Bilməli olduğumuz 20 etiket qaydaları
27.02.2024 [11:07]
Mikayıl
Etiket — insanların məişətdə, xidmətdə, ictimai yerlərdə, küçədə, qonaqlıqlarda, müxtəlif növ rəsmi tədbirlərdə davranışını tənzimləyir. Hər bir mədəni insan əsas etiket normalarına riayət etməyi başa düşməklə yanaşı, müəyyən qayda və qarşılıqlı münasibətlərin zəruriliyini də dərk etməlidir. Özünü cəmiyyətdə yaxşı aparmağı bacarmaq çox böyük əhəmiyyət kəsb edir. Bu cür qabiliyyət sayəsində insan başqaları ilə asanlıqla əlaqə yarada bilir, qarşılıqlı anlaşmaya nail olur, yaxşı, sabit qarşılıqlı münasibətlər yarada bilir.
1.Zəng etmədən qonaq getməyin.
2. Çətir heç vaxt açıq vəziyyətdə qurumur — nə ofisdə, nə də başqa bir yerdə. Onu yığmaq və xüsusi altlığa qoymaq və ya asmaq lazımdır.
3. Çantanı dizinizin və ya stulunuzun üstünə qoymaq olmaz. Balaca klatç-çantanı stolun üzərinə qoymaq, həcmli çantanı stulun belinə asmaq və ya xüsusi stul yoxdursa (belələrini adətən restoranlarda təqdim edirlər), döşəməyə qoymaq olar. Portfeli isə adətən döşəməyə qoyurlar.
4. Kişi heç vaxt qadın çantasını daşımamalıdır. Qadının paltosunu o, yalnız qarderoba aparmaq üçün götürməlidir.
5. Uşaq ayrıca otaqda yerləşdiyi andan etibarən, onun yanına girərkən qapını döyməyə öyrənin. Bunu etdiyiniz halda, o da sizin yataq otağınıza girməzdən öncə qapını döyəcək.
6. Qadın qapalı məkanda şlyapa və əlcəkləri çıxarmaya bilər, ancaq papaq və təkbarmaq əlcəyə bu aid deyil.
7. Beynəlxalq protokola görə, bəzək əşyalarının ümumi sayı 13 ədəddən çox olmamalıdır, bura əl işi olan düymələr də daxildir. Əlcəyin üstündən üzük taxmırlar, ancaq qolbaq taxmaq olar.
8. Restoranda sifarişi ödəmə qaydası: əgər siz «Mən dəvət edirəm» demisinizsə, bu o deməkdir ki, hesabı siz ödəyəcəksiniz. Əgər qadın iş partnyorunu restorana dəvət edirsə, hesabı qadın özü ödəməlidir. Başqa bir vəziyyət: «Gəlin restorana gedək», bu halda hər bir kəs öz hesabını ödəyir və əgər kişi qadının əvəzinə ödəməyi təklif edirsə, qadın razılaşa bilər.
9. Kişi liftə həmişə birinci daxil olur, ancaq qapıya ən yaxın kəs birinci çıxır.
10. Avtomobildə sürücünün arxasındakı yer ən prestijli hesab olunur, burada qadın əyləşir, kişi isə onun yanında, kişi maşından çıxanda isə qapını saxlayır və xanıma əlini uzadır. Əgər kişi sükan arxasındadırsa, qadının onun arxasındakı yerdə əyləşməsi daha məqsədəuyğundur. Ancaq qadının harada əyləşməsindən asılı olmayaraq, kişi ona qapını açmalı və çıxmağa kömək etməlidir.
11. Pəhriz saxladığınız barədə hamının eşidəcəyi şəkildə danışmaq yaxşı hal deyil. Hələ qonaqpərvər ev sahibəsinin təklif etdiyi yeməklərdən bu bəhanə ilə imtina etmək düzgün deyil. Mütləq onun kulinariya istedadını tərifləyin, bununla belə heç nə yeməyə də bilərsiniz. Eyni davranışı alkoqola qarşı etmək olar. Niyə içməməli olduğunuzu hamıya deməyə dəyməz. Bəyaz ağ şərab istəyin və yüngülcə dadına baxın.
12. Kübar söhbətlər üçün tabu-mövzular: siyasət, din, sağlamlıq, pul. Yersiz sual: «Necə gözəl geyimdir! Neçəyə almışınız?». Necə reaksiya vermək olar? Gülümsəyin: «Bu hədiyyədir!». Mövzunu dəyişin. Həmsöhbətiniz təkid edirsə, yumşaq şəkildə deyin: «Bu barədə danışmaq istəməzdim».
13. 12 yaşına çatmış hər bir insana «siz» deyə müraciət etmək lazımdır. İnsanların ofisiant və sürücülərə «sən» deyə müraciət etməsi heç də xoş hal deyil. Hətta yaxşı tanış olduğunuz insanlara ofisdə «siz» deyə müraciət etmək lazımdır, «sən» isə ancaq təklikdə olanda müraciət edə bilərsiniz. İstisna — yaşıd və ya yaxın dost olduğunuz halda.
14. Kino, teatr, konsertə gələrkən öz yerinizə əyləşənlərə üzünüzü çevirərək getmək lazımdır. İlk olaraq kişi keçir.
15. Küçədə kişilər xanımların solunda getməlidir.
16. Əgər kiminləsə yol gedirsiniz və yanınızdakı adam sizin tanımadığınız bir kəslə salamlaşırsa, siz də salam verməlisiniz.
17. Qadının yanında kişi yalnız onun izni ilə siqaret çəkə bilər.
18. Kim olmasından asılı olmayaraq, otağa ilk daxil olan salamlaşmalıdır.
19. Alış-verişdə sizə verilən paketlər yalnız ərzaqların daşınması üçündür. Onların gündəlik çanta kimi istifadə etmək yolverilməzdir.
20. İctimai yerlərdə telefonunuzu süfrəyə qoymayın. Belə etməklə siz bu rabitə qurğusunun həyatınızda nə dərəcədə mühüm rol oynadığını və ətrafdakıların danışdıqlarının sizə nə dərəcədə maraqsız olduğunu vurğulayırsınız.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57

