Ölkəmizin regionlarında pambıq yığımı sürətlə davam edir
24.10.2020 [08:24]
Dövlət tərəfindən pambıqçılığın inkişafına diqqət və qayğının göstərilməsi fermerlərin ildən-ilə bu sahəyə marağının artmasına, məhsuldarlığın çoxalmasına yol açıb
(əvvəli ötən sayımızda)
Ucar rayonunun pambıqçıları da məhsul yığımını davam etdirirlər və oktyabrın 16-na olan statistikaya görə, artıq rayonda 285 ton “ağ qızıl” toplanıb. Vurğulayaq ki, cari mövsümdə Xələc, Lək, Yuxarı Şilyan, Boyat və Şahlıq inzibati ərazi dairələrində 200 hektar sahədə pambıq yetişdirilib. Məhsulun 70 faizi texnikanın köməyi, qalanı isə əl ilə yığılacaq. Yığıma bir ədəd pambıqyığan maşın cəlb olunub. İndiyədək yığılan “ağ qızıl”ın 200 tonu məhz texnikanın köməyi ilə toplanıb. Əl ilə yığıma 80 nəfərədək işçi qüvvəsi cəlb olunub. Qeyd edək ki, tarlalarda hələ məhsul çoxdur. Pambığın son qozasınadək toplanması üçün ciddi səy göstərilir. Pambıqçılar cari mövsümdə 500 ton məhsul götürmək əzmindədirlər.
Neftçalada isə pambıq plantasiyalarından oktyabrın 14-nə kimi 10 min 505 ton məhsul toplanıb. Bu ötən ilin eyni dövrü ilə müqayisədə rayonda tədarük olunan məhsuldan 2 min 500 ton çoxdur. Hər gün plantasiyalardan 680-700 ton pambıq yığılır. Yığılan pambığın 80-85 faizi maşınların köməyi ilə toplanıb. Vurğulanmalıdır ki, pambıq plantasiyalarında 32 pambıqyığan kombayn işləyir və hər gün tədarük olunan məhsulun yarıdan çoxu bu maşınların köməyi ilə toplanılır.
Bildirmək yerinə düşər ki, bu il rayonda 5 min 972 hektar sahədə pambıq əkilib. Torpaq mülkiyyətçiləri tərəfindən bitkiyə nümunəvi qulluq göstərildiyindən bu il sahələrdə məhsul boldur. Sahibkarlar yetişdirdikləri pambığın son qozasınadək toplamaq üçün bütün qüvvələrini sərf edirlər. Rayonun Xol, Boyat, Sarıqamış, Mirzəqurbanlı zonalarında yığım kompaniyası daha mütəşəkkil təşkil olunub. Dövlət tərəfindən qeyri-neft sektorunun, xüsusilə pambıqçılığın inkişafına göstərilən hərtərəfli dəstək bu zonalarda fəaliyyət göstərən fermerlərin pambıq əkininə olan marağını xeyli artırıb. Bu ərazilərdə fəaliyyət göstərən fermerlər bu il ötən ildəkindən qat-qat çox məhsul yetişdirib və birinci yığım aparılan sahələrin hər hektarından 20-25 sentner məhsul götürülür.
Qeyd edək ki, ötən il neftçalalı pambıqçılar sahələrdən 10 min 71 ton pambıq yığıblar.
Sabirabad rayonunda da pambıq yığımı sürətlə davam edir. Məhsul toplanışına mütəşəkkil başlayan torpaq mülkiyyətçiləri hər gün sahələrdən 755-760 ton məhsul toplayaraq qəbul məntəqələrinə göndərirlər. Yığım başlayandan oktyabrın 22-nə kimi plantasiyalardan 20 min 93 ton “ağ qızıl” toplanıb. Tədarük olunan məhsulun 16 min 580 tonu pambıqyığan kombaynların köməyi ilə yığılıb. Vurğulanmaldıdır ki, ötən il 8 min 360 hektar pambıq sahəsindən 25 min 210 tondan çox məhsul istehsal edən torpaq mülkiyyətçiləri bu il də sahələrdə bol məhsul yetişdiriblər. Dövlətin aqrar sahənin, xüsusilə pambıqçılığın inkişafına göstərdiyi dəstək sahibkarların bu ənənəvi və əməktutumlu sahəyə marağını daha da artırıb. İndi rayonda yüzlərlə fermer pambıq əkini ilə məşğul olur və istehsal etdiyi məhsulun satışından yaxşı qazanc götürür.
