Müasir tədris metodu...
31.01.2024 [10:40]
İKT-nin təhsil sistemində rolu nədir?
Yeganə BAYRAMOVA
İnformasiya və kommunikasiya texnologiyaları (İKT) hər birimiz üçün xüsusi əhəmiyyətə malikdir. Hər bir sahədə mütəxəssislərin informasiya və kommunikasiya texnologiyaları ilə işləmək bacarığına böyük önəm verilir. Bəllidir ki, adətən İKT savadı olmayan şəxslərin istər dövlət, istərsə də özəl sektorlarda perspektivli iş tapması çətindir. Texnoloji biliklərə yaxşı yiyələnməyin ən yaxşı yolu məhz orta məktəbdən başlayır. Bu gün ölkəmizdəki məktəblərdə ibtidai siniflərdən başlayaraq təhsilin İKT əsasında qurulmasına diqqət edilir. Belə ki, şagirdlərə ənənəvi dərslərlə yanaşı, ilkin informatik biliklər öyrədilir. Bütün bunlar məktəblilərin kompüterlə, internetlə işləməyə psixoloji hazırlanması uşaqların savadlı və istedadlı kadr kimi yetişməsində mühüm rol oynaya bilər.
Qeyd edək ki, İKT-dən istifadə etməklə qurulan müasir təhsil modeli məktəbin pedaqoji heyəti qarşısında da yeni tələblər və vəzifələr qoyur. Bunu dünya təcrübəsi də sübut edir. Müəllimlərin tək öz seçdikləri fundamental biliklər, pedaqogika və psixologiya sahəsində deyil, həm də informasiya sahəsində yenidən təlim alması olduqca aktuallaşır. Tədrisdə yeni texnologiyalardan müvəffəqiyyətlə istifadə edən müəllimlərin sözlərinə görə, İKT vasitələri öz geniş imkanları ilə təhsil prosesini xeyli sadələşdirir, onu dinamik və çevik edir.
İnternat evlərində İKT təlimlərinə başlanılıb
Bu günlərdə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin “Technest” Təqaüd Proqramı çərçivəsində 3 internat evində kompüter bilikləri üzrə təlimlərə başlanılıb. Burada əsas məqsəd valideyn himayəsindən məhrum olmuş uşaqlara İKT sahəsində ilkin bilikləri tədris etmək, onları rəqəmsal dövrdə təhsil və peşə imkanlarını artıra biləcək praktiki biliklərlə təchiz etməkdir.
2 nömrəli ümumi orta internat məktəbi, 11 nömrəli İnteqrasiya təlimli internat məktəbi, 8 nömrəli sanatoriya tipli internat məktəblərində xüsusi təlimlər həyata keçirilib. Bu təlimlərdə 3 ay ərzində iştirakçılara rəqəmsal bacarıqların artırılması, kompüter hissələrinin sökülüb yığılması, ofis proqramları ilə işləmə bacarığı istiqamətində tədris keçiriləcək. Proqrama hər internat evindən 13-16 yaş aralığında olan 15 nəfər uşaq qoşulub.
Qeyd edək ki, “Technest” Təqaüd Proqramı çərçivəsində həyata keçirilən sosial statuslu şəxslər üçün təlimlər valideyn himayəsindən məhrum olmuş uşaqlarla yanaşı, aztəminatlı xanımlar, şəhid ailə üzvləri, qazilər, aztəminatlı ailələrdən cəlb olunmuş şagirdləri də əhatə edir.
Şagirdlərin özünə inamı artır...
Mövzunu “Yeni Azərbaycan”a şərh edən təhsil üzrə ekspert Elçin Əfəndi bildirib ki, kompüterlə aparılan dərslər uşaqlar üçün çox cəlbedici və yaddaqalan olur: “Multimedia vasitələri, avtomatlaşdırılmış öyrədici sistemlər, kompüter tədris proqramları, animasiya qrafikası, rəngarəng illüstrasiyalar uşaqların idrak aktivliyinə müsbət təsir göstərir. Nəticə etibarilə şagirdlərin olimpiadalarda, müxtəlif intellektual yarışmalarda göstərdikləri nəticələrin keyfiyyəti xeyli artır.
Müəllimlər İKT-nin köməyi ilə bir dərs prosesində müxtəlif hazırlıqlı şagirdlərə fərqli yanaşma və adaptasiyalı öyrətmə sistemini tətbiq etməklə qavrama qabiliyyətlərinə uyğun tapşırıqlar verə bilər. Uşaqların sinifdə statusuna uyğun onları qruplara ayırmaqla kompüterdə optimal iş rejimi də qurmaq olar. Müəyyən fənlər üzrə məsələlərin, tədqiqat xarakterli çalışmaların həllində belə qruplaşdırma xüsusi effekt verir. Kompüter qarşısında təhsil alan şagird materialın verilmə və mənimsəmə sürətini özünə rahat formada müəyyənləşdirə bilər. Öz sürət rejimində uşağın işləməsi yaxşı nəticə verir, onun özünə inamı artır, bu isə təlimə əlverişli psixoloji atmosfer verir. Müəllimin verdiyi suala sinifdəki şagirdlərin hamısı kompüter vasitəsilə eyni zamanda cavab verməklə dərs prosesində aktiv iştirak edir, müəllimlər isə dərs boyu uşaqların aktivliyini istədikləri kimi qoruyub saxlaya bilirlər”.
Bəşəriyyətin gələcəyinə gedən yol...
Ekspert qeyd edib ki, hazırda informasiya cəmiyyətinə istiqamətlənmiş yolu bəşəriyyətin gələcəyinə gedən yol kimi dəyərləndirirlər: “Digər sahələrdə olduğu kimi, İKT sahəsində də regionda liderlik edən Azərbaycan bu yolla uğurla irəliləyir. Dünya alimlərinin proqnozuna görə, informasiya cəmiyyətinin tam formalaşdığı mərhələdə insanların əsas əmək predmeti informasiya, əmək alətləri isə İKT olacaq. Ona görə də bu gün respublikamızda təhsilin bütün pillələrində İKT-nin tətbiq və istifadə edilməsi olduqca vacibdir. Eyni zamanda İKT-nin özünün tədris olunması, uşaqlarda müstəqil şəkildə informasiya toplamaq, analiz etmək, ötürmək qabiliyyətinin formalaşdırılması onların gələcəkdə informasiya cəmiyyətinin üzvlərinə çevrilməsində mühüm rol oynaya bilər”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21

