Azərbaycançılıq ideologiyası milli vətənpərvərliyin gücləndirilməsində mühüm rol oynayır
01.09.2020 [08:45]
“Yeni Azərbaycan” qəzetində “Azərbaycançılıq ideologiyasının milli vətənpərvərlik ruhunun yüksəldilməsindəki rolu” mövzusunda onlayn formatda keçirilən “dəyirmi masa”da da bildirildiyi kimi, gənclərin sağlam, milli vətənpərvərlik ruhunda, azərbaycançılıq ideologiyasını dərindən dərk edərək yetişməsi olduqca vacibdir
Məlum olduğu kimi, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət siyasəti nəticəsində ölkəmizdə milli birlik təmin edilib. Eyni zamanda, məhz azərbaycançılıq ideologiyası qısa zaman kəsiyində dünyanın bütün nöqtələrində yaşayan soydaşlarımızın vahid milli amal uğrunda birləşməsini təmin edib. Onu da qeyd edək ki, azərbaycançılıq ideologiyası gənc nəslin tərbiyəsində, Vətənə bağlılığında, milli maraqlarımızın təmin olunmasında və qorunmasında da əsaslı əhəmiyyətə malikdir.
Yeri gəlmişkən, “Yeni Azərbaycan” qəzetinin KİVDF-nin elan etdiyi müsabiqə üzrə keçirdiyi növbəti onlayn formatda “dəyirmi masa”da da bu məqamlar xüsusi olaraq vurğulanıb. “Azərbaycançılıq ideyasının təbliği” istiqaməti üzrə keçirilən “Azərbaycançılıq ideologiyasının milli vətənpərvərlik ruhunun yüksəldilməsindəki rolu” mövzusundakı onlayn “dəyirmi masa”da Milli Məclisin deputatı Azər Badamov, Yeni Azərbaycan Partiyası (YAP) Hacıqabul rayon təşkilatının sədri Hafis Bəşirov və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli iştirak ediblər.
“Dəyirmi masa”da çıxış edən Milli Məclisin deputatı Azər Badamov bildirib ki, azərbaycançılıq ideologiyası və milli vətənpərvərlik mövzusu olduqca aktualdır. Dövlətimizin daha da güclənməsində azərbaycançılıq ideologiyasının mühüm rol oynadığını diqqətə çatdıran millət vəkili vurğulayıb ki, vahid milli məfkurəmiz Azərbaycanın müasir və gələcək inkişafının da əsas şərtlərindəndir: “Biz bilirik ki, dünyada beş mindən çox xalq var və bu xalqların yalnız iki yüzdən bir az çoxunun müstəqil dövləti var. Azərbaycan da bu dövlətlərin arasındadır və bu, xalqımızın ən böyük nailiyyəti, uğurudur. Təbii ki, müstəqilliyimizin ilk illərində baş verən hadisələr, 1991-1993-cü illərdə respublikada hökm sürən ağır iqtisadi-siyasi vəziyyət hər kəsin yaddaşındadır. Həmin illərdə müstəqilliyimiz təhdid altında idi və məhz Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışı müasir, müstəqil Azərbaycanımızın əsasını qoydu. Müstəqilliyimizin, süverenliyimizin təmin edilməsinin əsasında dayanan başlıca amillərdən biri isə məhz azərbaycançılıq ideologiyası oldu. Məlum olduğu kimi həmin dövrdə istər ölkə daxilində, istərsə də xaricdə müstəqilliyimizə qarşı müəyyən təhdidlər var idi. Məhz belə bir çətin dövrdə azərbaycançılıq ideologiyası Azərbaycanın bütün vətəndaşlarının bir milli amal uğrunda birləşməsini təmin etdi və ilk növbədə ölkədə daxili sabitlik əldə olundu. 1995-ci ildə qəbul edilmiş ilk milli Konstitusiyamız isə azərbaycançılıq ideologiyasının inamla təbliğ edilməsində, dünyaya çatdırılmasında, ölkə daxilində bütün vətəndaşların həmrəyliyinin təmin olunmasında əsas rol oynadı”.
