Azərbaycanın regionlarında məhsul yığımı uğurla davam etdirilir
30.10.2020 [08:44]
Cari ilin yanvar-sentyabr aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatı məhsullarının istehsalında 1,5 faiz artım olub
(əvvəli ötən sayımızda)
Cari ildə Biləsuvarın bostan sahələrində məhsuldarlıq yüksək olub
Biləsuvarda bostan məhsulları (qarpız-yemiş) yığımı başa çatıb. Məhsul istehsalçıları əkdikləri 68,5 hektar bostan sahəsindən indiyədək 911 ton məhsul toplayıblar. Hər hektarın məhsuldarlığı 133 sentner olub. Rayon Statistika İdarəsindən bildiriblər ki, biləsuvarlı əkinçilər bu mövsüm 68,5 hektar sahədə bostan bitkiləri əkiblər ki, bunun da 40,5 hektarını qarpız, 28 hektarını isə yemiş sahəsi təşkil edib. Torpaq mülkiyyətçiləri əkdikləri sahələrə aqrotexniki qaydada qulluq etdiklərindən plantasiyalarda gözlənildiyindən də çox məhsul yetişib. Fermerlər indiyədək becərdikləri 40,5 hektar qarpız sahəsindən 540 ton qarpız, 28 hektar yemiş sahəsindən isə 371 ton yemiş toplayıblar. Qarpız sahəsinin hər hektarının məhsuldarlığı 133,3, yemiş sahəsininki isə 132,6 sentner olub. Tədarük olunan məhsul əsasən, Bakı, Sumqayıt və digər iri şəhərlərin bazarlarına göndərilir.
Biləsuvarlı fermerlər, həmçinin şəkər çuğunduru sahələrində məhsul yığımını başa çatdırıblar. Rayon Statistika İdarəsindən bildiriblər ki, bu il Biləsuvarda 266 hektar sahədə şəkər çuğunduru becərilib. Məhsul istehsalçılarının məhsuldarlığı yüksək olan sortların əkininə üstünlük verməsi nəticəsində plantasiyalarda məhsul bol olub. Əkinçilər sahələrdən 10 min 288 ton şəkər çuğunduru toplayaraq yığımı başa çatdırıblar. Hər hektarının məhsuldarlığı 386,8 sentner olub ki, bu da ötən ildəkindən 63,1 sentner çoxdur. Xatırladaq ki, ötən il biləsuvarlı əkinçilər çuğundur sahələrindən 324 ton məhsul yığıblar.
Biləsuvarda yetişdirilən “italyan” pomidor sortlarından bu il yüksək məhsuldarlıq əldə olunub. Həmin sahələrdən ilkin çəkidə 100 tondan çox məhsul toplanılıb. Biləsuvarlı fermer Qeyrət Əsgərli bu il 3 hektar sahədə əkdiyi pomidor ştillərindən sağlam və keyfiyyətli məhsul toplayır. Deyir ki, yay fəslində suvarmada yaranmış çətinliklərə baxmayaraq, yaradılmış növbəli su təminatı ilə əkinlərə dəyəcək zərərin qarşısı alınıb.
“Bildiyiniz kimi, başqa rayonlarda olduğu kimi, Aran bölgəsində də bu il susuzluq nəticəsində qismən problemlər yaşandı. Amma Prezidentimizin bu sahəyə həssas yanaşmasının nəticəsi olaraq, bu vəziyyətdən çıxdıq, növbəli suvarma rejimi tətbiq olundu. Meliorativ tədbirlər həllini tapdı. Sahəmizi suvarma ilə təmin etdik və yüksək məhsul yetişdirdik. Pandemiyanın yaratdığı çətinliklər bizim rayondan da yan keçməmişdir. Qaydaları gözləməklə yetişdirdiyimiz məhsulları paytaxta və digər rayonlara aparıb satışını təşkil edirik”, - deyə təsərrüfat sahibi əlavə edib.
Aqronom Bayram Məmmədov isə bildirib ki, bu günə kimi 5-6 dəfə satış aparılıb: “Əsasən, qonşu rayonlarda pomidor satışı həyata keçirilib. Oktyabr ayının sonlarına kimi məhsul yığımımız davam edəcək. Sağ olsun, dövlətimiz, fermerləri lazımı qayğılarla əhatə edib”.
