/ / Heydər Əliyev Fondunun dəstəyi ilə “Qala festivalı” və III Beynəlxalq “Tullantıdan sənətə” sərgisi açılıb
Heydər Əliyev Fondunun dəstəyi ilə “Qala festivalı” və III Beynəlxalq “Tullantıdan sənətə” sərgisi açılıb
31.05.2014 [09:46]
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva tədbirdə iştirak edib
Mayın 30-da Heydər Əliyev Fondunun dəstəyi ilə “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda ənənəvi “Qala festivalı” və III Beynəlxalq “Tullantıdan sənətə” sərgisi açılıb.
AzərTAc xəbər verir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva tədbirdə iştirak ediblər.
Azərbaycanın tarixi irsinə həssaslıqla yanaşan Heydər Əliyev Fondu maddi-mədəniyyət abidələrimizin qorunması üçün ciddi addımlar atır. Fondun prezidenti, Xəzər rayonundan Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü ilə respublikamızda ən qədim insan məskənlərindən sayılan Qala qəsəbəsində də silsilə tədbirlər həyata keçirilir.
“Qala festivalı” da Heydər Əliyev Fondunun dəstəyi ilə xalqımızın zəngin tarixi keçmişini, qədim və mükəmməl məişət ənənələrini yaşatmaq, gənc nəslə tanıtmaq və təbliğ etmək məqsədini daşıyır. Beş min il tarixi olan qəsəbədə 3-cü minillikdən başlayaraq XX əsrədək yerli tarixi, mədəni abidələr, arxeoloji tapıntılar mövcuddur.
Festivala qatılan tamaşaçılar Abşeronda ən qədim insan məskənlərindən biri hesab olunan Qalada tarixi keçmişə səyahət və tarixi sirlərinin daşıyıcısı olan - Qalanın özünəməxsusluğu haqqında məlumat əldə etmək imkanı qazanıblar.
Festival çərçivəsində Heydər Əliyev Fondunun təşəbbüsü, “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin (ASC) təşkilatçılığının, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və “Gallery” incəsənət qalereyasının birgə dəstəyi ilə III Beynəlxalq “Tullantıdan sənətə” sərgisi açılıb.
Sərgidə Azərbaycan ilə yanaşı, ABŞ, Avstraliya, Böyük Britaniya, Niderland, İspaniya, Türkiyə, Çexiya, Kuba, Kolumbiya və Yaponiyadan olan sənətkarların da əl işləri təqdim edilib.
Sərginin əsas məqsədi əhaliyə ətraf mühiti təmiz saxlamağın vacibliyini aşılamaq, planetin ekoloji sağlamlığına qayğı ilə yanaşmanı təbliğ etmək, insanları israfçılıqdan yayındırmaq və onları lazımsız saydıqları əşyaları düşünmədən zibil qutularına atmaq vərdişlərindən çəkindirməkdir.
Layihədə iştirak edən sənətkarlar istifadəyə yararsız hesab olunan kağız, avtomobil hissələri, şüşə, metal qırıntıları və digər tullantılara ikinci həyat verməklə “lazımsız əşyalar toplusu”ndan hətta incəsənət əsərləri də düzəltməyin mümkün olduğunu bir daha nümayiş etdirirlər.
Artıq 3-cü dəfə keçirilən bu beynəlxalq tədbirin Qala qəsəbəsində təşkili isə təsadüfi deyildir. 2010-cu ildən etibarən Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Təmiz Şəhər” ASC Qala qəsəbəsində tullantıların idarə olunması sisteminin müasir standartlara uyğun qurulması üzrə “Təmiz Qala” pilot layihəsini həyata keçirir.
Layihənin məqsədi Qala qəsəbəsində tullantıların toplanaraq çeşidlənməsi, daşınması və təkrar emalını müasir şəkildə təşkil etməkdir. Buna uyğun olaraq, tullantıların vaxtında toplanması və daşınması ilə yanaşı, onların əhali tərəfindən üzvi və qeyri-üzvi tullantılar üzrə çeşidlənməsi üçün Qala qəsəbəsində müxtəlif konteynerlər quraşdırılıb.
Gündəlik fəaliyyətində sosial, ətraf mühit, mədəniyyət və incəsənət məsələlərinə böyük diqqət ayıran Azərbaycanın birinci xanımı Mehriban Əliyeva sərgilənən işlərlə yaxından tanış olub, rəssamlarla fikir mübadiləsi aparıb və sərginin işinə uğurlar arzulayıb.
