Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Maraqlı / Dəniz piyadalarının döyüş atışlı taktiki təlimi keçirilib

Dəniz piyadalarının döyüş atışlı taktiki təlimi keçirilib

05.05.2025 [11:22]

Cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Dəniz piyada bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, təlimin ssenarisinə uyğun olaraq, həyəcan siqnalı ilə qaldırılan bölmələr daimi dislokasiya məntəqəsindən cəmləşmə rayonlarına çıxarılıb.

Təlimin növbəti mərhələsində dəniz piyadaları hərəkət planına uyğun gizli, sürətli və maskalanaraq hücum xəttinə irəliləmə, şərti düşmənin canlı qüvvəsinin və texnikasının məhv edilməsi, eləcə də düşmən mövqelərinin tutulması və təminat yollarının nəzarət altına alınması üzrə tapşırıqları icra ediblər.

Təlim zamanı, həmçinin bölmənin yerləşdiyi ərazidə komendant xidmətinin və hərəkətli patrul sisteminin təşkili, gecə məşğələlərinin keçirilməsi üzrə fəaliyyətlər də yerinə yetirilib.

Dəniz piyadalarının döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması, şəxsi heyətin nəzəri və praktiki vərdişlərinin daha da təkmilləşdirilməsi məqsədilə keçirilən taktiki təlimdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə icra olunub.

Paylaş:
Baxılıb: 856 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ana dilimizin bayramı

01 Avqust 11:17

Analitik

14 gün sonra...

01 Avqust 10:21

Ədəbiyyat

Fransız xalqı

01 Avqust 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Avqust 08:30  

Xəbər lenti

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31