2017-ci ilin birinci rübündə ölkəmizdə 13 tibb müəssisəsi tikilib və ya əsaslı təmir edilib
20.04.2017 [09:14]
Azərbaycanda həyata keçirilən genişməzmunlu sosial siyasət nəticəsində son illər ərzində bütün rayonlarda müasir tibb müəssisələri yaradılıb
Məlum olduğu kimi, Azərbaycanda Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq genişməzmunlu sosial siyasət həyata keçirilir. Eyni zamanda, ölkəmizdə davamlı şəkildə həyata keçirilən sosial siyasətin fonunda səhiyyə sahəsində reallaşdırılan islahatlar xüsusilə diqqəti cəlb edir. Daha dəqiq desək, ölkəmizdə səhiyyə sisteminin yenidən qurulması, əhalinin sağlamlığının daha yaxşı təşkili, bu sahədə qabaqcıl texnologiyaların tətbiqi və yeni kadr potensialının hazırlanmasını özündə əks etdirən Dövlət proqramları tibbi xidmətin səviyyəsini də yüksəldib.
Yeri gəlmişkən, bu istiqamətdə işlər cari ilin birinci rübündə də davam etdirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində bu məsələyə toxunan dövlət başçısı deyib ki, birinci rübdə 13 tibb müəssisəsi tikilib və ya əsaslı təmir edilib.
Dövlət başçısı bildirib ki, sosial proqramlardan biri də əhalinin tibbi müayinədənkeçmə layihəsidir. Builki layihə gələn ay başa çatacaq. Beş milyon insan tibbi müayinədən pulsuz keçəcək: “Əgər əvvəlki illərdə daha çox təbliğat işi aparılırdı ki, insanlar getsinlər, bu müayinədən keçsinlər, indi biz görürük, buna ehtiyac yoxdur. İndi vətəndaşlar da görürlər, bilirlər ki, bu, onlar üçün, onların sağlamlığı üçün lazımdır. Biz son illər ərzində bütün rayonlarda müasir tibb müəssisələri yaratdıq, ən müasir laboratoriyalar var. Burada ən müasir avadanlıq quraşdırılıb və indi istənilən analizi, müayinəni hətta kiçik rayonlarda da aparmaq mümkündür”.
Beləliklə, görünən odur ki, səhiyyə sahəsində həyata keçirilən islahatlar bütün ölkə boyu tibb ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə tamamlanır. Məlumat üçün bildirək ki, son 13 ildə respublikamızda 600-dək səhiyyə müəssisəsi tikilib və yaxud əsaslı şəkildə yenidən qurularaq müasir avadanlıqla təchiz edilib. Hazırda həm paytaxtda, həm də ölkənin müxtəlif bölgələrində bir sıra tibb müəssisələrində təmir-tikinti işləri aparılır. Eyni zamanda, Prezident İlham Əliyev ötən illərdə olduğu bu ilin birinci rübündə də Öz ənənəsinə sadiq qalaraq əsaslı təmir və tikintidən sonra əhalinin istifadəsinə verilən bir sıra müasir səhiyyə ocaqlarının açılışında şəxsən iştirak edib və öz dəyərli tövsiyələrini verib.
Buna misal olaraq bildirək ki, martın 6-da Respublika Müalicəvi Diaqnostika Mərkəzinin nəzdində “Ürək Mərkəzi”nin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.
Səhiyyə naziri Oqtay Şirəliyev dövlətimizin başçısı İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya yeni səhiyyə müəssisəsi barədə ətraflı məlumat verib. Nazir qeyd edib ki, “Ürək Mərkəzi”nin yeni inşa olunan binası altımərtəbəlidir. Binanın ümumi sahəsi 13 min kvadratmetrdir. Bu səhiyyə ocağının inşasına 2015-ci ilin əvvəlində başlanılıb və tikinti-quraşdırma işləri bu yaxınlarda başa çatdırılıb. Mərkəzin ətrafında əsaslı abadlıq və yaşıllaşdırma tədbirləri həyata keçirilib.
Qeyd edilib ki, İntensiv terapiya-reanimasiya şöbəsi Mərkəzin birinci mərtəbəsində yerləşir. Buradakı intensiv terapiya çarpayılarının sayı 30-a qədərdir. Mərkəzdə böyüklərlə yanaşı, körpələr və uşaqlar üçün də ayrıca reanimasiya otaqları var.
