Yay turizm mövsümündə Azərbaycanın ayrı-ayrı bölgələrinə yüksək turist axını müşahidə edilir
16.07.2019 [09:27]
2019-cu ilin birinci yarısında Azərbaycanı ziyarət etmiş xarici qonaqların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 86 min nəfər və yaxud 6,5 faiz artıb
(əvvəli ötən sayımızda)
Ölkəmizdə mövcud olan tarixi, dini, mədəni abidələrin bərpası dövlət siyasətində mühüm yerlərdən birini tutur. Prezident İlham Əliyevin diqqəti sayəsində bu cür obyektlərin təmiri, bərpası, yenidən qurulması istiqamətində çox böyük işlər görülüb. Dövlətimizin başçısının imzaladığı Sərəncama əsasən “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun müasir standartlara uyğunlaşdırılması və ərazisində yeni turizm infrastrukturunun yaradılması da bu istiqamətdə görülən işlərin ardıcıl xarakter aldığını nümayiş etdirir. Azərbaycanda dövlət səviyyəsində bu istiqamətdə həyata keçirilən işlərə birinci xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da sanballı töhfələr verir. Bu layihələrin icrası bir neçə mühüm amili birləşdirir. İlk növbədə, bu işlər tarixi, dini, mədəni abidələrə dövlətimiz tərəfindən nə qədər həssaslıqla yanaşıldığını göstərir, Azərbaycanın qədim, tarixi diyar olduğunu bir daha sübut edir. Bundan başqa, turistləri cəlb etmək baxımından da “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun müasir standartlara uyğunlaşdırılması mühüm rol oynayır.
Naxçıvanın landşaft müxtəlifliyi turistlərə unudulmaz təəssüratlar bəxş edir
Naxçıvanın sahib olduğu nadir landşaft müxtəlifliyi buraya səyahət edən hər bir turistdə unudulmaz təəssürat yaradır.
Bu fikri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində “Naxçıvan” Universitetinin dosenti, Rusiya Federasiyasının Sankt-Peterburq Beynəlxalq Turizm Akademiyasının üzvü Əli Cabbarov ifadə edib.
O qeyd edib ki, uzaq ölkələrdən Naxçıvana səyahət edənlər üçün Nuh Peyğəmbərin ayaq basdığı bu qədim Azərbaycan torpağı ilə tanışlıq hələ hava gəmisi yerə enmədən başlayır. Haçadağ istiqamətindən başlayaraq yerə enmək üçün gedərək yüksəkliyi azaldan təyyarənin pəncərələrindən Ağrı dağının əlçatmaz zirvəsi fonunda hörük kimi qıvrılaraq Naxçıvanla qucaqlaşan xan Arazın, qarşıda məğrur döyüşçülərin sırası kimi nizami Zəngəzur dağlarının və bu ulu yurdun simvolu Haçadağın panoramı bir andaca insanı özünə bağlayır. Naxçıvanla bir neçə dəqiqə çəkən belə quşbaxışı tanışlıqdan sonra Naxçıvan Beynəlxalq Hava Limanında qarşılanan turistləri heç bir yerdə görə bilməyəcəkləri gözəl mənzərələr gözləyir.
“Tanışlıq baxımından dünyanın hər bir guşəsinin öz cazibəsi var. Turizmin gücü də elə bundadır. Naxçıvan dünyanın ucsuz-bucaqsız yerləri ilə müqayisədə çox da geniş bir əraziyə sahib olmasa da, buradakı təkrarolunmazlıqlar və onların kompaktlığı baxımından bəlkə də planetin ən gözəl yerlərindən biridir. Bunu Naxçıvana səyahət edən turistlərin maraq dolu baxışları və bitib-tükənməyən sualları deməyə əsas verir”, - deyən Sankt-Peterburq Beynəlxalq Turizm Akademiyasının üzvü qeyd edib ki, əgər tarixlə müasirliyin bir məkanda qovuşduğu şəhəri və yalçın qayaların yamyaşıl yamaclarla növbələşdiyi dağları doyunca seyr etmək istəyən varsa, Naxçıvana səyahət etmək lazımdır. Sədərəkdən Ordubada, Batabatdan Haçadağadək geniş ərazidəki qeyri-adi gözəlliklər onları gözləyir.
