Azərbaycanın regionlarında yeni su layihələri həyata keçirilir
16.05.2020 [12:16]
2020-ci ilin sonunadək respublikanın şəhər və rayonlarında 443 ədəd subartezian quyusunun qazılması, eləcə də 18000 kilometr suvarma kanallarının, 3500 kilometr kollektor-drenaj şəbəkələrinin lildən təmizlənməsi və digər işlərin görülməsi nəzərdə tutulub
Son 16 ildə Azərbaycanın bütün bölgələrində regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramları çərçivəsində çoxlu sayda infrastruktur layihələri həyata keçirilib. Nəticədə, respublikamız infrastruktur təminatı baxımından dünyanın qabaqcıl ölkələri səviyyəsinə yüksəlib. Əlamətdar haldır ki, respublikamızda böyük investisiya tutumuna malik olan infrastruktur layihələri bir qayda olaraq dövlət əsaslı vəsait qoyuluşu hesabına reallaşdırılır. Sonradan sahibkarlar regionlarda yaradılan müasir infrastrukturdan bəhrələnməklə müxtəlif sahələrə investisiyalar yönəldirlər ki, bu da son nəticədə bölgələrdə iqtisadi aktivliyin artmasına, insanların əmək bazarına inteqrasiyasına öz müsbət təsirini göstərir.
Respublikamızda son 16 ildə Prezident İlham Əliyevin siyasi iradəsi əsasında uğurla həyata keçirilən müasir infrastruktur quruculuğu siyasəti digər istiqamətlər kimi, su təminatı sistemini də əhatə edib. Bəhs olunan dövrdə ölkəmizdə 4 yeni su anbarı tikilərək istismara verilib, 10 min kilometrə qədər yeni suvarma, kollektor-drenaj şəbəkələri tikilib və yaxud bərpa edilib, ümumilikdə 462 min hektar sahədə torpaqların su təminatı və 292 min hektar sahədə meliorativ vəziyyət yaxşılaşdırılıb, 194 min hektar yeni suvarılan torpaqlar əkin dövriyyəsinə cəlb edilib, həmçinin əhalinin su təminatının yaxşılaşdırılması istiqamətində çoxlu sayda layihələr yerinə yetirilib.
Ölkədə suvarılan torpaqların 60 faizindən çoxunda müasir suvarma texnologiyalarından istifadə olunması planlaşdırılır
Meliorasiya və Su Təsərrüfatı ASC 2020-ci ildə meliorasiya və su təsərrüfatı obyektlərinin tikintisi, yenidən qurulması işlərinin davam etdirilməsi üzrə təkliflərini aidiyyəti qurumlara təqdim edib. Bu barədə KİV-ə açıqlamasında ASC-nin nümayəndəsi Dilqəm Şərifov məlumat verib. Cari ildə görüləcək işlərdən danışan Cəmiyyətin rəsmisi deyib: “Taxtakörpü və Şəmkirçay su anbarları zonalarında magistral və paylayıcı suvarma kanallarının tikintisi işləri bu il də davam etdiriləcək. Həmçinin Şəmkir su anbarı zonasında Şəmkir-Samux-Goranboy magistral kanalının Kür çayı üzərində 1-ci və 2-ci pillə nasos stansiyalarının hər birində nəzərdə tutulan 3 nasos aqreqatının quraşdırılması, Şəmkir-Samux-Goranboy magistral kanalının 3-cü növbəsinin, eyni zamanda, tikintisi başa çatmış Şəmkir-Samux-Goranboy magistral kanalının 2-ci növbəsinin və Şəmkirçay su anbarının layihə zonalarında paylayıcı kanalların tikintiləri, Sabirabad və Salyan rayonlarında qış otlaq sahələrində meliorativ tədbirlər və Araz çayının Yeni qol kanalı zonasında kollektor-drenaj şəbəkəsinin və paylayıcı kanalların tikintisi, Yuxarı Mil kanalının tikintisi, ölkənin kənd təsərrüfatının inkişafında xüsusi rol oynayan aqroparklara məxsus torpaq sahələrinin suvarma suyu ilə təmin edilməsi işləri yerinə yetiriləcək. Yuxarı Şirvan kanalının yeni məcrada tikintisi üçün layihələndirmə işlərinin tamamlanması planlaşdırılır”.
