/ / Çəltik istehsalının artırılması üçün dövlət tərəfindən sistemli dəstək tədbirləri həyata keçirilir
Çəltik istehsalının artırılması üçün dövlət tərəfindən sistemli dəstək tədbirləri həyata keçirilir
01.06.2021 [09:10]
Dövlətin fermerlərə dəstəyi və ölkəyə çəltik əkini üçün müasir texnikaların gətirilməsi regionlarda bu sahənin yenidən dirçəlməsinə səbəb olub
Məlum olduğu kimi, ölkəmizdə göstərilən hərtərəfli dövlət qayğısı, həyata keçirilən işlər həm ümumilikdə kənd təsərrüfatının, həm də aqrar sektorun əsas sahələrindən sayılan çəltikçiliyin inkişafında əsaslı rol oynayıb. Məhz bu diqqət və qayğının nəticəsidir ki, son illərdə çəltikçilik ölkəmizdə geniş yayılıb. Bütövlükdə, aqrar sahənin inkişafı, o cümlədən çəltik istehsalının artırılması üçün dövlət tərəfindən sistemli dəstək tədbirləri həyata keçirilir.
Elə bu ilin fevralında Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Azərbaycan Respublikasında çəltik istehsalının inkişafı ilə bağlı 2020-ci ilin yekunları və 2021-ci ildə qarşıda duran vəzifələr” mövzusunda onlayn müşavirədə də bu məqamlara toxunulub. Müşavirədə çəltik bitkisinin təsərrüfat əhəmiyyəti, ərzaq təhlükəsizliyində rolu, çəltikçilik sahəsində görülən işlər, ölkəmizdə çəltikçiliyə göstərilən dövlət dəstəyi barədə danışılıb. Respublikamızda çəltik istehsalı kənd təsərrüfatında vacib sahələrdən biri olduğundan bu sahədə məhsuldarlığın daha da artırılmasının vacibliyi qeyd edilib.
Müşavirədə də vurğulandığı kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı prioritet istiqamətlərdən biri kimi elan edilib. Bildirilib ki, aqrar sektorun bütün sahələri kimi çəltikçilik də yeni inkişaf mərhələsinə qədəm qoyub. “Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı” üzrə qarşıya qoyulmuş vəzifələr uğurla yerinə yetirilir.
Məlumat üçün bildirək ki, sözügedən Dövlət Proqramının məqsədi ölkə əhalisinin düyüyə olan tələbatının daha dolğun ödənilməsi, idxalın əvəzlənməsi, çəltik emalı sənayesinin inkişaf etdirilməsi və kənd əhalisinin məşğulluq səviyyəsinin yüksəldilməsi üçün ölkədə çəltikçilik sahəsinin inkişafını stimullaşdırmaqdan ibarətdir. Dövlət Proqramının icrası nəticəsində 2025-ci ildə orta məhsuldarlıq 40,0 s/ha olmaqla, çəltik əkini sahələrinin 10 min hektara, istehsalın həcminin isə 40 min tona çatdırılacağı gözlənilir.
Bu məqamda qeyd etmək yerinə düşər ki, Azərbaycanda çəltik bitkisi qədimdən becərilir. Ölkəmizin ərazisində keyfiyyəti ilə müxtəlif müsabiqələrdə dəfələrlə fərqlənmiş “Ağ ənbərbu”, “Vilgəri”, “Yetim”, “Lənkəran sədrisi”, “Ağ qılçıqlı” və digər yerli sortlar becərilib.
Çəltikçiliyin müasir dövrdə inkişafından söz düşmüşkən, xatırladaq ki, Prezident İlham Əliyevin Sədrliyi ilə 2017-ci il sentyabrın 3-də Lənkəranda keçirilən çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsi, bu müşavirədə dövlət başçısının qarşıya qoyduğu tapşırıqların yerinə yetirilməsi sözügedən sahələrin inkişafına təkan verib. Sözügedən müşavirədəki çıxışında Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın 12 rayonunda çəltikçilik inkişaf edir. Dövlət başçısı vurğulayıb ki, çəltikçilik son illər ərzində sürətlə inkişaf edib. Dövlət dəstəyi kifayət qədər yüksək olub. Bu sahəyə fermerlər tərəfindən də böyük maraq var: “Çünki bu, çox gəlirli bir sahədir. Sadəcə olaraq, dövlət əlavə dəstəyin verilməsi ilə bu sahəni fermerlər üçün daha da cəlbedici edə bilər. Ümumiyyətlə, biz bütün təbii imkanlarımızdan istifadə etməliyik”.
