Azərbaycan BMT-də öz milli maraqları əsasında uğurla təmsil olunur
26.08.2020 [08:44]
Ölkəmiz sözügedən təşkilatın əsas orqanları, həmçinin ixtisaslaşmış və digər qurumları ilə yaxından əməkdaşlıq edir
(əvvəli ötən sayımızda)
BMT müxtəlif qurumları vasitəsilə bu sahədə beynəlxalq əməkdaşlığı təşviq edir. Azərbaycanda da BMT-yə üzv olduğu zamandan inkişaf məsələləri üzrə əhəmiyyətli əməkdaşlıq platforması formalaşdırılıb. Azərbaycanın bu istiqamətdə BMT ilə əməkdaşlığı iqtisadi artım, yoxsulluğun aradan qaldırılması, ərzaq təminatı, təhsil, ətraf mühit, gender bərabərliyi və s. kimi mühüm inkişaf məsələlərini əhatə edir. Ölkəmiz humanitar həmrəylik prinsiplərinə sadiq olaraq, bir sıra ölkələrə yardımlar edir, bir sıra sosial layihələrin fəal tərəfdaşı qismində çıxış edir. Bu məqsədlə, Azərbaycan Hökuməti 2011-ci ildə Xarici İşlər Nazirliyinin nəzdində Beynəlxalq İnkişafa Yardım Agentliyini (AIDA) yaradıb və həmin Agentliyin xətti ilə beynəlxalq humanitar və inkişaf yardımı göstərilir. Həmçinin, Azərbaycan elektron hökumət və ictimai xidmətlər sahəsində öz üstün təcrübəsini BMT çərçivəsində paylaşmaqdadır.
Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasına davamlı olaraq töhfə verir
Qeyd edildiyi kimi, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu xarici siyasət kursu Azərbaycan dövlətini qısa zaman ərzində beynəlxalq ictimaiyyətin fəal üzvünə çevirib. Bunun nəticəsidir ki, Azərbaycan son onillik ərzində bir sıra mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edir, dünyanın mühüm beynəlxalq təsisatlarına-Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına, Qoşulmama Hərəkatına və bu kimi bir sıra qurumlara uğurla rəhbərlik edir. Bununla yanaşı Azərbaycan BMT Nizamnaməsində əks olunmuş əsas məqsəd olan beynəlxalq sülh və təhlükəsizliyin bərqərar olunmasına da davamlı olaraq töhfə verir. Azərbaycan bu məqsədlə BMT orqanlarında sülh və təhlükəsizlik məsələlərinə dair siyasi müzakirələrdə iştirak edir və BMT-nin mandatı ilə həyata keçirilən praktiki fəaliyyətə töhfə verir. 2012-2013-cü illər dövrü üzrə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyü ölkəmizin beynəlxalq sülh və təhlükəsizliyin bərqərar edilməsi üzrə siyasi proseslərdəki iştirakını daha da dinamikləşdirdi. Qeyd edildiyi kimi, beynəlxalq sülh və təhlükəsizliyin bərqərar edilməsinə məsul əsas qurum olan BMT Təhlükəsizlik Şurasına üzvlüyü zamanı Azərbaycan dövləti beynəlxalq hüquq və ədaləti müdafiə edib. Şuraya üzvlük zamanı rotasiya qaydasına əsasən Azərbaycan TŞ-yə iki dəfə sədrlik həyata keçirib. Birinci sədrliyimiz dövründə 2012-ci ilin 4 may tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə Təhlükəsizlik Şurasında Beynəlxalq sülh və təhlükəsizliyə terrorizmin açdığı hədələr mövzusu çərçivəsində “Terrorizmlə mübarizə sahəsində öhdəliklərin yerinə yetirilməsi ilə bağlı beynəlxalq əməkdaşlığın gücləndirilməsi” adlı yüksək səviyyəli görüş keçirilib. İkinci sədrliyimiz dövründə Azərbaycan tərəfi ənənəvi olaraq sədr ölkə tərəfindən təşkil edilən yüksək səviyyəli iclası “Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi” mövzusuna həsr edib. 2013-cü ilin oktyabrın 28-də təşkil edilən bu iclas BMT tarixində ilk dəfə belə bir mövzuya aid edilib. Əlavə olaraq, Azərbaycanın təklifi əsasında 30 may 2012-ci il tarixində “Mübahisələrin dinc yolla həlli, münaqişələrin qarşısının alınması və həlli: vasitəçilik, hüquqi həll və ədalət” mövzusunda BMT TŞ-nin “Arria formulası” çərçivəsində qeyri-rəsmi müzakirələri təşkil olunub. Ümumilikdə, Azərbaycan BMT TŞ-yə üzvlüyü dövründə beynəlxalq sülh və təhlükəsizliyə aid mühüm qərarların qəbul olunmasında yaxından iştirak etmiş və bu sahədə beynəlxalq konsensusun möhkəmlənməsinə öz töhfələrini verib.
