Azərbaycanın Gəncə-Qazax iqtisadi rayonu ilə uğurla başlayıb
22.04.2016 [10:04]
2016-cı ilin birinci rübündə ölkənin hər yerində olduğu kimi, qərb bölgəsini əhatə edən ayrı-ayrı rayonlarda da sosial-iqtisadi sahədə böyük nailiyyətlər əldə olunub
Məlum olduğu kimi, ölkəmizdə həyata keçirilən siyasət, aparılan iqtisadi islahatlar Azərbaycanın hərtərəfli inkişafını təmin edib və bu proses 2016-cı ilin birinci rübündə də davam edib. Daha dəqiq desək, aprelin 9-da Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışında dövlət başçısı ölkədə iqtisadi islahatların sürətlə aparıldığını, ixrac potensialının artırılması, xarici sərmayənin Azərbaycana cəlb edilməsi, yerli istehsalın artırılması kimi istiqamətlər üzrə ciddi qərarların qəbul edildiyini, həmçinin biznes mühitinin yaxşılaşdırılması, investisiyaların təşviqi, bank sektorunun möhkəmlənməsi və sağlamlaşdırılması prosesində mühüm addımlar atıldığını, sahibkarlara yardımların davam etdirildiyini bildirib. Onu da qeyd edək ki, 2016-cı ilin birinci rübündə əldə edilmiş uğurlardan ölkənin Qərb bölgəsinə də pay düşüb.
Barama istehsalı bərpa olunacaq
Hər halda hesabat dövründə qərb bölgəsini əhatə edən ayrı-ayrı rayonlarda əldə edilən uğurlar da belə deməyə əsas verir. Bu kontekstdə cari ilin üç ayında Ağstafa rayonunun sosial-iqtisadi inkişafı sahəsində artan dinamika müşahidə edilib. Belə ki, cari ilin birinci rübündə rayon üzrə ümumi məhsul buraxılışının həcmi 18,3 milyon manat olub. Ötən ilin eyni dövrü ilə müqayisədə kənd təsərrüfatı məhsullarının həcmində 0,6 faiz, nəqliyyat xidmətində 4,1 faiz, rabitə xidmətində 5,2 faiz, ticarət sahəsində 14,1 faiz artım əldə olunub. Eyni zamanda, cari il üçün Ağstafa rayon Ərazi Məşğulluq Proqramı hazırlanıb. Sosial müdafiəyə xüsusi ehtiyacı olanlar üçün 7 müəssisədə 18 iş yeri yaradılıb. Birinci rübdə 1610 nəfər işaxtaran kimi rayon Məşğulluq Mərkəzində qeydiyyata alınıb və 395 nəfər işlə təmin edilib.
Məlum olduğu kimi, Ağstafa rayonunun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir və cari ilin 3 ayında rayon üzrə kənd təsərrüfatı məhsullarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə artıb. Kənd təsərrüfatında ənənəvi məşğuliyyət növlərinin bərpası və məşğulluğun artırılması istiqamətində Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, cari ildə rayonda barama istehsalının bərpası və mövsümün sonuna qədər 1,5 ton baramanın dövlətə təhvil verilməsi nəzərdə tutulur.
Birinci rübdə Ağstafa şəhərinin abadlaşdırılması, küçə və meydanların yenidən qurulması da davam etdirilib. Eyni zamanda, N.Nərimanov, S.Ağamalıoğlu, R.Əsədov, E.Qələmçəli və N.Kəsəmənli küçələrində abadlıq-yenidənqurma işləri başa çatdırılıb. Hazırda Ağstafa şəhərinin bir sıra küçələrində çoxmənzilli yaşayış binalarının dam örtüklərinin dəyişdirilməsi, pilləkən qəfəslərinin əsaslı təmiri və binaların həyətlərində abadlaşdırılma işlərinin aparılmasına başlanılıb.
Daxili məhsul istehsalında özəl sektorun xüsusi çəkisi artıb
Bu ilin birinci rübü Gəncədə də uğurlarla yadda qalıb. Verilən məlumata görə, Gəncədə 2016-cı ilin birinci rübü ərzində şəhər sənayesinin təsərrüfat subyektləri tərəfindən 68 milyon 874 min manatlıq sənaye məhsulu istehsal olunub və xidmətlər göstərilib. Özəl bölmədə istehsalın həcmi ümumi sənaye məhsulunun 62,2 faizini təşkil edib. Daxili məhsul istehsalında özəl sektorun xüsusi çəkisi 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 13,4 faiz artaraq 34,8 faizə yüksəlib.