Festivalda növbəti dayanacaq “Ekosfera” Sosial-Ekoloji Mərkəzi olub. Burada bu təşkilatın fəaliyyəti ilə yaxından tanış olmaq mümkündür.
“Ekosfera” təşkilatı Azərbaycanda ilk dəfə olaraq uşaq və gənclər üçün interaktiv təlim, ekoloji-mədəni proqramlar işləyib hazırlayıb. Təşkilatın reallaşdırdığı turlarda uşaq və gənclər təbiət qoynunda kənd həyatı keçirir, milli mənəvi dəyərlərimiz, tətbiqi incəsənət növləri, xalq mahnıları və rəqslər, yerli adət-ənənələrlə tanış olur, ənənəvi kənd işlərində, milli bayram və festivallarda iştirak edir, ekodüşərgələrdə yaşayırlar.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva əsl bayrama çevrilən bu festivalda mərkəzin fəaliyyətinə cəlb edilən uşaqlarla söhbət edib, onların gördükləri işlərlə maraqlanıb, ətraf mühitin qorunması sahəsində biliklərin artırılmasının vacibliyini vurğulayıblar.
Festival 1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü ərəfəsində keçirilib və əsl xalq gəzintisinə çevrilib. Burada uşaqlar xüsusi qatarlarda qədim ərazini gəzib, at meydançasında olub, oyun meydançasında kəndirbazlara tamaşa edib, müxtəlif oyunlarda ya iştirak edib, ya da həmin oyunların tamaşaçıları olublar. Bu qədim məskənin hər guşəsi festival zamanı bir məqsədə - uşaqları əyləndirməyə, Azərbaycanın zəngin tarixi, mədəniyyəti və adət-ənənələri haqqında biliklərini onların anladığı dildə - oyun və səhnələşdirilmiş tamaşalar vasitəsilə məlumatlandırmağa xidmət edib.
“Qala festivalı” daha bir əlamətdar hadisə ilə yadda qalıb. Burada ceyranlar və Qız qalası güşəsində uşaqlar ceyran və Qız qalasının maketlərini öz fantaziyalarına uyğun rəngləmək imkanı qazanıblar.
Qeyd edək ki, hər il Bakıda “Qız qalası” Beynəlxalq incəsənət festivalı keçirilir. Həmin festivala müxtəlif ölkələrdən təşrif buyuran rəssamlar məhz Qız qalası və ceyranlar maketləri üzərində işləyərək əsərlər yaradırlar. “Qala festivalı”nda isə uşaqlara özlərini “Qız qalası” festivalının iştirakçıları kimi hiss etmək şansı verilib.
İDEA İctimai Birliyinin guşəsində Leyla Əliyevanın rəhbərlik etdiyi bu qurumun ölkəmizin ətraf mühitə qayğı və ekoloji maarifləndirmə sahəsində bir çox yerli və beynəlxalq təşəbbüslərə imza atması, gənclərin dayanıqlı inkişafı üzrə qlobal hərəkata fəal qoşulması üçün platforma rolunu oynaması ilə bağlı müxtəlif materiallar yer alıb.
Uşaqlar üçün cəlbedici güşələrdən biri də nağıllar düşərgəsi olub. Qala qəsrində yerləşən bu güşə nağıllar aləmini xatırladıb və bir anlıq uşaqlara özlərini sevdikləri nağılların qəhrəmanları kimi hiss etmək imkanı verib.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva bayram ab-havası ilə yadda qalan festivalda qurulan müxtəlif çadırlarla da tanış olublar.
Burada paytaxtın Qaradağ, Xəzər, Nərimanov, Suraxanı rayonları ümumtəhsil məktəblərinin və 1,2 və 3 nömrəli uşaq evlərinin çadırları təqdim edilib. Həmin çadırlarda uşaqların əl işləri sərgilənir.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva uşaqlarla görüşüb səmimi söhbət edib, bu tədbirin qədim adət-ənənələrin, ölkəmizin milli mənəvi dəyərlərinin öyrənilməsi baxımından əhəmiyyətini vurğulayıb, onlarla birgə xatirə şəkilləri çəkdirib, əl işlərinin hazırlanması prosesi ilə maraqlanıb.
