Nizami adına Ədəbiyyat İnstitutunun 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
18.01.2014 [08:55]
Yanvarın 17-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Milli Məclisin deputatları, tanınmış elm, ədəbiyyat və mədəniyyət xadimləri, xarici ölkələrdən gəlmiş qonaqlar iştirak ediblər.
İştirakçılar əvvəlcə akademiyanın foyesində Ədəbiyyat İnstitutunun alimləri tərəfindən nəşr etdirilmiş kitablarla tanış olublar.
Yubiley tədbirini giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə Ədəbiyyat İnstitutunun fəaliyyət göstərdiyi müddətdə Azərbaycan elminə verdiyi dəyərli töhfələrdən və milli ədəbi nümunələrimizin tədqiqi, öyrənilməsi və təbliği istiqamətindəki çoxşaxəli fəaliyyətindən geniş söz açıb.
Ulu öndər Heydər Əliyevin Azərbaycan elm adamlarına göstərdiyi diqqət və qayğıdan danışan natiq hazırda bu istiqamətdə işlərin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Tədbirdə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, Mili Məclisin deputatı, akademik İsa Həbibbəyli “Nizami adına Ədəbiyyat İnstitutu davamlı ənənələr və müasirləşmə yollarında” mövzusunda geniş məruzə ilə çıxış edib.
Məruzədə institutun keçdiyi tarixi yola bir daha nəzər salınıb və qeyd edilib ki, 1933-cü ildə əsası qoyulan bu elm məbədi 80 ildən artıq müddətdə Azərbaycan filologiya elminin mərkəzinə çevrilib, mili mənəvi dəyərlərimizin, xalqın folklorunun, klassik və müasir ədəbiyyatının öyrənilməsi ilə ardıcıl məşğul olub, onun tədqiqi, nəşri və təbliği sahəsində miqyaslı işlər görüb.
Bildirilib ki, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutu özünəməxsus şərəfli tarixi, böyük araşdırma ənənələri, görkəmli yaradıcıları və adlı-sanlı yetirmələri ilə mühüm elmi mərkəzlərdən biri kimi qəbul olunur. Bu elmi-tədqiqat institutu bir əsrə yaxındır ki, ölkəmizdə ədəbiyyatşünaslıq elminin baş qərargahı funksiyasını yerinə yetirir. Azərbaycanda ədəbiyyatşünaslıq tədqiqatları Nizami adına Ədəbiyyat İnstitutu vasitəsilə əlaqələndirilir və istiqamətləndirilir. Bu elm məbədi Azərbaycan Respublikasının ədəbiyyat siyasətini sistemli və davamlı şəkildə, uğurla həyata keçirir.
Diqqətə çatdırılıb ki, Azərbaycan ədəbiyyatşünaslıq elminin bir neçə nəsli Nizami adına Ədəbiyyat İnstitutunda formalaşıb inkişaf edib. Bu gün tanınmış ədəbiyyatşünas alimlər institutda elmi fəaliyyətlərini uğurla davam etdirirlər. Bu elmi-tədqiqat institutunda çalışanların sıralarında 1 akademik, 2 müxbir üzv, 49 elmlər doktoru, 80 nəfərdən çox fəlsəfə doktorları var. Ədəbiyyat İnstitutunun əməkdaşlarından 3 nəfəri Dövlət mükafatı laureatı, 2 nəfəri isə Əməkdar Elm Xadimidir.
İsa Həbibbəyli deyib ki, müstəqillik dövründə Nizami adına Ədəbiyyat İnstitutunun fəaliyyətinin yeni mərhələsi başlanıb. Azərbaycançılıq ideyasının, milli maraqların ön mövqeyə çəkilməsi, dünyanın əsas elmi mərkəzləri ilə əlaqələrin genişləndirilməsi, açılmamış səhifələrin tədqiqata cəlb olunması Ədəbiyyat İnstitutunun müasir mərhələsinin əsas istiqamətlərini müəyyən edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli Sərəncamının həyata keçirilməsində institut əməkdaşlarının özünəməxsus xidmətləri var. Ölkəmizdə klassik və müasir ədəbiyyatın bir çox dəyərli nümunələri institut əməkdaşlarının tərtibçiliyi və müqəddiməsi əsasında latın qrafikası ilə çap edilib.
Hazırda Ədəbiyyat İnstitutunda yeddi cildlik Azərbaycan ədəbiyyatı tarixinin dörd cildinin nəşri başa çatdırılıb. Ədəbiyyat İnstitutunun çap etdirdiyi böyük demokrat yazıçı Cəlil Məmmədquluzadənin redaktorluğu ilə çıxmış “Molla Nəsrəddin” jurnalının səkkiz cilddə və Əli bəy Hüseynzadənin “Füyuzat” jurnalının bir cilddə transliterasiya nəşri ölkə miqyasında elmi-ədəbi hadisə sayılmağa layiqdir.
