MuzTV Azərbaycan kanalının peyk yayımına başlaması münasibətilə konsert təşkil edilib
13.02.2018 [09:48]
Ölkəmizdə ilk musiqili internet televiziyası olan MuzTV Azərbaycan kanalının peyk yayımına başlaması münasibətilə fevralın 12-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsert proqramı təşkil edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə rəsmi şəxslər, Milli Məclisin deputatları, tanınmış mədəniyyət və incəsənət xadimləri və media təmsilçiləri iştirak ediblər.
Proqramın aparıcısı Əməkdar artist Murad Dadaşov deyib ki, Azərbaycan incəsənətinin təbliği sahəsində yeni imkanlar açan musiqi kanalı olan MuzTV 2012-ci il mayın 11-dən 2017-ci il oktyabrın 20-dək www.muztv.az saytı vasitəsilə yayımlanan internet televiziyası idi. Televiziya yayıma başladığı ilk gündən tamaşaçıya dünya musiqi xəzinəsinin incilərini təqdim edir. Özünəməxsus layihələrin, eksklüziv kliplərin, filmlərin, ayrı-ayrı proqramların canlı internet yayımları və canlı reportajlar kanalın əsas prioritetidir. Musiqiçilərin, aktyorların, sənətçilərin fərqli simalarının göründüyü televiziya ilk yayıma başladığı gündən musiqi ilə bağlı informasiya bürosu, eksklüziv xəbərlər və proqramlar hazırlayır və yayır. MuzTV Azərbaycan estradasının, milli musiqisinin klassik ənənəsinin və müasir inkişafının təqdimatçısı kimi çıxış edən yeganə televiziya resursudur.
Bildirilib ki, televiziyanın yaradılmasında əsas məqsəd milli musiqi sənətini təbliğ etmək, insanın ruhunu qidalandıran musiqini ölməz mənəvi dəyər kimi çoxmilyonlu tamaşaçıya çatdırmaqdır. MuzTV-nin məqsədlərindən biri də xalq musiqisinin öyrənilməsi və təbliğ olunması ilə bağlı ardıcıl layihələr hazırlamaq, xalq musiqisinin bazası əsasında yaradılan peşəkar milli musiqimizin sirləri ilə tamaşaçıları tanış etmək, Azərbaycanın zəngin və özünəməxsus muğam sənətini geniş auditoriyaya çatdırmaqdır.
Tədbirdə çıxış edən Milli Məclisin mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynov deyib ki, bu gün Azərbaycan mədəni həyatında son dərəcə əlamətdar hadisə qeyd edilir. Müslüm Maqomayevin adını daşıyan bu möhtəşəm salon hər zaman belə əlamətdar hadisələrə şahidlik edib.
Rafael Hüseynov bildirib ki, radio, televiziya XX əsrdə Azərbaycan mədəniyyətinin, incəsənətinin inkişafında mühüm rol oynayıb. O, son illər bu sahədə dövlətin gördüyü işləri qeyd edərək deyib ki, televiziyamızın ən ümdə vəzifəsi mədəniyyətimizi, incəsənətimizi yaşatmaq, maarifçiliyi yaymaqdır.
Vurğulanıb ki, MuzTV Azərbaycan incəsənətinin təbliği üçün yeni imkanlar açacaq. Muğamlarımızın, xalq mahnılarımızın qorunması və təbliği, ayrı-ayrı musiqi proqramlarının canlı yayımı yeni televiziyanın hədəfindədir. Kanal tamaşaçının zövqünü oxşamaqla yanaşı, həm də yeni-yeni layihələri, proqramları və verilişləri ilə geniş auditoriyanın diqqət mərkəzində olacaq. Bu gün dünyada geniş yayılmış musiqi kanalları sırasında özünəməxsus yeri olan MuzTV bütün imkanlardan istifadə edərək Azərbaycan mədəniyyətinin təbliğinə layiqli töhfələr verəcək.
Yeni kanalın yaradıcı heyətinə bir sıra tövsiyələrini verən Milli Məclisin komitə sədri deyib ki, bu kanalda Azərbaycan və dünya musiqi korifeyləri haqqında sənədli filmlər hazırlanmalı, insanların zövqünü oxşayan rəngarəng musiqilərə üstünlük verilməlidir.
MuzTV-nin yaradıcı heyətinə uğurlar arzulayan Milli Məclisin deputatı Jalə Əliyeva deyib ki, hazırda biz informasiyanın bol olduğu məkanda yaşayırıq. Belə bir dövrdə tamaşaçı cəlb etmək üçün böyük məsuliyyət və peşəkarlıq tələb olunur. MuzTV sübut etdi ki, bunu bacarır. Bu gün Azərbaycan mədəniyyətinin, musiqisinin təbliği istiqamətində dövlətimiz böyük işlər görüb. Xüsusilə də Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu istiqamətdə gördüyü işlər, həyata keçirdiyi layihələr danılmazdır.
Milli Məclisin deputatı Novruz Aslan bildirib ki, peyk yayımına başlayan belə bir musiqi kanalının fəaliyyət göstərməsi və sırf musiqimizi təbliğ etməsi olduqca sevindiricidir. Bu gün Azərbaycan dövləti bütün sahələrdə uğurlu işlər görüb. MuzTV-nin peyk yayımına başlaması böyük uğurdur. İnanıram ki, MuzTV Azərbaycan musiqisinin təbliği istiqamətində mühüm işlər görəcək.
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov belə bir televiziyanın açılmasını mədəni zövqümüzün formalaşması baxımından mühüm hadisə kimi qiymətləndirib. O, “Azərbaycanfilm” kinostudiyasının arxivində olan ən yaxşı musiqi nömrələrini MuzTV-yə təqdim etməyə hazır olduqlarını bildirib. “İnanırıq ki, əməkdaşlığımız musiqimizin inkişafına çox gözəl töhfə verəcək”, - deyə Müşfiq Hətəmov qeyd edib.
MuzTV Azərbaycan kanalının direktoru Elnur Kələntərov deyib ki, MuzTV bütün kabel televiziyaları vasitəsilə hər bir ailənin qonağıdır. O, son illər Azərbaycanda mədəniyyətin, incəsənətin inkişafı və təbliği istiqamətində görülən işlərdən danışıb və bu istiqamətdə Heydər Əliyev Fondunun reallaşdırdığı layihələri xüsusi qeyd edib. Bütün iştirakçılara minnətdarlığını bildirən E.Kələntərov ümidləri doğruldacaqlarına əminliyini ifadə edib.
Sonra tədbir geniş konsert proqramı ilə davam edib.
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