Dilqəm Şərifov qeyd edib ki, Yevlax və Goranboy rayonları ərazisində 3120 hektar, Ağcabədi rayon ərazisində 2500 hektar, Füzuli rayonu ərazisində 1200 hektar əkin sahəsi olan təsərrüfatların, Xaçmaz rayonunda aqroparkın torpaq sahələrinin suvarma suyu ilə təmin edilməsi də nəzərdə tutulur. “Bundan başqa, Biləsuvar rayonunda “Azərsun”a məxsus torpaq sahəsinin meliorativ vəziyyətinin yaxşılaşdırılması və Qobustan aqroparkına məxsus torpaq sahəsinə Qozluçay çayından suvarma suyunun verilməsi və sututumu 50 min kubmetr olan sututarın yaradılması, əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə Masallı rayonunda 37 ədəd, Şamaxı rayonunda 8 ədəd kiçik sututarda zəruri təmir-bərpa işləri və Şəki rayonunun əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün Cəyirli su anbarının yenidən qurulması işləri görüləcək. Həmçinin Abşeron yarımadasında kənd təsərrüfatına yararlı torpaqların suvarılma vəziyyətinin yaxşılaşdırılması məqsədilə Abşeron magistral kanalında yenidənqurma işlərinin aparılması və kanalın suburaxma qabiliyyətinin artırılması tədbirləri həyata keçiriləcək”, - deyə qurumun nümayəndəsi əlavə edib.
Bu il, eyni zamanda, respublikanın şəhər və rayonlarında 443 ədəd subartezian quyusunun qazılması, eləcə də Kür-Araz və dağ çaylarında sel və daşqın sularının zərərli təsirlərinin qarşısının alınması məqsədilə sahilbərkitmə işləri də aparılacaq. Eyni zamanda, “Ələt-Astara magistral avtomobil yolunun Salyan, Neftçala, Biləsuvar və Cəlilabad rayonlarından keçən hissəsində yerləşən qış otlaq sahələrində və bataqlaşmış ərazilərdə meliorativ tədbirlərin layihə sənədlərinin hazırlanması və həyata keçirilməsi” layihəsi üzrə müvafiq sənədlərin hazırlanması başa çatdırılacaq.
Cari ildə respublika üzrə 18000 kilometr suvarma kanallarının, 3500 kilometr kollektor-dren şəbəkələrinin lildən təmizlənməsi, 6500 ədəd hidrotexniki qurğunun, 6000 ədəd subartezian quyusunun və 320 ədəd nasos stansiyasının təmiri işlərinin həyata keçirilməsinin planlaşdırıldığını bildirən D.Şərifov deyib: “2020-ci ildə qazılacaq 443 ədəd subartezian quyusundan 204 ədədi pambıqçılıq rayonlarında nəzərdə tutulur. Bu isə suvarma işlərini daha da yaxşılaşdıracaq. Çay məcralarında 21 milyon kubmetr həcmində məcratəmizləmə işləri aparılacaq və respublika üzrə 1 milyon 400 min hektar sahədə kənd təsərrüfatı bitkilərinin su ilə təminatı və s. işlər həyata keçiriləcək”.
Cəmiyyətin rəsmisi qeyd edib ki, hazırda dünyada iqlim dəyişiklikləri baş verir. Azərbaycanın da üzv olduğu Ümumdünya Su Şurasının və Ümumdünya Meteorologiya Təşkilatının məlumatına görə, qarlı günlərin sayı azalır, buzlaqlar əriməkdə davam edir, quraqlıq dövrü uzanır. Ölkəmizdə də isti günlərin sayı artır, çaylarımızı qidalandıran qar örtüyü dağlarda azalır. Ona görə də 2020-ci və növbəti illərdə də suya həssaslıqla yanaşılmalıdır. Çünki su təbiətin bizə bəxş etdiyi sərvətdir. Hazırda bir çox ölkələr susuzluqdan çox əziyyət çəkir. Biz də gündəlik həyatımızda sudan səmərəli istifadə etməliyik.
