Şərqin ilk qadın opera korifeyi
26.07.2025 [08:52]
Şəfiqə Axundovanın vəfatından 12 il ötür...
Bu gün Azərbaycan musiqisinin ustad novatorlarından olan, “Gəlin qayası” operası ilə öz adını mədəniyyət salnaməsinə həkk edən görkəmli bəstəkar Şəfiqə Axundovanın anım günüdür. Yaşadığı acılı-şirinli günlərinə, keşməkeşli ömür yoluna baxmayaraq, o, heç vaxt sənətindən küsməmiş, yazdığı mahnılarla həm özünün, həm də başqalarının qəlbini ovundurmuş, milyonların sevimlisinə çevrilərək yaradıcılıq zirvələrini fəth etmişdi.
Ş.Axundovanın musiqi istedadı çox erkən yaşlarından ortaya çıxmışdı. İlk vaxtlar heç özü də inana bilmirdi ki, musiqi bəstələyir. Yəni onlar bədahətən yaranırdı. Ancaq bir müddətdən sonra dərk edir ki, həmin musiqiləri özü yaradır və bu sənətə daha çox bağlanırdı. Nəhayət, bu bağlılıq elə bir sevgiyə çevrilir ki, Şəfiqə xanım onu sənətdən heç bir qüvvənin ayıra bilməyəcəyini yəqin edir.
Bakıdakı 173 saylı məktəbdə təhsilini davam etdirərkən musiqi məktəbinə də daxil olur. İstedadı müəllimlərini heyran qoyur, ümidlərini artırır. Lakin ata qızının gələcəkdə musiqiçi olmaq, həyatını bu işə həsr etmək fikrini yaxına belə buraxmaq istəmirdi. Hətta bəstəkarlığı seçdiyini biləndə o, Şəfiqəyə müəyyən qadağalar da qoyur. Onun etirazı elə ciddi idi ki, hər vəchlə qızının musiqi ilə məşğul olmasına maneçilik etməyə çalışır. “Bu sənət sənə çörək verməyəcək”, - deyirdi.
Ş.Axundovanın sənət sevgisini duyub dərk edən ən çox bacısı Zümrüd xanım idi. Sənət taleyinin uğurlu olmasını da Şəfiqə xanım həmişə onun adı ilə bağlayırdı. Zümrüd xanım böyük ədəbiyyatşünas alim, tənqidçi, akademik Məmməd Arif Dadaşzadənin həyat yoldaşı idi. O, filologiya elmləri namizədi kimi universitetdə dərs deyirdi. Dadaşzadənin evində dövrün görkəmli ziyalıları - Səməd Vurğun, Cəfər Xəndan, Həmid Araslı, Mirzə İbrahimov və başqaları öz həyat yoldaşları ilə tez-tez qonaq olurdular. Qadınlar ayrı otaqda oturardılar, hansı ki Zümrüd xanımın burada böyük bir royalı vardı. Hər dəfə onlar gələndə bacısı Şəfiqəyə qonaqlar üçün musiqi ifa etməyi tapşırardı. Xanımlar qızın royal çalmasından çox məmnun qalardılar. Beləliklə, Şəfiqə xanımın musiqi istedadı barədə xəbəri olanların sayı artırdı.
1943-1944-cü illərdə Şəfiqə xanım Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində təhsil alır. Sonra Azərbaycan Dövlət Konservatoriyasında həm musiqi nəzəriyyəsi, həm də bəstəkarlıq ixtisası üzrə B.Zeydmanın sinfini bitirir. Üzeyir bəy gənc yetirməsinin yaradıcılığı, uğurları ilə daim maraqlanırdı. Bu dövr barədə Şəfiqə xanım söyləyirdi ki, “Üzeyir bəy konservatoriyanın nəzdində hazırlıq kursları açmışdı. Həftədə üç dəfə bizimlə məşğul olurdu. Gah ümumi qrupda Azərbaycan xalq musiqisinin əsaslarını gənc bəstəkarlara öyrədir, gah fərdi olaraq əsərlərimizlə məşğul olur, yəni yazdıqlarımıza baxır, gah da muğamları nota köçürürdük. Üzeyir bəy gənc Azərbaycan musiqiçilərinə bəstəkarlıq sənətinin klassik qayda-qanunlarını daha dərindən öyrətmək üçün Leninqrad Konservatoriyasının görkəmli professoru Zeydmanı Bakıya dəvət etmişdi. Biz bu böyük ustaddan bəstəkarlığın sirlərini öyrənirdik”.
