/ / Regionlarda heyvandarlıq məhsulları istehsalını daha da artırmaq məqsədilə yeni təsərrüfatlar yaradılır
Regionlarda heyvandarlıq məhsulları istehsalını daha da artırmaq məqsədilə yeni təsərrüfatlar yaradılır
05.12.2019 [09:32]
Yaxın zamanlarda heyvandarlıqla məşğul olan fermerlərin assosiasiyasının yaradılması nəzərdə tutulur
Məlum olduğu kimi, həyata keçirilən uğurlu siyasət nəticəsində son 16 il ərzində iqtisadi baxımdan dünyada Azərbaycan qədər inkişaf edən ikinci ölkə olmayıb. Bəhs edilən dövrdə respublikamızda çox böyük infrastruktur layihələri icra edilib, insanların rifah halının daha da yaxşılaşdırılması üçün davamlı tədbirlər görülüb və ölkəmizin gələcək inkişafı üçün möhkəm zəmin yaradılıb. Bir sözlə, son illər ərzində bütün istiqamətlər üzrə inkişaf və tərəqqi əldə edən ölkəmizə, eyni zamanda, böyük həcmdə sərmayə gətirilib. Belə ki, son 16 il ərzində qoyulan 260 milyard dollardan çox vəsait bu gün ölkəmizin, xalqımızın inkişafına xidmət göstərir. Beləliklə, həm neft, həm qeyri-neft sektoruna qoyulan vəsait, eyni zamanda, regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramları çərçivəsində görülən işlər Azərbaycanın iqtisadi potensialını böyük dərəcədə gücləndirib. Bütün bunların fonunda 2019-cu ilin doqquz ayı və ondan sonrakı dövrdə də yeni uğurlar əldə edilib. Bu il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında keçirilən iqtisadi müşavirədə də vurğulandığı kimi, doqquz ayın sosial-iqtisadi göstəriciləri müsbət olub. İqtisadi artım təmin olunub. Sevindirici hal ondan ibarətdir ki, qeyri-neft sektorunda iqtisadi artım 3 faizdən çoxdur. Bu, onu göstərir ki, şaxələndirmə ilə bağlı tədbirlər öz nəticəsini verir.
O da vurğulanıb ki, bəhs olunan dövrdə qeyri-neft sənayesi sahəsində yüksək göstəricilər qeydə alınıb. Beləliklə, qeyri-neft sənayemiz 15 faizdən çox artıb. Bu, onu göstərir ki, son illərdə aparılan islahatlar, xüsusilə qeyri-neft sektorunun inkişafı ilə bağlı atılan addımlar öz bəhrəsini verir.
Beləliklə, Azərbaycanda bütün sahələrin paralel inkişafı strateji məqsəd kimi müəyyənləşdirilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən səmərəli iqtisadi siyasət dinamik inkişafı təmin etməklə yanaşı, ölkəmizin qarşısında yeni perspektivlərin açılmasını şərtləndirib. Bu məqamda vurğulamaq yerinə düşər ki, ölkəmizdə əldə edilən uğurlardan kənd təsərrüfatına da pay düşüb. Yəni digər sahələrlə yanaşı, aqrar sektorda da yüksək inkişaf müşahidə edilir. Bunun da köklü səbəbləri var.
Bəhs olunan müşavirədəki çıxışında bu məqama toxunan Prezident İlham Əliyevin bildirdiyi kimi, son illərdə kənd təsərrüfatına böyük investisiyalar qoyulub: “Kənd təsərrüfatının inkişafı prioritet sahə kimi müəyyən edilmişdir. Mən, eyni zamanda, əvvəlki illərdə bir qədər təəccüblənirdim ki, nə üçün bu qədər investisiyaların müqabilində, bu qədər dəstəyin, subsidiyaların, güzəştli şərtlərlə verilmiş kreditlərin olduğu bir zamanda kənd təsərrüfatında artım 2-3 faiz idi. Ancaq hazırda bu sahədə də ciddi irəliləyiş müşahidə olunur. Beləliklə, kənd təsərrüfatı doqquz ayda 7 faizdən çox artmışdır”.