Uzun illər pambıq əkini ilə məşğul olan rayonun Güdəcühür kənd sakini Feyzi Babayev ötən il 45 hektar sahədə pambıq becərib və hər hektardan 28 sentner məhsul götürüb. Pambıqçı bu il 40 hektar sahədə pambıq əkib. Bu il də sahəsində məhsul çoxdur. O, yetişdirdiyi məhsulun son qozasına qədər toplamaq bütün qüvvəsini səfərbər edib. “Bu mövsüm 40 hektar sahədə pambıq becərmişəm. Sahəyə nümunəvi qulluq etdiyimdən məhsul ötən ildəkindən də çoxdur. Yığım apardığım sahənin hər hektarından 25 sentnerdən çox məhsul götürmüşəm. Hələ sahəmdə pambıq çoxdur. Əminəm ki, mövsümün sonunadək hər hektarın məhsuldarlığı 35 sentnerə çatacaq”, - deyə fermer KİV-ə açıqlamasında bildirib.
Rayonun Moranlı kəndində fəaliyyət göstərən fermer Vaqif Abdullayev ötən il 16 hektar sahənin hər hektarından 38 sentner pambıq yığmaqla 62 ton məhsul təhvil verib. Fermer bu mövsüm əkin sahəsini genişləndirərək 32 hektara çatdırıb. Sahədə bu il də məhsul çoxdur. “Bu mövsüm 32 hektar sahədə pambıq becərmişəm. Sahəyə nümunəvi qulluq etdiyimdən məhsul ötən ildəkindən də çoxdur. Pambığı maşınlarla toplayıram. Yığım apardığım sahədən indiyədək 64 ton məhsul götürmüşəm. Hələ pambıq çoxdur. Təxmini hesablamama görə, bundan sonra daha 50 ton da məhsul olacaq. Əminəm ki, hər hektarın məhsuldarlığı 40 sentnerə çatacaq”, - deyə fermer bildirib.
Zərdab rayonunda da pambıq yığımı sürətlə davam edir və oktyabrın ilk ongünlüyündə Zərdab pambıqçıları sahələrdən 1655 ton məhsul yığıb. Qeyd edilməlidir ki, ki, cari mövsümdə bölgədə 2520 hektarda pambıq yetişdirilib. Sahələrin 1800 hektarı pambıqyığan maşınlarla, qalanı isə əl ilə yığılacaq. Hazırda hər gün tarlalara 8 pambıqyığan texnika, 27 traktor və 54 qoşqu çıxarılır. Əl ilə yığıma 1200 nəfərdən çox işçi qüvvəsi cəlb olunub. Toplanan məhsulun 1160 tonu texnikanın qüvvəsinin, 495 tonu isə əl əməyinin bəhrəsidir. Əksər ərazilərdə, xüsusilə daha çox pambıq əkilən Bəyimli, İsaqbağı, Körpükənd, Şahhüseynli və bir sıra digər ərazi dairələrində pambıq yığımı kampaniyası mütəşəkkilliklə davam etdirilir. Fermerlər və fiziki şəxslər məhsulun itkisiz və son qozasınadək yığılması üçün bütün qüvvələrini səfərbər ediblər. Yığılan pambıq müqaviləyə əsasən, “R-Aqro” MMC və “MKT-İK” MMC tərəfindən qəbul edilərək məntəqələrə aparılır.
Salyanda da pambıq yığımının qızğın dövrüdür. Fermerlər yetişdirdikləri məhsulu qısa müddətdə toplamaq üçün var qüvvələrini sərf edirlər. Onların gərgin əməyi nəticəsində hər gün plantasiyalardan 445-450 ton məhsul toplanaraq qəbul məntəqələrinə göndərilir. Məhsulun 105-110 tonu sahələrə çıxarılan 25 pambıqyığan kombaynla toplanılıb.
Yeri gəlmişkən bildirilməlidir ki, bu il salyanlı pambıqçılar 5 min 10 hektar sahədə pambıq əkiblər. Şirkətlərlə müqavilə bağlayaraq məhsul yetişdirən mülkiyyətçilər göstərilən hərtərəfli kömək nəticəsində bu il sahələrdə bol məhsul yetişdiriblər. Rayonda yığım kampaniyasına yaxşı hazırlıq görüldüyündən və işin gedişində fermerlərə güclü dəstək göstərildiyindən oktyabrın ilk günlərində rayon fermerləri sahələrdən 4 min 349 ton məhsul yığılıb. Pambığın 70 faizə yaxını maşınların köməyi ilə toplanılıb.
