Böyüyən şəhərlər, azalan yaşıllıq!
14.03.2026 [10:32]
Urbanizasiyanın ekoloji təsirləri...
Son illər urbanizasiya dünyada ən sürətlə inkişaf edən sosial-iqtisadi proseslərdən birinə çevrilib. İnsanların kənd yerlərindən şəhərlərə köçməsi, yeni sənaye və xidmət sahələrinin yaranması şəhərlərin sürətlə böyüməsinə səbəb olur. Bu proses iqtisadi inkişaf, texnologiyanın yayılması və həyat səviyyəsinin yüksəlməsi baxımından mühüm rol oynasa da, ekologiya üçün ciddi problemlər də yaradır.
Şəhərlərin böyüməsi və təbiətə təzyiq
Məlumdur ki, Urbanizasiya nəticəsində şəhərlərin ərazisi genişlənir və çox vaxt bu genişlənmə meşələrin, kənd təsərrüfatı torpaqlarının və təbii ekosistemlərin hesabına baş verir. Yeni yaşayış binaları, yollar və sənaye obyektləri tikildikcə yaşıllıq sahələri azalır. Bu isə havanın keyfiyyətinə, torpağın məhsuldarlığına və biomüxtəlifliyə mənfi təsir göstərir.
Hava çirklənməsi və nəqliyyat problemi
Müasir şəhərlərin ən böyük ekoloji problemlərindən biri hava çirklənməsidir. Avtomobillərin sayının artması, sənaye müəssisələrinin fəaliyyəti və enerji istehsalı atmosferə çoxlu zərərli qazların buraxılmasına səbəb olur. Bu qazlar iqlim dəyişməsinə, həmçinin insan sağlamlığına ciddi təsir edir. Xüsusilə, böyük şəhərlərdə toz hissəciklərinin artması tənəffüs xəstəliklərinin yayılmasına gətirib çıxarır.
Su ehtiyatlarına təsir
Şəhərlərin böyüməsi suya olan tələbatı da artırır. Sənaye, məişət və kənd təsərrüfatı ehtiyacları üçün daha çox su istifadə olunur. Eyni zamanda, kanalizasiya və sənaye tullantıları çaylara və göllərə qarışaraq suyun keyfiyyətini aşağı salır.
Müasir şəhərsalmada çağırışlar və perspektivlər
Bu günlərdə Bakı Dövlət Universitetində (BDU) “Urbanizasiya: müasir şəhərlərin çağırışları və perspektivləri” mövzusunda panel müzakirə keçirilib. Universitetdən bildirilib ki, tədbirdə Coğrafi ekologiya kafedrasının müdiri dosent Məhluqə Yusifova “Urbanizasiya və şəhərlərin ekologiyası” mövzusunda məruzə ilə çıxış edib. O, müasir şəhərsalma proseslərinin ekoloji mühitə təsiri, şəhər landşaftlarının transformasiyası və dayanıqlı şəhər inkişafı məsələlərinə elmi aspektdən toxunub.
Məruzədə qeyd olunub ki, şəhərsalma yalnız demoqrafik və iqtisadi proses deyil, təbii ekosistemlərin dəyişməsi, şəhər ekosistemlərinin formalaşması, atmosfer, su və torpaq mühitinə antropogen təsirlərin artması ilə xarakterizə olunan kompleks ekoloji prosesdir. Şəhərlərin sürətli genişlənməsi nəticəsində yaşıl zonaların azalması, hava çirklənməsi və resurslardan qeyri-səmərəli istifadə kimi problemlər aktuallaşır. Bu məsələlərin elmi əsaslarla araşdırılması şəhər ekologiyasının əsas tədqiqat istiqamətlərindən biridir.
M. Yusifova çıxışında bu mövzunun qlobal müstəvidə aktuallığını da vurğulayaraq 2024-cü ildə Azərbaycanda keçirilmiş COP29 çərçivəsində müzakirə edilən iqlim dəyişmələri, karbon emissiyalarının azaldılması və ekoloji dayanıqlılığın təmin edilməsi kimi məsələlərin şəhər mühitinin idarə olunması ilə birbaşa əlaqəli olduğunu diqqətə çatdırıb. Bildirib ki, bu il ev sahibliyi edəcəyimiz Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) kimi beynəlxalq platformada da inklüziv şəhər planlaşdırılması və ekoloji cəhətdən balanslaşdırılmış şəhər mühitinin formalaşdırılması əsas müzakirə mövzularından biri olacaq. Qlobal iqlim gündəliyi ilə şəhər inkişafı siyasətlərinin uzlaşdırılması müasir dövrdə həm ekoloji təhlükəsizliyin, həm də dayanıqlı şəhər idarəetməsinin prioritetlərindən biri hesab olunur.
BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin əməkdaşı, doktorant İmran Bayramov “Azərbaycanda şəhər planlaşdırması və şəhər məskunlaşmasının xüsusiyyətləri” mövzusunda çıxış edib. O, ölkədə şəhərsalmanın tarixi mərhələləri, şəhər məskunlaşmasının məkan xüsusiyyətləri və prinsipləri barədə məlumat verib. Şəhərlərin formalaşmasının yalnız inzibati və iqtisadi amillərlə deyil, həmçinin coğrafi mövqe, təbii resurslar, nəqliyyat-kommunikasiya şəbəkələri və regional inkişaf strategiyaları ilə sıx bağlı olduğunu bildirib. İ. Bayramov Azərbaycanın müxtəlif şəhərlərindən nümunələr təqdim edərək şəhərsalma prosesinin regional inkişaf, iqtisadi fəaliyyətin mərkəzləşməsi və infrastrukturun genişlənməsi ilə qarşılıqlı əlaqəsini izah edib.
Panel müzakirə çərçivəsində iştirakçılar tərəfindən mövzu ilə bağlı suallar ünvanlanıb, şəhərsalmanın yaratdığı çağırışlar və mümkün həll yolları ətrafında fikir mübadiləsi aparılıb.
Göründüyü kimi, urbanizasiya müasir dünyanın qaçılmaz prosesidir. Lakin şəhərlərin inkişafı ilə təbiətin qorunması arasında balans yaratmaq vacibdir. Əgər şəhər planlaşdırılması ekoloji prinsiplərə əsaslansa, urbanizasiya yalnız iqtisadi inkişafın deyil, həm də davamlı və sağlam gələcəyin təminatçısı ola bilər.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxSiyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20

