/ / “Qala” Qoruğunda VI Beynəlxalq “Qız qalası” incəsənət festivalının bağlanışı və IV Beynəlxalq “Tullantıdan sənətə” sərgisinin açılışı olub
“Qala” Qoruğunda VI Beynəlxalq “Qız qalası” incəsənət festivalının bağlanışı və IV Beynəlxalq “Tullantıdan sənətə” sərgisinin açılışı olub
17.06.2015 [10:37]
Mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib
İyunun 14-də “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda VI Beynəlxalq “Qız qalası” incəsənət festivalının bağlanış mərasimi keçirilib, IV Beynəlxalq “Tullantıdan sənətə” sərgisinin açılışı olub.
Mərasimlərdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva iştirak edib.
Həmin gün Qala qəsəbəsində “Tullantıdan sənətə” muzeyi də açılıb.
AZƏRTAC xəbər verir ki, Xəzər rayonundakı “Qala” Qoruğunda VI Beynəlxalq “Qız qalası” incəsənət festivalının yekun günü festival çərçivəsində yaradılan maraqlı əsərlərin nümayişi ilə yadda qalıb.
Mərasimdə iştirak edən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva əsərlərlə tanış olub.
Festival Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi, IDEA İctimai Birliyi, Müasir İncəsənət Muzeyi, “Qız qalası” incəsənət qalereyası və “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin təşkilatçılığı ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən iyunun 11-də başlayıb.
Ənənəvi olaraq bu il də İçərişəhərdə, Qız qalasının qarşısındakı meydanda təşkil olunmuş festivalın bağlanış mərasimi isə ilk dəfə olaraq “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda keçirildi. Festivalın keçirilməsində əsas məqsəd dünyanın müxtəlif yerlərindən gələn rəssamlar vasitəsilə Azərbaycan mədəniyyəti və incəsənətini tanıtmaq, eləcə də Bakının rəmzi olan Qız qalasının dünyada təbliğinə töhfə verməkdir. Festivalda rəssamlar Qız qalasının maketlərini öz milli üslublarında bəzəyərək fərqli mədəniyyət və adət-ənənələrin sintezini əks etdirən əsərlər yaradırlar. Bu nadir sənət nümunələri dünyanın müxtəlif ölkələrində nümayiş etdirilərək, Qız qalasının təbliğində əhəmiyyətli vasitəyə çevrilir. Festivalın təşkilatçıları diqqəti həm də ətraf mühitin mühafizəsi məsələsinə cəlb edirlər. Nəsli kəsilməkdə olan “Qafqaz beşliyi”nin simvolu kimi seçilmiş ceyran maketləri hazırlanaraq ötən il festivalda iştirak etmiş və festivalın dostları olan rəssamlar tərəfindən xüsusi rəsm üslubu və dekorasiya ilə bəzədilib. Bu il festivalda dünyanın 17 ölkəsindən 27 tanınmış rəssam iştirak edib.
Festivalın konseptual xəyal sərhədləri layihəyə hər il maraqlı, paralel aksiyalar daxil edilməsi sayəsində genişləndirilir. Bu il festivalın iştirakçısı olan rəssamlar tərəfindən birinci Avropa Oyunlarının simvolları - Nar və Ceyran heykəlləri də rənglənib.
Festivalın sonunda bənzərsiz sənət əsərlərinə çevrilən Qız qalası və Ceyran maketləri əvvəlcə Bakı sakinləri və şəhərimizin qonaqları üçün İçərişəhərdə, daha sonra isə müxtəlif ölkələrdə sərgilənərək Azərbaycanı, onun tarixini və mədəniyyətini təmsil edəcək, həm də festivalın digər bir məqsədinə - ictimaiyyətin diqqətini vəhşi təbiətin mühafizəsi ilə bağlı problemlərə yönəldilməsinə xidmət edəcək.
