Ən gənc xoşməramlı səfir...
25.08.2022 [07:51]
Qəza, yoxsa sui-qəsd?
MİKAYIL
Məşhur amerikalı məktəbli qız - Samanta Smitin faciəli surətdə həlak olmasının 37 ili tamam olur. 1982-ci ildə SSRİ-nin rəhbəri Yuri Andropova məktub yazan 10 yaşlı amerikalı şagird kimi bütün dünyada məşhurlaşdı. Ən gənc xoşməramlı səfir adını qazandı. Lakin 25 avqust 1985-ci ildə atası ilə Böyük Britaniyadan qayıdarkən təyyarə qəzasında öldü. Faciəli ölümü müəmmalı olaraq qaldı, çoxlu söz-söhbətlərə və fərziyyələrə səbəb oldu. Bu qızcığaz kim idi? Niyə kiçik yaşında tarixin səhifəsinə çevrildi?
Sülh göyərçini kimlərin
riyakarlığının qurbanı oldu?
Tarixi vərəqləyək... Samanta Smit 29 iyun 1972-ci ildə Amerikada doğulub. Bu ad yəqin ki, Sovet İttifaqı dönəmini görmüş yaşlı və orta nəsil azərbaycanlıların yadında olar.
O vaxtlar SSRİ və ABŞ arasında “soyuq müharibə” yelləri əsirdi. “Soyuq müharibə”nin qızğın çağında SSRİ-də hakimiyyət başına Yuri Andropov gəldi. Yuri Andropovun hakimiyyətə gəlməsi Qərbdə bərk narahatlıqla qarşılandı. Qərb mətbuatı Andropovdan bəhs edən məqalələr nəşr etməyə başladılar. Qərbin apardığı təbliğatda Andropov dünyaya yeni və dəhşətli müharibə təhlükəsi gətirən sovet lideri kimi təqdim olunurdu. Bu zaman Samanta Smit televizordan nüvə müharibəsinin baş verəcəyi, Yer kürəsinin məhv olacağı xəbərini eşidir. 1982-ci ilin payızında Amerika məktəblisi nüvə müharibəsi perspektivləri barədə öz narahatlığını məktub şəklində Andropova yazır:
“Hörmətli, cənab Andropov. Mənim adım Samanta Smitdir. Mənim 10 yaşım var. Sizi yeni işiniz münasibətilə təbrik edirəm. Mən Rusiya və Amerika Birləşmiş Ştatları arasında nüvə müharibəsinin başlamasından çox narahatam. Siz müharibənin başlamasına səs vermək istəyirsiniz, ya yox? Əgər istəmirsinizsə, onda xahiş edirəm deyəsiniz ki, müharibənin qarşısını almağa necə yardım etməyi düşünürsünüz? Siz bu sualıma cavab vermək məcburiyyətində deyilsiniz, amma mən bilmək istərdim ki, nə üçün siz dünyanı və ya ən azından bizim ölkəmizi fəth etmək istəyirsiniz? Tanrı dünyanı yaradıb ki, biz hamımız sülh şəraitində yaşayaq və müharibə etməyək. Hörmətlə, Samanta Smit”.
Bir neçə aydan sonra Samantanın gözləmədiyi halda məktub SSRİ-də çıxan “Pravda” qəzetində dərc olunur. Nəhayət, 26 aprel 1983-cü il tarixində Amerika məktəblisi Yuri Andropovun cavab məktubunu alır. Andropov yazırdı:
“Əziz, Samanta! Bu günlərdə sənin ölkəndən və digər ölkələrdən mənə daxil olan başqa məktublar kimi, sənin məktubunu da aldım. Mən məktuba əsasən mülahizə yürüdürəm və mənə elə gəlir ki, sən də həmyerlin Mark Tvenin məşhur əsərindəki Tom Soyerin rəfiqəsi Bekki kimi cəsarətli və dürüst qızsan. Bizim ölkədə bütün oğlan və qızlar bu kitabı tanıyırlar və çox sevirlər. Sən yazırsan ki, bizim ölkələrimiz arasında nüvə müharibəsinin baş verəcəyindən çox narahatsan. Soruşursan ki, biz müharibənin başlamaması üçün nəsə edirikmi? Sənin sualın - düşünən hər bir insanın verə biləcəyi ən vacib sualdır. Sənin bu sualına ciddi və dürüst cavab verəcəyəm. Bəli, Samanta, biz Sovet İttifaqında çalışırıq hər şeyi edək ki, bizim ölkələrimiz arasında müharibə olmasın və ümumiyyətlə, dünyada müharibə olmasın. Bunu hər bir sovet insanı istəyir. Bunu bizə ölkəmizin böyük qurucusu Vladimir Lenin öyrədib. Sovet insanları müharibənin necə dəhşətli və dağıdıcı bir şey olduğunu yaxşı bilirlər. 