Xalq şairi Zəlimxan Yaqubun məzarüstü abidəsinin açılışı olub
10.01.2017 [10:08]
Yanvarın 9-da Fəxri xiyabanda Xalq Şairi Zəlimxan Yaqubun ölümünün ildönümü münasibətilə xatirəsi anılıb və məzarüstü abidəsinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, mərasimdə Milli Məclisin deputatları, elm, mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri və şairin yaxınları iştirak edib.
Akademik, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov çıxışını Zəlimxan Yaqubun ruhuna müraciətlə başlayaraq onun Azərbaycan ədəbiyyatının inkişafındakı böyük xidmətlərindən danışıb: “Əziz qardaşım, böyük şair, səninlə ayrılığın bir ilinin tamamında, abidəyə çevrilərək millətə qayıtdığın bu anlarda çıxışımı sənə müraciətlə başlayıram. Bura elə bir məkandır ki, burada Azərbaycanın böyük şəxsiyyətləri uyuyur. Sən də müqəddəs Vətən torpağına burada qovuşmusan. Zəlimxan Yaqub Tanrının fitri şairlik istedadı bəxş etdiyi nadir söz ustadlarından idi. Zəlimxan Yaqub Vətənini, xalqını sevirdi. Dövlətinə sadiq insan idi və bütün bunları yaradıcılığında əks etdirirdi. Zəlimxan Yaqub bütün yaradıcılığı ilə onsuz da abidəyə çevrilmişdi. O, bu gün abidə formasında yenidən bizə qayıtdı. 66 il ömür sürən Zəlimxan Yaqub Azərbaycanın ən dəyərli şairlərindən biridir. O, daima Azərbaycan tarixində, ədəbiyyatında yaşayacaq”.
Rafael Hüseynov qeyd edib ki, Zəlimxan Yaqubun yaradıcılığına, onun istedadına ən böyük qiyməti Ümummilli lider Heydər Əliyev verib. Prezident İlham Əliyev də daim şairə xüsusi diqqət və qayğı ilə yanaşıb.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri vurğulayıb ki, Zəlimxan Yaqubun yaradıcılığında təkcə Güneyli-Quzeyli Azərbaycan həqiqətləri yox, bütün Türk və İslam dünyası öz əksini tapıb. Elə ona görə də Zəlimxan Yaqub bütün Türk və İslam dünyasına mənsub şairdir.
Professor Qəzənfər Paşayev şair haqqında xatirələrini bölüşüb. Bildirib ki, Zəlimxan Yaqub sözün tarixi məsuliyyətini hiss edən və ömrünün sonunadək əlindən qələmi yerə qoymayan şair idi. Onun yurd, xalq sevgisindən yoğurulmuş şeirləri Azərbaycan insanı ilə həmişə bir yerdə olacaq.
AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Nizami Cəfərov Zəlimxan Yaqubun müasir Azərbaycan poeziyasının böyük simalarından biri olduğunu deyib. Vurğulayıb ki, Zəlimxan Yaqub yaratdığı əsərləri ilə qüdrətli qələm sahibi kimi daim ürəklərdə yaşayacaq. O, həm gözəl poeziya nümunələri yaradır, həm də Azərbaycan poeziyasını bütün dünyada təbliğ edirdi. O, ürəyindən keçənləri özünəməxsus intonasiya ilə dünyaya çatdırırdı. Zəlimxan Yaqub, eyni zamanda türk dünyasının böyük şairidir və hər yerdə onun xatirəsi ehtiramla anılır.
Bildirilib ki, Xalq şairinin abidəsinin müəllifi, Xalq rəssamı Natiq Əliyev, memarı isə Tərlan Həsənovdur.
Şairin ailəsi adından çıxış edən oğlu Bəhlul Yaqubov Zəlimxan Yaqubun xatirəsinə göstərdikləri yüksək hörmət və ehtirama görə hər kəsə öz minnətdarlığını bildirib.
Qeyd edək ki, Zəlimxan Yaqub 2016-cı il yanvarın 9-da dünyasını dəyişib.
Xəbər lenti
Hamısına baxSiyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59
Siyasət
04 Sentyabr 10:22
Gündəm
04 Sentyabr 09:55
Gündəm
04 Sentyabr 09:42
Analitik
04 Sentyabr 09:18
Sosial
04 Sentyabr 08:50
MEDİA
04 Sentyabr 08:37
Dünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Siyasət
03 Sentyabr 18:55
Dünya
03 Sentyabr 18:31
Siyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51