Bildirilib ki, mərkəzin yaradılmasında əsas məqsəd Azərbaycanda ürək xəstəliklərinin profilaktikasında, erkən diaqnostikası və müalicəsində beynəlxalq standartlara uyğun xidmətin, keyfiyyət sisteminin tətbiqinə təkan vermək, həmçinin bu sahədə çalışan peşəkarların dolğun fəaliyyətinə hərtərəfli şərait yaratmaqdır. Bu tibb müəssisəsi də ən son elmi-texniki yeniliklərə əsaslanan texnologiya və avadanlıqlarla təchiz edilib. Ölkəmizə gələn xarici dövlətlərin mütəxəssislərinin də dəfələrlə təsdiqlədikləri kimi, respublikamızdakı səhiyyə ocaqlarının əksəriyyəti təchizat baxımından dünyanın inkişaf etmiş ölkələrindəki tibb müəssisələrindən heç də geri qalmır. Respublika Müalicəvi Diaqnostika Mərkəzinin nəzdində “Ürək Mərkəzi” də bunun növbəti əyani nümunələrindən biridir.
Reanimasiya şöbəsində Azərbaycanda ilk dəfə olaraq “hibrid” əməliyyat bloku yaradılıb. Bu cür əməliyyat zamanı xəstənin daimi müşahidəsi və müayinəsi aparılır. Ümumilikdə, “Ürək Mərkəzi”ndə həm böyüklərdə, həm də uşaqlarda ən son texnoloji nailiyyətlərə əsaslanan avadanlıq və cihazların köməyi ilə müayinə və müalicə, eləcə də kardioloji-invaziv və açıq cərrahiyyə əməliyyatları həyata keçiriləcək. Yeni səhiyyə ocağında hər bir xəstə barədə ətraflı məlumat əldə etmək mümkün olacaq, müayinə və müalicə dövründəki məlumatlar arxivləşdiriləcək.
Dövlətimizin başçısı İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya məlumat verilib ki, cərrahiyyə əməliyyatından sonra xəstələrin müalicəsi davam etdiriləcək. Onlar kardioreabilitasiya dövründə hərtərəfli tibbi xidmətlə əhatə olunacaqlar. Xəstələrə ən müasir avadanlıqların köməyi ilə sağlamlıqlarının tam bərpası üçün yüksək səviyyədə tibbi xidmət göstəriləcək.
Yeni mərkəzdəki çarpayıların sayı 100-ə, həkim otaqlarının sayı isə 35-ə çatır. Hazırda ölkəmizdə daha böyük miqyas alan yenidənqurma tədbirləri keyfiyyətcə də yeni mərhələyə yüksəlib. Bu hərtərəfli şərait tolerantlıqda dünya üçün nümunə olan Azərbaycan dövlətinin öz vətəndaşlarına həssas münasibətinin əyani nümunəsidir. Mərkəzin poliklinikası da Azərbaycanda səhiyyə islahatlarının yüksək səviyyədə reallaşdırılmasına dəlalət edir. “Ürək Mərkəzi”ndə xəstələrin qəbulu və müalicəsini yüksəkixtisaslı həkim-mütəxəssislər aparacaqlar. Həmin tibb müəssisəsinin həkim-kardioloqları əhaliyə ürək-damar sisteminin vəziyyətinin qiymətləndirilməsi, ürək-damar xəstəlikləri üzrə risk amillərinin aradan qaldırılması və profilaktikasında, uzunmüddətli müşahidə aparılmasında və hərtərəfli müalicəsində yardımçı olacaqlar.
Ölkəmizdə uğurlu səhiyyə islahatlarının tərkib hissəsi olan yeni xəstəxana və tibb müəssisələrinin inşası istiqamətində Sumqayıtda da mühüm addımlar atılıb. Məsələn, burada son bir ildə şəhər 1 nömrəli doğum evi, 1 nömrəli poliklinika, 4 nömrəli uşaq poliklinikası əsaslı təmir olunaraq istifadəyə verilib. Hazırda isə Uşaq Xəstəxanasının infeksion korpusunda tamamlanma işləri aparılır. Martın 16-da isə daha bir tibb ocağı - şəhər Onkoloji dispanserin binası da əsaslı təmirdən sonra istifadəyə verilib.
Bundan başqa, Səhiyyə Nazirliyinin sifarişi əsasında Naftalan şəhər Mərkəzi Xəstəxanası üçün yeni binanın tikintisinə başlanılıb. 5 mərtəbədən ibarət olacaq xəstəxana 65 çarpayı üçün nəzərdə tutulub. Yeni xəstəxananın ümumi ərazisi 1,2 hektardır. Həmçinin xəstəxananın ərazisində hər birinin tutumu 300 kubmetr olan 2 su anbarı, istilik qazanxanası, yeməkxana və transformator yarımstansiyası üçün binaların tikintisi də planlaşdırılıb.