Millət vəkili vurğulayıb ki, Ulu Öndərin əsasını qoyduğu siyasət bu gün də Prezidentimiz cənab İlham Əliyev, Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Müasir dövrdə dövlətlər və xalqlar qarşısında yeni çağırışların meydana gəldiyini deyən A.Badamov qeyd edib ki, əgər ötən əsrin 90-cı illərinin əvvəlində azərbaycançılıq ideologiyası əsasən ölkə daxilində sabitliyin yaradılmasına, Azərbaycan Respublikası vətəndaşlarının vahid amal uğrunda birləşməsinə xidmət edirdisə, müasir dövrdə artıq bu ideologiya həm də ölkəmizə qarşı olan xarici təhdidlərə inamla cavab verilməsinə və dünya azərbaycanlılarının vahid məqsəd ətrafında birləşməsinə xidmət göstərir: “Təbii ki, müasir dövrdə bu ideologiyanın əsas daşıyıcıları ölkəmizin gələcəyi hesab edilən gənclərimizdir. Gənclərin milli vətənpərvərlik ruhunda tərbiyə olunması, ölkəmizin tarixini dərindən öyrənməsi, dilimizi, mədəniyyətimizi, adət-ənənələrimizi yüksək səviyyədə qavraması, bir sözlə azərbaycançılıq ideologiyasını dərindən dərk edərək böyüməsi olduqca vacibdir. Bu, bir həqiqətdir ki, ötən illər ərzində dövlətə, Vətənə bağlı, vahid məfkurə-azərbaycançılıq ideologiyası əsasında tərbiyə olunan gənclərimiz ölkəmizin inkişafı üçün bütün gücünü səfərbər edib. Gənclərimiz dövlətimizin gələcəyidir və bu gün dövlət strukturları onlara etibar edilir. Onlar bu gün dünyada bayrağımızı dalğalandırırlar, sərhədlərimizi ayıq-sayıq qoruyurlar. Ölkəmizdə bilikli, bacarıqlı, vətənpərvər gənc nəslin yetişməsi onu deməyə əsas verir ki, Azərbaycanın gələcəyi etibarlı əllərdədir və qazandığımız müstəqillik əbədi olacaq”.
Millət vəkili onu da əlavə edib ki, bu gün ölkəmizdə müharibə davam edir, torpaqlarımız işğal altındadır. Azərbaycan dövləti öz haqq səsini dünyaya çatdırmaq üçün bir sıra tədbirlər həyata keçirir. Bu istiqamətdə gənclərimizin fəaliyyəti xüsusi qeyd edilməlidir. Xüsusi olaraq vurğulanıb ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərliyi ilə aparılan “Xocalıya ədalət” kampaniyası dünya ictimaiyyətini bu soyqırımla bağlı əsl həqiqətlərlə tanış edir. Eləcə də, xarici ölkələrdə təhsil alan gənclərimiz bu istiqamətdə həyata keçirilən layihələrdə iştirak edir, yaşadıqları ölkələrdə Azərbaycanın fəal təbliğatçılarına çevrilirlər. Yeri gəlmişkən, Ermənistanın iyul ayında Tovuz rayonu istiqamətində həyata keçirməyə cəhd etdiyi hərbi təxribatlara cavab olaraq xaricdə yaşayan soydaşlarımızın öz səslərini ucaltmaları, erməni təxribatlarına qarşı vahid mövqedən çıxış etmələri ölkəmizin haqq işinə verilən böyük dəstəkdir. Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın soydaşlarımıza müraciəti isə dövlətimizin öz soydaşlarına hər yerdə sahib çıxdığını bir daha dünyaya nümayiş etdirdi. Azər Badamov deyib ki, bu müraciət həmrəyliyimizin daha da möhkəmləndirlməsində əsaslı rol oynadı: “Bu müraciətdə düşmənlərimizə qarşı informasiya mübarizəsi ilə bağlı mühüm tezislər də yer alırdı. Məlum olduğu kimi, bu gün düşmənlərimiz yalnız cəbhə xəttində deyil, həm də texnologiyanın imkanlarından yararlanmaqla ölkəmizə qarşı təxribatlar həyata keçirməyə çalışır, sosial şəbəkələrdə yalan informasiyalar yaymaqla dünya ictimaiyyətini çaşdırmaq istəyir. Bunun qarşısı Azərbaycan gəncliyi tərəfindən alınır və onların cavabı layiqli şəkildə verilir”.
