Regionlarda pambıqçılığın inkişafı istiqamətində kompleks tədbirlər həyata keçirilir
09.07.2019 [10:17]
Cari ildə 100 min hektarda pambıq əkilib və bu il ümumi məhsuldarlığın daha yüksək olması proqnozlaşdırılır
Məlum olduğu kimi, dinamik tərəqqiyə malik olan Azərbaycan mütərəqqi inkişaf modeli ilə fərqlənir. Bu modelin səciyyəvi xüsusiyyətlərindən biri bütün sahələrin inkişafının təmin olunması, eləcə də həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər nəticəsində möhtəşəm nailiyyətlərin qazanılmasıdır. Ölkəmizdə digər sahələrdə olduğu kimi, aqrar sektorun inkişafı istiqamətində də aparılan uğurlu siyasət səmərəli nəticələr verməkdədir. O da qeyd edilməlidir ki, respublikamızda aqrar sektorda bir sıra gəlirli sahələrin, o cümlədən pambıqçılığın inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılır. Cari ildə 100 min hektarda pambıq əkilib və bu il ümumi məhsuldarlığın daha yüksək olması proqnozlaşdırılır. Kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, ötən il xam pambığın alış qiymətinin hər ton üçün 650 manat müəyyən edilməsi pambıq istehsalını fermerlər üçün sərfəli sahəyə çevirib: “Cari ildə taxıl və pambıq istehsalındakı artımın yalnız məhsuldarlığın yüksəldilməsi hesabına əldə olunması qarşıda duran vacib hədəflərdəndir”.
Xatırladaq ki, indiyədək pambıqçılığın inkişafı ilə bağlı aktual məsələlərin müzakirə edildiyi bir neçə müşavirə keçirilib, müvafiq Dövlət Proqramı qəbul edilib. Eyni zamanda, pambıqçılıqla məşğul olan fermerlərə dəstək tədbirləri gücləndirilib - onlara verilən subsidiyalar, tədarük olunan məhsulun alış qiyməti artırılıb. Bundan başqa, regionlarda pambıq əkib-becərən fermerlərə dövlət tərəfindən gübrə və texnika ilə təchizat sarıdan da hər cür köməklik göstərilir. Bütövlükdə, Azərbaycanın regionlarında pambıqçılığın inkişafı istiqamətində kompleks tədbirlər həyata keçirilir. Yeri gəlmişkən, Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə Ucarda 10 hektar sahədə yaradılan model təsərrüfatında Çin texnologiyası ilə əkilən və hazırda becərmə işlərinin aparıldığı pambıq sahəsinə baxış keçirilib. Kənd təsərrüfatı nazirinin müavini İlham Quliyevin, nazirliyin şöbə müdiri İmran Cümşüdovun iştirakı ilə təşkil olunan tədbirdə 10 rayonun pambıqçılıqla məşğul olan fermerləri, Dövlət Aqrar İnkişaf mərkəzlərinin rəhbərləri, Tərtər Regional Aqrar Elm İnnovasiya Mərkəzinin mütəxəssisləri iştirak ediblər.
Fermerlər cərgələnən pambıq tarlasında yeni texnologiyanın üstünlüklərini əyani şəkildə müşahidə ediblər. Nazirliyin mütəxəssisləri Çinə məxsus innovativ texnologiya əsasında əkilən və hazırda becərmə işlərinin aparıldığı pambıq tarlası ilə əyani tanışlıq zamanı iştirakçılara respublikada pambıqçılıqla bağlı üç model təsərrüfatın yaradıldığını bildiriblər. Belə ki, Çin texnologiyası ilə yanaşı, Beyləqanda və Tərtərdə türk və yunan model təsərrüfatları da təşkil olunub. Vurğulanıb ki, bu innovativ texnologiya fermerlərin daha az əziyyət çəkmələrinə, alaq otlarına qarşı mübarizə tədbirləri və suvarma üçün daha az vəsait xərcləmələrinə səbəb olur. Ənənəvi əkin və becərmə üsullarından fərqli olaraq Çin texnologiyası əsasında becərilən 10 hektarlıq sahə lazer mala ilə hazırlanıb. Çində tətbiq edilən bu texnologiyanın üstünlükləri ondan ibarətdir ki, lazer malalama torpağın təkrar şoranlaşmasının qarşısını alır, suya qənaət olunur, toxumların bərabər səviyyədə çıxmasına şərait yaradır, nəticədə məhsuldarlıq artır. Yeni innovativ texnologiya hər hektara düşən bitki sıxlığının çox olması ilə də fərqlənir. Belə ki, Çin texnologiyası əsasında cərgəarası 90 santimetr olmaqla, hər hektara 200-220 min bitki düşür. Halbuki ənənəvi üsulla aparılan tarlanın hər hektarında 100-110 min pambıq bitkisi olur.
