/ / Milli maraqlara əsaslanan uğurlu xarici siyasət kursu Azərbaycanın beynəlxalq mövqeyinin daha da möhkəmlənməsini təmin edib
Milli maraqlara əsaslanan uğurlu xarici siyasət kursu Azərbaycanın beynəlxalq mövqeyinin daha da möhkəmlənməsini təmin edib
30.12.2020 [09:14]
Ölkəmiz beynəlxalq platformalarda yüksək fəallıq göstərərək regional və qlobal əməkdaşlığın inkişafına mühüm töhfələr verir
2020-ci il Azərbaycanın tarixində Zəfər ili kimi qalacaq. Respublikamız sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük Vətən müharibəsində şanlı qələbə qazanaraq özünün ərazi bütövlüyünü tam təmin etdi. Eyni zamanda, Azərbaycanın milli maraqlar üzərində qurulan çoxvektorlu xarici siyasətini 2020-ci ildə uğurla davam etdirməsi ölkəmizin beynəlxalq miqyasda nüfuzunun daha da artmasını şərtləndirdi. Respublikamız il ərzində ayrı-ayrı xarici ölkələrlə ikitərəfli və çoxtərəfli platformalarda əməkdaşlıq əlaqələrini möhkəmlətmək üçün bir sıra önəmli addımlar atıb. O cümlədən Azərbaycanın 2020-ci ildə müxtəlif beynəlxalq təşkilatlarda təmsilçiliyi də kifayət qədər uğurlu olub. Yeri gəlmişkən, ölkəmizin Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilatda - GUAM-da sədrliyi başa çatır. 28 dekabr 2020-ci il tarixində təşkilatın Xarici İşlər Nazirləri Şurasının növbəti 36-cı iclası keçirilib. Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun sədrliyi ilə keçən iclasda Gürcüstan Xarici İşlər naziri David Zalkaliani, Moldova Xarici İşlər və Avropaya İnteqrasiya naziri Aureliu Çokoy və Ukrayna Xarici İşlər nazirinin müavini Vasil Bodnar iştirak ediblər.
Azərbaycanın GUAM-a sədrlik etdiyi 2020-ci ildə 30-dan çox tədbir keçirilib
GUAM demokratiyanın təşviqi, regional təhlükəsizliyin gücləndirilməsi və davamlı inkişafın genişləndirilməsi üçün vacib regional platformadır. Təşkilatın beynəlxalq əlaqələr sistemində rolu artmaqda davam edir. Yuxarıda bəhs olunan tədbirdə vurğulandığı kimi, daha çox effektivlik və sinerji imkanları üçün potensial mövcuddur. Qlobal pandemiya bütün dünyada olduğu kimi, GUAM daxilində əməkdaşlığa da mənfi təsir göstərib. Buna baxmayaraq, Azərbaycanın GUAM-a sədrlik etdiyi 2020-ci ildə 30-dan çox tədbir baş tutub. GUAM-ın işçi qrupları və mütəxəssisləri ümumi maraq kəsb edən sahələrdə əməkdaşlığın möhkəmləndirilməsi üçün onlayn görüşlər keçirməyə davam ediblər.
Bəhs olunan iclasda regional əməkdaşlığın tərəddüdsüz dəstəkçisi olan Azərbaycanın bölgədə mehriban qonşuluq münasibətlərinin və sabitliyin möhkəmləndirilməsində, iqtisadi-ticari əlaqələrin gücləndirilməsi üçün əlverişli şəraitin yaradılmasında çox maraqlı olduğunu vurğulayan Xarici İşlər naziri Ceyhun Bayramov bildirib: “Bunlar bizim işimiz üçün ümumi bir çərçivə təşkil edir və Azərbaycan öz sədrliyində bu yanaşmaya əsaslanıb. Ümumi hədəflərə xidmət etmək üçün sədrlik prioritetləri təyin olunub. Nəticə etibarilə, ticarət, nəqliyyat və kommunikasiya kimi perspektivli sahələrdə bizim əməkdaşlığımız daha da dərinləşib. Biz əsasən, Təşkilatımız üçün çox vacib layihə olan GUAM Nəqliyyat Dəhlizinin reallaşdırılmasına diqqət ayırdıq. Nəqliyyat nazirlərinin sonuncu görüşü və birgə bəyanat bağlantının genişləndirilməsi üçün vacib addımdır. Artıq Nəqliyyat Dəhlizi layihəsinin texniki-iqtisadi əsaslandırılması üçün Avropa İttifaqı ilə işləməyə başlamışıq və Aİ-nin bu layihəni dəstəkləməyə marağını yüksək qiymətləndiririk”.