Rayonda yüksək məhsuldarlığa nail olan fermerlər çoxdur. Onlardan biri də Sarvan kənd sakini fermer Telman Məmmədovdur. Fermer uzun illərdir ki, təsərrüfatın bu sahəsi ilə məşğul olur. Pambıqçı ötən il becərdiyi 30 hektar sahədən 110 ton pambıq yığıb. “Uzun illərdir ki, pambıq becərirəm. Ötən il əkdiyim sahənin hər hektarından 37 sentner məhsul topladım və yaxşı mənfəət götürdüm. Cari ildə 35 hektar sahədə pambıq əkmişəm. Bu il də məhsulum boldur. İndiyədək əl ilə 55 tondan çox pambıq toplamışam. Hələ məhsul çoxdur. Yığımın sonuna kimi daha 70 ton da məhsul yığacağıma əminəm”, - deyə fermer vurğulayıb.
Məhsul istehsalçısı onu da bildirib ki, son illər dövlət tərəfindən pambıqçılığın inkişafına göstərilən hərtərəfli kömək, verilən əlavə subsidiyalar digər istehsalçılar kimi, onun da bu sahəyə marağını artırıb. Fermer əkinçilərə göstərilən dəstəkdən yararlanaraq gələcəkdə əkin sahəsini daha da genişləndirmək niyyətindədir. Onu da vurğulayaq ki, bu il rayonda 17 min ton “ağ qızıl” istehsal etmək nəzərdə tutulub.
Beyləqan rayonunda pambıq yığımı kampaniyası davam edir və oktyabrın 23-dək qəbul məntəqələrinə 12 min 510 ton məhsul təhvil verilib. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, 2020-ci ildə 3200 hektarı “Azərpambıq” MMC, 3888,7 hektarı “MKT İstehsalat Kommersiya” MMC, 820 hektarı “P-Aqro” MMC ilə müqavilə əsasında, 835 hektarı isə innovasiya təsərrüfatında olmaqla, 8743,7 hektar sahədə pambıq becərilib. Pambıq sahələrinə lazımı aqrotexniki qulluq göstərilib, mineral gübrələr verilib, vaxtlı-vaxtında suvarma suyu ilə təmin edilib ki, nəticədə tarlalarda bol məhsul yetişib. Məhsulu itkisiz və tez bir zamanda yığmaq üçün pambığın yarpaqlarının kimyəvi yolla tökdürülməsi (defoliasiya) həyata keçirilib.
Cəlilabad rayonunun pambıq tarlalarında məhsul yığımı kampaniyası davam edir. Oktyabrın 22-nə olan məlumata görə, sahələrdən 398 ton “ağ qızıl” yığılıb. Pambığın hər hektarından götürülən məhsuldarlıq 28 sentner təşkil edib. Bildirilməlidir ki, rayonda pambıq yığımı kampaniyasını yüksək keyfiyyətlə və optimal müddətdə başa vurmaq üçün sahələrə kifayət qədər kombayn və canlı qüvvə cəlb edilib. Qeyd edək ki, Cəlilabadda ənənəvi təsərrüfat sahələrindən olan pambıqçılıq 2016-cı ildə yenidən bərpa olunub. İlkin mərhələdə rayonda 500 hektarda pambıq əkilib. Ötən il rayonda pambıq əkini sahəsi genişləndirilərək 1507 hektara çatdırılıb. Pambıq tarlalarından 1259 ton məhsul yığılıb, hər hektardan götürən məhsuldarlıq 24,8 sentner təşkil edib. Bu il Cəlilabadın pambıq sahələrindən 1300 ton “ağ qızıl”ın yığılması nəzərdə tutulub.
Ermənistan silahlı bölmələrinin Ağcabədi rayonunun yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutmasına baxmayaraq, kənd təsərrüfatı işləri, o cümlədən pambıq yığımı rayonda davam etdirilməkdədir. Tarlalardan hər gün min tondan çox məhsul toplanır. Vurğulanmaldır ki, 2020-ci ildə rayonda 4200 hektarı “Azərpambıq” MMC, 5069,2 hektarı “MKT İstehsalat Kommersiya” MMC, 1420 hektarı “P-Aqro” MMC ilə müqavilə əsasında 10 min 689,2 hektar sahədə pambıq becərilib. Ağcabədi pambıqçıları oktyabrın 20-dək sahələrdən 15 min 124,32 ton məhsul yığıblar.
Qeyd edək ki, 2019-cu ildə Ağcabədi rayonunda 10 min 452,25 hektar sahədə pambıq becərilib, 32 min 99 ton məhsul istehsal edilib, orta məhsuldarlıq 30,7 sentner olub.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxSiyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32

