Alsu: Leyla xanım təsirli şeirlər yazır
08.12.2016 [10:08]
Xəbər verdiyimiz kimi, tanınmış rusiyalı müğənni Alsu Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın şeirinə yazılmış “Mən gedim bir az ağlayım” (“Ə poydu çutğ-çutğ poplaçu”) mahnısını ifa edib. Bir neçə gün əvvəl Alsu həmin mahnıya çəkilmiş klipi pərəstişkarları ilə paylaşıb.
Tanınmış rusiyalı müğənni AZƏRTAC-ın xüsusi müxbiri ilə söhbətində yeni mahnı üzərindəki işi, Leyla Əliyevanın yaradıcılığı və Bakıdakı pərəstişkarları ilə bir daha nə vaxt görüşəcəyi barədə danışıb.
- Alsu Ralifovna, yeni gözəl işiniz münasibətilə Sizi təbrik edirik. Mahnının yaradılması ideyası necə meydana gəldi?
- İlk növbədə, mən belə yüksək dəyərə görə təşəkkürümü bildirmək istəyirəm. Sualda müxbirdən dərhal rəy eşitmək adama çox xoş gəlir.
Əslində, bu mahnının ideyasının hansısa xüsusi yaranma prosesini təsvir etmək mümkün deyil. Heç kim üçün sirr deyil ki, Leyla xanım olduqca yaradıcı insandır və təsirli, duyğulu şeirlər yazır. Onun “Mən gedim bir az ağlayım” şeirini mahnıya köçürdük. Sözlər, melodiya - hər şey daxili vəziyyətimlə üst-üstə düşdü. Ümumiyyətlə, lirik mahnılar mənə daha yaxındır. Buna görə də taleyimdən razıyam ki, repertuarımda “Mən gedim bir az ağlayım” mahnısı var.
- Sosial şəbəkələrdəki rəylərə əsasən görünür ki, mahnının musiqisi və sözləri pərəstişkarlarınızın çox xoşuna gəlib. Belə bir uğuru gözləyirdinizmi?
- Hələ çox az vaxt, yalnız bir neçə gün keçib. Dinləyicinin bu mahnı və klipə münasibətinin necə inkişaf edəcəyini görərik. Mən, ümumiyyətlə, həmişə öz işimin qiymətləndirilməsinə təmkinlə yanaşıram. Buna görə indi tam əminliklə iddia etmək olar ki, premyera baş tutub və mahnı birmənalı olaraq öz tamaşaçısını, auditoriyasını tapıb.
- Bu il Moskvada Leyla Əliyevanın “Ulduzlar pillə-pillə düzülsəydi səmaya” (“Esli b zvezdı stupenğkami stali”) şeirlər toplusunun təqdimatı olub. Siz Leyla Əliyevanın yaradıcılığı ilə tanışsınız, yoxsa bu, təsadüfi seçim idi?
- Əlbəttə, tanışam. Sosial şəbəkələr var olsun, hərdən onlardan fayda da gəlir. Leyla Əliyeva tez-tez öz yaradıcılıq nümunələrini “Instagram”da yerləşdirir və mən məmnunluqla onun şeirləri ilə tanış oluram. Təəssüf ki, şeirlər toplusu hələlik məndə yoxdur, amma bir gün müəllif nüsxəsini əldə etməyə ümid edirəm.
- Klipdə yeni obrazdasınız. Bu obrazın yaradılmasına sizi nə həvəsləndirdi?
- Mən çoxdan xüsusi süjeti olmayan məhz ağ-qara video çəkmək istəyirdim. İstəyirdim ki, bu videodakı obrazlar tamaşaçıları düşündürsün. Mahnı üzərində işləməyə başladıqda, mənə elə gəldi ki, məhz bu mahnıya belə bir video çəkmək olar. Klipdə, eyni zamanda, bir neçə tamamilə fərqli obraz var. Onlardan bir hissəsini ilk dəfə “sınaqdan keçirdim”. İstəyirdim ki, hər bir qadın özünü, öz “mən”ini, daxili vəziyyətini bu klipdə tapsın. Axı hamımız fərqliyik. Təkcə zahirən yox, həm də daxilən, şəraitdən, əhatədən asılı olaraq dəyişirik. Biz gah sadə, sevimli, həlim, gah da qəzəbli, kübar gözəlçələr kimiyik... Bax, əslində, klipdə tamaşaçı bütün bu obrazları görür. Axı kim olursaq-olaq, həyatda nə ilə məşğul oluruqsa-olaq, mənəvi yaşantılarımızda hamımız bir-birimizə çox yaxınıq, hər birimiz gözəl və parlaq sevgi arzulayırıq. Hətta zahirən çox güclü görünən və özünə güvənən qadınlar da bəzən ağlayır, onlar da əzab çəkir, hamı kimi onlara da arxa-dayaq, səmimi münasibət lazımdır.
- Siz Azərbaycanda tez-tez olan və arzulanan qonaqsınız. Bakılılar sizinlə görüşü intizarla gözləyirlər. Bakıda çıxış etməyi planlaşdırırsınızmı?
- Çox məmnunam ki, həyat yoldaşımın doğma şəhəri mənə çox nəzakətli münasibət göstərir. Azərbaycanda mənim fan-klubumun sadiq üzvləri var.
Hər dəfə biz Bakıya gələndə, mən çıxış etmək dəvətini böyük minnətdarlıq hissi ilə qəbul edirəm. Ümid edirəm ki, növbəti dəfə istisna olmayacaq.
Xəbər lenti
Hamısına baxDünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41

