Milli rəssamlığımızın simvolu...
07.05.2024 [11:21]
Əzim Əzimzadənin doğum günüdür
Ruhunda yaşatdığı gözəllik duyumunu gerçəkləşdirmək missiyası ilə dünyaya gələn Əzim Əzimzadənin Azərbaycan təsviri sənət tarixində xüsusi yeri var. Gəncliyində ailələrinə çörək pulunu ən müxtəlif sahələrdə işləməklə qazanan Ə.Əzimzadənin nə vaxtsa hiss və duyğularını rəng və cizgilərlə ifadə edəcəyinə böyük inamı var idi. Sonda arzusuna yetişərək böyük sənətkar kimi tanınmışdı. Amma bu, onun üçün heç də asan olmamışdı....
Yaradıcılığı boyu əsrlərdən bəri formalaşan Təbriz-Azərbaycan miniatür məktəbinin və rus rəssamlıq məktəbinin ənənələrindən bəhrələnib. Məşhur “Molla Nəsrəddin” jurnalında öz əsərlərini dərc etdirib. 1906-cı ildən “Molla Nəsrəddin”, “Baraban”, “Zənbur”, “Tuti”, “Kəlniyyət” və sair jurnalların səhifələrində satirik qrafik karikaturalarını nəşr etdirməklə Azərbaycan satirik qrafikasının əsasını qoyub. Onun əsərlərinin əsas mövzusunu təzadlar, sosial təzadlar, adətlər və xalqın məişəti təşkil edirdi. Rəssam əsərlərində mənfi obrazları yumor, kinayə ilə təsvir etmişdi. Çox vaxt Əzim Əzimzadənin yaradıcılığı şair Mirzə Ələkbər Sabirin yaradıcılığına bənzədilir. Böyük şairin “Hophopnamə”sinə çəkilən illüstrasiyaların müəllifi də Əzim Əzimzadədir. Rəssamın çəkdiyi rəsmlərin M.Ə.Sabir poeziyasının üslubuna yaxınlığı səbəbindən həmin şeirləri o illüstrasiyalarsız təsəvvür etmək mümkün deyil. 1914-cü ildən 1922-ci ilə qədər Əzim Əzimzadə M.Ə.Sabirin şeirlərinə 55 illüstrasiya çəkmiş, “Molla Nəsrəddin” jurnalında 1922-ci ildən 1931-ci ilə qədər rəssamın 1200-dən çox karikaturası çap edilmişdi.
Bu gün əsərləri dünyanın bir sıra muzeylərində nümayiş etdirilən rəssamın anadan olmasından 144 il keçir. İlk fərdi sərgisi 1940-cı ildə təşkil olunmuşdu. Bakıda keçirilən birinci sərgidə tamaşaçılar rəssamın 1200-dən çox əsərinə tamaşa edə biliblər. 1920-1943-cü illərdə Ə.Əzimzadə Azərbaycan Rəssamlıq Texnikumunda müəllim, 1932-1937-ci illərdə isə direktor olub.
Rəssam siyasi karikatura janrında da bir çox nümunələr yaratmışdı. Onun faşizmi ifşa edən “Şir və pişik balası”, “Faşizmin çöhrəsi”, “Fürerin qənimətləri”, “Vurulmuş kartlar” və digər karikaturaları da bu qəbildəndir.
Rəssamın dostluq etdiyi insanlar arasında ədəbi mühitin bir çox simaları - Mirzə Cəlil, Əbdürrəhim bəy Haqverdiyev, Süleyman Rüstəm, Üzeyir Hacıbəyov və başqaları da var idi.
1967-ci ildə Azərbaycanın görkəmli Xalq rəssamı, karikaturaçı Əzim Əzimzadənin həyat və yaradıcılığına həsr olunmuş “Əzim Əzimzadə” adlı film çəkilib.
Bakı Rəssamlıq Texnikumu, eləcə də Bakı küçələrindən biri onun adını daşıyır. Yaşadığı evdə rəssamın ev-muzeyi açılıb, evin yaxınlığındakı bağda büstü qoyulub. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Əzim Əzimzadə Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib. Həmçinin, ötən il Bakıda Əzim Əzimzadəyə həsr olunan Bakı Dizayn Festivalı keçirilmişdi. İlk dəfə təşkil olunan festival çərçivəsində ziyarətçilər müxtəlif yaradıcılıq stendləri, art instalyasiyalarla tanış olmaq imkanı qazanmışdılar.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58