Ümumiyyətlə, dünyada yaranan çağırışlara uyğun olaraq Azərbaycan özünün etibarlı ərzaq təhlükəsizliyini təmin etməyi strateji hədəf kimi qarşıya qoyub. Bu məqsədlə regionlarda aqrar sektorun ahəngdar inkişafını təmin etmək, ərzaq məhsulları, o cümlədən də heyvandarlıq məhsullarının istehsalını artırmaq üçün məqsədyönlü tədbirlər həyata keçirilir. Heyvandarlıq təsərrüfatlarında intensiv metodların tətbiqi, yem bazasının möhkəmləndirilməsi, səmərəli satış mexanizminin qurulması, fermerlərə subsidiyaların verilməsi, ayrı-ayrı bölgələrdə layihələrin reallaşdırılması bu qəbildən olan tədbirlər sırasında yer alır.
Prezident İlham Əliyevin heyvanların cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında müvafiq Sərəncamı bu sahədə işlərə güclü təkan verib. Həmin Sərəncama əsasən yüksək məhsuldar genetik potensialı olan heyvanların baş sayının artırılması və bu sahəyə marağın gücləndirilməsi üçün süni mayalanma yolu ilə alınan hər baş buzova görə heyvan sahibinə dövlət büdcəsindən 100 manat subsidiya verilir.
Bütün bunlar isə ölkəmizdə aqrar sektorun, o cümlədən heyvandarlığın inkişafının davamlı hal almasını şərtləndirib. Bunu bu ilin yanvar-oktyabr ayları ərzində əldə edilən nəticələr də təsdiqləyir.
Məlumat üçün bildirək ki, ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə cari ilin müvafiq dövründə kənd təsərrüfatının ümumi məhsulu 7,2 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalı 11,4 faiz, heyvandarlıq məhsullarının istehsalı isə 3,2 faiz artıb.
Eyni zamanda, ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-oktyabr aylarında diri çəkidə ət istehsalı 2,9 faiz artaraq 429,9 min ton təşkil edib.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu müddətdə süd istehsalı 1,8 faiz artaraq 1751,4 min ton, yumurta istehsalı 8,1 faiz artaraq 1 milyard 531,7 milyon ədəd və yun istehsalı 1,5 faiz artaraq 15,9 min ton olub. Bundan başqa, ölkədə 643,7 ton və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 25,3 faiz çox barama istehsal edilib.
Regionlara gəlincə, Ağsu rayonunda aqrar sektorun aparıcı sahələrindən olan heyvandarlıqda dinamik inkişaf davam edir və təsadüfi deyildir ki, cari ilin on bir ayında bütün göstəricilər üzrə məhsul istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə artıb. Rayon statistika idarəsindən bildirilib ki, cari ilin on bir ayında diri çəkidə 4782 ton ət istehsal olunub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 10 ton çoxdur.
Qeyd olunub ki, 11 ayda süd istehsalında da xeyli artım var. Belə ki, istehsal 109 ton artaraq 27 min 401 tona, yumurta istehsalı 2427 ədəd artaraq 10 milyon 763 min ədədə, yun istehsalı isə 2 ton artaraq 310 tona çatıb.
Rayonun əksər ərazilərində, xüsusilə Gəgəli, Ərəbmehdibəy, Kəndoba, Qaraqoyunlu, Ərəbsarvan və bir sıra digər ərazi dairələrində fermerlər və fiziki şəxslər heyvandarlıq məhsulları istehsalında daha yüksək nəticələr əldə ediblər.
Sabirabadda da aqrar sahənin digər bölmələri ilə yanaşı, heyvandarlığın inkişafına xüsusi diqqət yetirilir. Rayonda bu sahənin inkişafını sürətləndirmək, heyvandarlıq məhsulları istehsalını daha da artırmaq məqsədilə yeni təsərrüfatlar yaradılır, mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına diqqət yetirilir. Həyata keçirilən tədbirlər nəticəsində rayonda heyvanların baş sayı, ət, süd və yun istehsalı ilbəil artır, mal-qaranın cins tərkibi yaxşılaşır.
Rayon statistika idarəsindən bildiriblər ki, hazırda Sabirabadın təsərrüfatlarında 122 min 100 baş iribuynuzlu mal-qara və 230 min 853 baş qoyun-keçi saxlanılır. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumilikdə 5 min 25 baş çoxdur. Təsərrüfatlarda mal-qara və davarların baş sayının artırılması ət, süd və yun istehsalına da təkan verib.
