Regionlarda heyvandarlığın inkişafı diqqət mərkəzində saxlanılır
26.12.2020 [08:40]
Dövlətin davamlı dəstəyi, bu istiqamətdə atılan addımlar yüksək göstəricilərin əldə olunmasını şərtləndirir
Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və son 17 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən milli inkişaf siyasəti ölkəmizin tərəqqisini təmin edib. Başqa sözlə, həyata keçirilən uğurlu siyasət, o cümlədən reallaşdırılan genişmiqyaslı islahatlar nəticəsində ölkəmizdə bütün sahələrdə mühüm nailiyyətlər əldə edilib. Təsadüfi deyil ki, dünyanın nüfuzlu araşdırma mərkəzləri, beynəlxalq reytinq təşkilatları Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin nümunəvi xarakter daşıdığını, ölkəmizin qarşısında yeni perspektivlərin açıldığını vurğulayırlar.
Şübhəsiz ki, milli maraqlara və yeni çağırışlara uyğun həyata keçirilən siyasət nəticəsində qazanılmış uğurlar öz növbəsində regionların hərtərəfli inkişafına da müsbət təsir göstərib. Bu məqamda vurğulamaq yerinə düşər ki, 2004-cü ildən ölkəmizdə regionların hərtərəfli inkişafını özündə ehtiva edən Dövlət proqramlarının uğurlu icrası qeyri-neft sektorunun sürətli yüksəlişini təmin etməklə yanaşı, bölgələrimizin simasını dəyişir, yeni iş yerlərinin açılmasını şərtləndirir. Bu mənada, adıçəkilən Dövlət proqramlarınınrolunun xüsusi qeyd edilməsi təsadüfi deyil. Artıq indiyə qədər regionların sosial-iqtisadi inkişafına dair üç Dövlət Proqramı həyata keçirilib. Sayca dördüncü olan “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası isə hazırda davam etdirilir. Əksər ekspertlərin də vurğuladıqları kimi, bu proqramların icrası nəticəsində əldə edilən uğurlardan bütün sahələr kimi aqrar sektora dapay düşüb.
Yeri gəlmişkən, bu il fevralın 3-də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı giriş nitqində Prezident İlham Əliyev sözügedən Proqramın icrasında qeyri-neft sektoruna üstünlük verilməsinin, kənd təsərrüfatı sahəsinə güzəştli kreditlərin ünvanlanmasının vacibliyini xüsusi vurğulayıb. Konfransdakı yekun nitqində isə dövlət başçısı bildirib ki, “Kənd təsərrüfatı sahəsində də ciddi islahatlar aparılır. Əminəm ki, bundan sonra da artım çox sürətli olacaq. Bildirməliyəm ki, keçən il bütövlükdə fermerlərə 380 milyon manat subsidiya verilmişdir. İndi bu subsidiyalar Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi vasitəsilə verilir. Bu, çox mütərəqqi sistemdir”.
Son 11 ayda heyvandarlıq məhsullarının faktiki qiymətlərlə dəyəri 4 milyard 29,9 milyon manat olub
Qeyd olunduğu kimi, həyata keçirilən bu siyasət qeyri-neft sektorunun digər sahələri kimi heyvandarlığın inkişafında da əsaslı yer tutmaqdadır. Həyata keçirilən məqsədyönlü siyasət nəticəsində kənd təsərrüfatının digər sahələri ilə yanaşı, heyvandarlığın inkişafına da xüsusi diqqət yetirilir. Vurğulamaq yerinə düşər ki, ölkəmizdə ərzaq təhlükəsizliyinin təminində məhz heyvandarlıq məhsulları mühüm yer tutur. Həyata keçirilən tədbirlər isə heyvandarlıq sahəsində məhsulların istehsalının artırılmasını nəzərdə tutan layihələrin geniş vüsət almasına yol açıb. Eyni zamanda, regionlarda heyvandarlığın inkişafının tərkib hissəsi kimi, əhalinin ət və süd məhsulları ilə təmin edilməsi üçün mühüm tədbirlər görülür. Məhz bunun nəticəsidir ki, bu ilin 11 ayı ərzində də ayrı-ayrı rayonlarda ət və süd məhsullarının istehsalında müsbət nəticələr əldə edilib. Rayonlar üzrə nəticələrə keçməzdən öncə bildirək ki, bu ilin yanvar-noyabr ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 7 milyard 966,1 milyon manat təşkil edib ki, onun da 4 milyard 29,9 milyon manatı heyvandarlıq məhsullarının payına düşüb. Ümumiyyətlə isə, ötən ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatı məhsullarının istehsalı üzrə 2 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 2,9 faiz artım olub. Rayonlar üzrə statistikalara baxdıqda, bu əyani şəkildə bir daha üzə çıxır.
