Regionların elektrik enerjisi ilə təminatı gücləndirilir
23.07.2019 [09:31]
2019-cu ilin birinci yarısında ölkəmizdə 11,544 milyard kVts elektrik enerjisi istehsal edilib
Məlum olduğu kimi, Azərbaycanda həyata keçirilən uğurlu siyasət bütün sahələrin tərəqqisinə səbəb olub. Bu baxımdan, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində görülən işlər xüsusi önəm kəsb edir. Məhz bu proqramlar çərçivəsində ötən 16 il ərzində regionlarda genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb, həmçinin bölgələrdə istər qazlaşdırma, istər elektrik enerjisi ilə təminat, istərsə də digər kommunikasiya və xidmət sahələrinin yüksək səviyyəyə çatması istiqamətində mühüm addımlar atılıb.
Son illərdə Azərbaycanın güclü infrastruktur təminatına malik ölkəyə çevrilməsi istiqamətində görülən işlər elektrik enerjisi sahəsində də mühüm uğurların əldə edilməsinə səbəb olub. Ölkəmizdə əhalinin fasiləsiz elektrik enerjisi ilə təminatı istiqamətində atılan addımlar, eləcə də bu sahə üzrə müasir infrastruktur quruculuğu siyasəti uğurla davam etdirilir. Qeyd edilməlidir ki, son 16 ildə istifadəyə verilən generasiya obyektləri respublikamızda sözügedən sahədə reallaşdırılan infrastruktur quruculuğunun bariz nümunəsidir. Əgər 2004-cü ilə qədər Azərbaycanda 3900 meqavat gücündə cəmi 9 elektrik stansiyası mövcud idisə, son 16 ildə respublikamız 30-dan çox yeni elektrik stansiyası tikməyə və özünün generasiya güclərini daha 2500 meqavat artırmağa nail olub. Hazırda Azərbaycan həm elektrik enerjisinə olan daxili tələbatını tam olaraq yerli istehsal hesabına ödəyir, həm də müəyyən həcmlərdə ixrac imkanlarımız yaranıb.
Qeyd edək ki, 2019-cu ilin arxada qalan birinci yarım ili ərzində “Azərenerji” ASC tərəfindən xarici dövlətlərə 648 milyon kVts elektrik enerjisi ixrac edilib ki, bu da ötən ilin birinci yarım ili ilə müqayisədə 24 milyon kVts çoxdur. Ötən ilin birinci yarım ili ilə müqayisədə elektrik enerjisinin istehsalı da artırılıb. Belə ki, 2019-cu ilin arxada qalan birinci yarım ili ərzində 11.544 milyard kVts elektrik enerjisi istehsal edilib. Bu isə ötən ilin birinci yarım ili ilə müqayisədə 521 milyon kVts çoxdur.
Ən əsası isə, 2018-ci ilin birinci yarım ili ilə müqayisədə 2019-cu ilin arxada qalan birinci yarım ili ərzində elektrik enerjisinə tələbat da 586 milyon kVts artıb. Göstərilən 6 ay ərzində yüzlərlə obyektin - çoxmərtəbəli binalar, sahibkarlıq obyektləri, sənaye məhəllələri, aqroparklar, zavodlar, fabriklər, bir sözlə, iqtisadiyyatın, sənayenin, o cümlədən əhalinin artan tempinə uyğun olaraq istehlak çoxalıb. “Azərişıq” ASC-nin məlumatına görə, vətəndaşlarının sayı 10 milyonu keçən Azərbaycanda təkcə 2019-cu ilin birinci yarım ilində “ASAN xidmət” vasitəsilə və elektron qaydada 12 mindən artıq əhali və qeyri-əhali abonent elektrik şəbəkəsinə qoşulub. Təkcə 2019-cu ilin arxada qalan yarım ili və ya 181 günü ərzində tələbatın bu səviyyədə artımı, sözsüz ki, yeni generasiya güclərinin yaradılmasını, elektrik stansiyalarında “itirilmiş” güclərin bərpa edilməsini və ən əsası isə, enerjisistemin etibarlılığı və dayanıqlığını daha müasir üsullarla təmin etməyi zəruri edir.
Məhz bu məqsədlə ötən ilin sonuncu rübündən başlayaraq “Azərenerji” ASC tərəfindən “Reabilitasiya Proqramı”na start verilib və ölkədəki 12 elektrik stansiyası, 17 yarımstansiyada 100-dən artıq təyinat üzrə yenidənqurma, təmir və bərpa işləri aparılır. 35 elektrik stansiyası və 150 yarımstansiyanı əhatə edəcək SCADA Dispetçer İdarəetmə Sistemi yenidən qurulur, Azərbaycan enerji sistemində qəza rejimlərinin məhdudlaşdırılması və tam ləğvini mümkün etmək üçün mikroprosessor texnikasının tətbiqi, həmçinin modernləşdirilməsi ilə yeni əks-qəza avtomatika kompleksləri yerinə yetirilir.