Fermerlərə Çin texnologiyası ilə yetişdirilən sahədə polietilen örtükdən istifadənin əhəmiyyəti əyani şəkildə göstərilib. Belə ki, nümunə üçün polietilen çəkilməyən 5 metr sahədə çıxış müqayisəolunmaz dərəcədə zəif idi. Pambıqçılıqda yeni innovativ texnologiyadan istifadənin məhsuldarlığa ciddi təsir edəcəyi, hər hektardan məhsuldarlığın ən azı 50-60 sentner təşkil edəcəyi diqqətə çatdırılıb. Tarlanın hazırkı vəziyyəti də Ucar torpaqları üçün qeyri-adi görünən bu göstəricini təsdiqləyir.
Tədbir iştirakçılarına bildirilib ki, Azərbaycanda kənd təsərrüfatına yararlı torpaq sahəsinin az olması intensiv üsulla məhsuldarlığın artırılmasını zəruri edir. Hazırda əsas məqsəd yüksək məhsuldarlığa imkan verən bu cür texnologiyaların gələcəkdə daha geniş ərazilərdə tətbiqinə nail olmaqdır. Bu, əlbəttə, fermerlərə daha az zəhmətlə yüksək gəlir əldə etməyə imkan verir.
Pambıqçılıq Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində də inkişaf edir. Belə ki, üç il əvvəl ordumuzun uğurlu hərbi əməliyyatı nəticəsində düşmən işğalından azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində sosial-iqtisadi inkişafın növbəti mərhələsi başlayıb. Əhalidə yeni təsərrüfat vərdişləri formalaşır, sakinlər arasında məşğulluq səviyyəsi yüksəlir. Ötən ildən kənd sakinləri örtülü sahədə tərəvəz və arıçılıq məhsullarının istehsalına başlayıblar. Bu ildən bəzi ailələr baramaçılıq təcrübəsinə də yiyələniblər. Kənd üçün yeni məşğulluq sahələrindən biri də pambıqçılıqdır. Kəndin yerləşdiyi bölgənin əhalisi tarixən pambıqçılıqla məşğul olsa da, cocuq mərcanlılar bu sahənin incəliklərinə yiyələnə bilməyiblər. Çünki vaxtilə kənddəki pambıq sahələri ləğv edilərək üzüm plantasiyaları salınmış, bununla da “ağ qızıl”ın yetişdirilməsi ilə bağlı təsərrüfat vərdişləri itmişdi.
Ötən il kənd sakinləri gəlirli sahə kimi pambıq əkini aparmaq istəyəndə məlum oldu ki, bu texniki bitkini aqrotexniki qaydalara uyğun olaraq əkib-becərməyi bacaran kadrlar yetəri qədər yoxdur. Məhz buna görə Aqrar Elm və İnnovasiya Mərkəzinin Beyləqan rayonunda yerləşən yerli mərkəzində xüsusi işçi qrupu yaradılaraq həftədə iki dəfə olmaqla kənd sakinlərinə təlimlər keçirildi, onlarda nəzəri və praktik biliklər formalaşdırıldı. Beləliklə, bu il ilk dəfə olaraq 6 hektarda pambıq əkini aparıldı.
Kənd sakini Oqtay Həziyev deyib ki, aqrotexniki qulluq və bitki mühafizə tədbirləri ilə bağlı maarifləndirici tədbirlər aqrar sahədə çalışanlar üçün xüsusi əhəmiyyətə malikdir: “Kəndin inkişafı üçün çuğundur, pambıq kimi bitkilərin əkini vacib idi, lakin nədən başlayacağımızı bilmirdik. Dövlət səviyyəsində kəndə göstərilən dəstəyin davamı olaraq Beyləqan Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin əməkdaşları bizə təmənnasız əməkdaşlıq təklif etdilər. İlk təcrübə olduğu üçün elmi məsləhət xidmətinə ehtiyacımız var idi. Mərkəzin əməkdaşları hər həftə sahələrimizə gələrək müşahidələr aparır, bizi aqrotexniki qulluq və bitki mühafizə tədbirləri barədə məlumatlandırır. Nəticə göz qabağındadır, yüksək məhsuldarlıq gözləyirik. İlk təcrübəmiz uğurlu alınsa, növbəti ildən pambıq sahələrini daha da genişləndirəcəyik”.