Heyvandarlıq Mil-Muğan regionunda aqrar sektorun aparıcı sahələrindəndir
Vurğulanmalıdır ki, Mil-Muğan regionunda aparıcı kənd təsərrüfatı rayonlarından biri olan Biləsuvarda heyvandarlıq aqrar sektorun aparıcı sahələrindəndir. Rayonda həmin sahənin inkişafına xüsusi diqqət yetirildiyindən heyvanların baş sayı ilbəil çoxalır ki, bu da məhsul artımına müsbət təsir göstərir. Hazırda rayonun ayrı-ayrı heyvandarlıq təsərrüfatlarında 40 min 369 baş iribuynuzlu mal-qara, 135 min 878 baş qoyun-keçi saxlanılır. Naxırda ana inək və camışların sayı 19 min 400 başdır. Qeyd edilməlidir ki, cari ilin 11 ayı ərzində rayonun heyvandarlıq təsərrüfatlarında 6797 ton ət (diri çəkidə), 25 min 38 ton süd, 300 ton yun və 15 milyon 878 min ədəd yumurta istehsal olunub ki, bu da ötən ilin eyni dövründə istehsal edilən ətdən 739 ton, süddən 30 ton, yumurtadan isə 813 min ədəd çoxdur.
Neftçala rayonunda da aqrar sahənin digər bölmələri ilə yanaşı, heyvandarlığın inkişafına xüsusi diqqət yetirilir. Rayonda bu sahənin inkişafını sürətləndirmək, heyvandarlıq məhsulları istehsalını daha da artırmaq məqsədilə yeni-yeni heyvandarlıq və quşçuluq təsərrüfatları yaradılır, mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına diqqət yetirilir. Həyata keçirilən tədbirlər nəticəsində rayonda heyvanların baş sayı, ət, süd, yumurta və yun istehsalı ilbəil artır, mal-qaranın cins tərkibi yaxşılaşır. Neftçala Rayon Statistika İdarəsinin rəisi Şahin Mənəfovun məlumatına görə, hazırda rayonun heyvandarlıq və fərdi təsərrüfatlarında 44 min 249 baş mal-qara və 146 min 281 baş qoyun-keçi saxlanılır. Bu ilin bir dekabr tarixinə kimi rayonda 11 min 998,8 ton mal əti (diri çəkidə), 29 min 170,5 ton süd, 7 min 854,1 ton quş əti, 18 milyon 448 min ədəd yumurta, 290,5 ton yun istehsal olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə ət istehsalı 6,5, süd istehsalı 0,1, yumurta istehsalı 7,3, quş əti istehsalı isə 9,9 faiz çox olub.
Əsasən kənd təsərrüfatı rayonu olan Salyan rayonunda da heyvandarlıq aqrar sektorun aparıcı sahələrindən biridir. Rayonda bu sahənin inkişafına xüsusi diqqət yetirildiyindən heyvanların baş sayı ilbəil çoxalır, bu isə məhsul artımına müsbət təsir göstərir. Salyan Rayon Statistika İdarəsinin rəisi Elnur Hüseynov bildirib ki, hazırda ayrı-ayrı heyvandarlıq təsərrüfatlarında 63 min 31 baş iribuynuzlu mal-qara, 184 min 989 baş qoyun-keçi saxlanılır. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə ümumilikdə 70 baş çoxdur. Cari ilin on bir ayı ərzində rayonun heyvandarlıq təsərrüfatlarında 9 min 82,1 ton ət (diri çəkidə), 48 min 438,9 ton süd, 349,2 ton yun, 32 milyon 881 min ədəd yumurta istehsal olunub ki, bu da ötən ilin eyni dövründə istehsal olunan ətdən 8,8 faiz, süddən 3,4 faiz, yundan 0,5 faiz, yumurtadan isə 5,1 faiz çoxdur.