Ümumiyyətlə, enerji sahəsində ölkəmiz ciddi nailiyyətlər qazanmaqdadır. Azərbaycan energetika sahəsində əldə etdiyi uğurlar nəticəsində Cənubi Qafqaz respublikaları arasında xeyli öndədir. Hazırda Azərbaycan bir sıra ölkələrə elektrik enerjisi ixrac edir. Azərbaycanın energetika sisteminin əsaslı şəkildə modernləşdirilməsi, “itirilmiş” generasiya güclərinin bərpası məqsədilə kompleks tədbirlər həyata keçirilir. Bu mənada, “Azərenerji” ASC-nin reallaşdırdığı Reabilitasiya Proqramı böyük əhəmiyyət kəsb edir.
Qeyd edək ki, Mingəçevir şəhərindəki “Azərbaycan” İES istismar müddətini başa vurduğu üçün Prezident İlham Əliyevin göstərişi ilə ən müasir səviyyədə yenidən qurularaq bərpa edilir. Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan və respublikada elektrik enerjisinə olan tələbatın 43 faizini təmin edən 8 bloklu “Azərbaycan” İES-də bütün parametrlər üzrə tikinti, yenidənqurma və bərpa işləri aparılır. Bu günə qədər Reabilitasiya Proqramı çərçivəsində “Azərenerji” ASC tərəfindən stansiyanın 6 saylı enerji blokunda kompleks yenidənqurma işləri aparılıb və nəticədə 60 meqavat yük məhdudiyyəti aradan qaldırılıb. Həmçinin 500 kilovoltluq açıq paylayıcı qurğunun II dövrəsinin 7 saylı enerji bloku və 1 saylı əlaqə avtotransformatorunun bütün elementləri yeni avadanlıqlarla əvəzlənərək istismara verilib. Nəticədə 7 saylı enerji blokunun gücü 250 meqavatdan maksimum həddə - 310 meqavata çatdırılıb. Bununla yanaşı, hidrogen istehsal edən eloktroliz, oksigen qurğularında da təmir işləri aparılıb. Hazırda sexlər və laboratoriyaların yerləşəcəyi ofis binası təmir olunur, kimya sexi yenidən qurulur, çənlərin bünövrəsi, yeni çənlərin quraşdırılması və borularda izolyasiya işləri aparılır. Paralel olaraq hidrogen, azot-oksigen və hava kompressorları sexinin yerləşəcəyi binada, stansiyanın girişində mövcud yanğınsöndürmə nasosxanasında təmir işləri görülür, həmçinin yağ təsərrüfatının köçürülməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir.
“Azərbaycan” İES-də yeni inzibati bina və idarəetmə mərkəzi tikilir. Stansiya ərazisinin perimetr boyu elektron hasarla əhatəyə alınması və kamera sisteminin qurulması işləri reallaşdırılır. 1 saylı tüstü borusunun fasadının boyanması və bərpası prosesi gedir, analoji işlər 2 saylı tüstü borusunda isə tam yekunlaşıb. Bununla yanaşı, soyutma su nasos stansiyalarının çıxış su kanallarının əsaslı təmir işləri davam etdirilir. Reagent təsərrüfatı üzrə tikinti və montaj işləri, o cümlədən 9 saylı qazanın sökülməsi işi həyata keçirilir. Maşın zalının yağışdanqoruma işləri yekunlaşmaq üzrədir.
Ölkənin ən böyük 500 kilovoltluq açıq paylayıcı qurğularından biri məhz “Azərbaycan” İES-də yerləşir ki, onun da 2-ci dövrəsində aparılan işlər artıq başa çatıb. 500 kilovoltluq açıq paylayıcı qurğudan 330 kilovoltuq açıq paylayıcı qurğunun idarəetmə mərkəzinə kabel xətləri üçün kanal yolunun qazıntı işləri aparılır. Həmçinin enerji bloklarının qazan bölməsinin yağışdan və küləkdən mühafizəsi, o cümlədən yanğından mühafizə binası əsaslı təmir olunur.