Beləliklə, ötən müddət ərzində bu istiqamətdə davamlı addımlar atılıb və hazırda da atılır. Hər il çəltik istehsalına hazırlıq və qarşıda duran vəzifələr, bu sahənin inkişafı, hədəflər və perspektivlər müzakirə edilir, müvafiq qərarlar qəbul olunur. Eyni zamanda, keyfiyyətli çəltik istehsalı üçün aqrotexniki tədbirlərin vaxtında və düzgün yerinə yetirilməsi, mineral gübrələrdən səmərəli istifadə olunması, zərərvericilərə qarşı mübarizə tədbirlərinin vaxtında görülməsi, əkin üçün yararlı torpaq sahələrinin cəlb edilməsi, texnika ilə təminatın yüksəldilməsi istiqamətində fermerlərə lazımi dövlət dəstəyi göstərilir.
Hazırda Azərbaycanda çəltik bitkisi təqribən 3 min hektar ərazidə əkilir. Bunun böyük hissəsi - təqribən 1800 hektarı Aran regionunun, 1200 hektarı isə Lənkəran regionunun payına düşür. Ölkənin əsas çəltikçilik rayonları Lənkəran, Masallı, Astara, Ağdaş, Ucar, Zərdab, Biləsuvar, Göyçay və Yevlaxdır. Ölkə üzrə çəltik sahələrinin orta məhsuldarlığı 32,8 sentner, təmizləndikdən sonra isə 31 sentner təşkil edir.
Bir sözlə, yerli düyüyə tələbatın artması, qiymətlərin digər kənd təsərrüfatı məhsullarına nisbətən yüksək olması, eləcə də dövlətin fermerlərə dəstəyi və ölkəyə çəltik əkini üçün müasir texnikaların gətirilməsi regionlarda bu sahənin yenidən dirçəlməsinə səbəb olub. Və rayonlarda bu istiqamətdə hazırda da intensiv işlər aparılır. Məsələn, apreldə Mərkəzi Aran regionunda yerləşən Zərdab rayonunda çəltik əkininə hazırlıq işləri başa çatdırılıb. Zərdab Rayon İcra Hakimiyyətindən bildirilib ki, rayonun əkin aparılacaq Körpükənd, Yuxarı Seyidlər və Məlikli kəndlərində sahələr şumlanıb, malalanıb, hissə-hissə tirlənərək əkin üçün tam hazır vəziyyətə gətirilib. Torpaq mülkiyyətçiləri respublikamızın cənub bölgəsindən yerli şərait üçün əlverişli olan kifayət qədər toxum gətiriblər. May ayının birinci yarısında isə əkinə başlanıb.
Ümumiyyətlə, son illər Zərdabda çəltikçiliyə maraq artıb. Bu, hər şeydən əvvəl bazarlarda keyfiyyəti ilə seçilən yerli düyüyə tələbatın artmasının nəticəsidir. Ötən il rayonda 241 hektarda çəltik yetişdirilib, hər hektardan 48 sentner olmaqla 1174 ton məhsul istehsal olunub. Cari ildə əkin sahəsinin 60 hektaradək artacağı proqnozlaşdırılır.
Ölkənin cənub regionunda yerləşən Lənkəran hələ qədimdən çəltikçiliyi ilə məşhurdur. Ətirli Lənkəran düyüsü yüzilliklər ərzində yerli əhalinin ən qiymətli ərzaq məhsulu olub. “Sədri”, “Ənbərbu”, “Haşimi”, “Həsəni”, “Akulə” və digər çəltik növündən olan düyü məhsulları öz ətri, dadı və bərəkəti ilə seçilib. Son illər ölkəmizdə aqrar sahəyə göstərilən dövlət dəstəyi isə Lənkəranda da uzun müddət tənəzzül dövrünü yaşayan çəltikçiliyin inkişafı üçün geniş imkanlar yaradıb. Verilən məlumatlara əsasən, rayonda çəltikçilik Girdəni, Veravul, Ürgə, Siyavar, Hirkan, Xolmili, Şıxəkaran, Mamusta, Separadi və digər kəndlərdə inkişaf etdirilir.
