Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Azərbaycanın regionlarında müasir infrastruktur quruculuğu geniş vüsət alıb

Azərbaycanın regionlarında müasir infrastruktur quruculuğu geniş vüsət alıb

18.09.2020 [23:09]

“Yeni Azərbaycan” qəzetinin redaksiyasında keçirilən “dəyirmi masa”da bildirildiyi kimi, Şəki, Neftçala və Daşkəsən rayonlarında regional inkişaf proqramları çərçivəsində yaradılan infrastruktur obyektləri bəhs olunan bölgələrdə iqtisadi fəallığı artırıb, insanların həyatına böyük rahatlıq gətirib

 

(əvvəli ötən sayımızda)

 

Neftçala Rayon İcra Hakimiyyəti Aparatının rəsmisinin sözlərinə görə, rayonda icra olunan infrastruktur layihələrinin statistikası kifayət qədər zəngindir. Bu sırada 110 KV-luq Neftçala yarımstansiyasının istifadəyə verilməsini, Mərkəzi Rayon Xəstəxanasının yenidən qurulmasını, 14,5 min ha torpaq sahəsinin suvarma suyu ilə təmin etməyə hesablanan 24,9 km uzunluqda magistral suvarma kanalının tikintisini, RİH-nin yeni inzibati binasının istifadəyə verilməsini, Kür çayı sahilində Bulvar kompleksinin salınmasını, Şəhidlər Kompleksi və Dövlət Bayrağı meydanın inşasını misal göstərmək mümkündür. Rayonda müharibə əlilləri və şəhid ailələri üçün ümumilikdə 64 mənzili 3 yaşayış binası və 12 fərdi yaşayış evi tikilib. Bundan başqa, Neftçalada şahmat məktəbi istifadəyə verilib. Bəhs olunan dövrdə rayon ərazisində ümumi uzunluğu 211 km olan avtomobil yollarının 29,6 km-i yenidən qurulub, 37 min nəfər əhalinin yaşadığı 21 yaşayış məntəqəsini birləşdirən, uzunluğu 55,1 km olan Şorkənd-Beştalı-Bankə-Şirvanlı və44 min nəfər əhalinin yaşadığı 19 yaşayış məntəqəsini birləşdirən uzunluğu 47,1 km olan Neftçala-Xol Qaraqaşlı avtomobil yollarının tikintisi tamamlanıb. Rayonun 44 yaşayış məntəqəsində modul tipli su təmizləyici qurğular quraşdırılıb. Rayonda qazlaşdırma sahəsində yaxşı nəticələr əldə olunub. Ümumilikdə yaşayış məntəqələrinin 53,8 %-i, ev təsərrüfatlarının isə 85 %-i qazlaşdırılıb. Bəhs olunan dövrdə Neftçalada 3216 şagird yerlik 22, o cümlədən Heydər Əliyev Fondunun təşəbbüsü ilə 300 şagird yerlik 2 məktəb binası,12 kənddə modul tipli məktəb, 4 məktəb üçün 23 əlavə sinif otağı tikilib, eyni zamanda, 3162 şagird yerlik 3 məktəb binası, Neftçala şəhər M.Səfərov adına inteqrasiya təlimli internat tipli gimnaziya əsaslı təmir edilib, ümumilikdə 65 yerlik 3 körpələr evi - uşaq bağçası inşa olunub, 110 yerlik 1 uşaq bağçasında əsaslı təmir aparılıb. Uşaq İncəsənət Məktəbinin əsaslı təmir işləri də artıq yekunlaşıb. Hazırda rayonda Olimpiya İdman Kompleksinin, Tarix-Diyarşünaslıq Muzeyinin, Xıllı qəsəbə 1 saylı tam orta məktəbinin (Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çəsçivəsində ) tikinti və əsaslı təmir işləri uğurla davam etdirirlir. Rayonda son illərdə Fövqəladə Hallar Nazirliyinin Xəzər hövzə qəza-xilasetmə xidmətinin dib dərinləşdirmə idarəsi fəaliyyətə başlayıb, “Azərcell Telekom” MMC-nin yeni “Azercell Ekspres” ofisinin, DSMF-in Neftçala rayon şöbəsinin, Kənd Təsərrüfatı Nazirliyinin “İnzibati Laboratoriyası”nın, eləcə də Neftçala elektrik şəbəkəsinin yeni inzibati binaları istifadəyə verilib.