Nazir bildirib ki, GUAM-ın daha bir qabaqcıl təşəbbüsü - azad ticarət sazişi ilə bağlı danışıqlar davam edir. Layihənin bütün üzv dövlətlərin maraqlarına və gözləntilərinə uyğun şəkildə inkişaf etməsi çox vacibdir.
Tədbirdə beynəlxalq təşkilatlarla GUAM formatında səmərəli əməkdaşlıqdan və birgə fəaliyyətlərin əlaqələndirilməsindən məmnunluq ifadə olunub. Bildirilib ki, BMT Baş Assambleyasının hazırkı 75-ci sessiyası çərçivəsində “Birləşmiş Millətlər Təşkilatı ilə GUAM arasında əməkdaşlıq” qətnaməsi yekdilliklə qəbul edilib. Eyni zamanda, BMT Baş Assambleyasının “GUAM regionunda həll olunmamış münaqişələr və bunların beynəlxalq sülh, təhlükəsizlik və inkişafa təsirləri” ilə bağlı qətnamə layihəsinin təşviqi istiqamətində işlər davam etdirilir.
Azərbaycanın Xarici İşlər naziri qeyd edib ki, münaqişələr, uzun sürən işğal və cavabdehliyin olmaması sülh və təhlükəsizliyi təhdid altına alır. Cənubi Qafqazda və ümumilikdə bütün Avropada sülh və təhlükəsizlik üçün təhdid olan Ermənistan tərəfindən Azərbaycan ərazilərinin qeyri-qanuni işğalı sona çatıb. Azərbaycan 30 ilə yaxındır ki, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini açıq-aşkar pozan Ermənistanın işğalı altında olan əraziləri üzərində nəzarəti bərpa etdi. Birləşmiş Millətlər Təşkilatının əsas orqanları tərəfindən qəbul edilmiş qərarların icrası beynəlxalq hüquq qaydalarının səmərəli və məsuliyyətli şəkildə həyata keçirilməsinin əsas yoludur.
Azərbaycan öz suveren ərazisində hərəkət edib və suverenliyi, ərazi bütövlüyü, habelə mülki əhalisinə qarşı yönələn ciddi təhlükəni dəf etmək üçün zəruri olan adekvat və mütənasib tədbirlər görüb. Azərbaycan Silahlı Qüvvələri beynəlxalq humanitar hüquqa ciddi şəkildə riayət edərək, yalnız legitim hərbi hədəflərə qarşı gücdən istifadə edib.
İclasda vurğulanıb ki, Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladıqları üçtərəfli Bəyanat Ermənistanla Azərbaycan arasında təxminən otuz ilə yaxın davam edən silahlı münaqişəyə son qoyulması, məcburi köçkünlərin öz evlərinə qayıtması və nəhəng iqtisadi potensialın reallaşması üçün zəmin yaratmışdır. Regiondakı bütün iqtisadi və nəqliyyat əlaqələrinin yenidən bərpa olunması nəzərdə tutulur. Bu, regionun Asiya və Avropa arasında ticarətdəki rolunu gücləndirməsinə imkan yarada bilər. “İnkişaf və əməkdaşlıq üçün yeni imkanlar yaranır və GUAM yeni reallıqlardan faydalana bilər. Bu xüsusda, Azərbaycan bölgədəki sülh və sabitliyə töhfə vermək üçün GUAM-a üzv dövlətlər də daxil olmaqla tərəfdaşları ilə ayrı-ayrılıqda işləməyə hazırdır”, - deyən C.Bayramov vurğulayıb ki, Azərbaycanın təklif edə biləcəyi çox şey var və artıq bütün tərəfdaşlarını müxtəlif imkanlarla təmin edir. Azərbaycan, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, o cümlədən investorlar üçün əlverişli şəraitə malik olan Ələt Azad İqtisadi Zonası ilə bütün bölgənin tranzit tutumunu artırmağı hədəfləyən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, Lapis Lazuli nəqliyyat marşrutu, habelə Şimal-Cənub, Cənub-Qərb və Şimal-Qərb ticarət yollarının inkişafına praktik töhfəsini davam etdirir.
İnşaat işlərinin açılışından dörd il yarım sonra Trans-Adriatik boru kəməri kommersiya əməliyyatlarına başlamışdır. Bu inkişaf bizə Cənub Qaz Dəhlizinin uğurlarını artırmağa imkan verir.
İclasda, həmçinin təşkilatın Baş katibi, eləcə də üzv ölkələr Azərbaycanın uzun illərdir ki, işğal altında olan ərazilərinin azad edilməsi məsələsinə toxunaraq, bu xüsusda beynəlxalq hüququn norma və prinsiplərinin, xüsusilə də dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmətin təmin edilməsinin vacibliyini vurğulayıblar.