“Prezident İlham Əliyev bununla bağlı tədbirlər planının hazırlanması ilə bağlı tapşırıq verib. Hazırda bu tapşırığın icrası olaraq, mövcud meliorasiya və su təsərrüfatı fondlarının istismarının və əkin sahələrinin su təminatının yaxşılaşdırılması və su itkilərinin qarşısının alınması, su ehtiyatlarından daha səmərəli istifadə edilməsi üçün sistemlərin təmir-bərpası və müasir tələblər səviyyəsində yenidən qurulması, kiçik su anbarlarının yaradılması da daxil olmaqla, bütövlükdə ortamüddətli, uzunmüddətli meliorativ tədbirlər planının yenidən tərtib edilməsinə başlanılıb”, - deyə D.Şərifov əlavə edib.
Dövlətimizin başçısının “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” 2020-ci il 15 aprel tarixli Sərəncamına əsasən ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə komissiya yaradılıb. Bu barədə də məlumat verən D.Şərifov bildirib ki, Sərəncamın icrasının təmin edilməsi məqsədilə Meliorasiya və Su Təsərrüfatı ASC-də Kənd Təsərrüfatı Nazirliyi, yerli icra hakimiyyəti orqanları və komissiyanın digər iştirakçıları ilə koordinasiyalı şəkildə bir sıra kompleks tədbirlər proqramı hazırlanır. Proqram ölkə iqtisadiyyatının, əsasən də qeyri-neft sektorunun aparıcı sahələrindən olan kənd təsərrüfatının dayanıqlı inkişafında və iqlim dəyişiklikləri şəraitində su təhlükəsizliyinin təmin edilməsi üçün strateji əhəmiyyət kəsb edən meliorasiya və su təsərrüfatı sektorunda görüləcək işləri müəyyənləşdirəcək. Proqramda nəzərdə tutulan tədbirlərin 2020-ci ildən başlayaraq ondan sonrakı dövrlərdə həyata keçirilməsi nəzərdə tutulur. Bu tədbirlər 2025-ci ilədək ortamüddətli və 2030-cu ilədək uzunmüddətli dövrdə iqlim dəyişiklikləri ilə əlaqədar ölkənin su təhlükəsizliyinin təmin edilməsi üçün transsərhəd sulardan asılılığın azaldılması istiqamətində aşağıdakılara nail olmağı hədəfləyir.
- Rusiya, İran və Gürcüstanla transsərhəd su ehtiyatlarının və obyektlərinin birgə idarəedilməsi üzrə ikitərəfli əməkdaşlıq davam etdirilərək, bu sahədə daha sıx əməkdaşlıq əlaqələrinin yaradılması;
- İran ilə Araz çayı üzərində inşa olunmuş “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının tikintisi və birgə istismarı üzrə əməkdaşlıq davam etdirilərək bu hidroqovşaqlarda toplanan suların və istehsal olunan enerjinin birgə istifadəsinin həyata keçirilməsi;
- Suvarma suyundan səmərəli istifadə edilməsi və su itkilərinin qarşısının alınması məqsədilə müasir suvarma texnikası və texnologiyasının tətbiq sahəsinin suvarılan torpaqların 60 faizindən çoxunu əhatə etməsi;
- Ümumi sututumu 1 milyard kubmetr olan 16 ədəd su anbarının layihə sənədlərini hazırlamaqla tikintisinə başlanılması;
- Tikintiləri yarımçıq qalmış 2 su anbarında işlərin tamamlanması hesabına 124 milyon kubmetr su yığılmasının təmin edilməsi;
- Mütərəqqi suvarma texnikasının və texnologiyasının tətbiqinə əsaslanan iri təsərrüfatların və aqroparkların yaradılması.
Respublikanın 10 şəhər və rayonunda yeni subartezian quyularının qazılmasına 1,19 milyon manat ayrılıb
Son illərdə respublikamızın bölgələrində subartezian quyularının qazılması geniş vüsət alıb. Azərbaycan Prezidenti İlham Əliyev aprelin 21-də “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22
Dünya
22 Aprel 20:13
Siyasət
22 Aprel 19:56
Xəbər lenti
22 Aprel 19:45
Dünya
22 Aprel 19:31
Dünya
22 Aprel 19:17
Siyasət
22 Aprel 18:53
Hadisə
22 Aprel 18:38
Müsahibə
22 Aprel 18:25
Dünya
22 Aprel 17:41
Gündəm
22 Aprel 17:37
Sosial
22 Aprel 17:32
Sosial
22 Aprel 17:08
Xəbər lenti
22 Aprel 17:08
Siyasət
22 Aprel 17:06
Sosial
22 Aprel 17:04