Mirhəsən Talıbov Neftçalada respublikamızda ilk sənaye məhəlləsinin fəaliyyətə başlamasının önəmindən bəhs edərək deyib: “Rayonumuzda illik istehsal gücü 40 min ton olan pambıq emalı zavodu, Aqrolizinq ASC-nin rayon bölməsi, ilik istehsal gücü 6500 ton olan pambıq qəbulu məntəqəsi istifadəyə verilib. Qürurverici haldır ki, respublikamızda ilk sənaye məhəlləsi məhz Neftçalada yaradılıb. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə yaradılan Neftçala Sənaye Məhəlləsi dövlət başçımızın iştirakı ilə 24 sentyabr 2017-ci il tarixdə istifadəyə verilib. Burada 2018-ci ilin mart ayında “Azevrocar” MMC və “İran Khodro” şirkətləri arasında imzalanan müqavilə əsasında avtomobil zavodunun açılış mərasimi keçirilib. Hazırda zavodda “Khazar” və “Peugeot” markalı avtomobillərin istehsalı uğurla davam etdirilir”.

“Yeni Daşkəsən” layihəsinin icrası sayəsində yaşayış məntəqələrinin siması dəyişir

“Regionların inkişafı, bölgələrin potensialından səmərəli şəkildə istifadə olunması ölkəmizdə aparılan siyasətin mühüm istiqamətlərindən birini təşkil edir. Son 17 ildə qazanılan uğurlar bu siyasətin ardıcıl və məqsədyönlü olduğunu əyani şəkildə təsdiqləyir. Bəhs olunan dövrdə ölkəmizin bölgələrinin inkişafından danışarkən isə ilk növbədə dövlət başçısının müvafiq fərmanları ilə təsdiq edilən Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının rolu xüsusi qeyd olunmalıdır. Regional inkişaf proqramlarında Daşkəsən rayonu ilə bağlı nəzərdə tutulan tədbirlər yerlərdə vəziyyətin obyektiv dəyərləndirilməsi, sakinlərin istəyi və müraciətləri nəzərə alınmaqla müəyyənləşdirilib. Qeyd edim ki, Daşkəsəndə rayon İcra Hakimiyyəti başçısının və digər məmurlarıın ictimaiyyətin nümayəndələri, kəndlərin sakinləri ilə görüşlər keçirmələri artıq ənənə halını alıb ki, bu da həlli vacib olan məsələlərin prioritrtliyinin müəyyənləşdirilməsi baxımından çoxönəmlidir”.

Daşkəsən Rayon İcra Hakimiyyəti Aparatının informasiya təminatı və təhlili sektorunun müdiri Vüqar Məmmədov “Yeni Azərbaycan” qəzetinin redaksiyasında keçirilən “dəyirmi masa”da çıxışına bu sözlərlə başlayıb. O bildirib ki, əvvəllər rayonun yaşayış məntəqələrində keçirilən görüşlərdə sakinlər əsasən elektrik dirəklərinin və xətlərinin köhnəlməsindən, təbii qaz, içməli su təminatının istənilən səviyyədə olmamasından, iş yerlərinin çatışmazlığından şikayətlənirdilər. Beləliklə, qarşıda duran vəzifələr bəlli idi. Uzun illərdən bəri yığılıb qalmış problemlərin həllinə nail olmaqdan ötrü mütəxəssislərin, müvafiq qurumların təmsilçilərinin və əlbəttə ki, ictimaiyyətin nümayəndələrinin iştirakı ilə “Yeni Daşkəsən” layihəsi hazırlandı və onun icrasına başlanıldı. Layihə çərçivəsində görülən işlərin rayonun yaşayış məntəqələrində müsbət dəyişikliklər yaratdığını, deyən Vüqar Məmmədov vurğulayıb: “2014-cü il oktyabrın 17-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Daşkəsən rayonuna səfərə gəldilər. Həmin səfər çərçivəsində dövlət başçımız əsaslı təmir edilmiş Heydər Əliyev Mərkəzində oldu, rayon İcra Hakimiyyətinin yeni inzibati binasının, avtovağzal kompleksinin, gənclərin təlim və istirahət mərkəzinin açılışında iştirak etdi. Səfər zamanı ölkə Prezidenti Daşkəsəndə görülən işləri yüksək qiymətləndirdi, Özünün tövsiyə və tapşırıqlarını verdi. Sonrakı illərdə Dövlət başçımızın verdiyi tapşırıqlar bizim gələcək fəaliyyətimizin əsasını təşkil etdi”.