İlk olaraq Naxçıvana gələn qonaqlar Ordubadı görmək istəsələr, bu həm də qədim mədəniyyət və mətbəx nümunələri ilə zəngin bölgənin ərazisi ilə də tanışlıq baxımından əla fürsətdir. Hər dəfə səhər erkəndən Naxçıvandan Ordubada qədər səyahətə çıxan turistlər əvvəlcə Zəngəzur dağlarından, sonra isə Haçadağdan möhtəşəm gündoğumu mənzərəsinin heyranı olurlar. Səyahət avtomobili yolboyu irəlilədikcə, şübhəsiz, ən görkəmli mənzərə Haçadağa yaxınlaşdıqca açılır. Əgər turistlərimiz üçün Əlincə marşrutu da nəzərdə tutulubsa, onda daha cazibədar landşaft gözəllikləri ilə orada - Əlincənin zirvəsində tanış ola biləcəyini elan etmək mümkündür. Hələlik isə Darıdağ massivinə yaxınlaşdıqca uzaqlarda bir-biri ilə növbələşən dağların və dağətəyi təpələrin sanki bir ansambl kimi ahəngdar şəkildə sıralanmasını seyr edib, turistlərlə çox sayda foto və videotəsvirləri çəkmək olar.
Əli Cabbarov deyib: “Ordubada daxil olarkən turistlərin marağını cəlb edən ilk gözəllik Bəlkə dağının və Bərəkə qayasının panoramıdır. Belə sərt qayalıqlara və yaxud panoramlı mənzərələrə planetin digər yerlərində də rast gəlmək mümkündür. Ancaq min illərlə yaşı ölçülən Ordubad kimi qədim bir şəhərin cəmi yarım kilometrliyində yüksələn belə landşaft mənzərələrinə isə çətin ki, başqa yerlərdə rast gəlinə. Həm də Ordubad şəhərinin yerləşdiyi ərazinin quruluşu elədir ki, burada istənilən nöqtədən hansısa bir mənzərəni seyr etmək mümkündür. Tarixi binalar, muzeylər, məşhur insanların adı ilə bağlı yerlər, nəhəng Ordubad çinarları, qədim meydanlar bu diyarın görməli yerləridir. Bütün bunlar şəhərlə tanışlıq üçün geniş mövzu verən turizm ehtiyatlarımızdır. Belə mənzərələrin seyrinə doymayan turistlərimizi həm də Ordubad limonu ilə qoz mürəbbəsinin olduğu çay süfrəsinə dəvət etmək mümkündür”.
Naxçıvan-Batabat turizm marşrutunun da landşaft gözəllikləri baxımından turistlərə unudulmaz təəssüratlar vəd etdiyini deyən “Naxçıvan” Universitetinin dosenti bildirib ki, Şahbuz dağlarının uzaqdan görünən cazibəsi hələ bu istiqamətə yenicə yola çıxmış turistlər üçün ilk maraq obyektidir. Heydər Əliyev Su Anbarı bəndinə çatdığımızda bir anda az qala bütün Şahbuz rayonunun panoramı ilə Dərələyəz və Zəngəzur silsilələrinin cənub yamaclarındakı çox sayda təbiət abidələri, dağ çayları, təbii və süni göllər, sıldırımlı qaya aşırımları və nəhəng dərələrin seyrinə saatlarla dalmaq mümkündür. Qeyd etmək lazımdır ki, bu ərazilər həm də yürüş və ekstremal idman növləri ilə məşğul olanlar üçün də fəal istirahətin ən yaxşı yeridir. Təcrübə göstərir ki, belə ərazilərə, xüsusən Avropa, Rusiya və Yaxın Şərq ölkələrindən gələn turistlər çox maraq göstərirlər. Batabat yaylağının, buradakı meşə massivinin təbii quruluşu isə ilin istənilən fəslində səyahət edən turistlər üçün zəngin rekreasiya vəd edir.
Naxçıvana səyahət etmiş turistləri landşaft gözəllikləri ilə heyrətləndirən ən gözəl mənzərələrdən biri, heç şübhəsiz, Naxçıvan-Əlincə turizm marşrutu üzrə səyahət edərkən Əlincəçay vadisinə yetişdikdə gözlərimiz önündə açılan nəhəng görüntüdür. Bu astronomik mənzərəni görən istər yerli, istərsə də xarici turistlər olsun, kiminsə heç olmasa, bir neçə dəqiqə dayanıb seyrə dalmadığına və yaxud bir neçə fotoşəkil çəkdirmədən buradan uzaqlaşdığına inanmaq mümkün deyil. Xüsusən ilin yaz, payız fəsillərində, havanın şəffaf olduğu vaxtlarda buradan keçən təbii gözəllik həvəskarı turistlər üçün nadir mənzərələr var. Daha irəlidə, Əlincəqalanın zirvəsindən və Haçadağın ətəyindən Naxçıvanın təbii və insan əli gözəllikləri ilə tanış olan turistlər buraya səyahəti seçməkdə yanılmadıqlarına bir daha inanıb, elə bu zirvələrdəcə çəkdikləri fotoları öz dostları ilə paylaşırlar.