Bu sahənin inkişafına göstərilən diqqət və qayğı heyvandarlıq məhsullarının ildən-ilə artmasında əsaslı rol oynayır
Eyni zamanda, ən böyük aqrar rayonlardan sayılan Şəkinin heyvandarlıq təsərrüfatlarında da qışa hazırlıq işləri uğurla yekunlaşdırıldığı üçün heç bir problem yaşanmamaqdadır. Belə ki, heyvandarlar payız-qış mövsümündə mal-qaranın yemə olan tələbatının tam şəkildə ödənilməsini təmin etmək üçün zəruri yem ehtiyatı yaradıblar. Qışlamanın təşkili məqsədilə fermerlər tərəfindən 118 min ton qaba və 96 min ton qüvvəli yem, həmçinin 550 ton silos istehsal edilib. Hər baş şərti mal üçün 21,5 sentner yem vahidi tədarük olunub. Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin heyvandarlıq sektorunun müdiri Nazim Rəcəbovun məlumatına görə, heyvandarlıqda qışa hazırlığın əsasını yem tədarükü təşkil edir ki, bu, rayonda tam təmin edilib. Möhkəm yem bazasının təşkili və istehsal olunan yemlərin keyfiyyəti heyvandarlıqda məhsul bolluğunun yaradılmasının əsas şərtlərindəndir. Eyni zamanda, mövcud qış otlaqları və kəndətrafı örüşlər də yem bazasının əsasını təşkil edən amillərdəndir.
Ağdam rayonunda kənd təsərrüfatının aparıcı sahələrindən olan heyvandarlıq stabil inkişaf edir. Bu mənada, əvvəlki illərdə olduğu kimi, 2020-ci ildə də heyvandarlıq sahəsində uğurlu nəticələr əldə edilib. Mal-qaranın cins tərkibi daha da yaxşılaşıb, heyvandarlıq məhsulları istehsalında artım qeydə alınıb. Qeyd edilməlidir ki, bu ilin yanvar-noyabr aylarında rayonda diri çəkidə 4479,5 ton ət, 35 min 422,5 ton süd, 203,3 ton yun istehsal edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə diri çəkidə ət istehsalı 3 faiz, süd istehsalı 2,1 faiz artıb. Hazırda mal-qaranın yem bazasının yaxşılaşdırılması üçün biçin aparılmış taxıl sahələrində yem bitkilərinin təkrar əkinləri aparılmaqdadır.
Bir sıra rayonlarımız cari ilin on bir ayını uğurlu göstəricilərlə başa vurublar
Ağsu rayonunun heyvandarları da cari ilin on bir ayını uğurlu nəticələrlə başa vurublar. Belə ki, bu müddətdə heyvandarlıq məhsullarının istehsalı üzrə bütün göstəricilər ötən ilin müvafiq dövrü ilə müqayisədə artıb. Belə ki, on bir ayda diri çəkidə ət istehsalı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 81 ton artaraq 4943 ton olub. Habelə, süd istehsalı 189 ton çoxalıb və 28 min 13 tona yüksəlib. On bir ayda rayonda 11 milyon 963 min ədəd yumurta, 314 ton yun istehsal edilib ki, bu göstəricilər üzrə artım müvafiq olaraq 1 milyon ədəd və 4 ton olub.
Ümumiyyətlə qeyd edilməlidir ki, heyvandarlıq bölgədə kənd təsərrüfatının aparıcı sahələrindəndir. Son illər bu sahədə məhsul istehsalında dinamik artım olub. Əksər ərazilərdə, xüsusilə Gəgəli, Kəndoba, Qaraqoyunlu, Ərəbmehdibəy və bir sıra digər ərazi dairələrində fermerlər və fiziki şəxslər bu ilin on bir ayında daha yüksək nəticələr əldə ediblər.
(davamı növbəti sayımızda)
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxSosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36