Cari ilin ötən ayları ərzində rayonda 13 min 577 ton ət (diri çəkidə), 89 min 137 ton süd, 589 ton yun və 56 milyon 508 min ədəd yumurta istehsal edilib ki, bu da ötən ildəkindən xeyli çoxdur.
Əsasən kənd təsərrüfatı rayonu olan Saatlıda da heyvandarlıq aqrar sektorun aparacı sahələrindən biridir. Rayonda bu sahənin inkişafına xüsusi diqqət yetirildiyindən məhsul istehsalı və mal-qaranın baş sayı ilbəil artır.
Rayon statistika idarəsindən bildirilib ki, hazırda rayonun ayrı-ayrı heyvandarlıq təsərrüfatlarında 67 min 695 baş iribuynuzlu mal-qara, 118 min 105 baş qoyun-keçi saxlanılır, bu da ötən ilin eyni dövrü ilə müqayisədə ümumilikdə 131 baş çoxdur. Naxırda ana inək və camışların sayı 32 min 265 başa çatıb.
Cari ilin ötən ayları ərzində heyvandarlıq təsərrüfatlarında 6 min 782,2 ton ət (diri çəkidə), 36 min 97,6 ton süd, 194,6 ton yun, 11 milyon 858 min ədəd yumurta istehsal olunub ki, bu da keçən il istehsal olunan ətdən 2,2 ton, süddən 21,2 ton, yundan 23,7 ton, yumurtadan isə 162 min ədəd çoxdur.
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun sonlarında “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Fərman imzalayıb. Fərmana əsasən, subsidiyalar fermerlərə vahid mexanizm əsasında veriləcək. Kənd Təsərrüfatı nazirinin müavini İlhamə Qədimova KİV-ə açıqlamasında deyib ki, imzalanmış Fərman kənd təsərrüfatına dövlət dəstəyinin genişləndirilməsini, subsidiyaların verilməsində şəffaflığın və operativliyin təmin edilməsini nəzərdə tutur. Subsidiyaların yeni qaydalara əsasən verilməsi fermerlərin subsidiyalara əlçatanlığını daha da yaxşılaşdıracaq, vaxt itkisinin qarşısını alacaq. 2020-ci ildən etibarən fermerlər subsidiyaları Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) vasitəsilə ala biləcəklər. Artıq EKTİS-in subsidiya alt sisteminin formalaşdırılması prosesi yekunlaşır. Bu günədək 350 mindən artıq fermer EKTİS-də özlərinə şəxsi kabinet yaradaraq aqrar fəaliyyətlərinə dair məlumatları sistemə daxil ediblər. Fermerlər mobil telefonlar, planşetlər və kompüterlər vasitəsilə EKTİS-də yaradılan şəxsi kabinetə daxil olur, təsərrüfatları barədə məlumatları və əkinlə bağlı bəyanları sistemə daxil edirlər. Bu proses başa çatdıqdan sonra kənd təsərrüfatı məhsullarının istehsalçıları heç bir idarəyə getmədən subsidiya almaq üçün müraciətlərini elektron qaydada təsdiq edə biləcəklər: “Yeni sistemin əsas özəlliklərindən biri ondan ibarətdir ki, EKTİS-də qeydiyyatdan keçən fermer torpaq üzərində mülkiyyət hüququnu təsdiq edən sənədləri sistemə bir dəfə daxil edəcək. Sənədlərində dəyişiklik olmayan fermerlərin subsidiya almaq üçün hər il yenidən sənəd təqdim etməsinə zərurət qalmayacaq. Onlar hər il, sadəcə, kabinetə daxil olaraq əkinlərini bəyan edəcək və subsidiya almaq üçün kabinetlərində formalaşan elektron müraciətləri təsdiqləyəcəklər”.
Fermerlərə qayğıdan danışarkən onu da qeyd edək ki, bu günədək müxtəlif sahələr üzrə fermerlərin təmsil olunduğu 19 assosiasiya yaradılıb. Kənd Təsərrüfatı nazirinin müvini İlham Quliyev deyib ki, yaxın zamanlarda isə heyvandarlıqla məşğul olan fermerlərin assosiasiyasının yaradılması nəzərdə tutulur. Nazir müavini qeyd edib ki, ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə cari ilin müvafiq dövründə kənd təsərrüfatının ümumi məhsulu 7,2 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalı 11,4 faiz, heyvandarlıq məhsullarının istehsalı isə 3,2 faiz artıb.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxHərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16

