Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / Azərbaycanın Xalq yazıçısı Elçinin Türkiyədə yeni kitabı çapdan çıxıb

Azərbaycanın Xalq yazıçısı Elçinin Türkiyədə yeni kitabı çapdan çıxıb

21.10.2016 [09:55]

Bu günlərdə İstanbuldakı məşhur “Ötüken” nəşriyyatı Azərbaycanın Xalq yazıçısı Elçinin “Sarı gəlin” adlı hekayə və povestlər kitabını yenidən çap edib.
AZƏRTAC xəbər verir ki, yeni nəşrdəki əsərləri görkəmli türk ədəbiyyatşünası Yusif Gədikli tərcümə edib və kitaba “Ön söz” yazıb. Eyni zamanda, nəşriyyat da Xalq yazıçısı haqqında geniş təqdimat dərc edib. Təqdimatda deyilir: “Türk dünyası ədəbiyyatının ən seçilmiş yazıçılarından olan Elçinin bu kitabına bir-birindən gözəl on hekayəsi daxildir. Bu on hekayədə həyatın ən dramatik səhnələrindən ən fantastik anlarına qədər müxtəlif insani durumlar fövqəladə bir üslubla qələmə alınmışdır”.
Qeyd edək ki, Xalq yazıçısı Elçin Türkiyədə ən çox tanınan və nəşr olunan yazıçılardan biridir. Onun roman, povest və hekayələri, tədqiqatları, esseləri qardaş ölkənin bir çox nəşriyyatlarında dəfələrlə nəşr edilib. Yazıçının pyesləri Ankara, İstanbul, Konya, Ərzurum teatrlarında tamaşaya qoyulub və böyük uğur qazanıb. Onun yaradıcılığı haqqında monoqrafiyalar nəşr olunub, dissertasiyalar yazılıb. Ədib özü də Türkiyənin bir sıra universitetlərinin fəxri doktorudur.

Paylaş:
Baxılıb: 1041 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

İqtisadiyyat

Sosial

Siyasət

Ədəbiyyat

Gündoğanda ədəbiyyat

05 Sentyabr 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

05 Sentyabr 08:30  

Maraqlı

Gündəm

Dövlətin sosial qayğısı

04 Sentyabr 12:37  

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30