Rüb ərzində emal sənayesində, kompüter, elektron və optik məhsulları, qida məhsulları, tikinti materialları, kağız və karton, nəzarət-ölçü cihazları, maşın və avadanlıqlardan başqa, hazır metal məmulatları, avtomobil, qoşqu və yarımqoşquların istehsalı, maşın və avadanlıqların quraşdırılması və təmiri bölmələrində, həmçinin metallurgiya sənayesində artım qeydə alınıb.
Şəhərin nəqliyyat sistemi daim diqqət mərkəzində saxlanılıb, bu sahəyə investisiyaların yönəldilməsi, avtomobil yollarının yenidən qurulması, genişləndirilməsi, təmir və bərpası istiqamətində mühüm işlərin görülməsi davam etdirilib. Dövlət başçısının tapşırığına əsasən, 2015-ci ildə başlanılmış Zazalı-”İmamzadə” kompleksi-Gəncə avtomobil yolunun tikintisi cari ildə də davam etdiriləcək.
Bundan başqa, əhalinin fasiləsiz təbii qaz, elektrik enerjisi və içməli su ilə təminatı da daim diqqət mərkəzindədir. Bu kontekstdə “Qərb” Regional Enerji Təchizatı və Satışı İdarəsinin Gəncə Paylayıcı Şəbəkəsi şəhərin sosial-iqtisadi inkişafını nəzərə almaqla əhalinin və iqtisadiyyatın dayanıqlı, fasiləsiz, sabit elektrik enerjisi ilə təmin olunması məqsədilə hesabat dövrü ərzində mərhələli şəkildə müəyyən tədbirlər həyata keçirib.
Gəncə Qaz İstismarı Sahəsi 2016-cı ilin birinci rübündə əhalinin və digər istehlakçıların normal və təhlükəsiz qaz təchizatının təmin olunması, ayrı-ayrı ərazilərdə yeni inşa edilmiş evlərin qazlaşdırılması və qaz təminatının bərpası istiqamətində müəyyən işlər görüb. Şəhərin 28 May, Təbriz, V.Xuluflu, Qızıl Hacılı və digər küçələrində, həmçinin Cavad xan qəsəbəsində əhalinin həyətyanı sahələrindən keçən qaz xətləri təhlükəsiz yerə çıxarılıb. Mənzilləri qidalandıran mövcud qaz xətləri qaz tənzimləyici dolablara birləşdirilib. Şəhərin suya olan tələbatının ödənilməsi, mövcud su təchizatı və kanalizasiya sisteminin perspektivə uyğun təkmilləşdirilməsi və inkişafı ilə bağlı layihələr bu gün də icra olunur.
Hesabat dövründə həmçinin, Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbdə yeni inşa edilmiş 1200 şagird yerlik əlavə tədris korpusu və Gəncənin ən böyük səhiyyə müəssisəsi - Abbas Səhhət adına 1 saylı şəhər xəstəxana kompleksi istismara verilib.
Yeni istehsal və emal müəssisələrinin yaradılması qarşıda duran ən vacib məsələlərdəndir
2016-cı ilin birinci rübü ərzində Samux rayon iqtisadiyyatının inkişafındakı artım dinamikası davam edib. Eyni zamanda, rayonda tikinti-quruculuq və abadlıq işləri uğurla aparılıb. Rayonun Qarayeri qəsəbəsində və Qovlarsarı kəndində 7 yaşayış binasında, Alabaşlı qəsəbə 1 saylı uşaq bağçasında təmir-tikinti və yenidənqurma işlərinə başlanılıb və hazırda da davam etdirilir.