Ümumilikdə, Reabilitasiya Proqramı çərçivəsində “Azərbaycan” İES-də 3 il ərzində turbinlərin, generatorların, rele mühafizə sisteminin, sexlərin, yarımstansiyaların, 500 və 330 kilovoltluq hava xətlərinin, əks-qəza avtomatikasının tamamilə yenidən qurulub bərpa edilməsi nəzərdə tutulur. Bundan başqa, Yuxarı Qarabağ kanalının üzərindən əhali üçün yeni körpü və yol salınması, yeraltı yanğınsöndürmə su boru sistemlərinin bərpa edilməsi istiqamətində işlər görülür. Ümumilikdə genişmiqyaslı görüləcək işlərin nəticəsində stansiyanın gücü 380 meqavat artırılaraq 2000 meqavata çatacaq, ən əsası isə, “Azərbaycan” İstilik Elektrik Stansiyasında dayanıqlılıq və etibarlılıq təmin ediləcək.
“Azərenerji” ASC Reabilitasiya Proqramına uyğun olaraq, elektrik stansiyaları, dispetçer idarəetmə mərkəzləri, yüksəkgərginlikli ötürmə xətləri ilə yanaşı, sistem əhəmiyyətli yarımstansiyalarda da kompleks tikinti, yenidənqurma və bərpa işləri də həyata keçirir. Qeyd edək ki, enerji sistemində yarımstansiyaların yenidən qurulması, o cümlədən yüklənən transformatorları dəyişərək gücünün çoxaldılması artan gücün qarşılanması və avadanlıqların qızmasının, bununla da qəzaların qarşısının alınması baxımından çox əhəmiyyətlidir. Eyni zamanda, qəza rejimində yükün bir yarımstansiyadan digər yarımstansiyanın üstünə köçürülməsi, itkilərin aradan qaldırılması, ən əsası isə, paylayıcı şəbəkə istehlakçılarının daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunması üçün yarımstansiyaların yenidən qurulması və gücünün artırılması olduqca vacib məsələdir. Odur ki, dövlət tərəfindən ayrılan vəsait və daxili imkanlar hesabına “Azərenerji” ASC-nin balansında olan 220 kV-luq “Xırdalan” və “Müşfiq”, 110 kV-luq “8-ci km”, “Zabrat”, “Əhmədli”, “Dübəndi”, “Maştağa”, “Buta”, “Ələt”, “Zığ”, “Sumqayıt-2”, “Gəncə-1”, “Quba”, “Mingəçevir şəhər”, “Sabirabad”, “Şəki” və 205 saylı yarımstansiyalar yenidən qurulur.
Xatırladaq ki, Mingəçevir şəhərində yerləşən “Azərbaycan” İstilik Elektrik Stansiyasında ötən ilin iyul ayının 3-də baş verən qəza və bunun nəticəsində enerji sisteminin çökməsi Şirvan şəhərində yerləşən ölkənin ikinci böyük elektrik stansiyası olan “Cənub” Elektrik Stansiyasındakı 2 ədəd 330 kV-luq avtotransformatordan birinin sıradan çıxmasına səbəb olmuşdu. Həmin sıradan çıxan, gərginliyi 330, 220 və 6 kV-a çevirən avtotransformator yerli ATEF Transformator Zavodunda təmir edilərək “Cənub” Elektrik Stansiyasındakı yerinə quraşdırılıb. Nəticədə 330 və 220 kV-luq şəbəkənin etibarlılığı artırılıb, həmçinin xüsusi sərfiyyatda gərginliyin səviyyəsi 6 kV-dan 6,3 kV-a qaldırılıb. Bu isə xüsusi sərfiyyat mühərriklərinin işəsalma rejimini yüngülləşdirib və ehtiyat bəsləmə sisteminin etibarlılığını artırıb.
Hazırda “Cənub” Elektrik Stansiyasında sudurulducu hovuz və dövran nasosları təmir edilir ki, bu da su sızmasının qarşısını almaqla etibarlılığın artırılmasına xidmət edəcək. Yaxın günlərdə isə 110 kV-luq qapalı paylayıcı qurğuda bərpa işlərinə başlanılacaq. Eyni zamanda, hazırda “Cənub” Elektrik Stansiyasına Hacıqabul rayonunda yerləşən qazpaylayıcı stansiyadan 25 km məsafədə yeni qaz xətti çəkilir. Yeni xətt çəkiləndən sonra qaz kompressorları sistemdən çıxarılacaq və onun işləməsinə sərf edilən aylıq 7 milyon kVts elektrik enerjisinə qənaət edilərək həmin 7 milyon kVts elektrik enerji yükü ümumi sistemə ötürüləcək.
Qeyd edək ki, “Azərenerji” ASC-nin ötən ilin payızından sonra Reabilitasiya Proqramı çərçivəsində “Cənub” Elektrik Stansiyasının qazanlarında, turbinlərində və başqa avadanlıqlarda həyata keçirdiyi təmir sazlama işləri nəticəsində stansiyanın gücü 520 MVt-dan 720 MVt-a qaldırılıb və bununla da 200 MVt itirilmiş güc bərpa olunub.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48