Vurğulanıb ki, hazırda bütövlükdə Azərbaycan Milli Elmlər Akademiyasında olduğu kimi, Nizami adına Ədəbiyyat İnstitutu da yeni islahatlar dövrünü yaşayır. Bu elmi-tədqiqat institutunda aparılan yeniləşmə və dəyişikliklər müstəqillik dövrü Azərbaycan ədəbiyyatşünaslıq elminin daha dərindən və əsaslı şəkildə, ölkənin milli maraqlarına və dünya elmi-ədəbi mühitində gedən proseslərlə əlaqəli şəkildə öyrənilməsinə geniş şərait yaradır. Bu mənada 2013-cü ildə yaradılmış müstəqillik dövrü Azərbaycan ədəbiyyatı, Azərbaycan mühacirət ədəbiyyatı, ədəbi tənqid” şöbələri, Nizamişünaslıq və Füzulişünaslıq sektorları ədəbiyyatşünaslıq elminin nüfuzunun genişləndirilməsinə yeni imkanlar açıb.
Natiq son vaxtlar Nizami adına Ədəbiyyat İnstitutunun beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində atılmış mühüm addımlardan da danışıb.
Yubiley tədbirində iştirakından böyük məmnunluq hissi keçirdiyini söyləyən M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva Ədəbiyyat İnstitutunun bütün əməkdaşlarını əlamətdar gün münasibətilə təbrik edib.
Nərgiz Paşayeva sözünə davam edərək deyib: “Mən də ədəbiyyata bağlı olan, bütün ömrünü onun inkişafına xidmət edən bir nəslin nümayəndələrindənəm. Bəlkə də bu sahəyə olan marağımın əsasında da bu amilin böyük rolu vardır. Ədəbiyyat böyük aləmdir. Dünyanın yaranışının özəyində də söz dayanır. Dünya yaranandan mövcud olan söz, bütün zamanlarda tədqiqat obyekti olmuşdur”.
Rektor bildirib ki, tarixin hər bir mərhələsində xalımıza məxsus ədəbiyyat nümunələrində digər xalqlara məxsus nadir dəyərlərə xüsusi diqqət və hörmətlə yanaşılıb. Bu özü də böyük bir tədqiqatın mövzusudur və ədəbi nümunələrimiz bir çox istiqamətlərdə araşdırılmalıdır. Tarixin müxtəlif dövrlərində Azərbaycan ədəbiyyatı yalnız olduğu kimi qalmayıb. Onun dahi simaları Yaxın və Orta Şərq fikrini, mədəniyyətini özündə cəmləyib. Orta əsrlərdə bütün fəlsəfi fikirlər, məktəblər Azərbaycan ədəbiyyatı tərkibində özünü dünyaya tanıdıb. Əgər XVIII-XIX əsrlərdə Avropanın vətənpərvər ziyalıları insanın və cəmiyyətin azadlığını maarifçilik ənənələrində axtarırdılarsa, bunu hələ çox-çox əvvəllərdə, XII əsrdə dahi Nizami Gəncəvi görmüş və əsərlərində şərh etmişdi. Bu, böyük bir zənginlikdir. Bəzən özümüzün nə qədər qədim və zəngin mədəniyyətə sahib olduğumuzu dərk edə bilmirik. Məhz bu səbəbdən də zəngin ədəbi irsimizi təqdim və təbliğ etmək borcumuzdur.
Nərgiz Paşayeva deyib: “Azərbaycan ədəbiyyatı əsrlər boyu böyük inkişaf yolu keçmişdir. Amma bəzən dünya çərçivəsində, böyük arenada biz ədəbiyyatımızı lazımi səviyyədə təbliğ etməyi bacarmamışıq. Arzu edərdim ki, bundan sonra Azərbaycan ədəbiyyatının dəyərli, nadir nümunələri dünyada lazımi səviyyədə təqdim olunsun”.
N.Paşayeva deyib ki, ədəbiyyat xalqları, millətləri birləşdirən bir qüvvədir. Əgər bədii söz insanı daxilən göylərə ucaldır, ona yeni ruh, mənən zənginlik, sakitlik, təmizlik gətirirsə, elmi söz insanı ədalətli olmağa səsləyir, onu yer üzündə mövcud qayda-qanunlara əməl etməyə çağırır. Bütün bunlar sözün, ədəbiyyatın gücünün, böyüklüyünün göstəricisidir. Bu günədək dünyada ictimai fikrə, cəmiyyətə, insana ədəbiyyat qədər təsir edəcək ikinci bir silah kəşf edilməmişdir.
Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi, Bakı Slavyan Universitetinin rektoru, akademiyanın müxbir üzvi Kamal Abdullayev, Macarıstan Elmlər Akademiyası Türkoloji Araşdırmalar İnstitutunun direktoru, akademik Georg Xazai, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev, Milli Məclisin mədəniyyət komitəsinin sədri, AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərov, dünya şöhrətli azərbaycanlı alim, doktor Cavad Heyət, AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Milli Məclisin deputatı, akademiyanın müxbir üzvü Rafael Hüseynov, Milli Məclisin deputatı, Xalq Şairi Sabir Rüstəmxanlı və başqaları əlamətdar gün münasibətilə Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşlarını təbrik edib, onlara yeni uğurlar arzulayıblar.
Tədbirə yekun vuran Nizami adına Ədəbiyyat İnstitutunun direktoru İsa Həbibbəyli yubiley münasibətilə xarici ölkələrdən və Azərbaycanın bir sıra ali təhsil ocaqlarından, görkəmli mədəniyyət xadimlərindən gəlmiş təbrik məktublarını oxuyub.
Yubiley tədbirində institutun inkişaf yolundan bəhs edən slaydlar nümayiş olunub.
Xəbər lenti
Hamısına baxSosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02