Yeri gəlmişkən, Prezident İlham Əliyevin ölkədə kənd təsərrüfatının inkişaf etdirilməsi, ərzaq təhlükəsizliyinin təmin olunması məqsədilə verdiyi müvafiq tapşırığa əsasən, rayon ərazisində iri taxılçılıq təsərrüfatının yaradılması məqsədi ilə “AQRO DAİRY” Məhdud Məsuliyyətli Cəmiyyəti üçün 5000 hektar münbit torpaq sahəsi ayrılıb. Cəmiyyət tərəfindən təsərrüfatda çalışacaq maşın-mexanizmlər və digər texniki avadanlıqlar gətirilib. Həmin sahənin suvarma sisteminin qurulması “Abkon” MMC şirkətinə həvalə edilib. Sahənin suvarılması məqsədilə 13 kilometr uzunluğunda əsas su xətti çəkilib. Kompleksin idarə edilməsində istifadə olunacaq yardımçı binaların tikintisi isə davam etdirilir. Yaxın vaxtlarda həmin ərazidə 3000 hektar sahədə qarğıdalı əkiləcək. Bu isə, öz növbəsində, yüzlərlə yeni iş yerinin yaradılmasına imkan verəcək.
Hazırda şəhərin küçələrinin yenidən qurulması və kəndlərarası yolların əsaslı təmiri, rayon mərkəzinin və ətraf yaşayış məntəqələrinin kanalizasiya və mərkəzləşdirilmiş içməli su sisteminin yaradılması, eləcə də Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində müvafiq işlər aparılır.
Qarşıda duran ən vacib məsələlərdən biri isə rayon iqtisadiyyatının şaxələndirilməsi və əhalinin məşğulluğunun tam təmin olunması üçün yeni istehsal və emal müəssisələrinin yaradılmasını təmin etməkdir. Bununla bağlı olaraq rayonda xalça sexinin açılması və arıçılığın inkişaf etdirilməsi nəzərdə tutulur. Eyni zamanda, 2 min hektar sahədə kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün 12 milyon manat və 25 min ton kartofun yetişdirilməsi üçün 5 milyon manat investisiyanın ayrılması Dövlət İnvestisiya Proqramına salınıb. Bu da, öz növbəsində, yüzlərlə iş yerinin açılması deməkdir.
Yeni iş yerlərinin yaradılması diqqət mərkəzində saxlanılır
Hesabat dövrü Qazax rayonu üçün də uğurlu olub. Məlumatlara görə, cari ilin birinci rübündə Qazax rayonu üzrə əsas kapitala yönəldilən investisiyaların həcmi 400 min manat, ümumi məhsul buraxılışının həcmi 26 milyon 214 min manat olub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz çoxdur. Sənaye məhsulunun ümumi həcmi 3 milyon 150 min manat (keçən ilə nisbətən 0,4 faiz çox), kənd təsərrüfatı məhsullarının həcmi isə 9 milyon 120 min manat (ötən ilə nisbətən 1,8 faiz çox) təşkil edib. Adambaşına düşən ümumi məhsulun həcmi 277 manat, orta aylıq əməkhaqqı isə 275 manat olub.
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası ilə əlaqədar Qazax rayonunda davamlı surətdə yeni iş yerləri açılır. Birinci rübdə 5 yeni müəssisə yaradılıb, 177-si daimi olmaqla, 665 yeni iş yeri yaradılıb. Cari ilin 3 ayı ərzində Qazax Məşğulluq Mərkəzinə 8 dövlət və 1 qeyri-dövlət müəssisəsindən 269 boş iş yeri təqdim edilib, müraciət etmiş 1470 nəfər vətəndaşdan 685 nəfəri işaxtaran kimi qeydiyyata alınıb, 623 nəfər münasib işlə təmin olunub.
Hesabat dövründə qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramına uyğun olaraq, Qazax rayonunun Qazaxbəyli kəndi ərazisində 304 məcburi köçkün ailəsi üçün bütün infrastrukturlarla birlikdə yeni qəsəbənin tikintisi başa çatdırılıb. Hazırda həmin binalarda mənzillə təmin olunan qaçqın və məcburi köçkün ailələri mənzillərə köçürülür. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qarabağ və şəhid ailələri üçün fərdi qaydada tikilməsi nəzərdə tutulan 14 yaşayış evindən 8-i istifadəyə verilib, 6 yaşayış evinin tikintisi davam etdirilir. Daş Salahlı və Xanlıqlar kəndlərində hər birinin illik istehsal gücü 50 min ton olan iki əhəng zavodu inşa olunur. Həmin zavodlarda 300-ə yaxın yeni iş yerinin açılması nəzərdə tutulub.
Həmçinin Birinci Şıxlı kəndində 220 başlıq heyvandarlıq və Orta Salahlı kəndində aylıq gücü 30 min baş olan quşçuluq fermalarının tikintisi də davam etdirilib.