Ölkəmiz sülh və təhlükəsizliyə dair tematik məsələlərin təşviq edilməsi istiqamətində BMT-nin aidiyyəti qurumları ilə əməkdaşlıq edir
Qeyd edildiyi kimi, əraziləri işğal edilmiş, təcavüzə uğramış Azərbaycan hər zaman dünyada sülhün və əmin-amanlığın bərpası üğrunda mübarizə aparıb. Yeri gəlmişkən, Azərbaycan 1999-cu ildən bəri BMT Təhlükəsizlik Şurasının mandatı əsasında aparılan bir çox beynəlxalq sülhməramlı əməliyyatlara töhfə verib. Ölkəmiz indiyədək BMT Təhlükəsizlik Şurasının 1244 (1999) saylı qətnaməsi əsasında NATO-nun rəhbərliyi altında keçmiş Yuqoslaviyanın Kosovo bölgəsində (KFOR) və 1386 (2001) saylı qətnaməsi əsasında Əfqanıstanda (ISAF), 1511(2003) saylı qətnaməsi əsasında İraqda (MNF-I) aparılan sülhməramlı əməliyyatlarda iştirak edib. Hazırda Azərbaycan BMT Təhlükəsizlik Şurasının 2189 (2014) qətnaməsi əsasında Əfqanıstanda NATO-nun komandanlığı altında aparılan “Qətiyyətli dəstək” əməliyyatında və BMT-nin Cənubi Sudan Respublikasında həyata keçirdiyi sülhü qoruma əməliyyatında (UNMISS) iştirak edir.
Bununla yanaşı, Azərbaycanın sülh və təhlükəsizliyə dair tematik məsələlərin təşviq edilməsi üçün BMT-nin aidiyyəti qurumları ilə əməkdaşlığı da yüksək səviyyədədir. Ölkəmiz BMT və İslam Əməkdaşlığı Təşkilatının müvafiq qurumları ilə birlikdə “Terrorçuluğun qarşısının alınması üçün əməkdaşlığın gücləndirilməsi” mövzusunda 2013-cü ilin 18-19 mart tarixlərində yüksək səviyyəli beynəlxalq konfransa ev sahibliyi edib. Bundan əlavə, terrorçuluğa, mütəşəkkil cinayətkarlığa, narkotik vasitələrin yayılmasına qarşı mübarizə və digər müvafiq sahələrdə də ölkəmiz BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı Mübarizə İdarəsi (UNODC) ilə effektiv əməkdaşlıq həyata keçirilməkdədir. O cümlədən Azərbaycan beynəlxalq hüququn inkişafı, beynəlxalq hüququn kodifikasiyası məsələlərində də fəal iştirakçı qismində iştirak etməkdədir. Ölkəmiz bu istiqamətdə fəaliyyəti zamanı dövlətlərin suverenliyi, siyasi müstəqilliyi və ərazi bütövlüyü, suveren bərabərliyi və daxili işlərinə qarışmamaq kimi beynəlxalq hüquq prinsiplərini rəhbər tutur. Bu yanaşmadan çıxış edərək, Azərbaycanın BMT çərçivəsində insan hüquqlarının təşviqi sahəsində proseslərdə də fəal iştirakını qeyd etmək vacibdir. Azərbaycan bir sıra qətnamələrin-müvafiq BMT orqanlarında qəbul olunan “İtkin düşmüş şəxslər” və “Silahlı münaqişələr zamanı girov götürülmüş, o cümlədən sonradan həbs edilmiş qadın və uşaqların azad edilməsi” başlıqlı qətnamələrin müəllifi və ya həm-müəllifi olub. Ölkəmiz insan hüquqlarının ümumi standartlarının təmini məsələsi ilə yanaşı insan hüquqlarının kütləvi şəkildə pozulduğu hallara (xüsusilə münaqişələr zamanı) diqqətin artırılmasına da səy göstərir.
Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi ölkəmizə olan böyük etimadın bariz nümunəsidir
Məlum olduğu kimi, 2020-ci ilin əvvəlindən başlayaraq dünyanı təhdid edən yeni növ koronavirus (COVİD-19) infeksiyasına qarşı Azərbaycan Respublikası tərəfindən regional və qlobal səviyyədə mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürülür və əməli addımlar atılır. Məhz COVID-19 pandemiyası şəraitində özünütəcrid və fraqmentar xarakterli tədbirlər əvəzinə qlobal həmrəyliyə və qlobal baxışa böyük ehtiyac duyulduğu bir zamanda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Sədri statusunda Prezident İlham Əliyevin təşəbbüsü ilə bu təşkilatın dövlət və hökumət başçıları səviyyəsində aprel ayında fövqəladə Zirvə görüşü keçirildi. Türk Şurası ilk beynəlxalq təşkilat idi ki, COVID-19-a qarşı mübarizə mövzusunda Zirvə görüşü keçirdi. Bunun ardınca Qoşulmama Hərəkatının Sədri olan Prezident İlham Əliyevin təşəbbüsü ilə mayın 4-də Qoşulmama Hərəkatının Təmas Qrupunun COVID-19 pandemiyasına həsr edilmiş onlayn Zirvə görüşü təşkil edildi. Bu tədbirdə Qoşulmama Hərəkatına üzv dövlətlərlə yanaşı, BMT-nin Baş katibi, BMT Baş Assambleyasının prezidenti, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, Afrika İttifaqı və Avropa İttifaqı kimi beynəlxalq təşkilatların yüksək çinli nümayəndələri də iştirak etdilər. Prezident İlham Əliyev Qoşulmama Hərəkatının onlayn Zirvə görüşündə çıxışı zamaı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifini irəli sürdü. Təklif Nyu-Yorkda Qoşulmama Hərəkatına 120 üzv ölkə arasında yekdilliklə razılaşdırıldı və ardınca Qoşulmama Hərəkatının Sədri Prezident İlham Əliyev Qoşulmama Hərəkatı ölkələri adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə Baş katib Antonio Quterreşə müraciət ünvanladı. BMT Baş katibi mayın 28-də Baş Assambleyanın “Prosedur Qaydaları” adlı sənədinin 9 (a) bəndinə uyğun olaraq bütün üzv ölkələrə müraciət edərək 30 gün müddətində, yəni iyunun 27-nə qədər təşəbbüsə dair münasibət bildirilməsini xahiş etdi və qısa zaman ərzində 130-dan çox ölkə təşəbbüsə dəstək verdikləri barədə Baş katibin ofisini məlumatlandırdı. Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Vüqar İskəndərov qeyd edib ki, Azərbaycan hər zaman beynəlxalq münasibətlər sisteminin fəal iştirakçısı kimi qəbul edilib. Prezident İlham Əliyevin COVİD-19 pandemiyasına qarşı qlobal həmrəylik çağırışlarının dünya birliyi tərəfindən dəstəklənməsi də məhz ölkəmizin ildən-ilə artan nüfuzunun göstəricisidir: “Azərbaycan gənc dövlət olsa da, dünyada böyük nüfuz və etimad sahibidir. Son dövrlər dünyada ölkəmizin irəli sürdüyü təşəbbüslərə göstərilən müsbət yanaşma bunun əyani sübutudur. Bunun başlıca səbəbi Prezident İlham Əliyevin apardığı uğurlu siyasət və qarşıya qoyulan hədəflərə çatmaq üçün sərgilədiyi iradədir. Cənab Prezidentin koronavirus pandemiyasına qarşı mübarizədə dünya ölkələrinə verdiyi birlik və həmrəylik mesajları, irəli sürdüyü təkliflər isə Azərbaycanın dünyadakı nüfuzunu daha da artırdı. Dünya ölkələri koronavirusla mübarizə metodları axtardığı bir zamanda Azərbaycan Prezidenti qlobal çağırış etdi və dövlətləri vahid düşmənə qarşı birlikdə mübarizə aparmağa səslədi. Beləliklə, BMT-nin 130-dan artıq dövləti tərəfindən Qoşulmama Hərəkatının Sədri statusunda möhtərəm Prezidentimiz İlham Əliyevin Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın növbəti təcəssümüdür. Onu da qeyd edim ki, təşəbbüsü dəstəkləyən ölkələr dünyanın bütün regionlarını əhatə etdi. Onlar arasında BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən tutmuş, kiçik ada ölkələrinə qədər var. Dövlətlər tərəfindən bu məsələ ilə əlaqədar BMT Baş katibinə ünvanlanan məktublarda cənab Prezident İlham Əliyevin Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsünün vaxtında irəli sürülmüş və çox ehtiyac duyulan təşəbbüs olduğu vurğulanırdı. Bu, hər bir Azərbaycan vətəndaşı üçün olduqca qürurvericidir”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17