Uşaqlar da Azərbaycanın birinci xanımının suallarına həvəslə cavab verərək, daim onların qayğısını çəkən Heydər Əliyev Fondunun prezidentinə öz əlləri ilə hazırladıqları xatirə hədiyyələrini təqdim ediblər.
Qala Arxeololji Etnoqrafik Muzey Kompleksinin ərazisində davam edən festivala Rusiya Federasiyasının Həştərxan vilayəti, Pakistan, Bosniya və Herseqovinadan olan qonaqlar da dəvət olunublar. Bu uşaqlar həmin ölkələrdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş məktəblərdə təhsil alırlar.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva qonaqlarla görüşüb, onları Bakıda görməkdən məmnunluğunu bildirib, xatirə şəkli çəkdirib.
Qonaqlar da Fondun gördüyü işləri yüksək qiymətləndirdiklərini vurğulayıblar.
“Qala festivalı”nda dulusçuluq, dəmirçilik ənənələrini sərgiləyən sənətkarların əl işlərinə tamaşa etmək, iş prosesini izləmək və onun iştirakçısı olmaq mümkün olub.
Burada Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva incə bəzək prosesini də izləyib.
Festivalın daha bir guşəsi-rəsm sərgisi olub. Festivalın məqsədlərindən biri də bu tədbirə qatılan uşaqlara öz bacarıqlarını nümayiş etdirmək imkanı yaratmaqdır. Onlar burada uşaq dünyagörüşünə uyğun maraqlı əsərlər yaratmağa çalışıblar.
Azərbaycanın birinci xanımı da onlara öz bacarıqlarını nümayiş etdirmək üçün kömək edib.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva onları gülərüzlə və səmimiyyətlə qarşılayan uşaqların əl işlərinin maraqlı olduğunu bildirib və bu gənc peşəkarlara uğurlar arzulayıblar.
2008-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan açıq səma altında ilk Arxeoloji Etnoqrafik Muzey Kompleksinin tacir evində isə milli musiqimiz səslənib, təndir çörəyi bişirilib, qonaqlar çaya dəvət olunublar. Buradakı musiqi meydançasında Qədim Musiqi Alətləri Ansamblının ifası festivalı daha da rəngarəng edib.
Muzey Kompleksinin ərazisində müxtəlif nemətlərin təqdim edildiyi bazar da təşkil olunub. Tamaşaçılar tarixi abidələr, adətlərlə tanış olmaqla yanaşı, Azərbaycanın şirniyyatları və təbii nemətlərini də dadıblar. Festival günündə tərəvəz, gül, ədviyyat bazarını gəzmək, milli mətbəximizin yeməklərinin dadına baxmaq mümkün olub. Bu güşə həm də Azərbaycan mətbəxinin zənginliyini nümayiş etdirib.
Maraqlı güşələrdən biri də nalbənd emalatxanasıdır.
Festivalda uşaqlar üçün müasir musiqidən ibarət rəqs meydançası da qurulub. Bir sözlə, “Qala festivalı” gələcəyimiz olan uşaqlar üçün yaddaqalan bir bayram əhval-ruhiyyəsi yaradıb. Onlar Heydər Əliyev Fondunun təşkil etdiyi bu festivalda əylənib, müxtəlif oyunlara qoşulub, rəqs bacarıqlarını göstərib, mahnılar ifa ediblər.
Bu festival bir daha Heydər Əliyev Fondunun yeni nəslin fiziki, intellektual, mənəvi sağlamlığına diqqət yetirməsinin əyani sübutu olub. Uşaqlar bu festivalda iştirak etmələrinə yaradılan imkana görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
Festivalda respublika üzrə orta ümumtəhsil və internat məktəblərindən, uşaq evlərindən, qaçqın və məcburi köçkün ailələrindən 3000-dək uşaq iştirak edib.
Bu tədbir 1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü ərəfəsində Heydər Əliyev Fondunun uşaqlara növbəti hədiyyəsi olub.
İyunun 3-dək davam edəcək III Beynəlxalq “Tullantıdan sənətə” sərgisini izləmək istəyən hər kəsin iştirakını təmin etmək məqsədilə İçərişəhərdən - Qoşa qala qapısının önündən saat 12:00 və 15:00-da olmaqla gündə iki dəfə pulsuz avtobus turları təşkil olunacaq.
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52