Əkində əsasən, yerli iqlim üçün əlverişli olan İtaliyanın “Lojayn” pomidor sortuna üstünlük verilir. Yaxşı qulluq göstərildikdə hər koldan mövsüm boyu 8-10 kiloqram məhsul götürmək olur. Havaların isti keçməsi pomidorun daha tez yetişməsinə imkan verdiyindən məhsul 3-4 gündən bir toplanılır. Əlverişli hava davam edərsə, sahədən 200 tondan artıq məhsul yığılacaq. Yığımla əlaqədar tarlalarda xeyli sayda yerli sakin mövsümi işlərə cəlb olunub. Alıcılar məhsulun keyfiyyətindən və bolluğundan razıdırlar.
Alıcı Vasif Feyzullayev bildirib: “Masallıdan gəlmişik. Məhsulu alıb, bazara aparırıq. Aldığımız məhsul iki cürdür - orta və böyük pomidor. Orta pomidorun kiloqramını 15 qəpiyə, iri pomidorun kiloqramını isə 50 qəpiyə alırıq. Pandemiya dövrü olsa da kənd təsərrüfatında işlər dayanmayıb. Gediş-gəlişimizdə problem yoxdur. Hər şey qaydasındadır. Biz də qiymətdən razıyıq, bizdən alanlar da”.
Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata görə, builki mövsüm rayon ərazisində Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyan edilən 615 hektar pomidor sahəsindən 60 min tona yaxın məhsul istehsal olunub. Hazırda payızlıq əkin sahələrində yığım işləri davam etdirilir.
Hazırda rayonda meyvə yığımının da qızğın çağıdır. Ötən il bağlardan 9 min 861 ton məhsul toplayan biləsuvarlı bağbanlar cari ildə də bağlarda bol məhsul yetişdiriblər. Biləsuvar Rayon Statistika İdarəsinin məlumatına əsasən, məhsul yığımına mütəşəkkil başlayan bağbanlar cari ilin 9 ayı ərzində rayonda mövcud olan 1508,8 hektar bağdan 4 min 245 ton meyvə toplayıblar. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 252 ton çoxdur. Yığılmış məhsulun 210 tonunu alma, 324 tonunu armud, 264 tonunu ərik, 96,4 tonunu albalı, 989,3 tonunu alça, 173 tonunu gilas, 364 tonunu gavalı, 107,1 tonunu şaftalı, 84 tonunu fındıq, 660 tonunu nar, 290 tonunu heyva, 4 tonunu limon təşkil edib. Bağbanlar, həmçinin bağlardan 672 ton giləmeyvə də toplayıblar.
Astarada çay yığımı başa çatıb, naringi yığımına start verilib
Astara rayonunun çay plantasiyalarında məhsul yığımı başa çatıb. Rayonda fəaliyyət göstərən çay fabriklərinə 567 ton yaşıl çay yarpağı təhvil verilib. Astara Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumatda bildirilib ki, bu il havaların yağmurlu keçməsi məhsuldarlığa da müsbət təsir göstərib. Qeyd edək ki, ötən il Astarada 197 hektar məhsuldar çay sahəsindən 565 ton yaşıl çay yarpağı yığılıb. Hər hektarın məhsuldarlığı 42,6 sentner olub.
Çay yığımını uğurla yekunlaşdıran astaralı fermerlər bir neçə gündür sitrus bağlarında naringi yığımına başlayıblar. Qısa müddətdə bağlardan 5 min tona yaxın məhsul yığılıb. Astara Rayon Statistika İdarəsinin məlumatına əsasən, ötən il rayonda 2227,8 hektar məhsuldar naringi bağlarından 33110 ton məhsul yığılıb, hər hektardan götürülən məhsuldarlıq 276,2 sentner olub. Cari mövsümdə bağlardan hələlik, yalnız naringinin tezyetişən “Karli” növü yığılır. Kütləvi məhsul yığımına isə noyabr ayında başlanılacaq.
Bazarlarda naringinin satış qiyməti ötən ilə nisbətən ucuzlaşıb. Ötən il bir kiloqramı 2 manata satılan naringi meyvəsi bu il 1 manat 50 qəpik, 1 manata satılır.
Vurğulamaq yerinə düşər ki, sitrusçuluq Astara rayonunun ən gəlirli sahələrindən biridir. Rayonda sitrusçuluq və subtropik meyvə istehsalı ilə əsasən, Kijabə qəsəbəsi, Şüvi, Siyəkü və Səncərədi kənd ərazi nümayəndəliklərində yerləşən yaşayış məntəqələrinin sakinləri məşğul olurlar.