Əli Cabbarov vurğulayıb ki, gözəl Naxçıvanın heyrətamiz landşaft mənzərələri çoxdur. Onların qarşısında mat qalan turistlərlə də çox rastlaşmışıq. Amma əgər bir axşamçağı Naxçıvana gəlmiş turistlərimiz Gəmiqayanın zirvəsindən Ağrı dağına doğru günbatımı mənzərəsini seyr etsələr, bu, bəlkə də, onların indiyə qədər görə bildiyi ən gözəl landşaft mənzərəsi olacaq. Bu imkan isə yalnız Naxçıvandadır.
Azərbaycanın turizm potensialının xarici ölkələrdə təbliği respublikamızın turist cəlbediciliyinin artmasına müsbət təsir göstərir
Azərbaycanın turizm potensialının xarici ölkələrdə təbliği respublikamızın turist cəlbediciliyinin artırılması baxımından böyük əhəmiyyət daşıyır. Xəbər verildiyi kimi, bu günlərdə Özbəkistanın Səmərqənd şəhərində MDB-yə üzv dövlətlərin Turizm Şurasının növbəti iclası çərçivəsində turizm yarmarkası keçirilib. Tədbirlərdə ölkəmizi Azərbaycan Dövlət Turizm Agentliyi və turizm sənayesinin nümayəndələri təmsil ediblər.
Dövlət Turizm Agentliyindən bildirilib ki, Azərbaycanın turizm imkanlarının MDB məkanında təbliği məqsədilə yarmarkada iştirak edən qonaqlara ölkə haqqında dolğun informasiya verilib, onlara çap-təbliğat materialları paylanılıb.
Yarmarkada Azərbaycan da daxil olmaqla, ümumilikdə 9 ölkə nümayəndəsi iştirak edib. Yarmarka zamanı Azərbaycanı təmsil edən turizm şirkətləri iştirakçılarla ikitərəfli görüşlər keçirib, gələcəkdə baş tuta biləcək əməkdaşlıq imkanları barədə geniş müzakirələr aparıblar. İştirakçılar Azərbaycanın turizm potensialı və yerli turizm marşrutları haqqında ətraflı məlumatlandırılıblar.
Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Çin Xalq Respublikasından olan aparıcı turizm şirkətlərinin və yerli turoperatorların nümayəndələri arasında keçirilən tanışlıq görüşü də ölkəmizin zəngin turizm potensialının təbliği məqsədinə xidmət edir.
“B2B” formatlı tanışlıq görüşündə Azərbaycanın 40-dan çox turoperatoru iştirak edib. Tədbirdə çinli turoperatorlarla ikitərəfli əlaqələr, əməkdaşlıq imkanları müzakirə olunub, onlara Azərbaycan və onun turizm imkanları barədə geniş məlumat verilib.
Rumıniyanın xəbər portalında Xınalıq kəndi barədə məqalə dərc edilib
Rumıniyanın “News24hours” xəbər portalı Xınalıq kəndi barədə geniş məqalə yayıb. Məqalədə bildirilir ki, qədim tarixi, özünəməxsus adət-ənənəsi olan bu kənd Quba şəhərindən 65 kilometr uzaqlıqda, dəniz səviyyəsindən 2500 metr yüksəklikdə yerləşir. 400-ə yaxın evin olduğu və 3 min nəfər insanın yaşadığı bu kəndin yayı sərin, qışı isə çox sərt keçir.
Qeyd olunur ki, tarixçilər Xınalıq kəndinin eramızdan əvvəl salındığını ehtimal edirlər. Bu kənd haqqında məlumatlara Strabon və Plininin əsərlərində rast gəlməyin mümkün olduğu barədə danışılır. Bildirilir ki, yerli sənətkarlar toxuculuqla məşğul olur, ip əyirir, naxışlı paltarlar, corablar toxuyurlar. Xınalıq əhalisinin özünəməxsus yaşam tərzi, əhalinin məişəti, folkloru və etnoqrafik xüsusiyyətlərinin turistlərin marağına səbəb olduğu məqalədə xüsusi vurğulanır.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