Abadlıq-quruculuq işləri davamlı xarakter daşıyır
Bu ilin birinci rübü bölgənin daha bir rayonu - Şəmkir üçün də nailiyyətlər baxımından zəngin olub. Belə ki, bu müddətdə Şəmkirdə 1000-dən çox yeni iş yeri yaradılıb. 2016-cı ilin ilk 3 ayı ərzində 8 küçəyə yeni asfalt örtük salınıb, 2 uşaq bağçası tikilib istifadəyə verilib. Abadlıq-quruculuq işləri çərçivəsində Ümummilli lider Heydər Əliyevin adını daşıyan park və xiyabanda yenidənqurma işləri başa çatıb. Hesabat dövründə hərbi şəhərciyin ərazisindəki 8 çoxmərtəbəli yaşayış binasının dam örtüyü və fasadı yenilənib, 8 kəndi birləşdirən Şəmkir-Dağ Cəyir avtomobil yolunun 8 kilometrlik hissəsi müasir tələblər səviyyəsinə gətirilib. Eyni zamanda, rayonun kənd və qəsəbələrində məktəb, uşaq bağçası və xəstəxanaların təmir və tikintisinin davam etdirilir.
Şəmkir şəhərinin su və kanalizasiya sisteminin yenilənməsi layihəsi cari ildə də davam etdirilib. Belə ki, şəhər ərazisində daxili su şəbəkələrində suların nizamlı paylanmasını təmin etmək üçün layihə üzrə nəzərdə tutulan 700 kubmetrlik sutənzimedici anbarın tikintisi başa çatıb. Şəmkir şəhəri üzrə abonentlərə 12400 “smart” tipli sayğac quraşdırılması nəzərdə tutulub ki, bunun da artıq 5300-ü quraşdırılıb. Əhalinin elektrik enerjisinə olan tələbatının ödənilməsi istiqamətində də bir sıra işlər görülüb. Belə ki, Şəmkir şəhəri, Kür qəsəbəsi, Dəllər Cəyir və Dəllər-Daşbulaq kəndlərinin elektrik təsərrüfatı yenidən qurularaq müxtəlif diametrli SİP kabellər çəkilib, abonentlər “smart” tipli sayğaclarla təmin olunublar.
Əhali fasiləsiz içməli su ilə təmin olunacaq
2016-cı ilin birinci rübündə Daşkəsəndə də iqtisadiyyatın dinamik inkişafına nail olunması məqsədilə regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrası istiqamətində mühüm işlər görülüb. Hazırda isə rayonda yeni yaradılacaq kənd təsərrüfatı idarəsinin inzibati binasında, Alunitdağ qəsəbəsində 35/6 kv-luq elektrik yarımstansiyasında son tamamlama işləri aparılır. Daşkəsən şəhərində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 36 mənzilli yeni yaşayış binasının tikintisi üçün torpaq sahəsi ayrılıb və tezliklə binanın tikinti işlərinə başlanılacaq. 3300 nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən 25 kilometr uzunluğunda Daşkəsən-Əmirvar-Qabaqtəpə avtomobil yolunun tikintisi Dövlət Proqramına daxil edilib və görüləcək işlərin icrası məqsədilə müvafiq tapşırıqlar verilib. Rayonun Zağalı, Qazaxyolçular və Qaraqollar kəndlərində təbii qaz xəttinin çəkilişi başa çatdırılıb, Xoşbulaq kəndində isə işlər davam etdirilir.
Ötən ilin may ayının 15-də Azərbaycan Hökuməti ilə İslam İnkişaf Bankı tərəfindən maliyyələşdirilən “Daşkəsən şəhərinin su və kanalizasiya sistemlərinin yenidən qurulması” işlərinə başlanılıb. Layihə üzrə bir sıra işlər görülüb, digər işlərin isə ilin sonuna kimi başa çatdırılması nəzərdə tutulub.