42 il əvvəl dünya üzərində hökmranlığa can atan nasist Almaniyası ölkəmizə hücum etdi, bizim minlərlə şəhər və kəndimizi yandırıb viran qoydu, milyonlarla sovet kişi, qadın və uşaqlarını öldürdü. Bizim qələbəmizlə başa çatan o müharibədə biz Birləşmiş Ştatlarla müttəfiq idik, bir çox xalqların nasist istilaçılarından azad edilməsi üçün birlikdə mübarizə aparırdıq. Mən ümid edirəm ki, sən bunları məktəbdəki tarix dərslərindən bilirsən. Bu gün də biz sülh şəraitində yaşamağı, Yer kürəsindəki yaxın-uzaq bütün qonşularımızla ticarət aparmağı və əməkdaşlıq etməyi çox istəyirik. Əlbəttə ki, Amerika Birləşmiş Ştatları kimi böyük dövlətlə də. Həm Amerikanın, həm də bizim atom silahımız var - bir anda milyonlarla insanı öldürə bilən qorxunc silah. Ancaq biz istəmirik ki, o nə vaxtsa istifadə olunsun. Məhz buna görə Sovet İttifaqı təntənəli şəkildə bütün dünyaya bəyan edib ki, atom silahını heç vaxt - heç bir zaman ilk olaraq heç kimə qarşı tətbiq etməyəcək. Ümumiyyətlə, biz onun istehsalını dayandırmağı və dünyadakı bütün ehtiyatlarını məhv etməyi təklif edirik. Mənə elə gəlir ki, bu sənin ikinci: “Siz nə üçün dünyanı və ya ən azından bizim ölkəmizi fəth etmək istəyirsiniz?” - sualına layiqli cavabdır. Biz belə bir şey istəmirik. Bizim ölkəmizdəki heç kim - nə fəhlə və kəndlilər, nə yazıçılar və həkimlər, nə böyüklər və uşaqlar, nə də hökumət üzvləri, nə böyük, nə də “kiçik” müharibə istəyirlər. Biz sülh istəyirik - bizim görüləsi işlərimiz çoxdur: taxıl yetişdirmək, tikmək və ixtira etmək, kitab yazmaq və kosmosa uçmaq. Biz özümüz və planetin bütün xalqları üçün sülh istəyirik. Öz uşaqlarımız və sənin üçün, Samanta. Əgər valideynlərin icazə versələr, səni bizə gəlməyə dəvət edirəm, yaxşı olar ki, yayda. Ölkəmizi tanıyarsan, həmyaşıdlarınla görüşərsən, uşaqların beynəlmiləl düşərgəsi - Artekdə olarsan. Özün əmin olarsan ki, Sovet İttifaqında hamı - xalqlar arasında sülh və dostluq tərəfdarıdır. Təbrikinə görə çox sağ ol. Sənə yenicə başlayan həyatında hər şeyin ən yaxşısını arzu edirəm Y.Andropov”.
Andropov Samantanı Sovet İttifaqına dəvət edir. Moskvada, Leninqradda və Krımda olur,”Artek” pioner düşərgəsinə baş çəkir. Balaca xoşməramlı səfirə pioner forması bağışlayırlar. Yuri Andropov o zaman ağır xəstə olduğu üçün Samanta ilə görüşə bilmir, ancaq onlar telefon vasitəsilə danışırlar. Bu səfər SSRİ ilə yanaşı, Amerika Birləşmiş Ştatlarının mətbuatında da geniş işıqlandırılır.
SSRİ-yə səfərindən sonra yəni, 25 avqust 1985-ci il tarixində Samanta Smit atası ilə birgə müəmmalı təyyarə qəzası nəticəsində həlak olur. İngiltərədən məşhur Robert Vaqnerin teleşousundan qayıdırkən təyyarə Oqast şəhərinin aeroportuna enməli olduğu halda, buradan cənub-qərbdə yerləşən Obern-Lüiston bələdiyyə aeroportuna yönləndirilir. Görmə məsafəsinin az olması səbəbindən ikimühərrikli kiçik “Beechcraft 99” təyyarəsi uçuş-enmə zolağına çatmadan, onun kənarına 200 metr qalmış yerə çırpılır. Təyyarədəki 6 sərnişin və 2 heyət üzvü hadisə yerində həlak olurlar. 13 yaşlı qız və atası Samantanın doğulduğu Men ştatının Houlton şəhəri yaxınlığında dəfn olunurlar. O zaman 13 yaşlı amerikalı qızcığazın faciəsi bütün sovet məktəblilərini sarsıdır. Ölümündən sonra müxtəlif fərziyyələr ortaya çıxır. Hələ də Samanta Smitin xüsusi xidmət orqanlarının qurduğu hadisə nəticəsində öldüyünü söyləyənlər var.
Samantanın xatirəsinə Sovet İttifaqında poçt markaları buraxıldı. 1986-cı ildə 3147 nömrəli asteroid Samantanın şərəfinə adlandırıldı. 1985-ci ildə Danimarka bəstəkarı Per Nörgard Samantanın xatirəsinə “Uşağı xatırlayaraq” adlı skripka üçün konsert bəstələdi. Samantanın adı ilə zanbaq və georgina növü, Sibirdə tapılmış almaz, okean gəmisi adlandırıldı. ABŞ-ın Men ştatında Samanta Smitin əlindəki göyərçini havaya buraxan və yanında balaca ayı balası oturmuş heykəli qoyuldu.
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48