Bu il Lənkəran rayonunun iri təsərrüfatlarında çəltik əkini zamanı bütün proseslər - toxum mərhələsindən tutmuş cücərmə, şitilyetişdirmə və açıq sahəyə köçürülməyə qədər müasir texnologiyaların köməyi ilə həyata keçirilib. Seçilmiş toxum torpağa qarışdırılaraq xüsusi kasetlərə tökülüb, sonra isə cücərmə kamerasına yerləşdirilib. 26-28 dərəcə temperaturda 48 saat müddətində cücərdilib və istixanaya yerləşdirilib. Burada şitillərin boyu 5-6 santimetrə çatdıqdan sonra çöl iqliminə uyğunlaşması üçün açıq şəraitə, mayın 15-dən isə açıq sahələrə köçürülüb. Qeyd edək ki, bu il Lənkəranda çəltik sahələrindən 5 min tona yaxın məhsulun istehsalı proqnozlaşdırılır.
Cənub bölgəsinin digər rayonu Astaraya gəlincə, bu il havaların əlverişli keçməsi məhsul istehsalçılarına əkinin optimal müddətdə başa çatdırılmasına imkan yaradıb. Dövlət tərəfindən çəltik əkininə görə hər hektar üçün 80 manat subsidiyanın ayrılması torpaq istehsalçılarının bu sahənin inkişafına marağını artırıb. Çəltiyin yüksək məhsuldar, xəstəlik və zərərvericilərə davamlı, yerli və rayonlaşdırılmış sortlarının toxumçuluq təsərrüfatlarının yaradılması prioritet məsələlərdəndir. Bu tələblərə əsasən, Astarada toxumluq çəltik təsərrüfatı yaradılıb.
Hər il olduğu kimi, cari mövsümdə də çəltik əkini əsasən, rayonun Artupa, Səncərədi, Suparibağ, Kakalos, Ərçivan kəndlərinin təsərrüfatlarını əhatə edib. Fermerlər əsasən, “Haşımı”, “Sədri”, “Daştəsə”, “Şabani”, “Züdrəst” və “Həsəni” kimi toxum növlərinə üstünlük verirlər. Yeri gəlmişkən, Astarada çəltik əkini kampaniyasına Türkiyənin iş adamları da cəlb olunublar. Bu məqsədlə rayonun Artupa, Səncərədi kəndlərində və Ərçivan qəsəbəsində 40 hektara yaxın pay torpaqlarında və dövlət fond torpağında çəltik əkilib. Məlumat üçün bildirək ki, ötən il Astara rayonunda 204,6 hektar sahədə çəltik əkilmişdisə, bu il bu rəqəmin 250 hektara çatdırılması nəzərdə tutulub.
Bu il Masallı rayonunda isə 260 hektar sahədə çəltik əkiləcək. Bu barədə Masallı Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib. Bildirilib ki, bu il rayonun çəltik sahələrində əsasən, “Apollo”, “Haşimi”, “Okean”, “Sədri” və “Şirudi” çəltik növləri əkiləcək. Bildirmək yerinə düşər ki, 2020-ci ildə Masallıda 253,9 hektar çəltik sahəsindən 868 ton məhsul yığılıb. Çəltiyin hər hektarından götürülən məhsuldarlıq 34,2 sentner təşkil edib.
Sonda onu da vurğulamaq yerinə düşər ki, dövlət bu sahəyə dəstəyini çəltik sahəsinin sığortalanması zamanı da göstərir. Bunu çəltik sahəsinin sığortalanması qaydasında əks olunan məqamlar da təsdiqləyir. Aqrar sığorta qaydalarına əsasən, Azərbaycanda bitkilərin sığorta tarifləri iqlim və təbiət hadisələrini nəzərə alaraq, ölkənin regionları üzrə fərqlənir. Belə ki, çəltik məhsulu üzrə sığorta tarifi Lənkəran regionunda 0,78 faiz, Aran regionunda 0,93 faiz təşkil edir.
Məhsuldarlıq göstəricisi, qiyməti və sığorta tarifini nəzərə alsaq, 1 hektar çəltik sahəsinin orta sığorta haqqı aşağıdakı kimidir:
Aran regionu üzrə təqribən 63 manat - bunun 31,5 manatını fermer, 31,5 manatını isə dövlət ödəyəcək. Lənkəran regionu üzrə təqribən 53 manat - bunun 26,5 manatını fermer, 26,5 manatını isə dövlət ödəyəcək. Bununla bağlı məlumatda qeyd olunur ki, hesablama ölkə üzrə orta statistik məlumatlar nəzərə alınmaqla aparılıb, ayrı-ayrı təsərrüfatlarda məhsuldarlıq və məhsulun qiymətindən asılı olaraq, hesablanmış sığorta haqqı fərqli ola bilər. Bütün hallarda fermer sığorta haqqının yalnız 50 faizini ödəyəcək, məbləğin qalan 50 faizini isə fermerlərə dəstək üçün dövlət ödəyəcək.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11