Daşkəsən Rayon İcra Hakimiyyətinin rəsmisi bildirib ki, bütövlükdə son 17 ildə rayonda sosial-iqtisadi inkişaf sahəsində qazanılan uğurlar kifayət qədər çoxdur. Rayonda 2003-cü ilin müvafiq dövrü ilə müqayisədə 2020-ci ilin birinci yarısında ümumi məhsul buraxılışı 9,6 dəfə, sənaye istehsalı 236,8 dəfə, kənd təsərrüfatı 57,0 faiz, əsas kapitala yönəldilmiş vəsait 99,9 dəfə artıb. Bəhs olunan dövrdə Sahibkarlığın İnkişafı Fondunun xətti ilə rayonda 278 sahibkara 4,5 milyon manat kredit verilib. Bu kreditlər hesabına da 677 yeni iş yeri yaradılıb. Ümumilikdə rayonda ötən illər ərzində 4794-ü daimi olmaqla 6925 yeni iş yeri açılıb. Eyni zamanda, dövlət başçısının tapşırığına uyğun olaraq pandemiya dövründə rayonda 370 müvəqqəti iş yeri yaradılıb.

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində Daşkəsən rayonunda infrastruktur quruculuğunun geniş vüsət aldığını deyən Vüqar Məmmədov vurğulayıb: “Təkcə son 10 il ərzində rayonumuzda Heydər Əliyev Mərkəzi, Bayraq meydanı yaradılıb, Rayon Mərkəzi Xəstəxanası istifadəyə verilib, əlil və şəhid ailələri, qəzalı vəziyyətdə olan binaların sakinləri üçün yaşayış evləri, yeni inzibati binalar, Gənclərin Təlim və İstirahət Mərkəzi, Avtovağzal Kompleksi tikilib, Çovdar qızıl zavodu istifadəyə verilib. Bəhs olunan dövrdə rayonumuzda 2 avtomobil körpüsü tikilib, 2 dəmir yolu körpüsü isə əsaslı təmir edilib. Şəhərin bütün küçələrinə yeni asfalt örtüyü salınıb, istinad divarları və səkilər yenidən qurulub. Rayonun yaşayış məntəqələrinin elektrik enerjisi ilə təminatının yaxşılaşdırılması üçün ayrı-ayrı ünvanlarda yeni yarımstansiyalar tikilib, müasir transformatorlar quraşdırılıb, Xoşbulaq kəndində yeni elektrik yarımstansiyasının tikintisinə hazırlıq işləri aparılır. Ötən illər ərzində 29 ümumtəhsil müəssisəsində təmir-tikinti işləri aparılıb, o cümlədən 21 məktəb inşa olunub. “Daşkəsən şəhərinin su və kanalizasiya sistemlərinin yenidən qurulması” işlərinə başlanılıb. Həmin layihə üzrə sukanal sahəsinin yeni inzibati binası tikilərək 4 iyun 2020-ci il tarixdə istifadəyə verilib. Hazırda layihə çərçivəsində təmizləyici qurğuda son tamamlama işləri yerinə yetirilir. Rayonda yol infrastrukturunun yenilənməsi də diqqət mərkəzində saxlanılır. Prezident İlham Əliyevin sərəncamları əsasında 47,4 km uzunluğu olan Gəncə-Daşkəsən-Xoşbulaq avtomobil yolu, 21,3 km uzunluğu olan Zağalı-Kollu-Çıraqlı avtomobil yolunun tikitisi başa çatdırılıb, hazırda25 km uzunluğu olan Daşkəsən-Əmirvar-Qabaqtəpə, 20 km uzunluğu olan Quşçu-Çovdar-Çaykənd avtomobil yollarında son tamamlama işləri görülür”.

Vüqar Məmmədov əlavə edib ki, Daşkəsən rayonunun böyük turizm potensialı vardır. Bu sahədə bir sıra pilot layihələr kənd təsərrüfatı ilə turizmi uzlaşdırmaq istiqamətində həyata keçirilib. Belə ki, rayonun 10 yaşayış məntəqəsinin hər birində 10 ev seçilərək sakinlər təlimlərə cəlb edilib, onların evləri təmir olunub. Rayona gələn turistlər həmin evlərdən turistyerləşdimə obyekti kimi istifadə edə bilərlər. Eyni zamanda, Daşkəsən rayonunun turizm potensialını təbliğ edən sayt yaradılıb.

“Dəyirmi masa”da məlumat verilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi əsasında hazırda Daşkəsən şəhərində, Daşkəsən qəsəbəsində, Qabaqtəpə və Dəvrallı kəndlərində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 12 fərdi yaşayış evinin tikintisi işləri aparılır. Vüqar Məmmədovun sözlərinə görə, İcra Hakimiyyətinin, İqtisadiyyat Nazirliyinin və xarici mütəxəssislərin iştirakı ilə Daşkəsən rayonunun 2019-2023-cü illərdə yerli inkişaf planı hazırlanaraq uğurla icra edilməkdədir.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 685 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30