Naftalan şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, hazırda Naftalan şəhər Mərkəzi Xəstəxanası vaxtilə yaşayış evi olmuş binada icarə əsasında fəaliyyət göstərir. Uşaqlar və böyüklər üçün olan poliklinikalar da icarə əsasında heç bir şəraiti olmayan uyğunlaşdırılmış binalarda yerləşib. Xəstəxanaya ağır və orta ağır xəstələr daxil olarkən onlar məcburən ətraf rayonların xəstəxanasına göndərilirlər.
Qeyd edilib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən əhaliyə göstərilən tibbi xidmətin müasir tələblər səviyyəsinə çatdırılması məqsədilə şəhərdə yeni xəstəxananın tikintisi üçün ilkin olaraq 1 milyon manat vəsait ayrılıb və bu vəsaitlə müəyyən işlər görülüb. Mərkəzi xəstəxana üçün yeni binanın inşası “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən həyata keçirilir. İcra Hakimiyyətindən bildirilib ki, təməlqoyma işləri başa çatdırılan binada artıq üst mərtəbələrin tikintisinə başlanılıb.
Yeri gəlmişkən, birinci rüb ərzində həmçinin Şəmkir rayon Mərkəzi Xəstəxanası üçün yeni binanın tikintisinə başlanılıb. Rayon İcra Hakimiyyətindən bildirilib ki, xəstəxana binası kompleks şəkildə layihələndirilib. Belə ki, ağciyər xəstəlikləri xəstəxanasından başqa bütün səhiyyə müəssisələri burada cəmləşəcək. Xəstəxana kompleksində tikinti işləri sürətlə davam edir.
Vurğulamaq yerinə düşər ki, ölkəmizdə sosial-iqtisadi sahələrin bütün istiqamətləri üzrə müşahidə olunan uğurlu inkişaf Naxçıvan Muxtar Respublikasının səhiyyəsini də əhatə edir. Son illərin möhtəşəm quruculuq ünvanlarından olan Naxçıvan Muxtar Respublika Xəstəxanası, Naxçıvan Diaqnostika-Müalicə və Doğum mərkəzləri, Duzdağ Fizioterapiya, Onkoloji, Yoluxucu Xəstəliklər, Gigiyena və Epidemiologiya mərkəzləri, Naxçıvan Şəhər Təcili Tibb, Naxçıvan Uşaq Bərpa mərkəzləri, Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası, Ağciyər, Psixi Xəstəliklər dispanserləri, Darıdağ Arsenli Su Müalicəxanası, rayon mərkəzi xəstəxanaları müasir səhiyyə müəssisələrindəndir.
Ümumiyyətlə, Muxtar Respublika əhalisinin sağlamlığının qorunmasına göstərilən böyük diqqət və qayğının nəticəsində son illər ərzində 220-dən çox səhiyyə müəssisəsi müasir standartlara uyğun tikilərək və yeni tibbi avadanlıqlarla təchiz olunaraq istifadəyə verilib ki, onlardan da 13-ü ötən ilin payına düşür. Tibb ocaqlarında lazımi şəraitin yaradılması, müasir müayinə və müalicə aparatları ilə təchizat hər bir vətəndaşa öz sağlamlığını qorumağa imkan verir. Bütövlükdə, tibb müəssisələrinin stasionar və ambulatoriya bölmələri xidmətin əhatə dairəsini xeyli genişləndirib. Bu gün səhiyyə müəssisələrindəki kompüter tomoqraf, nüvə-maqnit rezonans, mammoqrafiya, qastroskopiya, kolonoskopiya aparatları müayinə və müalicənin düzgün və səmərəli təşkilində mühüm rol oynayır.
Bu istiqamətdə işlər cari ilin birinci rübündə də davam etdirilib. Belə ki, Muxtar Respublikada aparılan genişmiqyaslı quruculuq işləri çərçivəsində martın 27-də Şərur rayon Mərkəzi Xəstəxanası əsaslı təmir və yenidənqurmadan sonra əhalinin istifadəsinə verilib. Məlumat üçün bildirək ki, 3 mərtəbədən ibarət olan xəstəxanada 4 şöbə və 6 bölmə fəaliyyət göstərir. Binada əsaslı təmir işləri aparılıb, rentgen-flüoqrafiya, kompüter tomoqrafiya və elektroensofaloqramma aparatları quraşdırılıb. Quraşdırılan müasir tibbi avadanlıqlar müayinə və müalicə işlərinin yüksək səviyyədə təşkilinə imkan verəcək.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxGündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49