İlin birinci rübü turizmin inkişafı baxımından da yaddaqalan olub
Qərb bölgəsi üçün birinci rüb həm də turizmin inkişafı baxımından yaddaqalan olub. Belə ki, turizm Naftalan şəhərinin iqtisadiyyatının əsas və aparıcı sahəsi olduğundan burada yeni turizm obyektlərinin tikintisi məqsədilə işlər aparılır. Hazırda Naftalanda fəaliyyət göstərən turizm obyektlərində gün ərzində 2000 qonaq qarşılamaq, onlara yüksək səviyyədə xidmət göstərmək mümkündür. Keçən ilin müvafiq dövrü ilə müqayisədə şəhərə gələn xarici və yerli turistlərin sayı birinci rübdə 27 faiz artaraq 3090-a çatıb ki, onlardan da 570 nəfəri xarici ölkə vətəndaşı olub.
Bundan başqa, ümumi məhsul buraxılışı ötən ilin birinci rübü ilə müqayisədə bu il 16 faiz artaraq, 2 milyon 588 min manat təşkil edib. Ümumi məhsul buraxılışının həcmində kənd təsərrüfatı məhsulunun payı 302,2 min manat (ötən ilin müvafiq dövrü ilə müqayisədə 15 faiz çox), tikinti sahəsinin payı isə 232,9 min manat (7,1 faiz çox) təşkil edib.
Məlumat üçün bildirək ki, 2016-cı ildən Naftalan şəhəri xərclərini öz gəlirləri hesabına təmin edən rayon və şəhərlərin sırasına daxil edilib. Buna isə Naftalan öz turizm potensialı, eləcə də dünyada tanınan kurort, sanatoriya və sağlamlıq mərkəzlərindən daxil olan gəlirlər hesabına nail olub. Birinci rübdə şəhərin gəlirləri 753,7 min manat planlaşdırıldığı halda, 763,3 min manat təşkil edib. Cari ilin fevral ayının 1-dən nazirlik və komitələr tərəfindən açılan iş yerlərində 146 nəfər işlə təmin olunub. Şəhərin bir hissəsində yolların asfaltlanması və abadlıq işləri başa çatdırılıb. Digər küçələrdə isə asfaltlama və abadlıq işlərinə başlanılması üçün hazırlıq işləri görülür.
Yeni müəssisələrdə tikinti işləri davam etdirilir
Abadlıq-quruculuq işləri Gədəbəy rayonunda da davamlı xarakter daşıyır. Belə ki, hazırda Gədəbəy şəhərinin mərkəzində salınan yeni istirahət parkının, Gədəbəy Elektrik Şəbəkəsinin yeni inzibati binasının və Novosaratovka kəndində 100 yerlik uşaq bağçasının tikintisi davam etdirilir. Bu ildən etibarən şəhər ərazisində yerləşən çoxmənzilli kommunal binaların da cari təmirinə başlanılıb.
Gədəbəydə regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramında rayonun inkişafını təmin edən 17 tədbirin icrası istiqamətində işlər həyata keçirilir. Bu məqsədlə yerli iş adamları və sahibkarların Gədəbəyin iqtisadi potensialından və təbii ehtiyatlardan səmərəli istifadə etməklə, yeni istehsal sahələrinin və iş yerlərinin yaradılması, mövcud istehsal və xidmət sahələrinin genişləndirilməsi, həmçinin əhalinin məşğulluğunun təmin edilməsi ilə bağlı prosesdə fəal iştirak etmələri üçün onlarla görüş keçirilib. Görüşdə kartofçuluğun, heyvandarlığın inkişaf etdirilməsi, mineral süfrə suları istehsalının daha da genişləndirilməsi və digər sahələrdə fəaliyyət ilə bağlı təkliflər geniş müzakirə olunub.
Qeyd edək ki, 2016-cı ilin birinci rübü ərzində Zəhmətkənddə “Gədəbəy mineral sular” MMC-nin ən müasir texnologiya ilə təchiz edilən, 20 nəfər sakinin işlə təmin olunduğu limonad istehsal edən ikinci istehsal sahəsində, Şınıx zonasında yanacaqdoldurma məntəqəsində, Arıqdam kəndində 75 nəfərin işlə təmin olunacağı bazar kompleksində və Qaraməmmədli kəndində xidmət obyektinin yaradılması istiqamətində işlər başa çatıb.