Azərbaycanın sədrlik etdiyi Türk Şurası dünyada COVID-19 pandemiyasına həsr olunmuş Zirvə görüşü keçirən ilk beynəlxalq təşkilatdır
Məlum olduğu kimi, 2020-ci il aprelin 10-da Türk Şurasının koronavirus pandemiyası ilə mübarizə mövzusuna həsr olunan videokonfrans formatında fövqəladə Zirvə görüşü keçirilib. Zirvə görüşünün iştirakçıları yekdil qənaət ifadə edərək bildiriblər ki, epidemiyanın daha geniş arealda yayılmasının qarşısının alınması məqsədilə tədbirlər müəyyənləşdirilməli və səylər birləşdirilməlidir. Beynəlxalq aləmin bir nömrəli çağırışı ilə əlaqədar belə bir konfransın keçirilməsi təşəbbüsü isə Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Sədri İlham Əliyevdən gəlib. Prezident İlham Əliyev Zirvə görüşündəki çıxışında qlobal pandemiya şəraitində Türk Şurasına üzv dövlətlərin Azərbaycanın təşəbbüsünə dəstək vermələrini yüksək dəyərləndirib.
Məlum olduğu kimi, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası 3 oktyabr 2009-cu il tarixində Azərbaycanın, şəxsən Prezident İlham Əliyevin çox böyük səyləri sayəsində Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə imzalanmış Sazişə əsasən yaradılıb. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə təşkilatın təsisçi üzvləridir.
Çox haqlı olaraq Naxçıvan sazişi türkdilli ölkələr arasında inteqrasiyanın dərinləşməsinin, bütövlükdə dünyada Türk birliyinin inkişafında yeni mərhələ kimi səciyyələndirilir. Beynəlxalq hökumətlərarası təşkilat qismində çıxış edən Türk Şurasının fəaliyyətinin əsas məqsədi türkdilli ölkələr arasında hərtərəfli əməkldaşlığa yardım etməkdən ibarətdir.
Çox qısa müddətdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası səmərəli fəaliyyət göstərən bir platformaya çevrilib. O cümlədən Azərbaycan qurumun funksionallığının artmasına sanballı töhfələr verir. Qeyd edək ki, Türk Şurasının III Zirvə Görüşü rotasiya prinsiplərinə uyğun olaraq, 16 avqust 2013-cü il tarixində Qəbələ şəhərində keçirilib. Ötən ildən başlayaraq Azərbaycan Türk Şurasına sədrlik edir. Ölkəmiz üzv ölkələr arasında əməkdaşlığın dərinləşməsinə, koordinasiya edilmiş fəaliyyətin gücləndirilməsinə hesablanan fəal təşəbbüslərlə çıxış edərək üzərinə düşən missiyanı böyük uğurla yerinə yetirir.
Qurumda təmsil olunan dövlətlər arasında əlaqələr ən müxtəlif istiqamətlərdə inkişaf edir. Humanitar sahə burada, heç şübhəsiz ki, qırmızı xətt kimi keçir. Bu da onunla bağlıdır ki, humanitar-mədəni sahə, o cümlədən dil, din, məişət, həyat tərzi oxşarlığı türkdilli ölkələri birləşdirən ən mühüm amillərdir. Bu gün Türk dünyasında ortaq dəyərlərin qorunmasında və təbliğində TÜRKSOY, TÜRKPA, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu kimi qurumlar müstəsna rol oynayır. Vurğulamaq yerinə düşər ki, sonuncu qeyd edilən qurum TDƏŞ-in 2012-ci ildə Bişkekdə keçirilmiş II Zirvə Görüşündə məhz Azərbaycanın təşəbbüsü ilə yaradılıb və hazırda beynəlxalq təşkilat kimi fəaliyyət göstərir.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəaliyyəti dövründə Azərbaycanın, Türkiyənin, Qırğızıstanın və Qazaxıstanın məktəb proqramlarına “Ümumtürk tarixi” dərsliyinin daxil edilməsi çox əlamətdar bir haldır. İndiyədək Türk Akademiyası tərəfindən tarix üzrə 90-dan çox kitab nəşr edilib, xalqlarımızın dörd əsrlik mədəniyyət mirasının toplandığı “Atalar mirası” portalı istifadəyə verilib. Gələcəkdə müxtəlif bayramların müştərək qeyd edilməsi məsələsi də gündəmdədir. Bu kimi tədbirlər türkdilli xalqların ənənələrinin yaşaması, mədəniyyətlərimizin zənginləşməsi baxımından böyük əhəmiyyət daşıyır.
(davamı növbəti sayımızda)
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11

