Oturaq həyat tərzi ürək sağlamlığına mənfi təsir edir
05.12.2024 [08:49]
Yeni araşdırma oturaq həyat tərzi ilə ürək sağlamlığı arasında güclü əlaqənin olduğunu bir daha təsdiqləyib.
AZƏRTAC “The İndependent” nəşrinə istinadla xəbər verir ki, ABŞ-nin Massaçusets xəstəxanasında çalışan alimlərə görə, idman gündəlik fəaliyyətin yalnız kiçik bir hissəsini təşkil edir və mövcud sağlamlıq təlimatları, oturaq həyat tərzinin mənfi təsirlərini azaltmağa dair konkret tövsiyələr ehtiva etmir.
“JACC” akademik jurnalında nəşr olunan yeni araşdırmada, Britaniya Biobankında qeydiyyatdan keçmiş 90 min nəfərin sağlamlıq məlumatlarını təhlil edilib. Araşdırmaya cəlb olunanların 56 faizini qadınlar təşkil edib, onların orta yaşı 62 olub. İştirakçılar 7 gün ərzində biləklərinə taxılan akselerometr vasitəsilə hərəkətlərini qeydə alaraq məlumat təqdim ediblər. Bu iştirakçılar gündə ortalama 9,4 saat oturaq vəziyyətdə qaldıqlarını bildiriblər.
Tədqiqatın məqsədi oturaq vaxt və fiziki fəaliyyətin birgə təsirini qiymətləndirmək və bu faktorların atrial fibrilasiya (AF), miokard infarktı (MI) və ürək çatışmazlığı (HF) kimi ölümcül ürək xəstəlikləri ilə əlaqəsini araşdırmaq olub. Alimlər, iştirakçıları 8 il ərzində izləyərək, 3600 nəfərdə AF, 1850 nəfərdə HF və 1600 nəfərdə MI xəstəliklərinin inkişaf etdiyini müəyyən ediblər. Bu dövr ərzində 900-ə yaxın iştirakçı ürək xəstəliyindən ölüb. Araşdırmanın nəticələri göstərib ki, AF və MI ilə qarşılaşanlar arasında risk zamanla mütəmadi olaraq artıb. Lakin HF və ürək xəstəlikləri ilə qarşılaşanlar üçün oturaq vaxtın gündə 10,5 saata qədər artırılmasında risk artımı minimal olub. Bu həddə çatdıqda isə riskin əhəmiyyətli dərəcədə artdığı müşahidə olunub. Fiziki fəaliyyətin tövsiyə olunan 150 dəqiqəlik həftəlik həcmində yerinə yetirilməsi iştirakçılarda AF və MI risklərinə bəzi müsbət təsirlər göstərib, lakin HF və ürək-damar xəstəlikləri (CV) ilə əlaqəli ölümlərin riski bu qrupda da yüksək qalıb. Tədqiqatçılar, bu nəticələrin ictimai sağlamlıq səylərinə və gələcək təlimatlara dair əhəmiyyətli bir məqamı vurğulayırlar - oturaq vaxtın azaldılmasının vacibliyi.
Tədqiqatın həmmüəllifi Şaan Xurşid gündə 10,6 saatdan çox olmayan oturaq vaxtın sağlam ürək üçün məqsəd olaraq qəbul edilə biləcəyini vurğulayıb. Alimlər məsələnin daha da dərindən araşdırılması və oturaq həyat tərzinin ürək sağlamlığına təsirlərinə qarşı daha konkret tövsiyələrin verilməsinin vacibliyini bildirirlər. Onlar iştirakçıların hərəkətsizlik müddətini ölçmək üçün istifadə edilən akselerometrlərin bəzi xətalar edə biləcəyini, xüsusən duruşun düzgün qiymətləndirilməməsi səbəbindən potensial yanlış nəticələr verə biləcəyini vurğulayıblar. Bununla belə, alimlər bu araşdırmanın oturaq həyat tərzi ilə ürək sağlamlığı arasındakı əlaqəni möhkəmləndirən daha çox sübut təqdim etdiyini bildirirlər. Broun Universitetinin Ailə Təbabəti Departamentinin direktoru Çarlz İton bu tədqiqatın insanların sağlamlığını yaxşılaşdırmaq üçün daha çox hərəkət etmələri lazım olduğunu sübut edən güclü dəlillər ortaya qoyduğunu vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37