Şərqdə opera janrına müraciət edən ilk qadın bəstəkar Şəfiqə Axundovadır. O, Xalq yazıçısı Süleyman Rəhimovun eyniadlı povesti əsasında İsgəndər Coşqunun librettosu üzrə yazdığı “Gəlin qayası” operası ilə uca bir yaradıcılıq zirvəsini fəth etmişdi. Bu operanın yaranmasının da öz tarixi var. Bəstəkar əvvəlcə “Gəlin qayası” radiopyesinə musiqi yazmışdı. Buradakı “Könül təranələri” mahnısı o zaman geniş yayılmışdı. Sözügedən povestin müəllifi, görkəmli yazıçı Süleyman Rəhimov Şəfiqə xanıma opera yazmağı təklif edir. Bu iş uğurla yerinə yetirilir.
“Gəlin qayası”nda klassik musiqi və muğam janrları bir-birinə qovuşur. Operanın qəhrəmanları ariyalarla yanaşı, muğam parçaları da ifa edirlər. Başqa sözlə, bəstəkarın xalq musiqisini dərindən bilməsi və ondan düzgün istifadə etməsi təsdiqlənir. “Gəlin qayası” istər tamaşaçıların, istərsə də yaradıcı insanların müsbət rəyini qazanır. Bəstəkar Tofiq Quliyev əsər haqqında demişdi: “Opera çox gözəldir, melodiyası aydındır. Burada bəstəkar muğamdan bilə-bilə geniş istifadə edib. Bu çox yaxşıdır, səmərəsi əladır”.
Görkəmli bəstəkar 1998-ci ildə Ulu öndər Heydər Əliyev tərəfindən Azərbaycan Respublikasının Xalq artisti adına layiq görülüb. Eyni zamanda, əməkdar incəsənət xadimi adı ilə təltif olunub. Prezident İlham Əliyev Ş.Axundovanı 2004-cü ildə anadan olmasının 80 illiyi ilə münasibətilə “Şöhrət” ordeni ilə təltif edib.
Şəfiqə xanım 2013-cü il iyulun 26-da 90 yaşına çox az qalmış dünyasını dəyişib. Təəssüf ki, xalqımız 90 illik yubileyini onsuz qeyd etdi.
... Onun möhtəşəm sənət əsərləri musiqi tariximizini zəngin salnaməsidir. Elə bir gün olmur ki, Şəfiqə Axundovanın bəstələdiyi yüzlərlə nəğmədən heç olmasa biri, ikisi efirlərdə səslənməsin.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
26 Avqust 20:34
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
İqtisadiyyat
26 Avqust 18:10
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Mədəniyyət
26 Avqust 16:56
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
Gündəm
26 Avqust 10:59
İqtisadiyyat
26 Avqust 10:58
Sosial
26 Avqust 10:37
İqtisadiyyat
26 Avqust 10:20
Analitik
26 Avqust 09:56
Analitik
26 Avqust 09:25
Mədəniyyət
26 Avqust 09:05
Dünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
Sosial
25 Avqust 17:16
Sosial
25 Avqust 16:55
İqtisadiyyat
25 Avqust 16:51
Sosial
25 Avqust 16:40
Sosial
25 Avqust 16:39
Siyasət
25 Avqust 16:15
Elm
25 Avqust 16:10
Siyasət
25 Avqust 16:02
Elm
25 Avqust 15:35
İqtisadiyyat
25 Avqust 14:47
Dünya
25 Avqust 14:16
Dünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35
Analitik
25 Avqust 11:15
Analitik
25 Avqust 10:35
Ədəbiyyat
25 Avqust 10:15
Analitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58

