb. Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi sayəsində işğal faktına son qoyulması, ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin edilməsi daim ölkə gündəminin mərkəzində saxlanılıb. Bu strateji xəttə uyğun olaraq Azərbaycan danışıqlar prosesində fəallıq göstərməklə yanaşı, həm də iqtisadiyyatını gücləndirməklə milli gücünü artırıb, müasir ordu quruculuğunu diqqət mərkəzində saxlayıb. Prezident İlham Əliyevin hər bir qərarı, təşəbbüsü və addımı Azərbaycanı Qarabağın azadlığına yaxınlaşdırırdı. Dövlətimizin başçısı yüksək tribunalardan qətiyyətlə bildirirdi ki, Azərbaycan istənilən yolla ərazi bütövlüyünü təmin etməyə nail olacaq. Oldu da!
Ərazi bütövlüyümüz və suverenliyimiz hərbi-siyasi yolla təmin edilib
Ermənistanın təxribatlarına və növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan xalqı torpaqlarımızın işğaldan qurtarılması, Ermənistanın sülhə məcbur edilməsi, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərinin yerinə yetirilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması və ədalətin bərpası üçün 2020-ci il sentyabrın 27-də Vətən müharibəsinə başladı. Bu müqəddəs amal uğrunda bütün Azərbaycan xalqı səfərbər və həmrəy oldu.
Vətən müharibəsində əldə olunan Qələbənin miqyası çox böyükdür. Ordumuz cəmi 44 gün ərzində düşməni kapitulyasiyaya məruz qoydu. Xatırladaq ki, uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksək, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik işğaldan azad olunub. Bunun ardınca üçtərəfli bəyanatın şərtlərinə uyğun oaraq noyabrın 10-dan sonrakı 20 gün ərzində 3 rayon - noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın bir güllə də atılmadan Azərbaycana təhvil verilib. 2022-ci avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürülüb. Bununla da ölkəmizin ərazi bütövlüyü hərbi-siyasi yolla təmin edilib.
44 günlük müharibədən sonra Azərbaycanın qarşısında duran ən mühüm vəzifə Qarabağda separatizm yuvasını dağıtmaq və ölkənin bütün ərazisində suverenliyimizin tam təmin edilməsinə nail olmaq idi. Bu ümummilli ideyanı isə Müzəffər Azərbaycan Ordusu 2023-cü il sentyabrın 19-20-də həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində reallaşdırmağa nail oldu. Ordumuz bu əməlliyyatları yüksək peşəkarlıqla həyata keçirdi. Qarabağda separatizm yuvasını dağıtmaq üçün cəmi 23 saat kifayət etdi. 2023-cü il oktyabrın 15-də Xankəndidə Azərbaycan Bayrağının ucaldılması öz tarixi əhəmiyyətinə görə 44 günlük müharibədə qazanılan Zəfərə bərabər növbəti parlaq Qələbə idi. Qarabağda suverenliyi bərpa edən Azərbaycan bununla mahiyyət etibarı ilə 10 Noyabr Zəfərini tamamlamış oldu.
Qarşı tərəfin çoxsaylı müharibə cinayətləri
Azərbaycanın apardığı 44 günlük müharibə ədalətli müharibə idi. Xalqımız ölkənin ərazi bütövlüyü uğrunda ölüm-qalım mübarizəsi aparırdı. Döyüş meydanında əsgər və zabitlərimiz “Arxada Vətəndir” deyib misilsiz şücaətlər göstərirdilər. Ermənistan üçün isə müharibə işğalçılıq xarakteri daşıyırdı. Erməni əsgərləri üçün döyüşlərə qatılmağa hansısa bir motivasiya yox idi. Buna görə də onlar döyüş mövqelərini, silah-sursatlarını qoyub qaçırdılar. Cəmi 44 gün ərzində Ermənistan ordusunda 10 minbdən çox fərarinin qeydə alınması bunun əyani təsdiqidir.
Üzbəüz döyüşlərdə aciz durumda qalan erməni silahlı birləşmələri məğlubiyyətlərinin qisasını coxsayı müharibə cinayətləri törətməklə, o cümlədən də keçmiş təmas xəttindən uzaqda yerləşən şəhər və kəndlərimizi uzaqmənzilli raket atəşinə tutmaqla çıxmağa çalışırdılar. İkinci Qarabağ müharibəsi günlərində Ermənistan silahlı qüvvələri tərəfindən ərazilərimizə 30 minə yaxın mərmi və 227 raket atılıb. 2020-ci ilin 11 oktyabr tarixində döyüş bölgəsindən uzaqda yerləşən Gəncə şəhəri xain hücuma məruz qalıb. Şəhərin mərkəzi hissəsindəki çoxmənzilli yaşayış binalarına endirilən raket zərbələri nəticəsində 10 nəfər həlak olub, 35-dən çox şəxs yaralanıb, 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib. Bu hadisədən bir neçə gün sonra, oktyabrın 17-də baş verən terror aktı zamanı 15 nəfər həlak olub, 50-dən çox şəxs xəsarət alıb. Ümumilikdə isə Gəncə 2020-ci ilin oktyabrında 5 gün - 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində ardıcıl raket atəşlərinə tutulub. Nəticədə 26 şəxs həlak olub, 120-dən artıq dinc sakin yaralanıb, irimiqyaslı dağıntılar baş verib.
Dinc əhalinin “Toçka-U”, “Smerç”, “Skad” və digər dağıdıcı raketlərlə atəşə tutulması ağır müharibə cinayətidir. Ermənistan silahlı qüvvələrinin törətdiyi digər müharibə cinayəti isə amansız mina terrorudur. Təəssüf doğuran haldır ki, mina terroru hazırda da davam edir.
YEGANƏ
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48