Gədəbəy şəhərində çörək və şirniyyat bişirmə müəssisəsinin, Slavyanka kəndində “Eldar” firmasına məxsus yanacaqdoldurma məntəqəsinin, istirahət kompleksinin, Zəhmətkənd kəndində bir neçə profil üzrə əhaliyə xidmət edəcək sahibkarlıq subyektinin və Maarif kəndində “Kiçik Qafqaz” MMC-yə məxsus süfrə suları istehsalı müəssisəsində isə tikinti işləri davam etdirilir. Onu da vurğulayaq ki, nəzərdə tutulan layihələrin tezliklə həyata keçirilməsi nəticəsində 250 nəfərə yaxın rayon sakini yeni iş yeri ilə təmin olunacaq.
Sahibkarlara güzəştli kreditlər verilir
Göygöl rayonunda isə cari ilin birinci rübündə iqtisadiyyatın əsas sahələrində istehsal olunan məhsul və xidmətlərin ümumi həcmi 30 milyon 420,9 min manat təşkil edib. Aqrar sahənin inkişafına göstərilən dövlət dəstəyinin nəticəsi olaraq, rayonda 2016-cı ilin məhsulu üçün 9613,2 hektar payızlıq və yazlıq səpin aparılıb, istehsalçılara isə 70 faiz güzəştlə 153,4 ton azot gübrəsi satılıb. Birinci rübdə keçən ilin müvafiq dövrü ilə müqayisədə 684,6 min manat çox olmaqla, 8 milyon 291,3 min manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib ki, bunun da 99,6 faizi qeyri-dövlət sektorunun payına düşüb.
Hazırda şəhərin Dədə Qorqud küçəsindən Niyazi küçəsinədək olan ərazidəki ara yollara asfalt örtük salınması üçün hazırlıq işlərinə başlanılıb. Göygöl-Mollacəlilli kəndarası avtomobil yoluna, Mollacəlilli kəndinin daxili yoluna çınqıl örtük döşənib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Göygöl rayon şöbəsi üçün inzibati binanda, müasir tipli hoteldə, Süni Mayalanma Mərkəzinin maddi texniki bazasını möhkəmləndirmək üçün müasir tələblərə cavab verən 40 başlıq kompleksdə tikinti işləri görülür. Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında isə son tamamlama işləri aparılır.
Prezident İlham Əliyevin ölkədə sahibkarlığın inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi, yeni iş yerlərinin açılması, sərmayələrin cəlb edilməsi ilə bağlı verdiyi tapşırıqların icrasını təmin etmək məqsədi ilə “Göygöl Şərab Zavodu”, “Saf-Qida”, “Qoşqar Mədən”, “Azər”, “Gilan Aqro” Göygöl üzüm sahəsində, “Göygöl Spirt”, “Enep Arqus-AZ”ın Göygöl sahəsində, “Göygöl Şərab-2” kimi açıq və məhdud məsuliyyətli cəmiyyətlərdə ilin ilk rübündə 132 yeni iş yeri açılıb. Ümumilikdə isə 2016-cı ilin birinci rübündə rayon üzrə 576 yeni iş yeri yaradılıb ki, onların da 513-ü daimidir.
Rayonda iribuynuzlu mal-qaranın sayı 20 min 429 başa, xırdabuynuzlu mal-qaranın sayı 169 min 791 başa çatıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə süd istehsalı 194,4 ton, ət istehsalı 38,1 ton, yumurta istehsalı 9,5 min ədəd artıb.
Bundan başqa, əkin sahələrini suvarma suyu ilə təmin etmək məqsədilə 60 subartezian quyusu, qapalı boru şəbəkəsinin 1 kilometr hissəsi təmir edilib, daşqınların qarşısını almaq məqsədilə çay məcrasında 57 min kubmetr həcmində təmizləmə işləri görülüb.
Rayonda sahibkarlığın inkişafına yaradılmış münbit şəraitin nəticəsi olaraq, hüquqi şəxslərin sayı 524-ə çatıb. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 5 sahibkara 39 min manat dəyərində güzəştli kredit verilib. Cari ilin birinci rübündə rayon büdcəsinin gəlirləri dotasiyasız 104,1 faiz icra edilib.
Əhalinin məşğulluğunu təmin etmək və sosial müdafiəyə ehtiyacı olan vətəndaşların rifah halını yaxşılaşdırmaq məqsədilə 2016-cı ilin üç ayı ərzində 1165 nəfər işaxtaran Məşğulluq Mərkəzində qeydiyyata alınıb ki, onlardan da 294 nəfəri münasib iş yerləri ilə təmin olunub, 16 nəfərə isə işsiz statusu verilib.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48