“Dəyirmi masa”da çıxış edən Yeni Azərbaycan Partiyası Hacıqabul rayon təşkilatının sədri Hafis Bəşirov isə dövlət siyasətimizin əsas istiqamətlərindən birinin məhz milli vətənpərvərlik ruhunun yüksəldilməsi olduğunu diqqətə çatdırıb. Hafis Bəşirov bildirib ki, müasir Azərbaycan gəncliyi milli ruhda böyüyür, onlar torpaqlarımızın erməni işğalından azad edilməsi uğrunda döyüşməyə hər zaman hazır olduqlarını bildirirlər. YAP Hacıqabul rayon təşkilatının sədri vurğulayıb ki, bu ilin iyul ayında cəbhədə baş verən düşmən təxribatı Azərbaycan Ordusu tərəfindən layiqli şəkildə cavablandırıldı. Onun sözlərinə görə, həmin vaxt Azərbaycan cəmiyyətinin nümayiş etdirdiyi milli birlik, həmrəylik düşmənə daha böyük sarsıntı yaşatdı: “YAP Hacıqabul rayon təşkilatında da milli vətənpərvərlik ruhunun yüksəldilməsi, gənclər arasında təbliğat işlərinin aparılması istiqamətində mühüm addımlar atılır. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xalqa müraciəti bütün cəmiyyətimiz kimi bizim rayon təşkilatı üçün də bir proqram xarakteri daşıdı. Bizim gənclərimiz Mehriban xanım Əliyevanın da qeyd etdiyi kimi sosial şəbəkələrdə özlərini ön cəbhədə olan əsgər kimi hiss edir və fəaliyyətlərini düşmənlə mübarizə istiqamətində qururlar. Hər bir gəncimiz dövlətimizin mənafeyini qorumaq üçün səfərbər olub. Rayon təşkilatında milli vətənpərvliyin təbliği istiqamətində tədbirlər keçirilir, görüşlər təşkil edilir. Bu yaxınlarda rayon Gənclər və İdman idarəsi ilə birgə “Vətən bizim varlığımız, qürurumuz, fəxrimizdir” mövzusunda gənclərlə onlayan konrans təşkil etdik. Fikrimcə, milli vətənpərvərlik mövzusu bu gün hər kəs üçün prioritet əhəmiyyət kəsb etməli, bununla bağlı davamlı tədbirlər təşkil olunmalıdır”.
Çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli öncə qeyd edib ki, azərbaycançılıq ideologiyasının əsasını Ulu Öndərimiz Heydər Əliyev hələ sovetlər dövründə qoymuşdu. O dövrdə Konstitusiyamızda Azərbaycan dilinin dövlət dili kimi öz əksini tapdığını deyən Emin Həsənli Ulu Öndərin sovet dönəmində respublikamızda hakimiyyətə gəlişi ilə bütün sahələrdə milli kadrlara üstünlük verdiyini diqqətə çatdırıb. 1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyin əsasının qoyulduğunu bildirən Emin Həsənli onu da vurğulayıb ki, məhz o lisey və həmin dövrdə SSRİ-nin ayrı-ayrı hərbi məktəblərinə göndərilən kadrlar müasir Silahlı Qüvvələrimizin güclənməsində əsaslı rol oynayıb. Belə ki, bu gün Silahlı Qüvvələrimizin yüksək zabit heyətinin böyük əksəriyyəti vaxtı ilə Ulu Öndərin şəxsi səyi ilə yaradılan Naxçıvanski adına hərbi liseydə və ya SSRİ-nin ayrı-ayrı hərbi məktəblərində təhsil alıblar.
Vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışının ardından bu proses davamlı hal aldı. Hər halda bəhs edilən dövrdə Azərbaycan gəncləri ilə keçirilən görüşlər, ordu quruculuğunun proritet məsələyə çevrilməsi bunu deməyə əsas verir.
(davamı növbəti sayımızda)
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxSiyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32