Saatlı rayonunun fermerləri becərdikləri tərəvəz sahələrindən indiyədək 22 min 245 ton məhsul yığıblar
Bu il saatlılı fermerlər 916 hektar sahədə tərəvəz becəriblər. İlin təsərrüfat işləri üçün əlverişli keçdiyindən və məhsul istehsalçıları becərdikləri sahələrə aqrotexniki qaydada qulluq etdiyindən sahələrdə məhsul bol olub. Saatlı Rayon Statistika İdarəsinin məlumatında bildirilir ki, saatlılı fermerlər becərdikləri 916 hektar tərəvəz sahəsindən indiyədək 22 min 245 ton məhsul yığıblar. Hər hektarın məhsuldarlığı 242,5 sentner olub. Tədarük olunan tərəvəzin 826,1 tonunu bibər, 1551,1 tonunu xiyar, 2 min 274,7 tonunu pomidor, 1061,1 tonunu badımcan, 395,3 tonunu sarımsaq, 458,6 tonunu soğan, 908,5 tonunu kələm, 14 min 770,1 tonunu isə boranı təşkil edib. Fermerlər, həmçinin əkdikləri 2 min 419 hektar bostan sahəsindən 78 min 334 ton qarpız-yemiş də toplayıblar. Saatlıda təsərrüfatın digər sahələri ilə yanaşı, bağçılığın inkişafına da xüsusi diqqət yetirilir. Bunun sayəsində də rayonda hər il yeni-yeni bağçılıq təsərrüfatları yaradılır, meyvə istehsalı artır. Təsərrüfatın bu sahəsi ilə məşğul olan fermerlər hər il meyvə bağlarından 100 tonlarla məhsul istehsal edərək bazarlara çıxarır və emal müəssisələrinə göndərirlər.
Hazırda rayonda həyətyanı sahələrlə birlikdə 2 min 747,3 hektar meyvə bağı var. Cari ilin ötən ayları ərzində bu bağlardan 5 min 429,2 ton məhsul tədarük olunub. Bağbanlar ən yüksək nəticəni nar bağlarından əldə edirlər. Onlar becərdikləri 1401,9 hektar nar sahəsindən bu günə kimi 1524,4 ton məhsul yığıblar. Məhsul istehsalçılarının dediyinə görə, hələ nar sahələrində məhsul çoxdur. Mütəxəssislərin hesablamalarına görə, bundan sonra nar bağlarından daha 4 min 500 tondan çox məhsul yığmaq mümkün olacaq. Qeyd edək ki, ötən il saatlılı bağbanlar nar bağlarından 5 min 918 tondan çox nar tədarük ediblər.
Hazırda regionlarda bağlardan üzüm yığımının qızğın çağıdır
Payız mövsümündə respublikamızın bölgələrində bağlardan üzüm yığımının qızğın çağıdır. Şamaxı Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, vaxtilə üzümçülük üzrə məşhur olan rayonda son illər bu sahə sürətlə inkişaf etdirilir. Hazırda rayonda 1808 hektar bar verən üzüm bağı var. İndiyədək 1420 hektar sahədən məhsul yığılıb, 21000 ton üzüm tədarük edilib. Yığılan texniki sort üzüm emal müəssisələrinə göndərilib. Yetişdirilən süfrə üzümü isə birbaşa daxili bazara çıxarılıb. Cari mövsümdə Şamaxının üzüm bağlarından 25 min tondan çox məhsul yığımı proqnozlaşdırılır.
İndiyədək Neftçalada üzüm bağlarından 428 ton məhsul yığılıb. Neftçala Rayon Statistika İdarəsinin rəisi Şahin Mənəfovun bildirdiyinə görə, ötən il üzüm bağlarından 419 ton üzüm tədarük edən neftçalalı üzümçülər cari ildə də bağlarda bol məhsul yetişdiriblər. Yığıma mütəşəkkil başlayan bağbanlar cari ildə becərdikləri 134,1 hektar üzüm sahəsindən 428,7 ton məhsul toplayıblar ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 52,4 ton və ya 13,9 faiz çoxdur. Məhsulun çox hissəsi Aşağı Qaramanlı, Cəngan və Xolqarabucaq kəndlərinin üzüm plantasiyalarından yığılıb. Ən yüksək nəticəni isə Aşağı Qaramanlı kəndində fəaliyyət göstərən fermerlər əldə ediblər.
Şəki rayonunun təsərrüfatlarında da üzüm yığımı yekunlaşmaq üzrədir. Hazırda rayonda 307 hektar bar verən üzüm bağı var. Məhsul istehsalçıları indiyədək 295 hektar bağın məhsulunu yığaraq 4125 ton üzüm tədarük ediblər. İstehsal olunan məhsul satış üçün əsasən, daxili bazarlara göndərilir. Şəki Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, builki mövsümdə Şəkinin üzüm bağlarından 4,2 min tondan çox məhsul yığılması proqnozlaşdırılır. Xatırladaq ki, ötən il rayonda 4197 ton üzüm istehsal olunub.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSiyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32

