“Avro-5” standartları ilə...
05.03.2024 [10:42]
Azərbaycan ekoloji cəhətdən təmiz nəqliyyatı təşviq edir
Yeganə BAYRAMOVA
Bu gün bəşəriyyəti narahat edən mövzulardan biri ətraf mühitin təmizliyi ilə bağlıdır. Bəllidir ki, təmiz ekologiya eyni zamanda sağlam həyatımızın zəmanətidir. Elə bir insan və ya ölkə yoxdur ki, iqlim dəyişikliyindən təsirlənməsin. İqlim dəyişikliyinin sadalamaqla bitməyən bir çox fəsadı var. Ümumiyyətlə, bu proses ilk dəfə 1750-ci illərdə insanların neft, qaz və kömürü intensiv yandırması və 1950-ci illərdə avtomobillərdən çox istifadə edilməsi ilə bağlı atmosferdə karbon qazının səviyyəsinin artması ilə əlaqədardır.
Son zamanlar inkişaf etmiş ölkələrdə elektrikli və hibrid tipli avtomobillərə keçid edilir. Artıq ekoloji vəziyyət elə bir həddə gəlib çatıb ki, insanlıq, bəşəriyyət məcburdur ki, bu sistemə keçsin. Məlumdur ki, ölkəmizdə də bu sahədə mühüm işlər görülməkdədir. Məsələn, Azərbaycana yeni, ekoloji cəhətdən təmiz avtomobillərin idxalının stimullaşdırılması ilə bağlı çox güzəştlər edilib. Ötən il ekoloji təmiz avtomobil sektoru ilə bağlı 2 dəfə güzəşt tətbiq edilməsi ölkəmizdə bu sahənin inkişafı ilə bağlı ciddi addımlar atıldığını göstərir. Bu da elektromobillərin Azərbaycanda təşviqi istiqamətində aparılan uğurlu işlərin tərkib hissəsi, avtomobil parkının yenilənməsi istiqamətində atılan mühüm addımlardandır. Elektromobillərin sayının artırılmasının stimullaşdırılması, ilk növbədə ətraf mühitin mühafizəsi ilə bağlıdır.
Bu yaxınlarda “BNN Breaking”də ölkəmizlə bağlı məqalə dərc olunub. Bildirilib ki, Azərbaycan avtomobil nəqliyyatında “Avro-5” standartlarının qəbulu sayəsində iqlim dəyişikliyi ilə mübarizə və istixana qazlarının emissiyalarının azaldılması sahəsində daha bir mühüm addım atıb. Məqalədə qeyd olunub: “İşlənmiş tullantıların azaldılmasına yönəlmiş bu təşəbbüslə daha yüksək oktanlı, yəni “Aİ-95” yanacağının istifadəsi nəzərdə tutulur. Ölkəyə yaşı 7 ildən çox olan köhnə avtomobillərin idxalına məhdudiyyətlər qoyulur.
Məqalədə vurğulanıb ki, ekoloji standartlara cavab vermək və havanın keyfiyyətini yaxşılaşdırmaq məqsədilə Azərbaycan özünün “Aİ-95” markalı benzin istehsalını yaradıb: “Bu addım təkcə yanacağın qiymətinin aşağı salınmasına deyil, həm də nəqliyyatın ətraf mühitə təsirinin azaldılmasına yönəlib. “Aİ-95” yanacağına keçidlə digər yanacaq növləri də tədricən bazardan çıxarılır ki, bu da ölkənin yanaşmalarında əsaslı dəyişikliyi nümayiş etdirir. Azərbaycan emissiyaların azaldılması və daha təmiz nəqliyyat növlərinin təşviqi ilə bağlı çağırışların öhdəsindən gəlməyə davam etdikcə, bu tədbirlərin həm ətraf mühitə, həm də iqtisadiyyata təsiri diqqətlə izlənəcək”
Qeyd edək ki, “Avro-5” avtomobilin işlənmiş qazlarındakı zərərli maddələrin tərkibini tənzimləyən ekoloji standartdır.
Mövzunu “Yeni Azərbaycan”a dəyərləndirən nəqliyyat eksperti İlqar Hüseynlinin sözlərinə görə, ekoloji təmiz nəqliyyat vasitələrinin stimullaşdırılması ekologiya ilə sıx bağlı bir məsələdir: “Bu addımların əsas fəlsəfəsi ondan ibarətdir ki, dünyada qlobal istiləşmə gedir, qlobal iqlim dəyişikliyi gedir və ekoloji problemlər yaşanmaqdadır. Bunun qarşısını almaq üçün Birləşmiş Millətlər Təşkilatı hər il qlobal istiləşmə, digər ekoloji problemlər çərçivəsində dünyanın müxtəlif ölkələrinə müraciətlər edir. Bu müraciətlərin də kökündə dayanan əsas məsələ ondan ibarətdir ki, atmosferin çirklənməsinin qarşısını almaq üçün dövlətlər müəyyən addımlar atmalıdırlar. Bu hansı addımlardır? Birincisi, meşələrin, yaşıllıqların salınması, ikincisi, meşələrin qırılmasının qarşısını almaqdır. Üçüncüsü, ekologiyaya müxtəlif kimyəvi, zəhərli maddələr atan zavodların məhdudlaşdırılması, onların izolyasiya edilməsidir. Eyni zamanda ətraf mühitin çirklənməsində böyük rolu olan avtomobillərin, yəni ənənəvi avtomobillərin geniş yayılmasının qarşısını almaqdır”.
Ekspert qeyd edib ki, bu məsələ ilə bağlı dünyanın bir çox ölkəsi konkret öhdəliklər götürüb: “Bəzi Avropa ölkələri, Skandinaviya ölkələri 2030-cu ildə tam olaraq elektrik mühərrikli, hidrogenlə işləyən avtomobillərə keçid siyasətini yürüdürlər. Bu yaxınlarda qardaş Türkiyə belə bir qərar verdi ki, 2040-cı ildə bunu edəcək. Azərbaycanda da bu prosesə start veriləcək. Bunu mərhələli şəkildə edə biləcəyik.
Ekoloji təmiz nəqliyyatın artımı ətraf mühitin qorunması üçün vacib şərtə çevrilib. Statistika göstərir ki, ətraf mühitin çirklənməsinin 70-80 faizini məhz avtomobillərdən ixrac olunan zəhərli qazlar təşkil edir. Bunun nəticəsidir ki, onkoloji xəstəliklər çoxalır, atmosfer çirklənir. Buna görə də dünya ölkələrində də əsas hədəf elektromobillərə keçidi sürətləndirməkdir. İnkişaf etmiş bəzi dövlətlərdə yaxın 10-15 ildə tam elektromobillərə keçid proqramı var. Burada əsas məqamlardan biri də utilizasiya məsələsidir. Yəni istismar müddətini başa vurmuş, texniki cəhətdən müasir tələblərə cavab verməyən avtomobillərin dövriyyədən çıxarılmasıdır. Düşünürəm ki, proqram çərçivəsində utilizasiya məsələsi də sistemli şəkildə həyata keçirilsə, ölkəmizin avtomobil parkı daha yaxşı və daha təhlükəsiz olar”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51

