Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / Azərbaycan musiqisi Norveçdə səsləndirilib

Azərbaycan musiqisi Norveçdə səsləndirilib

17.09.2024 [20:11]

Norveç Televiziya və Radiosunun Simfonik Orkestrinin zalında Azərbaycan musiqisinə həsr olunmuş kamera konserti keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Yeniazerbaycan.com-a bildiriblər ki, konsert soydaşımız, skripka ifaçısı Narın Musayeva Folgerö və onun musiqiçi həmkarlarının təşkilatçılığı ilə baş tutub.

Sumqayıt şəhərində doğulan, hazırda Norveçdə yaşayan həmyerlimiz bir çox yerli və beynəlxalq səviyyəli müsabiqə və festivallarda iştirak edib, müxtəlif mükafatlara layiq görülüb. N.Musayeva 10 ildən çoxdur ki, Norveç Televiziya və Radiosunun Simfonik Orkestrinin skripkaçısıdır.

N.Musayeva Folgerö və həmkarlarının ifası ənənəvi kamera konserti silsiləsindən olsa da, çalınan əsərlər Norveç dinləyicisi üçün yenilik olub.

Azərbaycan musiqisinə həsr olunmuş konsertdə Ü.Hacıbəylinin “Arazbarı”, “Aşıqsayağı”, Q.Qarayevin simli kvarteti, skripka və fortepiano üçün sonatası, “İldırımlı yollarla” baletindən miniatürləri, “Don Kixot” simfonik qravürlərindən “Səyahət”, F.Əmirovun “Muğam-Poema”, “Məhəbbət rəqsi”, həmçinin “Bayatı-Şiraz” muğamının solo skripka üçün işləməsi səsləndirilib. Adıçəkilən muğamı solo skripka üçün Mirhəşim Həşimov və Azad Əliyev işləyib.

Yerli sakinlərlə yanaşı qonşu ölkələrdən dinləyicilərin də iştirak etdiyi konsert çox böyük maraq və rəğbətlə qarşılanıb.

Paylaş:
Baxılıb: 786 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

104 illik tarix!

29 Avqust 11:19

Ədəbiyyat

Analitik

Nüvə kabusu...

29 Avqust 09:45  

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

29 Avqust 08:31  

Gündəm

İqtisadiyyat

Gündəm

Ədəbiyyat

Sosial

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31