Festivalın bağlanış mərasimində vurğulanıb ki, budəfəki “Qız qalası” Beynəlxalq incəsənət festivalı ilk Avropa Oyunlarının keçirildiyi tarixi məqama təsadüf edir. Bu festival UNESCO-nun “Dünya İrs Abidələri” siyahısına daxil edilən Qız qalasının dünyada tanıdılması məqsədilə 2010-cu ildən etibarən təşkil edilir. Dörd il Bakı şəhərində, bir dəfə isə Fransanın Kann şəhərində reallaşan “Qız qalası” festivalı və Qala qəsəbəsində keçirilən “Tullantıdan sənətə” sərgisinə həsr edilən filmlərin nümayişindən sonra festivalın və sərginin iştirakçıları bu tədbirlərlə bağlı fikirlərini söyləyiblər, təşkilatçılara minnətdarlıqlarını bildiriblər.
Sonra IV Beynəlxalq “Tullantıdan sənətə” sərgisinin açılışı olub.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərgi ilə tanış olub.
Sərgidə 17 ölkədən 23 incəsənət nümayəndəsinin məişət tullantılarından istifadə edərək hazırladıqları sənət əsərləri yer alıb. Sərgi Heydər Əliyev Fondunun təşəbbüsü, “Təmiz Şəhər” ASC-nin təşkilatçılığı, IDEA İctimai Birliyinin, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və “Q Gallery” incəsənət qalereyasının dəstəyi ilə reallaşdırılıb. Sərginin məqsədi tullantılara dəyər qazandırmaq, onlarla rəftarda məsuliyyətli yanaşmanı təbliğ etməkdir. Bu gün Bakıda tullantıların tərkibində olan xammal və enerji bərpa olunur və istifadə edilir.
Artıq dördüncü dəfə keçirilən bu beynəlxalq tədbirin Qala qəsəbəsində təşkili isə təsadüfi deyil. “Tullantıdan sənətə” sərgisi 2010-cu ildən etibarən Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Təmiz Şəhər” ASC-nin Qala qəsəbəsində icra etdiyi “Təmiz Qala” adlı pilot layihə çərçivəsində reallaşdırılır. Layihə çərçivəsində qəsəbə sakinləri üçün tullantıların idarə edilməsi ilə bağlı müxtəlif maarifləndirici tədbirlər keçirilir.
Qala qəsəbəsinin ərazisində tullantıların “Təmiz Şəhər” ASC tərəfindən çeşidlənmiş şəkildə toplanması, daşınması və təkrar emalı təşkil edilir. Qəsəbə sakinləri məişət tullantılarını “üzvi tullantılar” və “qeyri-üzvi tullantılar” formasında ayrılmış 2 fərqli rəngdə (yaşıl və göy) qutulara atırlar. Həmin qutular da müvafiq olaraq yaşıl və göy rəngli yük avtomobilləri tərəfindən yığılır. Avtomobillərin hərəkəti “Təmiz Şəhər” ASC üçün xüsusi hazırlanmış marşrutun optimallaşdırılması elektron proqramı ilə tənzimlənir. Bu proqramla tullantıların daşınması üçün vaxt və məsafə baxımından ən uyğun marşrutlar seçilir. ASC tullantıları yığaraq özünün zavodlarında emal edir və ya elektrik enerjisi almaq üçün istifadə edir.
İyunun 14-də Qala qəsəbəsində “Tullantıdan sənətə” muzeyi də açılıb. Hər il bir neçə gün nümayiş olunan əsərlər artıq bu muzeydə daim sərgilənəcək. Əvvəlki illərdə keçirilən “Tullantıdan sənətə” sərgilərində nümayiş olunan əsərlər də bu muzeydə təqdim ediləcək. Layihədə iştirak edən sənətkarlar istifadəyə yararsız hesab olunan kağız, avtomobil hissələri, şüşə, dəmir qırıqları və digər tullantılara ikinci həyat verməklə “lazımsız əşyalar toplusu”ndan hətta incəsənət əsərləri də düzəltməyin mümkün olduğunu bir daha nümayiş etdirirlər.
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