Ümumi qənaətə görə, uzun illərdir əkin dövriyyəsindən kənarda qalmış bu torpaqlar pambıqçılıq üçün əlverişlidir. Mütəxəssislərin tövsiyələrinə əsasən, sahədə səpin norması düzgün təyin olunub. İndiyədək dörd dəfə kultivasiya aparılıb, hər hektara 150 kiloqram azot, 200 kiloqram ammofos gübrəsinin verilməsi bitki çıxışını tam təmin edib, alaqlara qarşı səmərəli mübarizə aparılıb.
Kənd sakinləri ilə birgə həyata keçirilən tədbirlərin öz bəhrəsini verdiyini qeyd edən Beyləqan Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru Mirağa Kazımov deyib: “Sakinlərə məsləhət xidməti göstərməklə yanaşı, 3-ü xarici, 7-si yerli olmaqla 10 sortdan ibarət sınaq əkinləri də həyata keçirmişik. Məqsədimiz Cocuq Mərcanlı ərazisində məhsuldar, iqlimə uyğun sortları müəyyənləşdirmək və gələcəkdə əkinləri bu sortlar əsasında aparmaqdır. İstəyirik ki, Cocuq Mərcanlı aqrar inkişaf baxımından da irəli getsin. Havaların isti keçməsinə baxmayaraq, həftədə iki dəfə kənddə sahələri müşahidə edir, öz məsləhətlərimizi veririk. Təkcə pambıq əkinlərində deyil, taxıl və çuğundur sahələrində də vəziyyət qənaətbəxşdir. Sevinirik ki, kənd sakinləri ilə birgə aylardır çəkdiyimiz zəhmət boşa getməyib. Xahiş edirəm, yığım vaxtı bir də gəlib məhsuldarlığı öz gözlərinizlə görün”.
Mərkəzlə kənd sakinləri arasında qurulmuş ilk elmi əməkdaşlığın uğurlu alınacağı və bu ildən pambıqçılığın Cocuq Mərcanlının təsərrüfat həyatına daxil olacağı gözlənilir.
Tərtər Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin ərazisində isə 2-si Yunanıstan, 2-si Amerika Birləşmiş Ştatları, 4-ü Türkiyə və 4-ü Azərbaycan mənşəli olmaqla, ümumilikdə, 12 pambıq sortunun becərilməsi həyata keçirilir. Məqsəd xarici və yerli pambıq sortlarının ənənəvi becərmə şəraitində müqayisəli qiymətləndirilməsidir. Tərtər Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin mütəxəssisi Bayram Əliyev bildirib ki, təcrübə sahəsində səpinqabağı torpaq becərmə işləri yüksək səviyyədə həyata keçirilib və çiyid səpini Yunanıstanın “Bios Agrosystems” şirkətinin mütəxəssislərinin iştirakı ilə 5-6 may tarixlərində aparılıb. Məqsəd məhsuldarlıq, vegetasiya müddəti, yerli iqlim şəraitinə dözümlülük göstəricilərinə görə fərqlənən sortları seçmək, müvafiq seleksiya işi aparmaqla həmin sortların lif keyfiyyətini artırmaq və nəhayət yerli toxumçuluğun təşkilinə nail olmaqdır.
Onu da qeyd edək ki, bu il 2 min 406 hektarda çiyid səpini həyata keçirən Yevlax rayonunun pambıqçıları becərmə işlərini uğurla davam etdirirlər. Sahələrə əsasən yerli şərait üçün əlverişli sayılan “Gəncə 110”, “Karizma” və “Bəyaz altun” pambıq sortları əkilib. Rayonda fəaliyyət göstərən “MKT İstehsalat Kommersiya” MMC və “P-Aqro” MMC ilə müqavilə bağlayan fermerlər texnika, toxum, gübrə və kimyəvi preparatlarla təmin edilirlər.
Yevlaxlı pambıqçılar artıq sahələrdə seyrəltmə işlərini başa çatdırıb, tarlalara orta hesabla 2 dəfə yemləmə gübrəsi veriblər. Hazırda kultivasiya işləri davam etdirilir, zərərvericilərlə mübarizə tədbirləri görülür, sahələr ketmənlənir, vegetasiya suvarması həyata keçirilir. Ötən il 5 min 296,4 ton məhsul toplayan fermerlər bu il məhsuldarlığı daha da artırmağı qarşıya məqsəd qoyublar.
Ötən təsərrüfat ilində hər hektardan orta hesabla 30 sentner məhsul götürən Mahmud Əsgərov da bu il daha çox pambıq istehsal edəcəyinə əmindir: “45 hektar sahədə pambıq becərirəm. Bütün aqrotexniki qaydalara vaxtında və düzgün əməl edirik ki, məhsulumuz yaxşı olsun. Hazırda birinci suvarma həyata keçiririk. Tarlada vəziyyət qənaətbəxşdir. Əminəm ki, məhsuldarlıq keçən ilkindən yüksək olacaq”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

